Vikipediya Kend Meydani Arxiv Iyul 2021 - Wikipedia
Hər kəsə salam. {{Planet 2}} şablonu ilə bağlı müzakirə səhifəsinə sual ünvanladığımda White Demon qeyd etmişdi ki, bu şablon daha təkmildir və {{Planet}} şablonunu əvəz etməlidir. Bu əməliyyatı AWB-nin də köməyi ilə yarı-avtomatik olaraq etmək istəyirəm. Daha əvvəl də bu tipli dəyişiklik etmişəm (hansı şablon olduğunu unutmuşam, amma şablon parametrlərini dəyişdikdən sonra məqalələrdə də düzəliş etmişdim). Yarı-avtomatik deyərkən həm də əllə düzəlişlər edəcəyimi nəzərdə tuturam. Kütləvi dəyişiklik olduğu üçün buraya qeyd etməyimin doğru olduğunu düşündüm. Fikirləriniz? — Surə 🗯 15:18, 2 iyul 2021 (UTC)
- Salam. Birləşdirilməsində problem görmürəm. Lakin bu mövzuda (astronomiya) məlumatım azdır. Yaxşı olar ki, başqa istifadəçilər də fikir bildirsin. - Dr.Wiki54 (müzakirə) 20:49, 2 iyul 2021 (UTC)
- Parametrlərdə heç bir problem çıxmayacaqsa dəyişdirə bilərsiniz. NMW03 (müzakirə) 08:51, 3 iyul 2021 (UTC)
- Sura Shukurlu, mən dünəndən şablona vikiverilənlərdən elementlər də əlavə etməyə başlamışam ki, parametrlər boş qalsa belə Vikidatadan data götürsün.— 127-ci yapon imperatoru 09:12, 3 iyul 2021 (UTC)
- White Demon təşəkkür edirəm. Bir müddət sonra əvəz etməyə başlayacam və çalışacam ki parametrləri də əvəz edim bir-bir. — Surə 🗯 10:19, 3 iyul 2021 (UTC)
İstifadəçi:Dr.Wiki54
redaktəSalam. İstifadəçi:Dr.Wiki54 Commons'ta birçok Azerbaycanlı kişi ve arvadın şeqillerini F10 (kapsam harici) olarak işaretleyip sildirmeye çalışıyor. Bu insanların bazılarının Commons kategoriyaları, Vikiverilenler elementi, hatta bir tanesinin ecnebi bir Vikipediyada maqalesi var! Ben Commons'tan ayrıldım, orada işlemiyorum. Fakat Azerbaycanlı bacı ve qardaşlarımızın şekillerinin keyfe göre silinmesini de kabul edemem. Buradan hem Azerice Vikipediyadaki dostlara sesleniyorum, kendisine mani olsunlar, hem de İstifadəçi:Dr.Wiki54'e söylemek isterim ki bu şekilde devam ederse Commons'ta kendisini şikayet etmekten çekinmem. Xayiş ediyorum bu gidişe dur denilsin. Teşekkürler. E4024 (müzakirə) 21:34, 4 iyul 2021 (UTC)
- Salam. E4024. Commons-a aid şikayətlər commonsda edilir. Bu ayrı. F10 isə şəxsi şəkillərin (istifadə olunmayan) istifadəsinin qadağası ilə bağlı kriteriyadır. Əgər araya qarışmış olan yanlış şəkil (istifadə edilən) varsa buna etiraz edə, şablonu çıxara bilərsiniz. Burada şəxsi zəmində mənə qarşı iddiham qaldırmağınızı, vikiicmanı mənə qarşı yönəltməyinizi qınayıram. - Dr.Wiki54 (müzakirə) 21:43, 4 iyul 2021 (UTC)
- Şikayətiniz də varsa, buyurun edin. P.S. Baxsanız görərsiniz ki, commonsa “Azərbaycanlı bacı və qardaşlarınıza” aid onlarla keyfiyyətli şəkil yükləmişəm. Yükləmələrimin sayı 200-ü keçib. Hansı ki böyük əksəriyyəti AXC ilə bağlıdır və heç bir zaman commonsda və ya mediada olmayıb. - Dr.Wiki54 (müzakirə) 21:44, 4 iyul 2021 (UTC)
- Səhv hərəkət etdiyini düşünürsünüzsə bunu burda yox Commonsda yazmalısınız. "Bacı və qardaşlarımız" cümləsini anlamadım. Şəkil silmə kriteriyasına əsasən silinməlidirsə niyə saxlanılmalıdı ki? NMW03 (müzakirə) 21:48, 4 iyul 2021 (UTC)
- Konuyu kişiselleştirmeyin lutfen. Bu Vikipediyada maddesi olan yazıçının şeklini bile sildirmeye kalkmışsınız! Bkz. File:Hicran Hüseynova.jpg E4024 (müzakirə) 21:51, 4 iyul 2021 (UTC)
- Siz şəxsi zəminə daşımısınız. Diqqətli baxsanız görərsiniz ki, eyni faylın dublikatı var. File:Hicran Hüseynova Vaqif qızı.jpg - Dr.Wiki54 (müzakirə) 21:53, 4 iyul 2021 (UTC)
- E4024, sildirməyə çalışmışıq necə cümlədir axı? Elə danışırsınız ki elə bil oturub həmin şəxsləri tarixdən silməyə çalışırıq. Şəkil göstərilən kriteriyaya cavab verirsə silinəcək. Buna Commons adminləri qərar verəcək. NMW03 (müzakirə) 21:56, 4 iyul 2021 (UTC)
- Siz makalesini yazdiginiz kisilerin Commons kategorisini, Wikidata verilerini düzgün yapmazsaniz o adminler "atlayabilirler" (zira şekil "kullanılmıyor" gibi görünebilir), neyse ki ben gereken işlemleri yapiyorum, en azından Wikidatada (Vikiverilenler). Daha geçenlerde bunun gibi aynı istifadeçi yanlış bir şekil sildirdi, ben müdahale ederek yeniden yüklenmesini ("undelete") sağladım. Bir kullanıcının F10 hızlı silin diye iki ayrı Vikipediyada maddesi olan insanların şekillerini işaretlemesi "normal" birşey değil. Tepkim o yüzden... E4024 (müzakirə) 22:05, 4 iyul 2021 (UTC) Not: Faylın dublikatının F10 ile heç ne ilgisi olmadığı bir yana, sildirmeye kalktığınız "duplikat" asıl fayldan daha büyük. İnanamıyorum..
- Mən şəxs məqalələri yaratmıram. Fəaliyyətinizi dayandırdığınızı iddia edib, davam edirsiniz. Əla! Mən mükəmməl fəaliyyət göstərmirəm. Səhv varsa commons-da idarəçilərə şikayət edin, mevafiq tədbir görülsün. Etdiyiniz prosedur isə fövqəl təbii bir şey deyil. Hələ də fakt ortaya qoymadan, yanlış adresdə müzakirə aparırsınız. F10-la da silinə bilər; F1 lə də. Eyni qaydanı azərbaycan dilinə mən tərcümə edirəm hal-hazırda. Hicran Hüseynova adında deputatımızın olduğunu bilmədən və beləliklə şəkillərin qarışacağını bilmədən danışmaq asandır. @İstifadəçi:NMW03 xahiş edirəm, tədbie görün. İstifadəçi bu qaydanı pozur Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir. İroniya ilə təhqir/aqressiyaya yol verir. - Dr.Wiki54 (müzakirə) 22:11, 4 iyul 2021 (UTC)
- Hicran Hüseynova ayrı Hicran Hüseynova (yazıçı) ayrı; galiba ben bu Vikipediyaya sizden daha fazla özen gösteriyorum. Beni burada kömek eylemeye çalıştığım için teşekkür etmek yerine şikayet etmeniz takdire şayan... E4024 (müzakirə) 22:17, 4 iyul 2021 (UTC)
- Çünki, siz burada kömək etmirsiniz. Mən qaydalar çərçivəsində fəaliyyət göstərirəm. Hər hansısa bir məqaləyə “Xüsusi diqqət” və ya “xüsusi qayğı” göstərmirəm. - Dr.Wiki54 (müzakirə) 22:22, 4 iyul 2021 (UTC)
- Hicran Hüseynova ayrı Hicran Hüseynova (yazıçı) ayrı; galiba ben bu Vikipediyaya sizden daha fazla özen gösteriyorum. Beni burada kömek eylemeye çalıştığım için teşekkür etmek yerine şikayet etmeniz takdire şayan... E4024 (müzakirə) 22:17, 4 iyul 2021 (UTC)
- Mən şəxs məqalələri yaratmıram. Fəaliyyətinizi dayandırdığınızı iddia edib, davam edirsiniz. Əla! Mən mükəmməl fəaliyyət göstərmirəm. Səhv varsa commons-da idarəçilərə şikayət edin, mevafiq tədbir görülsün. Etdiyiniz prosedur isə fövqəl təbii bir şey deyil. Hələ də fakt ortaya qoymadan, yanlış adresdə müzakirə aparırsınız. F10-la da silinə bilər; F1 lə də. Eyni qaydanı azərbaycan dilinə mən tərcümə edirəm hal-hazırda. Hicran Hüseynova adında deputatımızın olduğunu bilmədən və beləliklə şəkillərin qarışacağını bilmədən danışmaq asandır. @İstifadəçi:NMW03 xahiş edirəm, tədbie görün. İstifadəçi bu qaydanı pozur Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir. İroniya ilə təhqir/aqressiyaya yol verir. - Dr.Wiki54 (müzakirə) 22:11, 4 iyul 2021 (UTC)
- Siz makalesini yazdiginiz kisilerin Commons kategorisini, Wikidata verilerini düzgün yapmazsaniz o adminler "atlayabilirler" (zira şekil "kullanılmıyor" gibi görünebilir), neyse ki ben gereken işlemleri yapiyorum, en azından Wikidatada (Vikiverilenler). Daha geçenlerde bunun gibi aynı istifadeçi yanlış bir şekil sildirdi, ben müdahale ederek yeniden yüklenmesini ("undelete") sağladım. Bir kullanıcının F10 hızlı silin diye iki ayrı Vikipediyada maddesi olan insanların şekillerini işaretlemesi "normal" birşey değil. Tepkim o yüzden... E4024 (müzakirə) 22:05, 4 iyul 2021 (UTC) Not: Faylın dublikatının F10 ile heç ne ilgisi olmadığı bir yana, sildirmeye kalktığınız "duplikat" asıl fayldan daha büyük. İnanamıyorum..
- Konuyu kişiselleştirmeyin lutfen. Bu Vikipediyada maddesi olan yazıçının şeklini bile sildirmeye kalkmışsınız! Bkz. File:Hicran Hüseynova.jpg E4024 (müzakirə) 21:51, 4 iyul 2021 (UTC)
- Buyrun kömek: Wikimedia Commons'tan (demek olar Vikipediya fayl ambarından) "F10" (işe yaramaz şahsi şekil) gerekçesiyle sildirilmek istenen şekillerden birini yukarı ekledim. Türkçe Vikipedide 2, Rusça Vikipedide de bir maqalede kullanılmakta olan bir fayl! Benim şimdi merakım, acaba ben farketmeden gözel Azerbaycan ile ilgili kaç gözel şekil böyle silinmek istendi, adminler (idareçiler) fark etmeden sehivle silinenler oldu mu? Bana bu hatalara karşı çıktığım, sizlere haber verdiğim için teşekkür etmek yerine "aqressiya"dan söz etmek çox üzücü, çox. Gerçekten kırıldım sizlere. Hoşçakalın. E4024 (müzakirə) 01:58, 5 iyul 2021 (UTC)
- Yuxarıda da qeyd etdiyim kimi, səhvlər ola bilər, etiraz etmək üçün Azərbaycanca Vikipediyada bir şey yazmağın mənası yoxdur. Commonsda arqument irəli sürüb prosedueu yerinə yetirə bilərsiniz. “Qırılmağınız” isə şəxsi işinizdir, bir xətaya görə şəxsi zəmində aqressiv və təhqirə bənzər üslubda ironiya ilə danışdınız. Tövsiyyə edərdim ki, əvvəlcə şikayət etdiyiniz və yazdığınız VikiProyektin dilini öyrənəsiniz. Sizə uğurlar. @İstifadəçi:NMW03 şəxs haqqında hələ də ölçü götürülməyib. - Dr.Wiki54 (müzakirə) 04:48, 5 iyul 2021 (UTC)
- Link göstərdiyiniz bu şəkli silmək istəyən yoxdur. --► Hörmətlə: SolaVirum 10:09, 5 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum Mən geri almışam istəyi, diqqətsizlikdən olub. Ümumiyyətlə bu “şikayət” nə dərəcədə düzgündür və azvikinin bu məsələyə nə dəxli var axı. Yuxarıdakı yazışma əməlli başlı Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir və Vikipediya:Nəzakət qaydalarının pozuntusu ilə doludur - Dr.Wiki54 (müzakirə) 10:32, 5 iyul 2021 (UTC)
Məqalə heç bir izah verilmədən silinib. Xahiş edirəm bərpa edin.— Abutalub (müzakirə) 08:47, 3 iyul 2021 (UTC)
- Abutalub, salam. Yanılırsınız, müəyyən bir idarəçi "
{{Sil|qaralama, mövcud olmuş bütün məqalələrin toplamı, vandalizmə və tərəfli dəyişikliklərə açıq}}
" yazısı əsasında silib məqaləni. --► Hörmətlə: SolaVirum 15:17, 7 iyul 2021 (UTC)
Kateqoriya
redaktəHansı variant daha doğrudur: "Ölkələrinə və növlərinə görə...", "Ölkə və növlərinə görə...", "Ölkə və növünə görə..." yoxsa "Ölkələrinə və növünə görə..." ? — Surə 🗯 10:31, 13 iyul 2021 (UTC)
- Məncə birinci versiya - Dr.Wiki54 (müzakirə) 10:33, 13 iyul 2021 (UTC)
- 1-ci daha uyğun adlandırmadı. — Araz Yaquboglu (müzakirə) 12:00, 13 iyul 2021 (UTC)
- Bizdə standart olaraq birinci variant gedir.— 127-ci yapon imperatoru 13:15, 13 iyul 2021 (UTC)
- Dr.Wiki54, Araz Yaquboglu, White Demon məlumatınız üçün təşəkkür edirəm. Onda bu standart bu kateqoriyaya da aiddir? — Surə 🗯 13:57, 13 iyul 2021 (UTC)
- Məncə, bəli kateqoriyalarda "lar/lər" istifadə olunmalıdı ümumi hallarda. - Dr.Wiki54 (müzakirə) 14:13, 13 iyul 2021 (UTC)
- Bəli, o kateqoriyanın adını dəyişmək lazımdır. O biri variantlar səhv deyil e, sadəcə bizim vikidə artıq belə gedib və standart belə qalıb deyə bu cür adlandırmadan istifadə edirik.— 127-ci yapon imperatoru 14:31, 13 iyul 2021 (UTC)
- Məncə, bəli kateqoriyalarda "lar/lər" istifadə olunmalıdı ümumi hallarda. - Dr.Wiki54 (müzakirə) 14:13, 13 iyul 2021 (UTC)
- Dr.Wiki54, Araz Yaquboglu, White Demon məlumatınız üçün təşəkkür edirəm. Onda bu standart bu kateqoriyaya da aiddir? — Surə 🗯 13:57, 13 iyul 2021 (UTC)
- — Surə 🗯 15:12, 13 iyul 2021 (UTC)
Əlifba, yoxsa qrafika
redaktəSalam. Bəzi məqalələrdə qrafika (məsələn, latın qrafikası, kiril qrafikası), bəzilərində isə əlifba (məsələn, ərəb əlifbası, yunan əlifbası) olaraq verilib. Hətta bəzi əlifbalar/qrafikalar üçün dəyişkən terminlərdən istifadə olunub (məsələn, ərəb qrafikalı Azərbaycan əlifbası, baxmayaraq, başqa yerdə əlifba yazılıb). Bu, ehtimal ki, yanlışdır və standartlaşmaya ziddir. Necə edək? Desəm ki, "script" (qrafika?) və "alphabet" (əlifba) ayrı şeylərdir, onda niyə ərəb əlifbası/qrafikası üçün iki termin işlədilib ayrı yerlərdə? --► Hörmətlə: SolaVirum 17:49, 8 iyul 2021 (UTC)
- Sortilegusun bu mövzuda fikri olacağına inanıram. NMW03 (müzakirə) 18:52, 8 iyul 2021 (UTC)
- Solavirum, mənim bu barədə fikrim belədi: yazı sistemi əgər bir dil üçün istifadə olunursa, bu artıq əlifbadır. Yox əgər bir çox dil üçün istifadə olunursa, olur qrafika. Məsələn, Envikidə Ərəb əlifbası və Ərəb qrafikası deyə ayrı-ayrı məqalələr var. Fikir versən, qeyd olunur ki, Ərəb qrafikası kürd, urdu, kəşmir və s. dilləri yazmaq üçündür. Ərəb əlifbası sırf ərəb dilini yazmaq üçün, başqa dili yox. Latın qrafikası və Latın əlifbası haqqında da ayrı-ayrı məqalələr var orda, ona da bu keçərlidir.— 127-ci yapon imperatoru 19:34, 8 iyul 2021 (UTC)
İqtisadi rayonlar haqqında
redaktəSalam. Qısa qeyd aparmaq istədim. Bildiyiniz kimi, yeni sərəncama əsasən bəzi iqtisadi rayonlar parçalandı. Məsələn, "Aran" artıq yoxdur, əvəzinə bir neçə iqtisadi rayon var. "Aran iqtisadi rayonu" məqaləsi olduğu kimi qalır, sadəcə parçalanması haqqında məlumat əlavə edilir. Bundan sonra isə yeni yaradılmış iqtisadi rayonlar haqqında məlumatlar əlavə edilir. Adı dəyişdirilmiş, lakin tərkibinə ərazi əlavə edilməmiş iqtisadi rayonların sadəcə başlığı dəyişdirilir. Şərqi Zəngəzur iqtisadi rayonunu sadəcə "ad dəyişikliyi" kimi qəbul edə bilmərik, çünki tərkibinə keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olmayan Cəbrayıl rayonu əlavə edilib. --► Hörmətlə: SolaVirum 14:20, 7 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum elə mən də bu barədə yazacaqdım. 3 iqtisadi rayonun adı və ərazisi dəyişmədi. Quba-Xaçmaz, Naxçıvan və Şəki-Zaqatala iqtisadi rayonları. Addəyişmə isə sadəcə Lənkəran iqtisadi rayonu üçün icra oluna bilər. Digər bütün iqtisadi rayonlar üçün yeni məqalələr yaradılmalıdır, məncə. - Dr.Wiki54 (müzakirə) 14:31, 7 iyul 2021 (UTC)
- Dr.Wiki54, aha, elədir. Bir qədər {{Dövlət}} kimi, məsələn, Aran iqtisadi rayonunun "xələf"ləri var. Onlar haqqında ayrı məqalə yaratmaq lazımdır. İlk mərhələdə həmin məqalələr normal olaraq çox primitiv olacaq. --► Hörmətlə: SolaVirum 15:12, 7 iyul 2021 (UTC)
- Köhnələrin məqaləsi qala bilər, ləğv olunubsa, qeyd etmək olar ki, keçmiş iqtisadi rayondur. O, Lənkəran temasını bilmədim amma. mübahisəlidir. Çünki ona Astara əlavə olub. Bu onu yeni iqtisadi rayonu edirmi, bu dəqiq deyil hələ. Ayxan özü deyir ki, Kəlbəcər-Laçına Cəbrayılı əlavə ediblər deyə, onun adını Şərqi Zəngəzur edə bilmərik, yeni sayılır. Elə isə Lənkəran-Astarada da elə tema ola bilər.— 127-ci yapon imperatoru 18:21, 7 iyul 2021 (UTC)
- White Demon, səhv etmirəmsə, Lənkəran iqtisadi rayonunda Astara rayonu da var idi, sadəcə adına Astaranı əlavə ediblər. --► Hörmətlə: SolaVirum 15:33, 8 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum səhv etmirsiniz - Dr.Wiki54 (müzakirə) 15:34, 8 iyul 2021 (UTC)
- @İstifadəçi:White Demon bəy, mən hüquqşunas və ya coğrafiyaçı deyiləm, amma fərmanı oxudum və belə anladım. Fərmanda iqtisadi inkişafın səmərəliliyi ilə bağlı Aran iqtisadi rayonunun bir neçə yerə bölündüyü, Qarabağın inkişafı üçün Qarabağın birləşdirildiyini, Zəngəzur məsələsi isə tarixi zərurət olduğu qeyd olunub. Yəni nə adı və ərazisi eyni qalan 3 iqtisadi rayon, nə də adı dəyişən Lənkəranla bağlı xüsusi qeyd yoxdur. Ona görə ad dəyişmiş hesab edə bilərik, məncə. -Dr.Wiki54 (müzakirə) 21:08, 8 iyul 2021 (UTC)
- White Demon, səhv etmirəmsə, Lənkəran iqtisadi rayonunda Astara rayonu da var idi, sadəcə adına Astaranı əlavə ediblər. --► Hörmətlə: SolaVirum 15:33, 8 iyul 2021 (UTC)
SSK və Sil şablonları
redaktəHamıya salam. Son zamanlar {{Sil}} şablonundan əsassız və kütləvi istifadəyə şahid oluram. Məsələn, 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə məqaləsinə həmkarım sil şablonunu yerləşdirmişdi, bir neçə il öncə Naxçıvan mövzulu ayında yaradılan Əxtər məqaləsində də həmçinin. Bunların hamısı, əsassızdır, təəssüf ki. Düşünmürəm ki, hansısa idarəçi bu məqalələri silməyə hazırlaşanda hər birinin potensial intervikisinə, məzmununa, ensiklopedikliyinə çox nəzər yetirəcək. Bunun nəticəsində Vikipediyada destruktiv fəaliyyət müşahidə olunur. Həmkarlardan xahiş edirəm, sözügedən şablonlardan istifadə edərkən diqqətli olun. O şablonları dəqiq olaraq təkrarlanan, müəllif hüquqları pozulan, məzmunu olmayan (boş səhifə) və ya məsələn bir sözdən ibarət olan məqalələr üçün istifadə edin. Durub, nümunə olaraq deyim, İngilisdilli Vikipediyaya interviki keçidi olan, bir neçə min bayt həcmi olan, nisbətən normal sayda istinadı olan məqaləyə yerləşdirməyin. Formal olaraq əlavə etmək istəyərdim ki, belə trend davam etsə, məcbur ya qaydalara/şablonlara dəyişiklik edilməli olacaq, ya da müəyyən istifadəçilərin fəaliyyəti məhdudlaşdırılmalı olacaq. --► Hörmətlə: SolaVirum 15:33, 7 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum, sürətli silmə qaydaları artıq qaralama halında olsa da hazırdır, tərcümə olunub. Növbəti günlərdə KM-da müzakirəyə çıxaracağam. Sadəcə silmə qaydalarını da işləyib bərabər müzakirəyə çıxaracağam. Mən daxil bir çox istifadəçinin yaralı yeri olan mövzudur. Ümid edirəm ki, bu qaydaların müzakirə nəticəsində təkmilləşməsi və səsvermə ilə qəbul olunması ilə çox saylı problemlər həll olunacaq. - Dr.Wiki54 (müzakirə) 15:36, 7 iyul 2021 (UTC)
- Dr.Wiki54, o qayda qəbul olunmayıbsa, niyə bu qədər çox məqalənin silinməsində əsas götürülür? Buna uyğun olaraq, qaydalara əlavə edilməsi olan bir aspekt də bəzi qərarların alınmasında sadəcə "sağlam düşüncə"dən (common sense) istifadə edilməsidir. Bu, bizim vikidə yazılmamış qaydadır, lakin qeyd etmək lazımdır envikidəki kimi. --► Hörmətlə: SolaVirum 15:39, 7 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum çünki hal-hazırda qəbul edilmiş daha ümumi səhifə silmə kriteriyaları (deletion policy kimi) qaydası var. Mən isə sürətli silmə kriteriyalarını (speedy deletion) tərcümə edib hazırlamışam. Amma indiki səhifə silmə kriteriyalarlnı da hazırlayacağam, həm qısaltmasını və adını dəyişmək üçün (yoxsa ikisi də ssk olaca) həm də sns və digər mövzuları təkmilləşdirmək üçün. Bərabər müzakirəyə çıxaracağam. Siz qabaqladınız sadəcə müraciətiniz ilə. - Dr.Wiki54 (müzakirə) 15:44, 7 iyul 2021 (UTC)
- Okey, orada müzakirə edərik. Bayaq da gördüm, müəyyən bir həmkar SSK kriteriyalarını əsas gətirərək postpozitivizm məqaləsinin silinməsini istəyib. --► Hörmətlə: SolaVirum 15:46, 7 iyul 2021 (UTC)
- İddianıza burada arqument gətirmişəm və sizin cavabınızı gözləyirəm.— Burocan (müzakirə) 09:38, 8 iyul 2021 (UTC)
- Okey, orada müzakirə edərik. Bayaq da gördüm, müəyyən bir həmkar SSK kriteriyalarını əsas gətirərək postpozitivizm məqaləsinin silinməsini istəyib. --► Hörmətlə: SolaVirum 15:46, 7 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum çünki hal-hazırda qəbul edilmiş daha ümumi səhifə silmə kriteriyaları (deletion policy kimi) qaydası var. Mən isə sürətli silmə kriteriyalarını (speedy deletion) tərcümə edib hazırlamışam. Amma indiki səhifə silmə kriteriyalarlnı da hazırlayacağam, həm qısaltmasını və adını dəyişmək üçün (yoxsa ikisi də ssk olaca) həm də sns və digər mövzuları təkmilləşdirmək üçün. Bərabər müzakirəyə çıxaracağam. Siz qabaqladınız sadəcə müraciətiniz ilə. - Dr.Wiki54 (müzakirə) 15:44, 7 iyul 2021 (UTC)
- Dr.Wiki54, o qayda qəbul olunmayıbsa, niyə bu qədər çox məqalənin silinməsində əsas götürülür? Buna uyğun olaraq, qaydalara əlavə edilməsi olan bir aspekt də bəzi qərarların alınmasında sadəcə "sağlam düşüncə"dən (common sense) istifadə edilməsidir. Bu, bizim vikidə yazılmamış qaydadır, lakin qeyd etmək lazımdır envikidəki kimi. --► Hörmətlə: SolaVirum 15:39, 7 iyul 2021 (UTC)
Mətbəx adları
redaktəSalam. Mətbəx adları üçün standartlaşdırma lazımdır deyə düşünürəm. Bəzi yerlərdə xalq (türk mətbəxi, uyğur mətbəxi, qırğız mətbəxi), bəzi yerlərdə isə ölkə (Azərbaycan mətbəxi, Rusiya mətbəxi, Yaponiya mətbəxi) adından istifadə olunub. --► Hörmətlə: SolaVirum 18:59, 10 iyul 2021 (UTC)
- Söhbət ancaq mətbəx adından getmir ki. Hansısa xalqın mədəniyyətinə dair istənilən növ məqalənin adlandırılmasından belə tema görmək olar. Məsələn, Türkiyə incəsənəti yoxsa Türk incəsənəti? Yaponiya mifologiyası yoxsa Yapon mifologiyası? Yunanıstan ədəbiyyatı yoxsa Yunan ədəbiyyatı? Standartlaşma yoxdu. Məsələ burasındadır ki, Türkiyə mətbəxi ilə Türk mətbəxi belə baxanda ayrı-ayrı anlayışlardır. Türkiyə mətbəxi deyəndə Türkiyə ərazisindəki digər xalqların (erməni, kürd, laz və s.) da mətbəxi daxildir. Amma Türk mətbəxi deyəndə sırf türklərin mətbəxi. Yəni gərək məqalənin məzmununa baxmaq, sonra adlandırmaq.— 127-ci yapon imperatoru 20:20, 10 iyul 2021 (UTC)
- Hörmətli həmkarımın dediyinə qatılıram. Bu məsələlər ağrılı məsələlərdir. Məsələ burasındadır ki, bu problem azviki səviyyəsində deyil. Ümumi Azərbaycanda mövcud olan problemdir. "Azərbaycanlıyam", "Azəriyəm", "Türkəm", "Azərbaycan türküyəm" məsələsinin başqa formasıdır. Standartlaşdırma olmasa da, ümumiləşdimə olmalıdır və əgər belə ümumiləşdirmə olacaqsa, bu ölkələr üçün olmalıdır. Azərbaycan mətbəxi, Türkiyə mətbəxi və s. - Dr.Wiki54 (müzakirə) 20:31, 10 iyul 2021 (UTC)
- P.S. Azsayılı xalqlarla və hərhansısa ölkənin dominant xalqlarından olub idarəetmədə və s olmayan xalqlarla bağlı xalq adından istifadə mümkündür məncə. Məsələn: Kürd mətbəxi, Ləzgi mətbəxi, Avar mətbəxi və s. - Dr.Wiki54 (müzakirə) 20:33, 10 iyul 2021 (UTC)
- Dr.Wiki54, Azərbaycanda faktiki olaraq "azərbaycanlı" milliyət, "Azərbaycan türkü" isə əksəriyyəti təşkil edən etnik xalqın adıdır. Düzdü, ümumiyyətlə ölkənin adı mübahisəlidir (Qacarların AXC-yə göndərdiyi nota), lakin əsasən belə işlənir. --► Hörmətlə: SolaVirum 17:50, 11 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum Hə də bu mübahisəli mövzuların həll nöqtəsi azviki deyil məncə - Dr.Wiki54 (müzakirə) 17:52, 11 iyul 2021 (UTC)
- Dediklərinizə qatılıram. Bir tək "türk mətbəxi" anlayışında bir qədər tərəddüdlü qaldım. Çünki "türk" ifadəsi həm də türk xalqlarını təmsil edir. Yəni "Türkiyə mətbəxi" ilə "türk mətbəxi" bəlkə də ayrı-ayrı şeylərdir. — Surə 🗯 05:09, 11 iyul 2021 (UTC)
- Dr.Wiki54, Azərbaycanda faktiki olaraq "azərbaycanlı" milliyət, "Azərbaycan türkü" isə əksəriyyəti təşkil edən etnik xalqın adıdır. Düzdü, ümumiyyətlə ölkənin adı mübahisəlidir (Qacarların AXC-yə göndərdiyi nota), lakin əsasən belə işlənir. --► Hörmətlə: SolaVirum 17:50, 11 iyul 2021 (UTC)
- Hörmətli həmkarlar. Fikrimcə xalq mətbəxləri ilə ölkə mətbəxləri fərqli anlayışlardır. Məqalələrdə təyinatı üzrə istifadə edilməsi normaldır. Hesab edirəm ki, ölkə mətbəxi xalqların mətbəxləri əsasında formalaşır. Məsələyə tam subyektiv fikrimdir.— Patriot Kor (müzakirə) 09:28, 11 iyul 2021 (UTC)
- Məsələn, Envikidə "Spanish cuisine" məqaləsinə baxıram, görürəm ki, içərisində basklar, katalanlar kimi xalqların da mətbəxləri verilib. Başa düşürəm ki, yaxın yaşayan xalqlardı deyə mətbəxləri də bir-birinə təsir edir, amma basklarla ispanlarla tam fərqli xalqlardı. Ya məqalənin adı İspaniya mətbəxi olmalıdır, ya da İspan mətbəxi adı olacaqsa, içərisində digər xalqların mətbəxləri olmamalıdır.— 127-ci yapon imperatoru 20:07, 11 iyul 2021 (UTC)
Hörmətli həmkarlar. Sizin fikirinizcə bu şablondakı bitki növlərinin adlarını, Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdırmı? Fikirləriniz önəmlidir. — Patriot Kor (müzakirə) 13:09, 16 iyul 2021 (UTC)
- Salam hörmətli @İstifadəçi:Patriot Kor. Əgər oradakı növlərin Azərbaycanca adları varsa dəyişmək olar. Lakin elmə məlum olan minlərlə növdən sadəcə bir qismi Azərbaycan dilinə tərcümə və ya Azərbaycan dilində qarşılığı var deyə bilirəm. Ona görə belə qalmasında da problem görmürəm - Dr.Wiki54 (müzakirə) 13:21, 16 iyul 2021 (UTC)
- Patriot Kor söhbət məqalə adından gedir, yoxsa şablondakı yazılışdan? — Surə 🗯 14:55, 16 iyul 2021 (UTC)
- Yox. Latınca adları daha bilinir. --► Hörmətlə: SolaVirum 15:56, 16 iyul 2021 (UTC)
- Patriot Kor söhbət məqalə adından gedir, yoxsa şablondakı yazılışdan? — Surə 🗯 14:55, 16 iyul 2021 (UTC)
- Sura Shukurlu, şablondakı məqalələrin adından.— Patriot Kor (müzakirə) 16:21, 16 iyul 2021 (UTC)
- Patriot Kor mən bildiyim üzərə oradakı heç bir növün Azərbaycanca adı yoxdur. Əgər əlinizdə hər-hansı mənbə varsa qeyd edə bilərsinizmi? — Surə 🗯 04:15, 17 iyul 2021 (UTC)
- Hörmətli həmkarlar, Sura Shukurlu, Dr.Wiki54, Solavirum görünür bir qədər yalnış anlaşıldı. Mən hansısa növ adının azərbaycanca tərcüməsini nəzərdə tutmuram. Adların azərbaycancaya uyğunlaşdırılmasını nəzərdə tuturam. Bir qədər açıqlama verim; Məsələn şablondakı məqalələrdən birinin adı "Bulbophyllum anisopterum"dur. Məqalədə yazılanlara istinad etsək, bu "Bulbofillium" cinsinə aid bitki növüdür. Burada, "bulbofillium", "bulbophyllum" sözünün dilimizə uyğunlaşdırılmış versiyasıdır. Bu versiyanı bir çox elmi mənbələrdən əldə edə bilərik. Bu düzgün uyğunşaldırmadır. Ruscada bu söz "Бульбофиллум" və ya "Бульбофиллюм" kimi yazılır. Müzakirənin əsas məqsədi, ondan ibarətdir ki, məsələn, "Bulbophyllum aechmophorum" sözünü latıncadan oxuyanda bulbolfilyum aekmaforum kimi səslənir. Sualım isə belədir. Biz bu adları dilimizə uyğunlaşdıraraq dəyişməliyikmi? Yoxsa olduğu kimi qalmalıdırmı? Aydın məsələdir ki, elmdə demək olar bütün sözlər latıncadır. Biz isə öz elmimizdə bu sözlərin latıncadan oxunuşunu təsdiq etmişik. Məsələn latıncadan söz pneumoniadırsa biz bu sözü öz tibb elmimizdə pnevmoniya kimi qəbul etmişik. Və təbii ki, tərcüməsi olan terminlər istisnadır. Fikirləriniz önəmlidir. — Patriot Kor (müzakirə) 06:12, 17 iyul 2021 (UTC)
- Patriot Kor indi anladım. Fikrimcə yox. Çünki, cinsin adı "bulbofillium" olaraq qəbul edilib artıq. Yəni bu dilimizə uyğunlaşdırılmaq üçün deyil, adının belə qəbul edildiyi üçün belədir. Əslində tam olaraq necə izah edəcəyimi bilmirəm. Nümunə üçün əgər Bulbophyllum ambrense növünün elmdə hər hansı adı olsa idi, bu "Putidum bulbofilliumu" və ya "Madaqaskar bulbofilliumu" (Madaqaskar üçün endemikdir) olardı. Amma belə bir ad yoxdur, yəni ad təyin edilməyib və növün sadəcə latınca adı mövcuddur. Bu arada ruvikidə də bu cinsə aid növ haqqında mövcud olan məqalələrin adı belədir. [1] — Surə 🗯 06:23, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:Patriot Kor indi başa düşdüm. Aydınlaşdırma üçün təşəkkürlər. Əgər elmi məqalələrdə və mənbələrdə daha çox "bulbofillum" kimidirsə, dəyişə bilərik. Amma yox latınca qalırsa qalsın elə. Əslində latınlaşdırma beynəlxalq olsun deyə edilib. Ona görə "dağ kəklikotusu" kimi çox məşhur növlər istisna bitkilərdə elə latınca da adlandırma səmərəlidir. - Dr.Wiki54 (müzakirə) 07:58, 17 iyul 2021 (UTC)
- Hörmətli həmkarlar, Sura Shukurlu, Dr.Wiki54, Solavirum görünür bir qədər yalnış anlaşıldı. Mən hansısa növ adının azərbaycanca tərcüməsini nəzərdə tutmuram. Adların azərbaycancaya uyğunlaşdırılmasını nəzərdə tuturam. Bir qədər açıqlama verim; Məsələn şablondakı məqalələrdən birinin adı "Bulbophyllum anisopterum"dur. Məqalədə yazılanlara istinad etsək, bu "Bulbofillium" cinsinə aid bitki növüdür. Burada, "bulbofillium", "bulbophyllum" sözünün dilimizə uyğunlaşdırılmış versiyasıdır. Bu versiyanı bir çox elmi mənbələrdən əldə edə bilərik. Bu düzgün uyğunşaldırmadır. Ruscada bu söz "Бульбофиллум" və ya "Бульбофиллюм" kimi yazılır. Müzakirənin əsas məqsədi, ondan ibarətdir ki, məsələn, "Bulbophyllum aechmophorum" sözünü latıncadan oxuyanda bulbolfilyum aekmaforum kimi səslənir. Sualım isə belədir. Biz bu adları dilimizə uyğunlaşdıraraq dəyişməliyikmi? Yoxsa olduğu kimi qalmalıdırmı? Aydın məsələdir ki, elmdə demək olar bütün sözlər latıncadır. Biz isə öz elmimizdə bu sözlərin latıncadan oxunuşunu təsdiq etmişik. Məsələn latıncadan söz pneumoniadırsa biz bu sözü öz tibb elmimizdə pnevmoniya kimi qəbul etmişik. Və təbii ki, tərcüməsi olan terminlər istisnadır. Fikirləriniz önəmlidir. — Patriot Kor (müzakirə) 06:12, 17 iyul 2021 (UTC)
- Patriot Kor mən bildiyim üzərə oradakı heç bir növün Azərbaycanca adı yoxdur. Əgər əlinizdə hər-hansı mənbə varsa qeyd edə bilərsinizmi? — Surə 🗯 04:15, 17 iyul 2021 (UTC)
Sual
redaktəHansı versiya daha doğrudur: "...ümumdünya irsi", "...Ümumdünya irsi" yoxsa "...Ümumdünya İrsi" ? Mənbələrdə hər dəfə bir cür verilib. — Surə 🗯 07:18, 18 iyul 2021 (UTC)
- YUNESKO "Ümumdünya irsi" yazıb. --► Hörmətlə: SolaVirum 08:38, 18 iyul 2021 (UTC)
- Maraqlıdır, "UNESCO"-nu "YUNESKO" olaraq yazıblar. Onda biz də elə edək? — Surə 🗯 12:25, 18 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu yox. Çünki 2019-cu ilin orfoqrafiya qanunlarına əsasən və president.az kimi mənbələrin yeni paylaşımlarına əsasən UNESCO-dur. - Dr.Wiki54 (müzakirə) 12:27, 18 iyul 2021 (UTC)
- Dr.Wiki54 eynən. Azərtacın son paylaşımlarına baxdım, UNESCO kimi qeyd olunub. Bir də "Ümumdünya İrsi Siyahısı" olaraq yazılıb. Bu mövzu bir az qarnlıq idi mənə, çünki Ümumdünya İrsi ilə bağlı məqalə, kateqoriya, şablon və siyahıların hərəsi bir cür adlandırlıb. Ən doğru variantı standart kimi götürüb düzəlişlər edəcəm. — Surə 🗯 12:32, 18 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu yox. Çünki 2019-cu ilin orfoqrafiya qanunlarına əsasən və president.az kimi mənbələrin yeni paylaşımlarına əsasən UNESCO-dur. - Dr.Wiki54 (müzakirə) 12:27, 18 iyul 2021 (UTC)
- Maraqlıdır, "UNESCO"-nu "YUNESKO" olaraq yazıblar. Onda biz də elə edək? — Surə 🗯 12:25, 18 iyul 2021 (UTC)
{{Xarici keçidlər}} şablonu azvikidə çox da istifadə olunmur mən bildiyim üzrə. Bunun səbəbi nədir? Yəni zəruri deyildirmi? Normalda mən yaratdığım məqalələrə əlavə etmirəm. Amma belə də baxıram ki, bütün vikilərdə daimi istifadə olunur. Fikriniz? — Surə 🗯 17:23, 18 iyul 2021 (UTC)
- Mən çalışıram bütün işlədiyim məqalələrə əlavə edim. Çünki bu funksiya şəxsin, mövzunun, təşkilatın və s. müxtəlif məlumat bazalarındakı müvafiq indeks altında cəmlənmiş datasını, habelə sosial şəbəkə profilini oxuyucuya çatdırır. — Burocan (müzakirə) 20:18, 18 iyul 2021 (UTC)
- Mən də istifadə edirəm bu şablonu. — Xeyal (müzakirə) 05:55, 19 iyul 2021 (UTC)
- Yox, mən əlavə edirəm həmişə. Zəruri əlavədir. --► Hörmətlə: SolaVirum 20:17, 20 iyul 2021 (UTC)
- Sosial media və ensiklopediya keçidlərini göstərmək üçün lazımdır. Lazımsız deyil yəni. NMW03 (müzakirə) 17:42, 21 iyul 2021 (UTC)
Adlandırma
redaktəAdlandırma ilə bağlı belə bir sualım olacaq, nümunə üçün: Munzur vadisi Milli Parkı yoxsa Munzur Vadisi Milli Parkı və ya Qala gölü Milli Parkı yoxsa Qala Gölü Milli Parkı ? Ümumiyyətlə bu tipli məqalə adlarında tərəddüdlü qalıram. Onu da qeyd edim ki, hər iki məqalənin adlandırılmasında birinci versiyanı seçmişəm. Fikirlərinizə görə dəyişdirəcəm. — Surə 🗯 15:52, 20 iyul 2021 (UTC)
- Hamısı böyüklə. --► Hörmətlə: SolaVirum 20:17, 20 iyul 2021 (UTC)
- dəyişdirirəm. — Surə 🗯 13:52, 21 iyul 2021 (UTC)
Yeni məqalələr
redaktəPatrullardan (Şöhrət, Verman1, Anar kerimxanov, Burocan, Xeyal, Musa Səmədov, Dr.Wiki54, Elshad Iman (Elşad İman)) xahiş edirəm ki, yeni yaradılmış səhifələri patrullayarkən hər hansı əksik varsa düzəliş etsinlər və ya uyğun şablon yerləşdirisinlər. Əks halda məqaləni patrullanmış olaraq nişanlamasınlar. Bu əslində bilirsiz nəyə bənzəyir? Patrullar redaktə və ya yeni yaradılmış səhifəni patrullayarkən həmin dəyişikliyə "təhlükəsiz, problemsiz" damğası vururlar. Yəni "yoxladım, problemsizdir, heç nəyə ehtiyac yoxdur" deyirlər. Amma mən tez-tez yeni yaradılmış məqalədə ciddi stil kitabçası pozuntularına rast gəlirəm və ya görürəm ki, məqalədə şablon / istinad / kateqoriya yoxdur. Amma patrullanıb. Bu kimi hallarda səhifəyə uyğun dəyişikliklər etmənizi və ya ümumiyyətlə patrullamamağınızı xahiş edirəm. Unutmayaq ki, əslində patrullar qapı ağzındakı gözətçilər kimidir, odur ki, yeni qonaqlardan süphəlisi olarsa çalışaq ki, içəri buraxmayaq, qalsın qapıda sonra başqa biri yoxlayıb uyğun addımı atar. Əziyyətiniz üçün təşəkkürlər və fəaliyyətinizdə uğurlar! — Surə 🗯 17:28, 21 iyul 2021 (UTC)
- Sizinlə tam razıyam. Sanki kimsə bütün səhifələri patrullanmış olaraq işarələyir. — Burocan (müzakirə) 18:03, 21 iyul 2021 (UTC)
- Narahatlığınızı başa düşürəm, amma mən demək olar yeni səhifə patrullamıram patrul olandan bu yana. Düzəlişləri patrullamışam. O da fəaliyyətim daha çox var olanı təkmilləşsirmiyə yönəldiyi üçün yoxlama funksiyasını yerinə yetirə bilmirəm tam olaraq. - Dr.Wiki54 (müzakirə) 19:05, 21 iyul 2021 (UTC)
Sizinlə razıyam. Mənimdə qarşıma qeyd etdiyiniz nöqsanlar çıxır. Amma bilmək istəyirəm ki, hər hansı məqaləni kimin patrulladığını görmək funksiyası varmı? Hər hansı məqalədə patrullamaq istəyərkən şübhə altında qaldıqda patrullamıram. — Xeyal (müzakirə) 08:13, 22 iyul 2021 (UTC)
- @İstifadəçi:Xeyal patrullama tarixçəsinə baxa bilərsiniz. - Dr.Wiki54 (müzakirə) 08:18, 22 iyul 2021 (UTC)
- Onu bilirəm, sadəcə məqalə üzərindən axtarmaq istəyirdim. Siz dediyiniz yerdə patrullama çox olub axtardığım patrullama sonlara düşə bilər, bu da axtarıb tapmaqda çətinlik yaradır. — Xeyal (müzakirə) 08:21, 22 iyul 2021 (UTC)
- Bir də belə bir şey var ki, avtopatrulların yaratdığı məqalələr də problemlər çoxdur. Ümumiyyətlə bundan sonra çalışacam ki, yeni səhifələrdə çox az miqdarda istifadəçi xaric avtopatrul olsun ya da olmasın bütün istifadəçilər tərəfindən yaradılmış səhifələrə göz gəzdirim. — Surə 🗯 14:24, 22 iyul 2021 (UTC)
- Onu bilirəm, sadəcə məqalə üzərindən axtarmaq istəyirdim. Siz dediyiniz yerdə patrullama çox olub axtardığım patrullama sonlara düşə bilər, bu da axtarıb tapmaqda çətinlik yaradır. — Xeyal (müzakirə) 08:21, 22 iyul 2021 (UTC)
Flag of Azerbaijan
redaktəHi, can anyone from Azerbaijan confirm that the design of the Flag of Azerbaijan was updated in 2018? The current flag of Azerbaijan in Wikipedia and Wikimedia Commons is based on the 1991 description of the flag [2]. But there is a law № 1331-VKQ enacted in November 2018 gives different sizes of the crescent and the star on the flag.— Mike Rohsopht (müzakirə) 07:30, 22 iyul 2021 (UTC)
- Mike Rohsopht, it seems they updated it. First law was repealed by numeorous of new laws. [3]. NMW03 (müzakirə) 07:41, 22 iyul 2021 (UTC)
- @Mike Rohsopht, hi, thanks for your interest in the topic. This is a bit complicated issue, but yes, the flag colors and sizes of the crescent and the star were slightly changed in 2018. "E-qanun.az" updates the according to the amendments, it has to be taken into consideration. The original 1991 text can be found here: [4]. Plus, I was able to find the official application of the measurements enacted on 5 Feb 1991 while playing around in the archives. You can take a look at it here, but it requires a free membership (first 7 days are free). By the way, an interesting fact is that the government officials use the flag and the coa from Commons (older versions of the files) on the website and the presidential standard (lol): [5] (even though the official version should be like this). So taking official sizes from the text is the only reasonable choice. — Toghrul R (m) 07:46, 23 iyul 2021 (UTC)
- @NMW03, Toghrul R, it seems that the crescent of the newer version is thicker then the old one. But according to the numbers given by the 2018 law, the crescent and the star should be overlapping like this. Unless I have misinterpreted the descriptions. I have also brought a discussion in Commons.— Mike Rohsopht (müzakirə) 16:17, 23 iyul 2021 (UTC)
Vandalizmə qarşı mübarizədə yalnışlıq
redaktəİstifadəçilərin diqqətini belə bir məqama yönləndirmək istəyirəm. Bu mövzunu açmaqda əsas məqsədim yalnışlığa yol vermiş kiminsə cəzalanması yox, bu kimi yalnışlıqların gələcəkdə qarşısının alınması üçün tənzimləyici tədbirlərin görülməsi və proseslərin təkmilləşdirilməsidir. İstifadəçi Burocan tərəfindən yerinə yetirilən bu redaktə mənim bu problemə geniş zaman ayırmama səbəb oldu. İstifadəçi məqalədəki yazını silməsini əvvəlcə mənbənin olmaması ilə əsaslandırmağa çalışır, daha sonra isə yazının İP tərəfindən daxil edilməsi səbəbindən mövzunun dərinliyinə girməyərək kortəbii şəkildə yazını silməsini bu müzakirədə etiraf edir. Bəzi istifadəçilər VP:EM qaydalarının rəsmi olmamasını və qüsurlu olmasını iddia edə bilər, amma mən başqa qabaqcıl Vikipediyaları araşdırdığımda (ilk növbədə ingilis dilindəki) orada da bu tipli ümumi məlum olan, məqalənin giriş hissəsində verilən, aşkar olmasına heç bir mübahisə yeri olmayan yazıların mənbəsiz olmasına icazə verilir. Patrul kimi məsuliyyətli statusa malik bir istifadəçinin belə qayda pozuntusuna yol verməsi narahat doğurur, çünki istifadəçi doğruluğunda əmindir və bundan irəli gələrək əminliklə demək olar ki, istifadəçi bundan əvvəl də bu kimi səhvlərə yol verib və bundan sonra da buna davam etməsi ehtimalı böyükdür. İstifadəçinin vandalizmə qarşı mübarizə aparması təqdirəlayiqdir, amma bu kimi hallarda istifadəçi özü qaydaları düzgün interpretasiya edə bilməməsi səbəbindən qeyri-ixtiyari vandalizmə yol vermiş olur. Bu kimi hallarla başqa istifadəçilər və hətta idarəçilər tərəfindən də əvvəllər tez-tez rastlaşırdım və müvafiq tənzimləmə olmazsa bu kimi xətalara yol verilməsi daha da geniş vüsət alacaq. Əgər istifadəçi vandalizmlə mübarizə aparan zaman bu kimi detalları araşdırmağa vaxtı və ya imkanı yoxdursa bunu başqasından xahiş edə bilər yaxud ümumiyyətlə məqaləyə toxunmamalıdır. İstifadəçinin verdiyi izahata əsasən bu kimi xətalara yol vermiş şəxslərin hərəkət alqoritmini aşağıdakı kimi sıralamaq olar:
- Vikipediyadakı son dəyişikliklər gözdən keçirilir
- Əgər kimsə qeydiyyatdan keçmədən nəsə yazıbsa mənbə olub-olmamasına baxılır
- Mənbə olduğu halda ümumilikdə hansı hərəkəti etdiklərini deyə bilmərəm, amma mənbə göstərilmədikdə mövzu araşdırılmadan yazı kortəbii şəkildə silinir (halbuki mübahisə yaratmayan hallarda istifadəçidən mənbə daxil etməsini istəmək, məqaləyə "mənbə göstərin" yaxud "mənbəsiz" şablonlarını yerləşdirmək daha məqsədəuyğundur).
Vikipediyada yeni başlayan istifadəçilər adətən qeydiyyatdan keçmədən ilkin redaktələrə başlayırlar və onların hamısını "Vandalizm" kimi damğalamaq kökündən səhv fikirdir. Vandalizmlə məşğul olarkən bu kimi detallara diqqət yetirilməlidir və yaxşı olardı ki, vandalizmlə mübarizə aparan istifadəçilərin özlərinin də fəaliyyətinə nəzarət mexanizmi mövcud olsun. Əks halda xaotik fəaliyyət bu kimi xətalara gətirib çıxaracaq. Vikipediyaya idarəçilər səviyyəsində çox böyük töhvə verə biləcək potensiala malik bir neçə şəxs tanıyıram ki, Vikipediyada ilkin olaraq bu cür redaktələrə başladıqda onların yazıları Vandalizm olaraq damğalanaraq heç bir səbəbsiz pozulduğu üçün Vikipediyadan uzaqlaşıblar. Ona görə məsələyə dırnaqarası baxılmamasını xahiş edirəm. Problemin həlli üçün konkret təkliflərin verilməsi və lazım olarsa qaydalarda dəyişiklik edilməsi yaxşı olardı. — Thunder Storm (müzakirə) 14:11, 23 iyul 2021 (UTC)
- Mənə qarşı olan mövqeyiniz birtərəflidir və qeyri-konstruktivdir. IP address tərəfindən mənbəsiz məlumat daxil edilib və real situasiyaya uyğun məzmun çıxarılıb. Ardınca siz mənbə əlavə etmək əvəzinə redaktəni qaytarıb, məni ittiham edirsiniz. Burada fəaliyyət göstərən əksər fəal istifadəçilər mənim iş prinsiplərimə bələddirlər. Mənim prinsiplərim və fəaliyyətimin əsas istiqamətləri bəllidir. Sizə isə burada ətraflı cavab vermişəm. Ona görə də, giriş hissəsində adımı hallandırmazdan öncə yaxşı olardı ki, öz məsuliyyətinizi bir kənara qoymayasınız. Vandalizmə qarşı sistemli fəaliyyət çağırışınıza qoşuluram. Ancaq gecə səhərə kimi vandalizmin qarşısını mən və mənim kimi azsaylı fəal istifadəçilər alır və təəssüf ki, siz bu zümrənin içərisində görünmürsünüz. Bir məsələni də nəzərə alın, hər məqaləyə ucdantutma "Mənbəsiz" şablonu yerləşdirmək və neqativ hallara göz yummaq Vikipediyanın azərbaycandilli seqmentini inkişafdan saxlayacaq. Yəni kəmiyyət artacaq, keyfiyyət isə azalacaq. — Burocan (müzakirə) 14:29, 23 iyul 2021 (UTC)
- Bu mövzuyla bağlı fikrimi bildirmək istəyirəm. Fikrimcə İP ünvanı ilə əlavə edilmiş hər redaktəni sırf mənbə yoxdur deyə geri qaytarmaq doğru deyil. Amma müvafiq redaktə üçün Burocana haqq qazadırıram. Çünki, bu kimi əlavələtr təkcə mənbə mövzusuna görə deyil, eyni zamanda stil kitabçasına uyğun olmadığı üçün qəbul edilməzdir. Zatən bu günə qədər vikiyə bu kimi əlavələr çox olub və odur ki, hal-hazırda bir çox məqalənin vikiləşdirilməyə ehtiyacı var. Əgər hər-hansı addım atmasaq, min. 5-10 il sonra viki internetdəki bir çox azad veb səhifə və ya bloqa çevriləcək. "O da töhfədir" deyib saxladığımız əlavələr nəticəsində bəzi məqalələr kitab səhifəsinə bənzəyir. Plus, kitabdan fəqli olaraq bir müddət sonra viki bir-birindən əlaqəsiz, bir-birini izləməyən, bəzən təkrarlayan, əsassız məlumatlarla dolacaq. Verman1 sizinlə də o mövzuda razıyam ki, istifadəçilərin redaktələrini ilk dəfədən geri qaytardıqda viki bir çox halda dəyərli istifadçılər itirir. Amma hər halda bu başqa mövzudur və buna görə bir çox hallarda yararsız əlavələrə göz yuma bilmərik. — Surə 🗯 15:05, 23 iyul 2021 (UTC)
- IP tərəfindən edilən redaktələri qaytarmaq düzgün deyil. IP-lər tərəfindən edilən redaktələr arasında xeyirliləri də ola bilər. Məqalənin giriş hissəsində olan məlumatlara da mənbə qoyulmaya bilər (əgər həmin məlumatlara digər bölmələrdə istinad qoyulubsa). Mənbəsiz məlumatın çıxarılmasını da mən də dəstəkləmirəm, lap IP tərəfdən edilmiş olsun.— 127-ci yapon imperatoru 06:29, 24 iyul 2021 (UTC)
- Bu mövzuyla bağlı fikrimi bildirmək istəyirəm. Fikrimcə İP ünvanı ilə əlavə edilmiş hər redaktəni sırf mənbə yoxdur deyə geri qaytarmaq doğru deyil. Amma müvafiq redaktə üçün Burocana haqq qazadırıram. Çünki, bu kimi əlavələtr təkcə mənbə mövzusuna görə deyil, eyni zamanda stil kitabçasına uyğun olmadığı üçün qəbul edilməzdir. Zatən bu günə qədər vikiyə bu kimi əlavələr çox olub və odur ki, hal-hazırda bir çox məqalənin vikiləşdirilməyə ehtiyacı var. Əgər hər-hansı addım atmasaq, min. 5-10 il sonra viki internetdəki bir çox azad veb səhifə və ya bloqa çevriləcək. "O da töhfədir" deyib saxladığımız əlavələr nəticəsində bəzi məqalələr kitab səhifəsinə bənzəyir. Plus, kitabdan fəqli olaraq bir müddət sonra viki bir-birindən əlaqəsiz, bir-birini izləməyən, bəzən təkrarlayan, əsassız məlumatlarla dolacaq. Verman1 sizinlə də o mövzuda razıyam ki, istifadəçilərin redaktələrini ilk dəfədən geri qaytardıqda viki bir çox halda dəyərli istifadçılər itirir. Amma hər halda bu başqa mövzudur və buna görə bir çox hallarda yararsız əlavələrə göz yuma bilmərik. — Surə 🗯 15:05, 23 iyul 2021 (UTC)
- Mənə qarşı olan mövqeyiniz birtərəflidir və qeyri-konstruktivdir. IP address tərəfindən mənbəsiz məlumat daxil edilib və real situasiyaya uyğun məzmun çıxarılıb. Ardınca siz mənbə əlavə etmək əvəzinə redaktəni qaytarıb, məni ittiham edirsiniz. Burada fəaliyyət göstərən əksər fəal istifadəçilər mənim iş prinsiplərimə bələddirlər. Mənim prinsiplərim və fəaliyyətimin əsas istiqamətləri bəllidir. Sizə isə burada ətraflı cavab vermişəm. Ona görə də, giriş hissəsində adımı hallandırmazdan öncə yaxşı olardı ki, öz məsuliyyətinizi bir kənara qoymayasınız. Vandalizmə qarşı sistemli fəaliyyət çağırışınıza qoşuluram. Ancaq gecə səhərə kimi vandalizmin qarşısını mən və mənim kimi azsaylı fəal istifadəçilər alır və təəssüf ki, siz bu zümrənin içərisində görünmürsünüz. Bir məsələni də nəzərə alın, hər məqaləyə ucdantutma "Mənbəsiz" şablonu yerləşdirmək və neqativ hallara göz yummaq Vikipediyanın azərbaycandilli seqmentini inkişafdan saxlayacaq. Yəni kəmiyyət artacaq, keyfiyyət isə azalacaq. — Burocan (müzakirə) 14:29, 23 iyul 2021 (UTC)
Ümumiyyətlə bir əlavəni də xüsusilə qeyd edib bu mövzunu özüm üçün tamamilə yekunlaşdıracam. Burada problem sırf IP adress tərəfindən daxil olunan məlumatla bağlı deyil. Yuxarıdakı iddiaçı yoldaş elə bir görüntü yaradıb ki, guya mən ucdantutma bütün IP adress redaktələrini qaytarmışam. Təbii ki, IP adress redaktələri arasında faydalıları ola bilər və olur da. Məni şəxsən narahat edən məqam ondan ibarətdir ki, təcrübəli bir istifadəçi IP adresslə redaktə edir (ni edən çox böyük ehtimalla iddiaçının özüdür), ancaq qaydalara bələd olduğu halda onlara əməl etmir. Bu artıq metodoloji bir yol ayrımıdır. Surənin də çox düzgün olaraq qeyd etdiyi kimi Biz Vikipediyaya ensiklopediya kimi yox, bloq kimi yanaşsaq, hər əlavəni "ciddi töhfə" kimi qəbul edib yola davam etsək təəssüf ki, Vikipediyanın azərbaycandilli seqmenti keyfiyyət nöqteyi-nəzərindən arzuolunan səviyyəyə çata bilməyəcək. O ki qaldı kiminsə həvəsdən düşməyinə, yazı-pozu işi həvəslə olmur. Bu bir vərdişdir, daha çox həyat tərzidir. Gündə onlarla istifadəçi qeydiyyatdan keçir, ancaq yalnız onların çox cüzi faizi burada fəaliyyət göstərir. Bu dünyanın hər yerində belədir. Əhali sayı çox olan ölkələrin bu baxımından üstünlüyü var. Əslində bizim çalışmalı olduğumuz məqam konkret sahə üzrə mütəxəssislərin bu layihədə iştirakını təmin etmək olmalıdır. Beləliklə kompakt, amma operativ, o cümlədən məhsuldar bir viki-cəmiyyət formalaşdıraraq mövcud problemləri aradan qaldırıb bu platformanı ciddi bir məlumat bazasına çevirmək olar. — Burocan (müzakirə) 08:24, 24 iyul 2021 (UTC)
Salam. Məqalə adları ilə bağlı qaydanı yenidən işləyib hazırlamağa çalışıram. Ümumi qaydaları envikidən əsas hissələri seçib tərcümə edərək yazmışam. Qalıb azvikiyə məxsus xüsusi standartlar. Hasılar ki, vikidə uzunmüddətdir istifadə olunur, amma tam olaraq qaydalarda qeyd olunmayıb. Hansı standartların qayda daxilində yer almasını təklif edirsiniz? Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, NMW03, Solavirum, Samral fikirləriniz maraqlıdır. — Surə 🗯 10:16, 1 iyul 2021 (UTC)
- Mən adətən envikidən tam tərcümə edirəm sonra burda müzakirə açıram ki kimin nə təklifi varsa versin. Sizdə belə edə bilərsiniz. NMW03 (müzakirə) 12:15, 1 iyul 2021 (UTC)
- Mümkündürsə, rusvikidə olub, envikidə olmayan hissələri də tərcümə edib yerləşdirməyinizi xahiş edirəm. Müasir Azərbaycan dilinin qrammatikası və dil standartları (məsələn, məqalə adından sonra tire qoymaq) rus ənənəsindən götürülüb, Anadolu türkcəsi ilə olan bəzi fərqliliklər də buradan gəlir (onlar fransız ənənəsinə əsaslanıb). --► Hörmətlə: SolaVirum 17:03, 1 iyul 2021 (UTC)
- NMW03 envikidən lazımlı hissələri tərcümə edib bitirmişəm və buna görə düşündüm ki dediyiniz kimi kiminsə təklif və əlavələri varsa bildirsin. Solavirum çalışaram tərcümə edim. Zatən müzakirəni də məhz buna görə açmışam. Çünki bəzi standartlar var ki, onlar ruvikidəkinə uyğun olaraq bizim vikidə də tətbiq edilir / edilməlidir. Məsələn, elə səhifədə də qeyd etdiyim kimi inzibati vahidlərlə bağlı. — Surə 🗯 17:13, 1 iyul 2021 (UTC)
- Mümkündürsə, rusvikidə olub, envikidə olmayan hissələri də tərcümə edib yerləşdirməyinizi xahiş edirəm. Müasir Azərbaycan dilinin qrammatikası və dil standartları (məsələn, məqalə adından sonra tire qoymaq) rus ənənəsindən götürülüb, Anadolu türkcəsi ilə olan bəzi fərqliliklər də buradan gəlir (onlar fransız ənənəsinə əsaslanıb). --► Hörmətlə: SolaVirum 17:03, 1 iyul 2021 (UTC)
- Məni işarələməsəniz də, fikir bildirmək istəyərdim. Əsasən mən kino/film adlarının, kitab adlarının bir çox hallarda şəxs adlarının türkcədən Azərbaycan dilinə tərcüməsini dəstəkləmirəm. Transliterasiya/Tərcümə qaydalarında bu işlənsə yaxşı olar. Məsələn bəzən elə qəribə səslənir tərcümələr: Mehmet Ali Erbil->Məhmət Əli Ərbil. Ali Erbil->Əli Ərbil qəbul olunandır. Amma məncə Mehmet->Məhmət düzgün alınmır. Yadıma düşən bu oldu, daha absurd şəkildə tərcümə olunan adlar da var. Bəlkə də mən yanılıram, bu sahənin mütəxəssisi deyiləm. Səhv eləmirəmsə, hörmətli @İstifadəçi:Sortilegus bəy, bu mövzuda daha məlumatlıdır. Siz necə düşünürsünüz? - Dr.Wiki54 (müzakirə) 07:49, 5 iyul 2021 (UTC)
- Salam. Məqalə adlandırması illərdir azvikidə müzakirə mövzusudur və zaman-zaman bu müzakirələr qızışır. Amma onu deyim ki, kino adlarının adlandırılmasını burada aylarla müzakirə etmişik və optimal variant kimi indiki adlandırmanın qalması uyğun görülüb (Məsələn, Bəxtiyar (film, 1942) və Bəxtiyar (film, 1955)). Ona görə məncə, onlara toxunmayaq. Çox sayda kino haqqında məqalə var və hamısı standart adlandırmaya tabedir. Adı problem doğuran ikinci belə məqalələr idman klubları, xüsusilə də futbol komandaları haqqında olan məqalələr idi. Əvvəllər ruvikidəki kimi yazırdıq: "Spartak (futbol klubu, Moskva)", sonra yazdıq "Spartak Moskva FK" və sonuncu variantda razılığa gəlindi. Bu məsələni də məncə elə bu cür qoyaq qalsın. Türk dilindən transliterasiya ilə bağlı doğrudan da problem var. Amma istədik-istəmədik hər kəlimənin optimal variantını tapıb transliterasiya etməliyik. Məsələn necə ki, "Hoşhaber, Iğdır" adını Xoşxəbər (İğdır) kimi transliterasiya ediriksə, Ahmet-Mehmet üçün də bir optimal variant tapıb transiterasiya etməliyik. Amma xüsusi adları türkcədən tərcümə etməməliyik. Deyək ki, bir kəndin adı "Kiraz"dırsa onu götürüb "Gilas" yazmaq doğru deyil. Hörmətlə:— Sortilegus (müzakirə) 10:45, 5 iyul 2021 (UTC)
- Sortilegus, o məsələ əslində bizlik deyil. Faktiki olaraq, dövlət orqanları və KİV-lər transliterasiya əvəzinə tərcümə edir türk adlarını. Məsələn, "Erdoğan" adını transliterasiya etsək, "Erdoan" olmalıdır. Lakin bu mürəkkəb ad bizdə birbaşa olaraq "Ərdoğan" kimi yazılıb. Digər türk siyasətçilərinin adlarında da belədir: Kamal Qılıncdaroğlu, Maral Akşənər, Əkrəm İmamoğlu, Dövlət Bağçalı və ya Baxçalı, Binəli Yıldırım və s. Nəzərə alsaq ki, Vikipediyadakı adlandırma üsulu qanun və KİV-lərə əsaslanır, bizim bu məsələdə bir səlahiyyətimiz yoxdur. --► Hörmətlə: SolaVirum 14:28, 7 iyul 2021 (UTC)
- Meral Akşenər barəsində KİV də bilmir neynəsin. Rəsmi mətbuatda müxalifət olduğu üçün adı çox keçmir, belə gah Maral Ağşənər, gah Meral Ağşənər gah da Meral Akşenər yazırlar. Sizə qatılıram ki, bu bizim səlahiyyətimiz xaricindədir. Amma bir standart yaratmalıyıq. Yoxsa hər məqalə fərqli cür standarta tabe tutulanda qarışıqlıq yaranır. - Dr.Wiki54 (müzakirə) 14:37, 7 iyul 2021 (UTC)
- Dr.Wiki54, o cür hallarda belə bir təcrübədən istifadə olunur, ən azından EnVikidə. Ən çox istifadə edilən ad tapılır, tutaq ki, "Maral Ağşənər". Birinci o yazılır, digər formaları isə {{Efn}} vasitəsilə qeyd olaraq verilir. Mən oxşar problemi Təll-Abyad məqaləsində yaşamışdım, bir yolunu tapıb bir şeylər etdim. --► Hörmətlə: SolaVirum 15:15, 7 iyul 2021 (UTC)
- Əslində necə deyərlər türkcədən türkcəyə tərcümə olmaz. Sadəcə "ə", "q", "x" hərfləri dəyişdirilə bilər məncə. Yəni Meral Akşenər daha məqbul olar. Bu e-ə məsələsində də türkcənin fonetikasını nəzərə almalıyıq. Məsələn Girəsun-Giresun səhvində olduğu kimi. Bu problemlə dəfələrlə trvikidə də qarşılaşmışam. Hər iki viki üçün ağrılı mövzudur. - Dr.Wiki54 (müzakirə) 15:18, 7 iyul 2021 (UTC)
- Kiraz Gilas yazıla bilməz bu arada. O artıq transliterasiya yox tərcümə olur. NMW03 (müzakirə) 15:11, 7 iyul 2021 (UTC)
- Sortilegus, o məsələ əslində bizlik deyil. Faktiki olaraq, dövlət orqanları və KİV-lər transliterasiya əvəzinə tərcümə edir türk adlarını. Məsələn, "Erdoğan" adını transliterasiya etsək, "Erdoan" olmalıdır. Lakin bu mürəkkəb ad bizdə birbaşa olaraq "Ərdoğan" kimi yazılıb. Digər türk siyasətçilərinin adlarında da belədir: Kamal Qılıncdaroğlu, Maral Akşənər, Əkrəm İmamoğlu, Dövlət Bağçalı və ya Baxçalı, Binəli Yıldırım və s. Nəzərə alsaq ki, Vikipediyadakı adlandırma üsulu qanun və KİV-lərə əsaslanır, bizim bu məsələdə bir səlahiyyətimiz yoxdur. --► Hörmətlə: SolaVirum 14:28, 7 iyul 2021 (UTC)
- Şəxs adları üçün vahid standartın qəbul edilməsinin tərəfdarı deyiləm. Bu mövzuda yerli mənbələrdə ən çox işlədilən ad seçilməlidir. Mənim üçün ən maraqlı mövzulardan biri: Osmanlı İmperiyası yoxsa Osmanlı imperiyası? Söhbət bu məqalədən getmir, ümumiyyətlə respublika, krallıq kimi anlayışlar da daxil olmaqla bu mövzuya toxunulan əsaslı mənbə qeyd edə bilərsinizmi? — Surə 🗯 16:22, 9 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu Qeyd etdiyiniz dəyişiklikləri @İstifadəçi:Solavirum icra edib. Hər-halda daha məlumatlı olar. - Dr.Wiki54 (müzakirə) 18:21, 9 iyul 2021 (UTC)
- Sura Shukurlu, bunu bir ara müzakirə etmişdik. Deməli, Azərbaycandilli mənbələrdə standart yoxdur bu haqda. Gah "i" böyüklə yazılır, gah da kiçiklə. Məsələ budur ki, "imperiya" formal titul olmayıb. Məsələn, Azərbaycan Respublikasındakı "respublika" xüsusi isimdir, lakin Azərbaycan dövlətində "dövlət" xüsusi isim deyil. İmperiyalar da o cürdür. Ona görə fikirləşdik ki, ən yaxşısı tarixi imperiyaların adlarındakı "imperiya" sözünün ilk hərfini ümumi isim, amma məsələn Yaponiyada xüsusi isim kimi qəbul edək. --► Hörmətlə: SolaVirum 18:27, 9 iyul 2021 (UTC)
- Solavirum məlumat üçün təşəkkür edirəm. Elə isə qaydalara həmin bəndi də əlavə edəcəm və mövcud məqalə adlarında da düzəlişlər etməyə çalışacam. — Surə 🗯 05:46, 10 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu Qeyd etdiyiniz dəyişiklikləri @İstifadəçi:Solavirum icra edib. Hər-halda daha məlumatlı olar. - Dr.Wiki54 (müzakirə) 18:21, 9 iyul 2021 (UTC)
- Salam. Məqalə adlandırması illərdir azvikidə müzakirə mövzusudur və zaman-zaman bu müzakirələr qızışır. Amma onu deyim ki, kino adlarının adlandırılmasını burada aylarla müzakirə etmişik və optimal variant kimi indiki adlandırmanın qalması uyğun görülüb (Məsələn, Bəxtiyar (film, 1942) və Bəxtiyar (film, 1955)). Ona görə məncə, onlara toxunmayaq. Çox sayda kino haqqında məqalə var və hamısı standart adlandırmaya tabedir. Adı problem doğuran ikinci belə məqalələr idman klubları, xüsusilə də futbol komandaları haqqında olan məqalələr idi. Əvvəllər ruvikidəki kimi yazırdıq: "Spartak (futbol klubu, Moskva)", sonra yazdıq "Spartak Moskva FK" və sonuncu variantda razılığa gəlindi. Bu məsələni də məncə elə bu cür qoyaq qalsın. Türk dilindən transliterasiya ilə bağlı doğrudan da problem var. Amma istədik-istəmədik hər kəlimənin optimal variantını tapıb transliterasiya etməliyik. Məsələn necə ki, "Hoşhaber, Iğdır" adını Xoşxəbər (İğdır) kimi transliterasiya ediriksə, Ahmet-Mehmet üçün də bir optimal variant tapıb transiterasiya etməliyik. Amma xüsusi adları türkcədən tərcümə etməməliyik. Deyək ki, bir kəndin adı "Kiraz"dırsa onu götürüb "Gilas" yazmaq doğru deyil. Hörmətlə:— Sortilegus (müzakirə) 10:45, 5 iyul 2021 (UTC)
Solavirum, bu arada, məqalə adından sonra tirenin işlətməsinin mütləq olmaması ancaq Türkiyə türkcəsindəki ensiklopediyaların ənənəsi deyil. Elə bizim ensiklopediyalarına baxsanız, tirenin orda da mütləq olmamasını görəcəksiniz (məs. Ozan-aşıq ensiklopediyası: I cild s. 42 və s. 124; 2008 Üzeyir Hacıbəyli ensiklopediyası, s. 24 və s. 26). Beləliklə, Azərbaycanda bu norma ləğv olunandan sonra, Azərbaycanca Vikipediya hələ də Sovet norması ilə işləyir) — Мурад 97 (müzakirə) 01:20, 12 iyul 2021 (UTC)
Türk adlarının transliterasiyası
redaktəBir çox türk şəxs adlarında və ya ən çox da coğrafi adlarda sözləri tərcümə edirik. Hər halda "Kahramanmaraş"ı "Qəhrəmanmaraş" kimi dəyişdirmək transliterasiyası deyil :) Bu tərcümədir artıq. Fikrimcə transliterasiyası sözdəki səslərin dilə uyğun qarşlıqları ilə əvəz edilməsdir. Qeyd etdiyim məqam bir çox məqalədə var. Hörmətli Sortilegus ən çox da sizin fikriniz maraqlıdır. — Surə 🗯 13:51, 15 iyul 2021 (UTC)
- Mən belə düşünürəm:
- Şübhəli durumlarda Türkcədəki fonetika qaydaları nəzərə alınmalıdır. Yəni sözlərin oxunuş qaydası. Məsələn: Giresun elə yazıldığı kimi oxunur. Meral Akşener -Meral Akşenər- (Meral maral mənasına gəlsə də mövcud lüğətdə geyik daha çox istifadə olur, marala dəyişmək düzgün olmaz). Kemal Kılıçdaroğlu (Türkcədə Kamal da var Kemal da, adamın adına özümüzdən 1 hərf əlavə etmək də düzgün deyil axı Qılınc olsun deyə, təəssüf ki medya belə yazır) yazıldığı kimi. Ən rahat dəyişilən xüsusi ad Ahmet-Əhməd, Ali-Əli, Hüseyin-Hüseyn, Orhan-Orxan, Ayhan-Ayxan və s. Amma problemlilər və qarşılığı olmayanlar oxunuş qaydasına görə saxlanmalıdır. Məsələn: Cengiz-Çingiz olsa da ad dəyişmiş olur. Hakan-Hakan (Xaqan etmək nə dərəcədə düzgündür bilmirəm) Sedat-Sedat (Sədat yox), Peker-Pekər. Bir iki başqa adın da Muhammed-Məhəmməd, Muharrem-Məhərrəm çevrilməsinə qarşıyam amma ümumi belə istifadə olunur hal-hazırda. Yer adları da həmçinin böyük şəhər, vilayət adları dilimizə artıq oturuşub Ərdəhan, Ərzincan (türkcədə də belə oxunur), Diyarbəkir, Qars. Hərçəndki mən bəzi hallarda oturuşmuş qaydaların da doğruluğuna şübhə edirəm amma nə edək artıq bu belədir. İlçə, kənd, məhəllə və s. kimi geniş yayılmayan adları oxunuş qaydası və oturuşmuş transliterasiya qaydalarına görə transliterasiya etməliyik məncə, məsələn: Halkapınar-Halkapınar (Halqabulaq ya da Halqapınar gülməlidir) Keçiören-Keçiörən (Keçihörən yox), Nallıhan-Nallıhan (han=xan deyil məsələn). - Dr.Wiki54 (müzakirə) 14:53, 16 iyul 2021 (UTC)
- Şəxs adları ilə bağlı fikrinizlə tam razıyam. Belə bir sualım olacaq: Değirmenburnu Tabiat Parkı-nı mən indi Değirmenburnu Təbiət Parkı kimi adlandırım yoxsa Dəyirmanburnu Təbiət Parkı? Məncə birinci versiya doğrudur. — Surə 🗯 04:08, 23 iyul 2021 (UTC)
SNS-in yeni dizaynı
redaktəMövcud versiya / Yeni versiya
Salam hərkəsə. SNS-lə bağlı daha əvvəl də müzakirə açmış və bidirmişdim ki, bölmə üçün yeni dizayn hazırlamağa çalışacam. NMW03 tərəfindən hazırlanmış dizaynda bəzi dəyişikliklər edərək əsas səhifənin dizaynını hazırladım. Beləliklə birinci addımda təqdim olunmuş məqalə üçün həm ayrı səhifə yaradılacaq, ikinci addımda isə həmin səhifə eyni zamanda əsas səhifəyə də yerləşdiriləcək. İkinci addımı sadəcə idarəçilərə aid etmək də olar. Daha dəqiq desəm SNS-in əsas səhifəsinin mühafizə edilməsini, yanlız müzakirə səhifələrinin istifadəçilərə açıq olmasını təklif edirəm. Amma əlbəttə buna sonra da qərar vermək olar. Dizayna gəldikdə isə bacardığım qədər yığcam və səliqəli, eyni zamanda istifadə üçün asan hala gətirməyə çalışdım. Hələlik SNS üçün sadəcə kiçik bir "prototip" hazırlamışam. Buna görə də sistemdə sadəcə test üçün hazırladığım şablonlardan istifadə olunub. Əgər dizayn bəyənilsə onları real şablonlarla əvəz edib səsverməyə verəcəm. İndi isə fikirləriniz maraqlıdır. Yoxlamaq üçün "yalançı SNS"-ə yeni səhifə təqdim edə və ya mövcud səsvermələrdə iştirak edə bilərsiniz. — Surə 🗯 09:03, 3 iyul 2021 (UTC)
- P.S. yeni versiya bəyənilsə həm SNS, həm də BNS üçün müvafiq şablonlar hazırlandıqdan sonra hər iki səhifə üçün ayrı-ayrılıqda (və ya eyni, tam bilmirəm) səsverməyə çıxarılacaq. — Surə 🗯 10:16, 5 iyul 2021 (UTC)
Şərhlər
redaktə(Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, NMW03, Solavirum, Dr.Wiki54, Xeyal)
- Bunu BNS-ə də tətbiq etməliyik. Dizayn gözəldir. Amma namizədlik şablonunu bəyənmədim. Şriftlərin ölçüsü kiçikdir. Mənim hazırladığım {{SNSnam}} daha yaxşıdır məncə. NMW03 (müzakirə) 09:16, 3 iyul 2021 (UTC)
- NMW03,eynən, dizayn bəyənilsə BNS-ə də tətbiq edilməsini təklif edəcəkdim. Namizədlik şablonununda şrifləri özüm kiçik etmişdim ki daha yığcam görünsün, onu düzəldə bilərəm. Bir tək uyğunlaşdırma apara bilməyəcəyim hissə "mənbə axtar" bölməsidir. Onu necə əlavə edəcəyimi bilmirəm. Bu arada yekun bölməsinin aşağıda olması mümkün olmur. Çünki həmin bölmə parametrə qeyd olunur. Bu ona görədir ki, parametr dolduqda müzakirə şablonu "qapalı müzakirə" versiyasına keçir. Hazırladığınız şablona həmin funksiyanı əlavə edə bilsək, bir də rəngində dəyişiklik etsək əla olar.— Surə 🗯 10:33, 3 iyul 2021 (UTC)
- Yekunlaşdırma bölməsi yuxarıda da ola bilər məncə. Digər vikilərdə belədir. Müzakirəni açan kimi dərhal verilən qərarı görmək olur. NMW03 (müzakirə) 21:59, 4 iyul 2021 (UTC)
- NMW03, şablonu demək olar ki, eyniləşdirdim. — Surə 🗯 10:16, 5 iyul 2021 (UTC)
- Ümumi bəyəndim. Amma fon rəngi daha açıq olsa məncə daha yaxşı olar. Və aşağıdakı dəyişikliyi tövsiyyə edirəm:
- Səhifə hər hansı səhifənin silinəcəyi haqqında vikicəmiyyətə xəbərdarlıq funksiyası daşıdığına görə müzakirələrin nəticəsi olaraq silinən səhifələrin bərpası yalnız idarəçilərə müraciətdən sonra həyata keçirilə bilər. Səhifənin adı və silmə səbəbi iddiaçı tərəfindən daxil edilir. Arqumentlər göstərilir. Müzakirə aparılır. Son qərarı müzakirədə iştirak edən idarəçilərdən biri verir.
- Səhifə hər hansı bir səhifənin silinəcəyi haqqında vikicəmiyyətə xəbərdarlıq funksiyası daşıdığına görə müzakirələrin nəticəsi olaraq silinən səhifələrin bərpasına yalnız bərpa üçün namizəd səhifələrdə qərar verilə bilər. Səhifənin adı, silinməyə namizəd olma səbəbi iddiaçı tərəfindən daxil edilir, müzakirə aparılır və müzakirə zamanı arqumentlər göstərilir. Son qərarı mövcud idarəçilərdən biri verir.
- -Dr.Wiki54 (müzakirə) 18:28, 9 iyul 2021 (UTC)
- NMW03, şablonu demək olar ki, eyniləşdirdim. — Surə 🗯 10:16, 5 iyul 2021 (UTC)
- Yekunlaşdırma bölməsi yuxarıda da ola bilər məncə. Digər vikilərdə belədir. Müzakirəni açan kimi dərhal verilən qərarı görmək olur. NMW03 (müzakirə) 21:59, 4 iyul 2021 (UTC)
- NMW03,eynən, dizayn bəyənilsə BNS-ə də tətbiq edilməsini təklif edəcəkdim. Namizədlik şablonununda şrifləri özüm kiçik etmişdim ki daha yığcam görünsün, onu düzəldə bilərəm. Bir tək uyğunlaşdırma apara bilməyəcəyim hissə "mənbə axtar" bölməsidir. Onu necə əlavə edəcəyimi bilmirəm. Bu arada yekun bölməsinin aşağıda olması mümkün olmur. Çünki həmin bölmə parametrə qeyd olunur. Bu ona görədir ki, parametr dolduqda müzakirə şablonu "qapalı müzakirə" versiyasına keçir. Hazırladığınız şablona həmin funksiyanı əlavə edə bilsək, bir də rəngində dəyişiklik etsək əla olar.— Surə 🗯 10:33, 3 iyul 2021 (UTC)
Cavab: Dr.Wiki54, bu əlavələri tam olaraq hara üçün nəzərdə tutursunuz? — Surə 🗯 12:04, 10 iyul 2021 (UTC)
- Sura Shukurlu xanım, 1-ci yazdığım sizin daxil etdiyiniz başlıqdır, ikincisi mənim təklifim. — Dr.Wiki54 (müzakirə) 12:08, 10 iyul 2021 (UTC)
- Dr.Wiki54, hə, indi anladım. Haqlısınız, bu saat dəyişdirirəm. — Surə 🗯 15:11, 10 iyul 2021 (UTC)
- Şərh: Ümumi dizayn yaxşıdır, əvvəlki müzakirələrdə də dediyim kimi türkcə vikipediyanın SNS-də məqalə silinməyə namizəd verildikdən sonra geri sayım başlayır. Bu SNS və BNS-ə tədbiq olunsa çox gözəl olar. Yuxarıda həmkarım Dr.Wiki54-nin təklif etdiyi əlavələrə də qatılıram. — Xeyal (müzakirə) 08:05, 10 iyul 2021 (UTC)
- Cavab: Xeyal geri sayım mövzusundan xəbərim yox idi. İndi baxdım, maraqlıdır. Bunu əslində digər müzakirələrdə də tətbiq etmək olar. Əgər razılıq olsa, elə şablonun özünə elə əlavə edərəm ki şablon yerləşdirilən an öz-özünə geri sayım başlasın. — Surə 🗯 12:04, 10 iyul 2021 (UTC)
- Bəli dəfələrlə bu təklifi mən də vermişəm. Geri sayım trvikidə istifadə olunur. Siz deyən variantda, müzakirə başlayan kimi başlanır. Bir də yaxşı olar ki 15+7 və ya 15+15 funksiyasi əlavə olunsun. Yəni maksimum 15 gün ərzində konsensus əldə olunmayan müzakirələrə idarəçilər tərəfindən 7 və ya 15 gün müzakirə vaxtı əlavə olunsun - Dr.Wiki54 (müzakirə) 12:09, 10 iyul 2021 (UTC)
- Dr.Wiki54, bir müddət fəaliyyətimi dayandırmışdım deyə çox müzakirədən xəbərim yoxdur. Yəqin o vaxt bu barədə müzakirə olub. Mən özüm ilk dəfədir görürəm bu sistemi. Deyəsən çox şey qaçırmışam 😪 — Surə 🗯 15:11, 10 iyul 2021 (UTC)
- Əziyyəti keçən istifadəçilərə təşəkkür edirəm. Hər məqalə üçün ayrı səhifə açılmasını geniş müzakirə edib, səsverməyə çıxarmaq lazımdır. Yalnız dizayn olsa müzakirə ilə dəyişmək olardı. Mən təklif edirəm ki, burada təkliflər olunsun və müzakirələr olsun. Sonda bir neçə versiya və ya bir versiya təqdim edərək səsverməyə çıxaraq. Hətta yaxşı olar ki, sıradakı vikigörüşdə bunu ətraflı müzakirə edib sonra səsverməyə çıxaraq. Hörmətlə — eldarado ✉ 05:23, 12 iyul 2021 (UTC)
- Tətbiq oluna bilər. Sadəcə bu "müzakirəyə qoşul"a basanda birbaşa redaktə pəncərəsinə keçmək daha rahat olardı ki, şərh zad yazasan. Bir də ki, məqalənin öz silinmə namizədlik səhifəsində yığılma olmasa yaxşıdır.— 127-ci yapon imperatoru 12:02, 17 iyul 2021 (UTC)
- Sizə tam qatılıram. - Dr.Wiki54 (müzakirə) 12:24, 17 iyul 2021 (UTC)
- Keçidi əvəz etdim. Amma yığılma mövzusunu həll edə bilmədim. — Surə 🗯 15:21, 18 iyul 2021 (UTC)
- Sizə tam qatılıram. - Dr.Wiki54 (müzakirə) 12:24, 17 iyul 2021 (UTC)
- Tətbiq oluna bilər. Sadəcə bu "müzakirəyə qoşul"a basanda birbaşa redaktə pəncərəsinə keçmək daha rahat olardı ki, şərh zad yazasan. Bir də ki, məqalənin öz silinmə namizədlik səhifəsində yığılma olmasa yaxşıdır.— 127-ci yapon imperatoru 12:02, 17 iyul 2021 (UTC)
- Əziyyəti keçən istifadəçilərə təşəkkür edirəm. Hər məqalə üçün ayrı səhifə açılmasını geniş müzakirə edib, səsverməyə çıxarmaq lazımdır. Yalnız dizayn olsa müzakirə ilə dəyişmək olardı. Mən təklif edirəm ki, burada təkliflər olunsun və müzakirələr olsun. Sonda bir neçə versiya və ya bir versiya təqdim edərək səsverməyə çıxaraq. Hətta yaxşı olar ki, sıradakı vikigörüşdə bunu ətraflı müzakirə edib sonra səsverməyə çıxaraq. Hörmətlə — eldarado ✉ 05:23, 12 iyul 2021 (UTC)
Qayda düzəlişi haqqında səsvermə
redaktəSalam. Stil kitabçasında "Həmçinin bax" bölməsinin təkmilləşdirilməsi üçün səsvermə başlatmışam. İstəyən qoşula bilər. --► Hörmətlə: SolaVirum 18:38, 9 iyul 2021 (UTC)
Qoruq
redaktəYenə belə bir sualım olacaq:
- "...qoruğu", "...Qoruğu"
- "...təbiət qoruğu", "...Təbiət qoruğu", "...Təbiət Qoruğu"
- "...Dövlət Təbiət Qoruğu", "...dövlət təbiət qoruğu", "...Dövlət təbiət qoruğu", "...Dövlət Təbiət qoruğu"
Hər versiya üçün hansı daha doğrudur? — Surə 🗯 06:48, 14 iyul 2021 (UTC)
- Salam hörmətli həmkar, AMEA-da və Coğrafiya İnstituna aid mənbələrdə ...Dövlət Təbiət Qoruğu kimi qeyd edilir. Məs: Bəsitçay Dövlət Təbiət Qoruğu — Patriot Kor (müzakirə) 08:50, 14 iyul 2021 (UTC)
- Patriot Kor salam. Məlumat üçün təşəkkür edirəm. Bəs digər dövlətlər üçün? Məsələn elə qoruqlar var ki, adında dövlət və ya təbiət ifadəsi yoxdur. Elə sadəcə yazılır: ...qoruğu. Onu da qeyd edim ki, ruvikidə belə adlandırma zamanı qoruq sözü kiçiklə yazılır. — Surə 🗯 11:01, 14 iyul 2021 (UTC)
- Sura Shukurlu, başqa ölkədə elədirsə, "Dövlət"siz yazılır. Bu arada, rus dilinin qrammatikasında elədir ki, xüsusi ifadələr fəlan kiçiklə yazılır. Məsələn, "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası" rus dilində "Ассоциация футбольных федераций Азербайджана" olaraq yazılır. --► Hörmətlə: SolaVirum 15:50, 14 iyul 2021 (UTC)
- Solavirum elə isə birinci nümunədə hansı olmalıdır? Ruvikidə kiçiklə yazılır, biz böyüklə yazaq, ya necə? — Surə 🗯 04:28, 15 iyul 2021 (UTC)
- Sura Shukurlu, başqa ölkədə elədirsə, "Dövlət"siz yazılır. Bu arada, rus dilinin qrammatikasında elədir ki, xüsusi ifadələr fəlan kiçiklə yazılır. Məsələn, "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası" rus dilində "Ассоциация футбольных федераций Азербайджана" olaraq yazılır. --► Hörmətlə: SolaVirum 15:50, 14 iyul 2021 (UTC)
- Patriot Kor salam. Məlumat üçün təşəkkür edirəm. Bəs digər dövlətlər üçün? Məsələn elə qoruqlar var ki, adında dövlət və ya təbiət ifadəsi yoxdur. Elə sadəcə yazılır: ...qoruğu. Onu da qeyd edim ki, ruvikidə belə adlandırma zamanı qoruq sözü kiçiklə yazılır. — Surə 🗯 11:01, 14 iyul 2021 (UTC)
Kadastr Rayonları
redaktəSalam hörmətli həmkarlar. Kadastr rayonları haqqında məlumatı olan var mı? Kütləvi şəkildə bu mövzuda məqalə yaradılıb. Ensiklopedikliyinə şübhə edirəm. Məlumatı olan varsa, xahiş edirəm yazsın. Məsələn: Cəlilabad kadastr rayonu - Dr.Wiki54 (müzakirə) 12:01, 25 iyul 2021 (UTC)
- Kütləvi şəkildə Silinsin: [6], [7], [8]. Qeyri ensiklopedik mövzudur. — Surə 🗯 14:26, 25 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu Onda sns başladıram - Dr.Wiki54 (müzakirə) 14:34, 25 iyul 2021 (UTC)
Səhv yerdə başladılmış müzakirə SNS-də başladıldı. - Dr.Wiki54 (müzakirə) 15:07, 25 iyul 2021 (UTC)
- Birləşdirilə bilərlər. --► Hörmətlə: SolaVirum 21:12, 25 iyul 2021 (UTC)
Kateqoriya
redaktəHər kəsə salam. Fikrimcə kateqoriyalar daxilindəki kateqoriyalarda kateqoriya və məqalə sayı mörtərizə daxilində yazılışındakı K və S hərfləri kişik hərflə yazılmalıdır. Məsələn: Abşeron rayonunda doğulanlar (4 K, 9 S). Ya da kat. və səh. şəklində də ola bilər. — Araz Yaquboglu (müzakirə) 04:55, 26 iyul 2021 (UTC)
- Əslində ikinci dediyiniz versiyanı bəyəndim. Amma indiki versiya digər bütün vikilərdə belədir. — Surə 🗯 12:44, 26 iyul 2021 (UTC)
- İkinci versiya Azərbaycan dilinin standartlarına uyğundur. --► Hörmətlə: SolaVirum 00:15, 27 iyul 2021 (UTC)
- Toghrul R ya da NMW03 bunu həll edə bilərlər. — Araz Yaquboglu (müzakirə) 05:46, 27 iyul 2021 (UTC)
- MediaWiki:Categorytree-num-categories, MediaWiki:Categorytree-num-pages. Amma lokalda yox translatewiki.net-də tərcümə etmək lazımdır. Son variant nədirsə deyin onu edim. NMW03 (müzakirə) 11:04, 27 iyul 2021 (UTC)
- NMW03 məncə belə yaxşıdı: kat. və səh. — Araz Yaquboglu (müzakirə) 11:58, 27 iyul 2021 (UTC)
- MediaWiki:Categorytree-num-categories, MediaWiki:Categorytree-num-pages. Amma lokalda yox translatewiki.net-də tərcümə etmək lazımdır. Son variant nədirsə deyin onu edim. NMW03 (müzakirə) 11:04, 27 iyul 2021 (UTC)
- Toghrul R ya da NMW03 bunu həll edə bilərlər. — Araz Yaquboglu (müzakirə) 05:46, 27 iyul 2021 (UTC)
- İkinci versiya Azərbaycan dilinin standartlarına uyğundur. --► Hörmətlə: SolaVirum 00:15, 27 iyul 2021 (UTC)
Salam hərkəsə. Sürətli silmə kriteriyaları hörmətli Dr.Wiki54 tərəfindən tərcümə edilmişdir. Göz atın, müzakirə edək. İnşallah bir neçə gündən sonra səsverməyə qoyacam.— Turkmen müzakirə 04:25, 15 iyul 2021 (UTC)
- Salam hörmətli həmkarlar. Mən daxil bir neçə istifadəçini ən çox narahat edəm mövzu sürətli silinmə idi. Həmişə problem və müzakirələrə səbəb olurdu. İngiliscə versiyasından tərcümə etdim. Azərbaycanca Vikipediyaya uyğun olmayan hissələrini çıxardım. Hal-hazırda da indiki Vikipediya:Səhifə silmə kriteriyaları üzərinə çalışıram. Onu da bugün sabaha tərcümə edib Vikipediya:Səhifə silmə adında qayda olaraq yaradacağam. Mümkün olsa həm sürətli silməni həm də səhifə silməni bərabər müzakirə edərək, bərabər səsverməyə qoymağı düşünürəm. Əgər səsvermə nəticəsində qaydalar qəbul edilsə VP:Səhifə silmə kriteriyaları qaydasını silib, VP:SSK yönləndirməsini də sürətli silməyə edərik. Təklifləriniz, iradlarınız, şərhləriniz varsa buyurun. Diqqət cəlb etməsə hər kəsi işarətləmək məcburiyyətində qalacağam Hörmətli Turkmen bəy, məndən daha operativ davrandığınız üçün təşəkkür edirəm :) - Dr.Wiki54 (müzakirə) 06:47, 15 iyul 2021 (UTC)
- Əla! Bu qədər böyükhəcmli qaydanın təşkili üçün müəllifə təşəkkür edirəm. Hələ tam olaraq oxumamışam. Oxuduqdan sonra problem görsəm bildiricəm. — Surə 🗯 15:31, 16 iyul 2021 (UTC)
- Hörmətli Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, NMW03, Solavirum, Sura Shukurlu, Burocan, Gabbani, Patriot Kor, Grenzsoldat, Verman1, Xeyal və işarələməyi unutduğum bütün digər həmkarlar! Yuxarıda da qeyd etdiyim kimi Vikipediya:Sürətli silmə kriteriyalarını sıfırdan envikidən tərcümə edərək hazırladım. Daha sonrada VP:Səhifə silmə qaydalarının envikidəki versiyasını (Deletion policy) tərcümə edib bizdəki mövcud Vikipediya:Səhifə silmə kriteriyaları ilə birləşdirərək vahid və təkmil formaya gətirdim. Təkmil deyəndə də qrammatik, leksik səhvlər ola bilər. Üzrlü sayın. Əla vəziyyətə gətirmək üçün hər birinizdən dəstək istəyirəm. Fikirlərinizi, iradlarınız, təkliflərinizi gözləyirəm :) - Dr.Wiki54 (müzakirə) 18:21, 16 iyul 2021 (UTC)
- Çox yaxşı tərcümə olunub və qəbul olunmasını dəstəkləyirəm. Amma iki məsələnin dəqiqləşdirilməsini istərdim. Keyfiyyətsiz tərcümə nəyə deyilir? Azvikidə çoxlu sayda keyfiyyətsiz tərcümə olunmuş səhifələr var və bəziləri hətta yaxşı məqalə və seçilmiş məqalə (!!!) statuslarını belə alıblar. Hansı kriteriyaya əsasən tərcümənin keyfiyyətsizliyi təyin olunur? İkinci sualım, ingilis vikisində bu qaydaya əlavələr edildikdə, avtomatik bizdə də eyni dəyişiklik olacaq? Bu məsələ necə tənzimlənir? — Thunder Storm (müzakirə) 19:31, 16 iyul 2021 (UTC)
- @İstifadəçi:Verman1 fikirləriniz üçün təşəkkür edirəm. Tərcümə məsələsi üçün ayrı qayda var envikidə. İndicə baxdım bizdə səhv interviki verilmişdi. Tərcümə ilə bağlı ayrıca qaydalar hazırlanmalıdır. Əvvəlcə [9] buradakı enviki qaydasını tərcümə edib sonra öz dil qaydalarımızı tətbiq etməklə qayda yarada bilərik. Seçilmiş məqalə və s. məsələsi isə ciddi iddihamdır. Etirazınız olan məqalənin statusunun alınması üçün müzakirə başlada bilərsiniz, təbii ki tutarlı faktlarınız varsa. Digər zəif tərcümələrlə bağlı SSK-da da silməyə tələsməmək tövsiyyə olunur. Əvəzinə
{{Azərbaycanca deyil}}
şablonu əlavə edilə bilər. Böyük problemli məqalələrə siz də{{sil}}
şablonu qoyaraq sildirə bilərsiniz. O ki qaldı qaydalara düzəlişlər məsələsinə hər bir viki müstəqil olduğu üçün bu belə olmayacaq. Məsələn: mən tərcümə etdiyim müddətdə bir bənd ssk-dan çıxarıldı fayllarla bağlı. Çünki botla avtomatik həll etdilər o bəndi. Əgər köklü dəyişikliklər olsa, (mən aktiv olduğum müddətcə) nəzarətdə saxlamağa çalışacağam. Həm də eyni olmaq məcburiyyətində deyil. Əlavələriniz varsa, indidən də edə bilərik :) Bir daha təşəkkürlər :) - Dr.Wiki54 (müzakirə) 19:55, 16 iyul 2021 (UTC)
- @İstifadəçi:Verman1 fikirləriniz üçün təşəkkür edirəm. Tərcümə məsələsi üçün ayrı qayda var envikidə. İndicə baxdım bizdə səhv interviki verilmişdi. Tərcümə ilə bağlı ayrıca qaydalar hazırlanmalıdır. Əvvəlcə [9] buradakı enviki qaydasını tərcümə edib sonra öz dil qaydalarımızı tətbiq etməklə qayda yarada bilərik. Seçilmiş məqalə və s. məsələsi isə ciddi iddihamdır. Etirazınız olan məqalənin statusunun alınması üçün müzakirə başlada bilərsiniz, təbii ki tutarlı faktlarınız varsa. Digər zəif tərcümələrlə bağlı SSK-da da silməyə tələsməmək tövsiyyə olunur. Əvəzinə
Hörmətli Dr.Wiki54, M2 qaydasını maşın tərcüməsi olaraq başa düşə bilərikmi? — Burocan (müzakirə) 21:57, 16 iyul 2021 (UTC)
- @İstifadəçi:Burocan demək olar ki, bəli - Dr.Wiki54 (müzakirə) 22:13, 16 iyul 2021 (UTC)
- M2-yə bəzi əlavələr etdim. Məncə həmin bölməni daha da təkmilləşdirmək olar. İlk abzasın anlaşıqlılığı çətindir. Mən özüm də tam başa düşmədiyim üçün düzəliş vermədim.— Turkmen müzakirə 07:46, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:Turkmen Təşəkkür edirəm. Təkmilləşdirmə mümkündür. Məsələ belədir. Vikipediya xaricində başqa bir mənbədən məzmunu götürüb google translate vasitəsilə tərcümə edirlərsə, bunun üçün 7 gün gözləməliyik ki, işlərini yekunlaşdırsınlar. Yox əgər envikidən tutalım, götürüb hansısa məqaləni maşın tərcüməsi edib əlavə edirlərsə, dərhal silməliyik. - Dr.Wiki54 (müzakirə) 07:55, 17 iyul 2021 (UTC)
- Dr.Wiki54, məncə maşın tərcüməsi birmənalı silinməlidir. Çünki zaman-zaman maşın tərcüməsi ilə yaradılan məqalələr olduğu kimi saxlanılır. 1 həftə gözləmək isə bu qəbildən olan məqalələrin sayında artışla nəticələnəcək. — Burocan (müzakirə) 09:57, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:Burocan digər vikilərdəki təcrübə vikilərarası tərcümə üçün maşın tərcümələri dərhal silinir. Digər variantlar üçün qaydalar da belədir deyə mən də elə tərcümə etmişəm. - Dr.Wiki54 (müzakirə) 10:01, 17 iyul 2021 (UTC)
- Əgər məqalə digər Vikimedia layihələrindəki məqalə ilə eynilik təşkil etmirsə və Azərbaycan dilində deyilsə, sil şablonu əlavə etmək əvəzinə Kateqoriya:Vikipediya:Azərbaycan dilinə uyğunlaşdırılmalı məqalələr kateqoriyasını səhifəyə əlavə edin. Fikrimcə, bu cümlə də sui-istifadəyə çox açıqdır. Kimsə əcnəbi dildə məzmun daxil edib "Azərbaycan dilinə uyğunlaşdırılmalı məqalələr" kateqoriyasını əlavə etsə, onda biz həmin məqaləni saxlamalıyıq? M2-ni məncə daha geniş formatda müzakirə edib müfəssəlləşdirə biərik. — Burocan (müzakirə) 10:08, 17 iyul 2021 (UTC)
- Təkmilləşdirmə məsələsində razıyam. Amma maşın tərcüməsi ilə bağlı yuxarıda qeyd etdiyim tərcümə qaydaları hazırlanmalıdır. Əcnəbi dildə məzmundan daha çox orada leksik qrammatik normaların pozuntusundan söhbət gedir. Müvafiq dəyişikliyi icra etdim. - Dr.Wiki54 (müzakirə) 10:14, 17 iyul 2021 (UTC)
- Əgər məqalə digər Vikimedia layihələrindəki məqalə ilə eynilik təşkil etmirsə və Azərbaycan dilində deyilsə, sil şablonu əlavə etmək əvəzinə Kateqoriya:Vikipediya:Azərbaycan dilinə uyğunlaşdırılmalı məqalələr kateqoriyasını səhifəyə əlavə edin. Fikrimcə, bu cümlə də sui-istifadəyə çox açıqdır. Kimsə əcnəbi dildə məzmun daxil edib "Azərbaycan dilinə uyğunlaşdırılmalı məqalələr" kateqoriyasını əlavə etsə, onda biz həmin məqaləni saxlamalıyıq? M2-ni məncə daha geniş formatda müzakirə edib müfəssəlləşdirə biərik. — Burocan (müzakirə) 10:08, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:Burocan digər vikilərdəki təcrübə vikilərarası tərcümə üçün maşın tərcümələri dərhal silinir. Digər variantlar üçün qaydalar da belədir deyə mən də elə tərcümə etmişəm. - Dr.Wiki54 (müzakirə) 10:01, 17 iyul 2021 (UTC)
- Dr.Wiki54, məncə maşın tərcüməsi birmənalı silinməlidir. Çünki zaman-zaman maşın tərcüməsi ilə yaradılan məqalələr olduğu kimi saxlanılır. 1 həftə gözləmək isə bu qəbildən olan məqalələrin sayında artışla nəticələnəcək. — Burocan (müzakirə) 09:57, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:Turkmen Təşəkkür edirəm. Təkmilləşdirmə mümkündür. Məsələ belədir. Vikipediya xaricində başqa bir mənbədən məzmunu götürüb google translate vasitəsilə tərcümə edirlərsə, bunun üçün 7 gün gözləməliyik ki, işlərini yekunlaşdırsınlar. Yox əgər envikidən tutalım, götürüb hansısa məqaləni maşın tərcüməsi edib əlavə edirlərsə, dərhal silməliyik. - Dr.Wiki54 (müzakirə) 07:55, 17 iyul 2021 (UTC)
- M2-yə bəzi əlavələr etdim. Məncə həmin bölməni daha da təkmilləşdirmək olar. İlk abzasın anlaşıqlılığı çətindir. Mən özüm də tam başa düşmədiyim üçün düzəliş vermədim.— Turkmen müzakirə 07:46, 17 iyul 2021 (UTC)
- Maşın tərcüməsi ilə yaradılmış məqalələrdə 7 gün gözləmək təklifi absurddur. Maşın tərcüməsinə qarşı heç bir tolerantlıq olmamalıdır, onlar dərhal silinməlidir. Əgər kimsə tərcümənin keyfiyyətini artırmaq istəyirsə bunun üçün Qaralamadan istifadə edə bilər. — Thunder Storm (müzakirə) 21:05, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:Verman1 Əslində, sadə desəm, 7 gün gözləmək təklifi qrammatik səhvlər olan və oxuyarkən anlamaqda çətinlik çəkilməyən məqalələr üçün nəzərdə tutulub. Əgər digər həmkarlar da 7 gün məsələsinin ləğvini istəyirsə ləğv edə bilərik. - Dr.Wiki54 (müzakirə) 21:17, 17 iyul 2021 (UTC)
- Dr.Wiki54, Verman1, 7 gün müddətini mən əlavə etmişdim çıxardım. Məncə də
{{Azərbaycanca deyil}}
şablonu sui-istifadəyə gətirib çıxaracaq.— Turkmen müzakirə 05:28, 18 iyul 2021 (UTC)- 😄 @İstifadəçi:Turkmen bəy, mən də deyirəm digər vikilərdə belədir. Fikir verməmişəm ki, siz əlavə etmisiniz. Təşəkkür edirəm - Dr.Wiki54 (müzakirə) 06:41, 18 iyul 2021 (UTC)
- Dr.Wiki54, Verman1, 7 gün müddətini mən əlavə etmişdim çıxardım. Məncə də
- Hörmətli Burocanın təklifi ilə stil kitapçası pozuntuları ilə bağlı VP:M9, təkrarlanan kateqoriyalarla bağlı VP:K3 kriteriyası əlavə olundu. Nəzər yetirməyinizi xahiş edirəm. - 22:08, 18 iyul 2021 (UTC)
- Qaydaları oxudum və bəyəndim. Amma Stil pozuntusu ilə bağlı meyar niyə əlavə olundu, anlamadım. Stil kitabçası ilə bağlı qaydalar hələ təkmil deyil bizdə və genişləndirilməsinə ehtiyac var. Bir şey də aydın deyil ki, Stil kitabçasına uyğun olmamaq deyəndə nə nəzərdə tutulur. Məsələn, məqalədə keçidlər yoxsa, deməli bu, onun silinməsinə bəs edir yəni? Ya da məqalənin məzmunu bölmələrə ayrılmayıbsa? Yoxsa infoqutusu ya da kateqoriyası yoxdursa? Bizdə bu cür məqalələr doludur və bir neçə redaktə ilə aradan qaldırılacaq şeylərdir. Ya bu meyar aradan qaldırılmalıdır, ya da dəqiqləşdirmə aparmalıdır ki, dəqiq hansı stil pozulanda silinmə aparılmalıdır. Mən çıxarılmasını dəstəkləyirəm.— 127-ci yapon imperatoru 22:47, 18 iyul 2021 (UTC)
- Stil kitabçası məsələsinin əlavə olunmasının əsas səbəbi ondan ibarətdir ki, çox zaman tərtib olunan məqalələr məhz stil kitabçasının tələblərinə cavab vermir. Kriteriya isə açıq formada sürətli silinməyə rəvac verə biləcək məqamları açıqlayır: "Əgər pozuntular düzəldilməyəcək qədər çoxdursa, məqalənin vizual görünüşünü əhəmiyyətli ölçüdə korlayırsa, yaxud onun məzmununun mahiyyətinə təsir edirsə." Stil kitabçasının nə dərəcədə müfəssəl olub-olmaması tamamilə yeni bir müzakirə mövzusudur. Ancaq reallıq bundan ibarətdir ki, bu meyarın aradan qaldırılması Viki-təlimatlar çərçivəsində bazisin olmaması səbəbindən gələcəkdə meydana çıxacaq çoxsaylı vizual cəhətdən qüsurlu məqalələrin silinməsinin qarşısını ala bilər. Qeyd etdiyiniz, bir neçə redaktə ilə düzəldilə biləcək məqalələr üçün isə xüsusi qeydə ehtiyac yoxdur, çünki bu qəbildən olan düzəlişlər VP:SK çərçivəsində icra olunur. Əlavə olunan kriteriyanın tələbləri bəllidir və indiki real situasiyada onun mövcudluğu məqalə tərtibatının keyfiyyəti nöqteyi-nəzərindən zəruridir. — Burocan (müzakirə) 23:46, 18 iyul 2021 (UTC)
- @İstifadəçi:White Demon bəyəndiyiniz üçün sevindim :) Əslində hörmətli @İstifadəçi:Burocan izah edib, amma mən də edim. İddia etmirik ki stil kitabçası təkmildir. Sadəcə burada həddindən artıq, kütləvi pozuntularından söhbət gedir. Amma Vikipediya:Sürətli silmə kriteriyaları dan daha ümumi olan Vikipediya:Səhifə silmə də də belə bir bənd var Vikipediya:SSA-R. Yəni hər zaman redaktə və təkmilləşdirmə ilk sıradadır. ilə belə düzəlməyəcəlsə SSK ilə silə bilərik. - Dr.Wiki54 (müzakirə) 07:41, 19 iyul 2021 (UTC)
- Stil kitabçası məsələsinin əlavə olunmasının əsas səbəbi ondan ibarətdir ki, çox zaman tərtib olunan məqalələr məhz stil kitabçasının tələblərinə cavab vermir. Kriteriya isə açıq formada sürətli silinməyə rəvac verə biləcək məqamları açıqlayır: "Əgər pozuntular düzəldilməyəcək qədər çoxdursa, məqalənin vizual görünüşünü əhəmiyyətli ölçüdə korlayırsa, yaxud onun məzmununun mahiyyətinə təsir edirsə." Stil kitabçasının nə dərəcədə müfəssəl olub-olmaması tamamilə yeni bir müzakirə mövzusudur. Ancaq reallıq bundan ibarətdir ki, bu meyarın aradan qaldırılması Viki-təlimatlar çərçivəsində bazisin olmaması səbəbindən gələcəkdə meydana çıxacaq çoxsaylı vizual cəhətdən qüsurlu məqalələrin silinməsinin qarşısını ala bilər. Qeyd etdiyiniz, bir neçə redaktə ilə düzəldilə biləcək məqalələr üçün isə xüsusi qeydə ehtiyac yoxdur, çünki bu qəbildən olan düzəlişlər VP:SK çərçivəsində icra olunur. Əlavə olunan kriteriyanın tələbləri bəllidir və indiki real situasiyada onun mövcudluğu məqalə tərtibatının keyfiyyəti nöqteyi-nəzərindən zəruridir. — Burocan (müzakirə) 23:46, 18 iyul 2021 (UTC)
- səsvermə başlatdım Sürətli silmə kriteriyaları/Səhifə silmə.— Turkmen müzakirə 20:02, 19 iyul 2021 (UTC)
Defis və tirelər məsələsi
redaktəBu arada, defis (-) və tirelərdən istifadəyə (— və –) standartlaşdırma gətirmək yaxşı fikir ola bilər. Uzun tiredən "Məqalə adı — məqalə izahı" formatında istifadə edilir. Lakin bundan sonrası bir qədər qarışıqdır. Çoxsaylı illər və əsrləri göstərmək üçün istifadə edilən tire rus dilində uzun olandır, ingiliscə vikidə isə qısa olan. Necə olmalıdır, "XV—XVIII əsrlər", yoxsa "XV–XVIII əsrlər"? Azərbaycan Sovet Ensiklopediyasında rus dilindən ilhamlanaraq uzun tiredən istifadə olunur belə məsələlərdə. Fikirləriniz nədir? Əlavə olaraq, tire əvəzinə defisdən istifadə edilməsi yanlışdır və bunu qeyd etmək lazım gələ bilər. --► Hörmətlə: SolaVirum 12:02, 28 iyul 2021 (UTC)
- Eyni məsələ məqalə başlıqlarına da aiddir. Tire əvəzinə defisdən istifadə edilən, içərisində uzun tire olan məqalə başlıqları mövcuddur. --► Hörmətlə: SolaVirum 12:03, 28 iyul 2021 (UTC)
- Bu mövzu da standartlaşdırılmağa ehtiyac duyulanlar içindədir. Mən özüm də tam olaraq bilmirəm hansından istifadə etmək lazımdır. Normalda kiçik tiredən istifadə etmirəm heç vaxt. Məqalə başlığında böyük tire, mətnin digər hissələrində isə defisdən istifadə edirəm. Əgər defisdən istifadə ediləcəksə, onda əsrlərdə və ya illərdə kiçik olandan istifadə edilsin. Böyük tire heç cür yaxşı görünmür illərdə. Yazı da da kiçikdən istifadə edirik zatən. Nümunə üçün: 1999—cu il / 1999–cu il. Hansının daya yaxşı göründüyünə siz qərara verin. Bu arada məqalələrin çoxunda bu defislə işlənilir. (1999-cu il) — Surə 🗯 12:13, 28 iyul 2021 (UTC)
- Sura Shukurlu, "filanıncı il" məsələsində tiredən yox, defisdən istifadə edilir. Mən onu nəzərdə tutmuram, məsələn, "1940—1945-ci illər" kimi ifadələri nəzərdə tuturam. --► Hörmətlə: SolaVirum 12:30, 28 iyul 2021 (UTC)
- Solavirum indi anladım. Məncə həmin mövzuda qeyd etdiyim kimi kiçik tiredən istifadə edilməlidir fikrimcə. Böyük tire heç cür yaxşı görünmür axı. Ümumiyyətlə ruvikidə bunun kimi çox əksikliklər var. Vizual görünüş və tərtibatda daha çox enviki kimi daha təkmil vikiləri nümunə götürsək daha yaxşı olar. — Surə 🗯 12:39, 28 iyul 2021 (UTC)
- Salam. Bu məsələ qarışıq görünə bilər, lakin sadədir. İki cür tire var, Azərbaycan dili normalarında bunlar ümumi olaraq sadəcə tire adlanır. İki obyekt arasında intervalı bildirmək üçün – (endash), aydınlaşdırma üçün — (emdash) istifadə olunur. Digər hallarda isə defis istifadə edilir. Bu, beynəlxalq səviyyədə qəbul olunub. Nümunə: 1941–1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsinin əsas neft təchizatçılarından biri Bakı — Azərbaycanın paytaxtı. Əlavə izaha buradan da baxa bilərsiniz: [10]. Onu da qeyd edim ki, vikiləşdirici qadcetinə də bu cür əlavə olunub. Ruvikidə nəyə görə yalnız uzun tiredən istifadə olunur bilmirəm, lakin bu, həm səliqəsiz görünür, həm də tam doğru deyil. Bəlkə də özləri hansısa müzakirə əsasında qəbul ediblər — Toghrul R (m) 06:50, 29 iyul 2021 (UTC)
- Fikirlərim tam olaraq Toghrul R-nin yazdıqları ilə üst-üstə düşür. Məqalə başlıqlarında defis yaxşıdı. Çünki məqalə adını yazıb axtaranda tireni yazmaq olmur. — Araz Yaquboglu (müzakirə) 10:34, 29 iyul 2021 (UTC)
- Araz müəllim ilə tam razıyam. Mən də məqalə adında həmişə defisdən istifadə edirəm, çünki tireni yazmaq olmur. — Surə 🗯 04:26, 30 iyul 2021 (UTC)
- @Araz Yaquboglu, Sura Shukurlu, defis işarələrini yazmaq çətin deyil. Kömpüterdə Alt düyməsini basılı saxlayaraq "numpad"-də 0150 və ya 0151 yazın, görünəcək: [11]. — Toghrul R (m) 07:09, 30 iyul 2021 (UTC)
- Təşəkkür edirəm. Elədisə indi qarşımıza çıxdıqca defisləri tire ilə əvəz edəciyik? Defisdən istifadə edilən o qədər məqalə var ki. — Surə 🗯 07:21, 30 iyul 2021 (UTC)
- @Araz Yaquboglu, Sura Shukurlu, defis işarələrini yazmaq çətin deyil. Kömpüterdə Alt düyməsini basılı saxlayaraq "numpad"-də 0150 və ya 0151 yazın, görünəcək: [11]. — Toghrul R (m) 07:09, 30 iyul 2021 (UTC)
- Araz müəllim ilə tam razıyam. Mən də məqalə adında həmişə defisdən istifadə edirəm, çünki tireni yazmaq olmur. — Surə 🗯 04:26, 30 iyul 2021 (UTC)
- Fikirlərim tam olaraq Toghrul R-nin yazdıqları ilə üst-üstə düşür. Məqalə başlıqlarında defis yaxşıdı. Çünki məqalə adını yazıb axtaranda tireni yazmaq olmur. — Araz Yaquboglu (müzakirə) 10:34, 29 iyul 2021 (UTC)
Checking files
redaktəHi! Sorry to write in English. And also sorry if this is not the right place.
I mostly work on Wikimedia Commons but I also like to visit wikipedias and help check if files are okay. I think that all free files should be uploaded to Commons but if wikis want to allow local uploads it is important that files are checked so that the wiki ensure that it is in compliance with wmf:Resolution:Licensing_policy
I checked MediaViki:Licenses and suggested to remove {{GFDL}} and that was done. Great! But I have another suggestion related to that page. The first line is subst:nld|No license|Bu faylın lisenziyası haqda mənə heç nə məlum deyil
. There is no {{nld}} (with lowercase letters) so if someone use that then file will just looks like Fayl:Sahib Qarayev.jpeg. So I suggest that you create {{nld}} or that you change the line to use an existing template.
There are many files without a license. Many can be seen at Special:UncategorizedFiles (1,146 files). If uploader is not active and it is not possible to add a valid license then the file should be deleted.
Files not in use can be seen at Special:UnusedFiles (195 files). It may be a good idea to start there. Simply delete all files that do not have a license and/or does not look usable.
When I look at Kateqoriya:Fayllar:GFDL I see many files that does not look like they are really licensed GFDL. For examples files that looks like logis, cartoons, covers of books or films and old photos that is probably not taken by the uploader. All files should have {{Şəkil məlumatı}} with information about where the file is from. Files from the internet are only licensed freely if it is stated on the website so it is important that we know where the file is from (either a statement that uploader is photographer or a link to a website where we can confirm the license). If the file is non-free then it have to be deleted unless it can be used as fair-use.
So I would be great if all active users could check their uploads and make sure that they have all relevant information and a license. And if you uploaded own work as GFDL please consider to relicense and add {{CC-BY-SA-3.0}} (or {{CC-BY-SA-4.0}} it just needs to be created first) because GFDL is not a good license for photos.
If uploader is no longer active then missing information could lead to that the file have to be deleted :-(
If anyone have questions I would be happy to try to help but please "ping" me because I'm not active on this wiki. — MGA73 (müzakirə) 09:13, 3 avqust 2021 (UTC)
- Hi MGA73. Thanks for information. I'm working on policy for that. (Vikipediya:Azad olmayan məzmun) I will solve this issues soon. NMW03 (müzakirə) 13:47, 3 avqust 2021 (UTC)
[please test] Growth team features
redaktəHello! Sorry to use English. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin.
I'm Trizek (WMF). I work as a community relations specialist for the Wikimedia Foundation. I'm here to share a message from the Growth team.
As you may already know, the Growth team's goal is to create features that would help newcomers. Our goal is to help newcomers when they edit for the first time and also to increase the retention of new editors. Several wikis already have these features since a long time now. Working with these wikis, the Growth team found evidence of the efficiency of these new features.
These features will be available for all new accounts on your Wikipedia starting on the week of August 23, 2021. This way your Wikipedia will offer more options for newcomers to make good first edits and become community members.
Which features?
redaktəWe have created several features to help them, and also to help community members who help them :
- Newcomer homepage: a new special page, the best place for a newcomer to get started. Please visit it at Special:Homepage It includes:
- Newcomer tasks: a feed of task suggestions that help newcomers learn to edit. Newcomers have been making productive edits through this feed! Know more about this tool.
- Mentorship module [optional]: each newcomers has a direct link to an experienced user (see below). This way, they can ask questions about editing Wikipedia, less the need to find where to ask for assistance.
- Impact module: the user sees how many pages views articles they edit received. Have a look at Special:Impact for yours!
- Help panel: a platform to provide resources to newcomers while they are editing. If they do some suggested tasks, they are guided step-by-step on the process of editing.
- Welcome Survey: communities can know why newcomers create an account on Wikipedia. You can see it at Special:WelcomeSurvey.
The features available right now in your preferences (here and there) so that you can try them. They are not yet visible to newcomers.
How to help?
redaktəFirst, we need help to translate the features. At the moment, most of the messages newcomers will see on your Wikipedia are in English, some of them have been translated using machine translation. Please help translate the interface (done on translatewiki.net. It needs a specific account).
Also, I need your help checking on the configuration the team setups as default. Please try the features and let us know if something questions you.
Newcomers tasks are based on templates to suggest edits to newcomers. You can check the templates used on MediaWiki:NewcomerTasks.json. You can also change the templates and the help links defined there. Several templates can be added for the same task.
It you are familiar with Phabricator, here is the ticket about this deployment. Please find your wiki in the list to access all the information we used for the deployment. Please have a look at it. You can suggest changes by replying to this message.
If you wish to, you can create a list of mentors. This will activate the optional Mentorship module. Please format the list following the guidance. You need at least one mentor for each 500 new accounts created monthly on your wiki (3 mentors minimum). Are you hesitant to become a mentor? Please check the resources we have written based on other mentors' experiences. Please tell us if you are interested by creating a mentor list!
Let me know if you have any question about this deployment, please ping me! Of course, if this message is not at the right place, please move or share it (and let me know).
All the best, Trizek (WMF), 15:33, 4 avqust 2021 (UTC)
Türk marafonu 2021
redaktəTürk marafonu 2021 müsabiqəsinin son günüdür. Müsabiqə dövründə yaratdığınız məqalələrin hamısını bu gün əlavə etməyə çalışın. Günün sonunda məqalələri müsabiqə dövründə yaratsanız belə əlavə etmək mümkün olmayacaq. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:13, 31 iyul 2021 (UTC)
İdarəçilərin və bürokratların seçilməsi qaydaları
redaktəHərkəsə salam. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında bəzi dəyişikliklər edilməsini təklif edirəm. Belə ki, azvikidə uzun müddətdir hesablamalar zamanı etbarlı səs olaraq sadəcə lehinə və əleyhinə səslər əsas götürülür və onların say nisbətinə görə səsvermə yekunlaşdırılır. Amma qaydada etibarlı səs anlayışı irəli sürülür ki, bu da yekunlaşdırma ilə tamamilə ziddiyyət yaradır. Təklif edirəm ki, qaydada bəzi dəyişikliklər edilsin: yəni etibarlı səs anlayışı ortadan götürülsün və sadəcə lehinə və əleyhinə səs saylarının nisbətinə uyğun addım atılsın. Qaydadakı dəyişikliklər:
- İndiki versiya
- İdarəçiliyə namizəd ən azı 10 səs alarsa və onun seçilməsinə qarşı səs verənlərin sayı etibarlı səslərin sayının 1/3-ni keçməzsə, o seçilmiş, əks halda isə seçilməmiş sayılır.
- Bürokratlığa namizəd etibarlı səslərin sayının ən azı 3/4-nü (75 %-ni) alarsa seçilmiş, əks halda seçilməmiş hesab olunur.
- İdarəçi statusunun alınması (status-kvonun dəyişilməsi) ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 2/3-si müsbət olduğu halda idarəçinin statusu əlindən alınır.
- Bürokrat statusunun alınması ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 3/4-ü müsbət olduğu halda bürokratın statusu əlindən alınır.
- Yeni versiya
- İdarəçiliyə namizəd ən azı 10 səs alarsa və əleyhinə səs verənlərin sayının lehinə səsverənlərin sayına olan nisbəti 1:2-ni keçməzsə, o seçilmiş, əks halda isə seçilməmiş sayılır.
- Bürokratlığa namizədə lehinə səsverənlərin sayının əleyhinə səsverənlərin sayına olan nisbəti 3:1-i keçər və ya bərabər olarsa seçilmiş, əks halda seçilməmiş hesab olunur.
- İdarəçi statusunun alınması (status-kvonun dəyişilməsi) ilə bağlı səsvermədə lehinə səsverənlərin sayının əleyhinə səsverənlərin sayına olan nisbəti 2:1-i keçər və ya bərabər olarsa idarəçinin statusu əlindən alınır.
- Bürokrat statusunun alınması ilə bağlı səsvermədə lehinə səsverənlərin sayının əleyhinə səsverənlərin sayına olan nisbəti 3:1-i keçər və ya bərabər olarsa bürokratın statusu əlindən alınır.
- Yeni versiyadakı qayda heç bir şəkildə yeni deyil. Bu qayda illərdir azvikidə tətbiq olunur, yəni etibarlı səs dedikdə sadəcə lehinə və əleyhinə səslərin cəmi nəzərdə tutulur. Lakin qaydada səhv qeyd olunub. — Surə 🗯 04:46, 30 iyul 2021 (UTC)
- Dəyişiklik yaxşı dəyişiklikdir, amma nisbətləri bəyənmədim. Belə olanda 7 lehinə, 3 əleyhinə səs alan olan istifadəçi də idarəçi seçilə bilər ki, bunu elə də "sağlam" hesab etmirəm. Həm idarəçilərin, həm bürokratların seçilməsində 3:1-i ən yaxşı variant hesab edirəm.— 127-ci yapon imperatoru 07:49, 30 iyul 2021 (UTC)
- White Demon nisbətlərdə yenilik edilməyib. Tamamilə eynidir. Sadəcə cümlə quruluşunu dəyişdirmişəm. Çünki, etibarlı səs sayı dedikdə bütün səslərin sayı nəzərdə tutulurdu. Cümlədə də etibarlı səs sayı yerinə "lehinə və əleyhinə səslərin cəmi" demək yaxşı alınmırdı deyə nisbət olaraq yazdım. Vikicəmiyyətin qərarı ilə nisbətləri də dəyişdirmək olar. — Surə 🗯 08:19, 30 iyul 2021 (UTC)
- Dəyişikliklərlə razı deyiləm. Uyğunsuz nisbət var. Misal üçün 2. bəndə əsasən idarəçi və ya bürokratlığı namizəd olan istifadəçiyə 12 əleyhinə 4 lehinə səs gəlsə o idarəçi seçiləcək? Nə dərəcədə məntiqlidi? Yoxsa mən yanlış anladım. Hazır ki, nisbət yaxşıdır və qalmalıdır. Dəyişiklik kimi fikrimcə bitərəf mövqenin səslərin hesablanmasına sayılmaması ilə əlaqədar cümlənin əlavə olunması yaxşı olar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:11, 31 iyul 2021 (UTC)
- Eldarado qeyd etdiyim kimi mən nisbətlərdə heç bir dəyişiklik etməmişəm. Birinci və ikinci versiya arasınsdakı tək fərq cümlə quruluşudur. Yəni tək fərq tam da sizin dediyiniz kimi bitərəf səslərin sayılmamasıdır. Bu arada səhv anlamısınız, ikinci bəndə əsasən 12 lehinə və 4 əleyhinə olarsa seçiləcək. Əks halda seçilməyəcək. Bu o deməkdir ki, ümumi 16 lehinə+əleyhinə səs varsa və bunun 3/4-ündən çoxu lehinədirsə, onda namizəd bürokrat seçiləcək. Əvvəlki versiyaya baxın, tamamilə eynidir. Dediyim kimi, tək fərq cümlə quruluşudur. Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, NMW03, Solavirum fikirləriniz önəmlidir. — Surə 🗯 09:55, 31 iyul 2021 (UTC)
- Yenidən baxdım, nisbətlərdə fərqin olduğunü düşünürəm hələdə. :) — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:31, 1 avqust 2021 (UTC)
- Eldarado belə izah edim:
- Lehinə səs 1/3 olarsa, (indiki qaydada belə verilib) əleyhinə səs qalır 2/3. Bu da o deməkdir ki, 1:2 nisbəti.
- Lehinə səs 3/4 olarsa, əleyhinə səs qalır 1/4. Bu da o deməkdir ki, 3:1 nisbəti.
- Lehinə səs 2/3 olarsa, əleyhinə səs qalır 1/3. Bu da o deməkdir ki, 2:1 nisbəti.
- Lehinə səs 3/4 olarsa, əleyhinə səs qalır 1/4. Bu da o deməkdir ki, 3:1 nisbəti.
— Surə 🗯 05:27, 1 avqust 2021 (UTC)
- İstənilən halda qarışıqlıq yaranır, eynidir deyirsizsə elə əvvəlki halı anlaşıqlıdır. Nə ehtiyac var ki, dəyişməyə cümlələri. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:15, 2 avqust 2021 (UTC)
- Eldarado, etibarlı səs ifadəsi ziddiyyət yaradır deyə nisbətlə verilməsini təklif etmişdir. Əgər qarışıqlıq yaradırsa, onda sadəcə "etibarlı səs" ifadəsini "lehinə və əleyhinə səslərin cəmi" ilə əvəz edək. — Surə 🗯 10:24, 2 avqust 2021 (UTC)
- Lehinə və əleyhinə səslər etirabsız ola bilər, ona görə də qalmalıdı etibarlı sözü. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 12:31, 2 avqust 2021 (UTC)
- Eldarado haqlısınız. Elə isə "etbarlı səs" ifadəsinin yanına qeyd olaraq, ya da mötərizə daxilində əlavə edək: "bitərəf səslər sayılmır" və ya "say olaraq lehinə və əleyhinə səslərin cəmi götürülür" — Surə 🗯 13:35, 2 avqust 2021 (UTC)
Azərbaycan kəndləri
redaktəSalam hərkəs. Düşünürəm ki, başlığı görən kimi başlıq altında qeyd edəcəyim fikri təxmin etmisiniz. Azərbaycan kəndləri ilə bağlı məqalərin deyərdim ki, 90 faizi bu haldadır. İstinadsız, stil kitabçasına uyğun olmayan və copy-paste məzmun (sadəcə axtarışa verin, görəcəksiniz ki, çoxsu müvafiq rayonun bələdiyyəsinə məxsus saytdan bir-başa götürülüb. Və ya hansısa bloqdan). Envikidə digər dövlətlərin kəndləri haqqındakı məqalələrə baxıram, demək olar ki 5-10 cümlədi. Bəzən heç 2 cümlədən artıq verilməyib. Amma stil kitabçasına uyğundur, istinadlar var, şablonda ətraflı məlumat verilib. Bir sözlə viki-səhifədir. Bizdə isə kitab sahifəsinə bənzəyir. Qısacası, təklif edirəm ki, bu məqalələri qısaldaq. Yəni, mənbələrə əsasən qısa, konkret, lazımlı məlumatları saxlayaq, qalan məzmunu silək. Bu addımda gərək 1000-dən çox məqaləyə əl gəzdirilə. Əgər vikicəmiyyət olaraq bu mövzuda razılaşsaq, gələn aydan etibarən ətraflı əl gəzdirməyi düşünürəm bu məqalələrə. Kəmiyyət dedikdə təkcə məqalə sayı nəzərdə tutulmur, həm də məzmunun həcmi nəzərdə tutulur. Odur ki, ən əsas Azərbaycanla bağlı məqalələrdə məzmunun kəmiyyətindənsə keyfiyyətinə önəm versək "nəhəng" addım atarıq. — Surə 🗯 11:13, 14 iyul 2021 (UTC)
- Məsələyə obyektiv yanaşaq. Enviki beynəlxalq sayılacaq bir vikidir. Azviki isə maksimum İranda və Rusiyada istifadə olunan. Təbii olaraq vikiyə daxil olan bir çox şəxsin töhfələri arasında öz kəndi haqqında məlumatlar əlavə etmək olur. İstəyir copy-paste, istəyir orijinal tədqiqat. Hətta çox zaman Vikipediya:Vikimübaliğəyə də yol veirilir. Bir qisim istifadəçinin isə fəaliyyəti sırf bu mövzuya yönəlir. Onlar qeyri-aktiv ancaq öz kəndləri, rayonlaeı haqqında məlumat yerləşdirən istifadəçilərdir. Bir də yeni istufadəçi olarkən mənim də etdiyim səhvlərdən var. Məşhur şəxslər başlığı. Az qala hər rayon/kənd və s. bütün sakinləri (vikidə oldu olmadı) bu siyahıya əlavə olunur. Elmlər namizədi, hardasa baş elmi işçi bəzi hallarda Səməd bəy Mehmandarovun olduğu siyahıda da olur. Bunlara bir standart gətirməliyik. Şəxsi fikrim, məşhur şəxslər başlıqlarını (tanınmış sakinlər və s. Adlı) ümumiyyətlə silnəliyik. Qalan mövzulardü isə kəndlərin sayı xeyli olduğu üçün vahid standart olmasa da Vikipediya:Stil kitabçası/İnzibati vahidlər qaydası hazırlayıb, tətbiq etmək olar. - Dr.Wiki54 (müzakirə) 11:42, 14 iyul 2021 (UTC)
- Surə, bu məsələ ilə uzun müddətdir məşğul olmağa çalışıram. Kənd məqalələrindəki məzmun əksərən rayon İH saytından və heç ISBN nömrəsi belə olmayan hansısa bir kitabdan "copy-paste" olunur. Dr.Wiki54, məncə "Tanınmış sakinlər" başlığı qalmalıdır. Buraya sadəcə Wikipediada məqalələri mövcud olan şəxslərin adı yerləşdirilə bilər. — Burocan (müzakirə) 11:49, 14 iyul 2021 (UTC)
- @İstifadəçi:Burocan "tanınmışlığı" kim təyin edəcək? Ensiklopedikliklə tanınmışlıq eyni deyil axı - Dr.Wiki54 (müzakirə) 11:55, 14 iyul 2021 (UTC)
- Ensiklopedikliyin kriteriyalarından birinin də tanınmışlıq olduğunu nəzərə alsaq, ensiklopedik şəxslərin müvafiq başlıqda tanınmış kimi təsnif olunması mümkündür. — Burocan (müzakirə) 11:58, 14 iyul 2021 (UTC)
- Hörmətli @İstifadəçi:Burocan, oradakı tanınmışlıq məhdud anlamda da ifadə oluna bilər. Məsələn hər hansısa alim öz sahəsində tanınandır. Ama ölkə miqyasında adını bilən yoxdur. Tutalım siyahı veririk, Novxanı sakinləri: təbii ki Məhəmməd Əmin Rəsulzadə ora aid olacaq, Cavanşir Dadaşov onun qədər tanınır mı? Məncə yox. Biraz mübaliğəli misal olsa da, digər bütün inzibati vahidlərdə belə problemlər var. - Dr.Wiki54 (müzakirə) 12:03, 14 iyul 2021 (UTC)
- Dr.Wiki54, sizi anlayıram. Ancaq digər vikilərdə bu bölmə mövcuddur. Təəssüf ki, bizdə çox zaman xoşniyyətli əlavələr olunmur sözügedən bölməyə. Sözün açığı, indiki şərtlər çərçivəsində metodoloji cəhətdən çox alternativ də yoxdur. — Burocan (müzakirə) 12:20, 14 iyul 2021 (UTC)
- Dr.Wiki54 təkcə envikini götürməyək. Ümumiyyətlə, bizim viki getdikcə daha "korlanmağa" başlayır. Səbəbi isə bir çox insanın vikiyə bloq, tanınma nişanı (bir çox tanınmış vikidə səhifəsinin olduğunu vurğulamaqdan zövq alır), fikirlərini insanlara bildirmək üçün vasitə və ya fərqlənmə vasitəsi ("mən də Vikipediya məqalə yaratmışam" "Vikipediyada istifadəçi hesabım və ya məqaləm var" və s.) kimi baxmasıdır. Bu mövzu ümumi bir problemdir, sadəcə qeyd etdiyim məqalələrdə də böyük effekti var deyə qeyd etdim. Hər halda bu cür fəaliyyət davam edəcək, amma indi "zatən yenidən yazacaqlar" deyib boş versək onda bir neçə il sonra viki indikindən də pis vəziyyətdə olacaq. Hər halda azviki Vikipediya layihəsinin dil bölməsidir və digər dil bölmələrindən geri qalmasını istəmirəm. Mən özüm də daxil olmaqla bir çox oxucu Vikipediyanın digər dil bölmələrindən istifadə edir. Niyə? Çünki arada böyük fərq var. Uzun sözün qısası ("bir qədər" sözü uzadan insanam) nə qədər ki vaxtım var, çalışacam az da olsa dəyişiklik edim. Əgər səylə çalışsaq 5-10 il ərzində kəmiyyətcə olmasa da keyfiyyətcə ən yüksək səviyyəli vikilərdən birinə çevrilə bilərik. Niyə də yox? Mənim şəxsən inamım var. Amma gərək kiçik bir təmizlik işi aparaq :) — Surə 🗯 15:47, 14 iyul 2021 (UTC)
- Dr.Wiki54, sizi anlayıram. Ancaq digər vikilərdə bu bölmə mövcuddur. Təəssüf ki, bizdə çox zaman xoşniyyətli əlavələr olunmur sözügedən bölməyə. Sözün açığı, indiki şərtlər çərçivəsində metodoloji cəhətdən çox alternativ də yoxdur. — Burocan (müzakirə) 12:20, 14 iyul 2021 (UTC)
- Hörmətli @İstifadəçi:Burocan, oradakı tanınmışlıq məhdud anlamda da ifadə oluna bilər. Məsələn hər hansısa alim öz sahəsində tanınandır. Ama ölkə miqyasında adını bilən yoxdur. Tutalım siyahı veririk, Novxanı sakinləri: təbii ki Məhəmməd Əmin Rəsulzadə ora aid olacaq, Cavanşir Dadaşov onun qədər tanınır mı? Məncə yox. Biraz mübaliğəli misal olsa da, digər bütün inzibati vahidlərdə belə problemlər var. - Dr.Wiki54 (müzakirə) 12:03, 14 iyul 2021 (UTC)
- Ensiklopedikliyin kriteriyalarından birinin də tanınmışlıq olduğunu nəzərə alsaq, ensiklopedik şəxslərin müvafiq başlıqda tanınmış kimi təsnif olunması mümkündür. — Burocan (müzakirə) 11:58, 14 iyul 2021 (UTC)
- @İstifadəçi:Burocan "tanınmışlığı" kim təyin edəcək? Ensiklopedikliklə tanınmışlıq eyni deyil axı - Dr.Wiki54 (müzakirə) 11:55, 14 iyul 2021 (UTC)
- Burocan "Tanınmış şəxslər" bölməsi məncə də qalmalıdır. Amma bu bölmə sadəcə ən vacib vaxtlarda qeyd edilməldir. Sizin qeyd etdiyiniz nümunədə də olduğu kimi. — Surə 🗯 15:49, 14 iyul 2021 (UTC)
- Surə, bu məsələ ilə uzun müddətdir məşğul olmağa çalışıram. Kənd məqalələrindəki məzmun əksərən rayon İH saytından və heç ISBN nömrəsi belə olmayan hansısa bir kitabdan "copy-paste" olunur. Dr.Wiki54, məncə "Tanınmış sakinlər" başlığı qalmalıdır. Buraya sadəcə Wikipediada məqalələri mövcud olan şəxslərin adı yerləşdirilə bilər. — Burocan (müzakirə) 11:49, 14 iyul 2021 (UTC)
Təkcə kəndlər yox, qəsəbə və şəhərlərə də şamil edilə bilər sözügedən mövzu. Amma bu cür faydalı mövzunun “Tanınmış şəxslər bölməsi olsun, yoxsa yox?” kimi okeanda bir damla ilə məşğul edilib gündəmdən salmaqdansa, ilkin etapda stil kitabçasını müəyyənləşdirib, daha sonra təfərrüatlara keçə bilərik. Deməli, təklif etdiyim strukturun alfa versiyası belə olacaq, düzəlişlər edilsə, sevinərəm.
- == Etimologiyası (yoxsa adının mənşəyi) ==
- == Tarixi (yoxsa tarix) ==
- === Erkən d. ===
- === Orta əsrlər === və başqa dövrlər
- == Coğrafiyası ==
- === İqlimi ===
- == Demoqrafiyası (yoxsa əhalisi) ==
- === Etnik qruplar ===
- === Din ===
- == İqtisadiyyat ==
- == Mədəniyyət ==
- === Sənət ===
- === Memarlıq ===
- == İdman ==
Ən sonda qəbul ediləcək struktur, məqalə boş olsa da botlar vasitəsilə məqalələrə yerləşdirilsə, standartlaşdırmaya böyük ölçüdə nail oluna və kopi-pestin qarşısı alına bilər. —gabbani ∆ mesaj 17:27, 14 iyul 2021 (UTC)
- Hörmətli @İstifadəçi:Gabbani, hansl gündəmdən salmaqdan söhbət gedir? Başa düşmədim. Yuxarıda sizdən əvvəl müvafiq qaydanın işlənib hazırlanmasının vacibliyini qeyd etmişəm. Burada heç kim "faydalı mövzünu məşğul etmir". 2-3 həftədir @İstifadəçi:Sura Shukurlu xanımın bütün təkliflərini diqqətlə izləyirəm və müvafiq şərhlərimi verirəm. Hər halda fikirlərə və şərhlərə senzura yoxdur .... - Dr.Wiki54 (müzakirə) 17:57, 14 iyul 2021 (UTC)
- Gabbani, "etimologiya" və "demoqrafiya" daha uyğundur. --► Hörmətlə: SolaVirum 17:58, 14 iyul 2021 (UTC)
- Əslində müzakirəni qeyd etdiyim səhifələrdəki uyğun olmayan məzmunun kütləvi şəkildə silinməsi və ya təkmilləşdirilməsi haqqında fikir bildirilməsi və ya razılıq verilməsi məqsədi ilə açmışdır. Amma məgər ki, müzakirə aktivdir, elə digər məsələləri də müzakirə edə bilərik. Gabbani hazırladığınız strukturu bəyəndim. Amma səhifə boş olsa belə həmin strukturun oraya yerləşdirilməsi fikri ilə razı deyiləm. Çünki, məqalələrdə boş bölmələrin olmasını dəstəkləmirəm. Əgər məzmun yoxdursa niyə bölmə var ki? Hər halda irəli sürülmüş fikirlərə hörmətlə yanaşıram və ümid edirəm ki, ortaq məxrəcə gəlib kiçik də olsa addım ata bilərik. — Surə 🗯 19:19, 14 iyul 2021 (UTC)
- Hörmətli Dr.Wiki54, bu sözlərim konkret bir şəxsə qarşı yönəlməmişdi, yəqin sizə də məlum olar ki, AzVikidə əksər hallarda vacib bir mövzunun müzakirəsi gedərkən istifadəçilər hər hansı bir detalda ilişib qalırlar, əsas mövzu da “arada qaynayır”. Əvvəlcə strukturu müzakirə etməyin daha faydalı olacağını düşündüyüm üçün istifadəçilərin diqqətini çəkmək məqsədilə bir-iki tənqidi cümlə yazmışdım sadəcə. Senzuraya qarşıyam, aqressiyaya da :)
- Hörmətli Sura Shukurlu, strukturda əskikliklər çoxdur, bunu da gözəyarı hazırladım ki, üzərində müzakirələr getsin, mükəmməlləşsin. Məqalələrdə boş bölmələrin olması – əlbəttə ki bu mənfi hal olacaq, amma digər halda da qeyri-standartlıq olmayacaq? Bəlkə də bir kitabdan kopi-pest edən insan həmin bölmələri görüb, həmin o kopi-pestin üzərində iş aparacaq? (Aktiv vikipediyaçı da ola bilər). Məncə burada iki mənfi halı müqayisə edib, daha az zərərlisini seçməli olacağıq.—gabbani ∆ mesaj 19:59, 14 iyul 2021 (UTC)
- @İstifadəçi:Gabbani belə olan halda qaydaları təkmilləşdirməyə davam :)) Mən də boş bölmələrə qarşıyam. İnanmıram ki kimsə boş bölmə görüb işini ona görə davam etdirsin. Uzun müddər siyasi partiyalarda belə boş bölmələr var idi. Doldurulan olmurdu. Əlavə "haqqında" başlığı açıb copy-paste edirdilər. - Dr.Wiki54 (müzakirə) 20:07, 14 iyul 2021 (UTC)
- Əslində müzakirəni qeyd etdiyim səhifələrdəki uyğun olmayan məzmunun kütləvi şəkildə silinməsi və ya təkmilləşdirilməsi haqqında fikir bildirilməsi və ya razılıq verilməsi məqsədi ilə açmışdır. Amma məgər ki, müzakirə aktivdir, elə digər məsələləri də müzakirə edə bilərik. Gabbani hazırladığınız strukturu bəyəndim. Amma səhifə boş olsa belə həmin strukturun oraya yerləşdirilməsi fikri ilə razı deyiləm. Çünki, məqalələrdə boş bölmələrin olmasını dəstəkləmirəm. Əgər məzmun yoxdursa niyə bölmə var ki? Hər halda irəli sürülmüş fikirlərə hörmətlə yanaşıram və ümid edirəm ki, ortaq məxrəcə gəlib kiçik də olsa addım ata bilərik. — Surə 🗯 19:19, 14 iyul 2021 (UTC)
- Gabbani, "etimologiya" və "demoqrafiya" daha uyğundur. --► Hörmətlə: SolaVirum 17:58, 14 iyul 2021 (UTC)
Buradakı problem strukturla əlaqəli deyil. Məsələ burasındadır ki, mənbə qıtlığı var və məqalə tərtibatçıları bu boşluğu bir mənbədən "copy-paste" etməklə doldurmağa çalışırlar. Məncə, mənbə baxımından problemli məqalələrin müqəddimə hissəsində bir neçə paraqraflıq lakonik məzmun verilməyi daha məqsədəuyğundur. Çünki onsuz da müvafiq başlıqlar və alt başlıqlar boş qalacaq. — Burocan (müzakirə) 20:12, 14 iyul 2021 (UTC)
- Başlıca problem elə strukturdur. Mənbənin qıt və ya bol olmasının da məsələyə bir dəxli yoxdur. Zəhmət olmasa, Xınalıq, Cocuq Mərcanlı və Laza məqalələri arasındakı ən əsas fərqlərə nəzər yetirin hörmətli Burocan. Mənbə boldur deyə, problemsiz olmalıdır dediyiniz Xınalıq məqaləsindəki kopi-pestlərə fikir verdinizmi? Digər verdiyim məqalələrlə qarşılaşdırma edəndə bölmələrin uyğunluğu nəzərə çarpırmı? Nəzərə çarpmırsa, onda qeyri-standartlıq, pərakəndəlik niyə problem olmasın ki? Sizcə Xınalıq məqaləsi günümüz standartlarına görə seçilmiş məqalədir? —gabbani ∆ mesaj 20:31, 14 iyul 2021 (UTC)
- Kənd məqalələrinin hamsında əvvəllər boş başlıqlar vardı. Nə qədər vaxt sərf edilib onlar təmizləndi. Yenidən boş-boşuna başlıq əlavə etmək mənasızdır. Hansı məqalələrdəki məzmun varsa onlara stilə uyğun başlıqlar əlavə etmək olar. — Araz Yaquboglu (müzakirə) 06:17, 15 iyul 2021 (UTC)
- Mövzu dərin və önəmli olduğu üçün onu alt-başlıqlara bölüb hərkəsdən mövzunun ayrı-ayrı hissələri üçün fikrini bildirməsinin xahiş edirəm:
- Kənd məqalələrinin hamsında əvvəllər boş başlıqlar vardı. Nə qədər vaxt sərf edilib onlar təmizləndi. Yenidən boş-boşuna başlıq əlavə etmək mənasızdır. Hansı məqalələrdəki məzmun varsa onlara stilə uyğun başlıqlar əlavə etmək olar. — Araz Yaquboglu (müzakirə) 06:17, 15 iyul 2021 (UTC)
(Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, NMW03, Solavirum, Dr.Wiki54, Burocan, Gabbani)
Copy-paste məzmun
redaktəBütün məqalələrdən bu tipli məzmunun kütləvi olaraq silinməsini təklif edirəm. Qaralama halında qalsa belə. — Surə 🗯 15:17, 16 iyul 2021 (UTC)
Şərhlər
redaktə- Lehinə: bir mənalı şəkildə müəllif hüquqları pozuntusu sürətli silməyə icazə verir. - Dr.Wiki54 (müzakirə) 15:30, 16 iyul 2021 (UTC)
- Lehinə: "Copy-paste" məzmun birmənalı çıxarılmalıdır. — Burocan (müzakirə) 10:37, 18 iyul 2021 (UTC)
"Tanınmış şəxslər" başlığı
redaktəBu başlığın yanlız müstəsna hallarda, həddindən artıq önəmli və ensiklopedik şəxsin / şəxslərin adının qeyd edilməsi zəruriyyətində mövcud olmasının tərfdarıyam.— Surə 🗯 15:17, 16 iyul 2021 (UTC)
Şərhlər
redaktə- Lehinə: Dəstəkləyirəm. Amma əlimizdə "məşhurometr" olmadığına görə çətinliklər yaranacaq :) - Dr.Wiki54 (müzakirə) 15:32, 16 iyul 2021 (UTC)
- Lehinə: Müzakirə hissəsində qeyd etdiyim şərhimə əsasən. — Burocan (müzakirə) 10:37, 18 iyul 2021 (UTC)
- Şərh: Hörmətli Burocan və Dr.Wiki54, müzakirədə aktivliyinizi nəzərə alaraq fikrinizi öyrənmək istədim. Bu bölmə tam olaraq necə adlandırılmalıdır? "Tanınmış şəxslər"? — Surə 🗯 06:34, 3 avqust 2021 (UTC)
- Cavab: Hörmətli Sura Shukurlu xanım. Məncə "görkəmli" mübaliğə olduğu üçün "Tanınmış şəxsləri" daha uyğun versiyadır. - Dr.Wiki54 (müzakirə) 07:43, 3 avqust 2021 (UTC)
- Hörmətli Sura Shukurlu, hörmətli Dr.Wiki54 ilə həmfikirəm. "Tanınmış şəxslər" və ya "Tanınmış şəxsiyyətlər" ola bilər müvafiq başlığın adı. — Burocan (müzakirə) 08:22, 3 avqust 2021 (UTC)
- Qəbul edildi — Turkmen müzakirə 11:59, 7 avqust 2021 (UTC)
SNS - Bələdiyyələr
redaktəSalam. Əlifba sırasına görə inzibati vahidlər kateqoriyasına aid olan bələdiyyə məqalələrinin əksəriyyəti 1-2 cümlədən ibarətdir və qaralama halındadır; Nümunə: Koxanəbi bələdiyyəsi, Alaçadırlı bələdiyyəsi, Alnabat bələdiyyəsi, Alnabat bələdiyyəsi, Babaratma bələdiyyəsi və bunun tipli digər məqalələr. Düşünürəm ki, bu tipli məqalələr toplu silinməlidir. Silinmə şablonu yerləşdirməmişdən öncə həmkarlarımın fikrini öyrənmək istədim. Əgər fikrimlə razısınızsa {{sil}} şablonu yerləşdirim. — Xeyal (müzakirə) 10:03, 4 iyul 2021 (UTC)
Şərhlər
redaktə- Lehinə: — Xeyal (müzakirə) 10:03, 4 iyul 2021 (UTC)
- Lehinə: — əvvəlcə bu 2 müzakirəyə də nəzər yetirin amma. Mənim başlatdığım və bu müzakirələrə baxın. Mən yenə də vurğulamaq istəyirəm ki, əvvəlki hallarda olsaydı hardasa qalsın demək olardı. İndi isə keçən il mən oturub Azərbaycan bələdiyyələrinin siyahısı və onun bütün alt səhifələrini tərtib edəndən sonra silinməsi labüddür. Çünki bu siyahı səhifələrində bələdiyyələrin adı, əhatə etdiyi ərazi, tabe olduğu rayon, sədrləri haqqında məlumat yerləşdirmək mümkündür. Mənim şəxsi fikrimə görə bütün bələdiyyə məqalələri silinməlidir. Amma ilkin mərhələdəd kənd bələdiyyələri silinə bilər. — Dr.Wiki54 (müzakirə) 10:13, 4 iyul 2021 (UTC)
- @İstifadəçi:Xeyal Həmçinin mənim başlatdığım müzakirəni çox hörmətli Sortilegus SNS qaydalarına əsasən dayandırmışdı. Hər nə qədər bu qaydanın əleyhinə olsam da, mövcud vəziyyətdə buna riayət etməliyik. Səhv eləmirsəmsə, digər vikilərdə hər bələdiyyə üçün məqalə yoxdur. - Dr.Wiki54 (müzakirə) 10:29, 4 iyul 2021 (UTC)
- Dr.Wiki54, arxiv SNS-dakı müzakirələrə baxdım. Amma yenə də bir məqalədə hamısı toplamaq olar. Gabbaninin təqdim etdiyi səbəbi uyğun görürəm. — Xeyal (müzakirə) 10:52, 4 iyul 2021 (UTC)
- @İstifadəçi:Xeyal bəy, məncə, siyahı məqalələri də məlumatın itməməsi baxımından yaxşıdır. Mərhələli şəkildə əvvəlcə kənd, sonra qəsəbə, sonra şəhər bələdiyyələri silinə bilər. Sonra uyğun görülməsə siyahılar da. -Dr.Wiki54 (müzakirə) 10:58, 4 iyul 2021 (UTC)
- Dr.Wiki54, arxiv SNS-dakı müzakirələrə baxdım. Amma yenə də bir məqalədə hamısı toplamaq olar. Gabbaninin təqdim etdiyi səbəbi uyğun görürəm. — Xeyal (müzakirə) 10:52, 4 iyul 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 10:29, 4 iyul 2021 (UTC)
- Lehinə: bu qədər kiçik inzibati vahid üçün məqalə yaradılması vacib deyil. Nədənsə bizim vikidə məqalə sayının çoxluğuna daha çox diqqət edilir, keyfiyyətə yox. Digər vikilərdə də bu kimi kiçik inzibati vahidlər üçün ayrı məqalə nəzərdə tutulmayıb. Qeyd edilən siyahı kimi ətraflı və keyfiyyətli siyahıların sayı artsa daha gözəl olar, nəyin ki bu kimi məqalələrin. — Surə 🗯 10:59, 4 iyul 2021 (UTC)
Əleyhinə:Belə kiçik inzibati vahidləri üçün məqalənin olması normal haldı. İki-üç cümlə olmalarının silinməsi üçün bəs edəcəyini düşünmürəm. Bu cür kiçik inzibati vahidlər üçün məqalələrlə EnVikidə də çox qarşılaşmışam.— 127-ci yapon imperatoru 11:26, 5 iyul 2021 (UTC)- @İstifadəçi:White Demon bəy, bir şey soruşum. Bələdiyyələr ümumiyyətlə yerli özünü idarə etmə orqanı hesab olunmur mu? (Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.) İnzibati vahid olaraq nəzərə alınması nə dərəcədə düzgündür? - Dr.Wiki54 (müzakirə) 11:32, 5 iyul 2021 (UTC)
- Vallah mən bizim bələdiyyə sistemi ilə yaxından tanış deyiləm. Amma məsələn Almaniyada bələdiyyələr var və envikidə ən aşağı inzibati vahid kimi göstərilir. Və Envikidə nə qədər Almaniya bələdiyyəsi məqaləsi var.— 127-ci yapon imperatoru 12:15, 5 iyul 2021 (UTC)
- White Demon qeyd etdiyiniz bələdiyyə ilə Azərbaycandakı "bələdiyyə" anlayışı eyni deyil. Sizin qeyd etdiyiniz inzibati vahiddir. Bu kimi məqalələri mən də yaratmışam azvikidə. Amma Azərbaycandakı bələdiyyələr əslində inzibati vahid deyil, yerli özünü idarə etmə orqanıdır. — Surə 🗯 14:18, 5 iyul 2021 (UTC)
- Tamamilə haqlısınız @İstifadəçi:Sura Shukurlu xanım. Şərhinizi görmədən eyni məzmunlu şərhi mən də bildirmişəm. Bir növü bunu Türkiyədəki sistemə bənzətmək olar. Hansıki Türkiyədə sadəcə bir neçə böyülşəhət bələdiyyəsinə aid məqalə var. (Ankara, İstanbul, İzmir və s.) O da bildiyimiz kimi həddindən artıq ensiklopedik və mediatik orqanlardır. - Dr.Wiki54 (müzakirə) 16:36, 5 iyul 2021 (UTC)
- Mən də elə yaxşı bilmirəm, hüquqdan da çox başım çıxmır. Amma bildiyim qədəri ilə bizdə kənd var inzibati vahid olraq, sonra kənd inzibati vahidi. Kənd inzibati vahidinə bir neçə kənd tabe ola bilər. Sonra qəsəbə, kənd rayonu (Şamaxı), şəhər rayonu (Nizami), şəhər (Bakı) və s. Bələdiyyə isə süçkili orqan olmalıdı. @İstifadəçi:White Demon Səhv edə bilərəm. -Dr.Wiki54 (müzakirə) 14:36, 5 iyul 2021 (UTC)
- White Demon qeyd etdiyiniz bələdiyyə ilə Azərbaycandakı "bələdiyyə" anlayışı eyni deyil. Sizin qeyd etdiyiniz inzibati vahiddir. Bu kimi məqalələri mən də yaratmışam azvikidə. Amma Azərbaycandakı bələdiyyələr əslində inzibati vahid deyil, yerli özünü idarə etmə orqanıdır. — Surə 🗯 14:18, 5 iyul 2021 (UTC)
- Vallah mən bizim bələdiyyə sistemi ilə yaxından tanış deyiləm. Amma məsələn Almaniyada bələdiyyələr var və envikidə ən aşağı inzibati vahid kimi göstərilir. Və Envikidə nə qədər Almaniya bələdiyyəsi məqaləsi var.— 127-ci yapon imperatoru 12:15, 5 iyul 2021 (UTC)
- @İstifadəçi:White Demon bəy, bir şey soruşum. Bələdiyyələr ümumiyyətlə yerli özünü idarə etmə orqanı hesab olunmur mu? (Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.) İnzibati vahid olaraq nəzərə alınması nə dərəcədə düzgündür? - Dr.Wiki54 (müzakirə) 11:32, 5 iyul 2021 (UTC)
- Əleyhinə: qalmalıdırlar. Ölkənin inzibati ərazi vahidinin bir parçasıdır. Ümumiyyətlə, AzVikidəki ən pis şey Azərbaycan ilə bağlı məzmuna qarşı olan kampaniyadır. Bir az RuVikidən nümunə götürmək lazımdır. --► Hörmətlə: SolaVirum 21:01, 5 iyul 2021 (UTC)
- Dr.Wiki54, Azərbaycanda bələdiyyələrə legitimdir və saydıqlarınız bəzi inzibati vahidlərdən daha yuxarıda yerləşir səlahiyyət baxımından. Həmçinin, seçki ilə müəyyən edilir. — Bu imzasız yazı Solavirum (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- @İstifadəçi:Solavirum yuxarıda inzibati vahidlə bağlı fikrimi bildirmişəm. Bələdiyyələrin legitim olmadığını iddia etməmişəm. Burada Azərbaycanla bağlı məzmuna qarşı kompanyadan daha çox, istifadəçilərin mütləq əksəriyyətinin maraq dairəsinn (Azərbaycan) ortaq olması məsələsi var. Əgər ucdan tutma Türkiyədəki (nümunə gətirə biləcəyim oxşar və məlumatlı olduğum mövuzu budur) bütün bələdiyyələr haqqında azvikidə məqalələr yaradılsaydı mən şəxsən yenə eyni mövqedən çıxış edərdim. Çünki önəmli olan prinsiplərdir. - Dr.Wiki54 (müzakirə) 21:14, 5 iyul 2021 (UTC)
Lehinə: Bələdiyyələrin statusu haqqında qanunun II fəslinin "Bələdiyyələrin əraziləri" başlıqlı 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, "Yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər." Mən hüquqşünas deyiləm, ancaq qanundan anladığım budur ki, Surə-nin qeyd etdiyi kimi bələdiyyələr, qanunla öncədən müəyyənləşdirilmiş inzibati vahidlər əsasında tərtib olunmuş özünüidarəetmə orqanlarıdır. Buna görə də, bir cümləlik məqalələrdənsə, bələdiyyələrə dair ayrı-ayrı məqalələr regional bazisdə təmərküzləşdirilmiş məqalələrə çevrilməlidirlər. Məsələn hər rayon üzrə yerləşən bələdiyyələri siyahılar halında tərtib etmək olar (Məs:Quba rayonunun bələdiyyələri). — Burocan (müzakirə) 22:13, 5 iyul 2021 (UTC)
- Burocan yuxarıda da qeyd etmişəm. Azərbaycan bələdiyyələrinin siyahısı və o səhifədəki cədvəlin sağ tərəfindəki bütün siyahı səhifələrini keçən il hazırlamışam. - Dr.Wiki54 (müzakirə) 06:23, 6 iyul 2021 (UTC)
- Dr.Wiki54, fikrimdən yayınıb, üzrlü hesab edin. Belə olan halda, qeyd etdiyiniz kimi alt səhifələr silinməlidir. — Burocan (müzakirə) 07:32, 6 iyul 2021 (UTC)
- Əleyhinə: Bələdiyyələr haqqında məqalələr olmalıdır. — Sortilegus (müzakirə) 16:29, 8 iyul 2021 (UTC)
- Əleyhinə: bələdiyyələr haqqında səhifələr dəfələrlə müzakirə edilib. Və sonda saxlanılıb. — Araz Yaquboglu (müzakirə) 07:44, 10 iyul 2021 (UTC)
- Şərh: qalmalıdır amma bu vəziyyətdə yox→ Koxanəbi bələdiyyəsi, Alaçadırlı bələdiyyəsi, Alnabat bələdiyyəsi, Alnabat bələdiyyəsi, Babaratma bələdiyyəsi. Bu kimi məqalələrin həcmi heç 1300-1400 baytı keçmir. Onsuzda hansısa bələdiyyə haqqında məlumat almaq istəyən başqa mənbələrdən də bu iki cümləlik məlumatları rahatlıqla ala bilər. — Xeyal (müzakirə) 08:02, 10 iyul 2021 (UTC)
- Xeyal, "qısa məqalə olmaz" deyə bir prinsip yoxdur. Əgər hansısa ensiklopedik bir məqalənin vəziyyəti pisdirsə, istifadəçinin bu məqaləni genişləndirməsi tövsiyə olunur. --► Hörmətlə: SolaVirum 11:41, 10 iyul 2021 (UTC)
- Məqalələrin tarixçəsinə baxanda görünür ki, uzun müddətdir genişləndirilmə fəaliyyəti yoxdur. — Xeyal (müzakirə) 11:45, 10 iyul 2021 (UTC)
- Qısa məqalə yox, məzmunsuz məqalə və boş məqalə olmaz deyə prinsip var və ensiklopedik olsa belə digər vikilərdə sürətli silmə kriteriyası hesab olunur. @İstifadəçi:Solavirum Bələdiyyə məqalələrin qalması haqqında tutarlı bir fakt hələ də görmürəm. Hörmətli @İstifadəçi:Araz Yaquboglu və @İstifadəçi:Sortilegus bəy, nəyə görə bu məqalələr qalmalıdır? Sadəcə soruşuram, maraqlıdır. Yaxşı olar ki, əvvəlki illərdə sns müzakirələrində iştirak etmiş şəxslər də şərh bildirsin: @İstifadəçi:Gabbani; @İstifadəçi:Verman1; @İstifadəçi:Samral; @İstifadəçi:Gunel.Doctor; @İstifadəçi:Cekli829 (fəaliyyətini dayandırıb, amma yenə də) ; @İstifadəçi:Drabdullayev17; @İstifadəçi:Eldarado; @İstifadəçi:Azerifactory- Dr.Wiki54 (müzakirə) 12:18, 10 iyul 2021 (UTC)
- Xeyal, okey də. Bu əsas deyil axı. Başa düşürəm, məqalənin genişləndirilməsi ehtimalı az görünür, lakin sırf ehtimal azdır deyə "gəlin toplu silək bunları" fikri uyğun gəlmir. Sırf ensiklopediklik amilindən baxmaq lazımdır. --► Hörmətlə: SolaVirum 12:25, 10 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum söhbət hansı ensiklopediklikdən gedir? Elə bələdiyyə var heç haqqında mediada 1 istinad belə tapılmır. Bələdiyyələr inzibati vahid deyil, seçkili orqanlardır. Xüsusilə kənd bələdiyyələri ensiklopedik deyil. Kütləvi silmək çıxış yoludur, necə ki, vaxtında kütləvi şəkildə yaradılıb. Belə kütləvi məqalə yaratmazdan əvvəl gərək vikiicmanın fikri alınardı, bildiyim qədəri ilə alınmayıb. - Dr.Wiki54 (müzakirə) 12:33, 10 iyul 2021 (UTC)
- Dr.Wiki54, medialı oldu-olmadı bu bələdiyyələr Azərbaycan Respublikasında idarəedici orqanlardır. Məndən başqa bir neçə həmkar da bələdiyyələrin ensiklopedik olduğunu düşünür. Ən pis halda hər rayon bələdiyyələri üçün siyahı-formatlı başlıqlar açmaq olar (yəni, mövcud məzmunun silinmədən başqa başlıq altında birləşdirilməsi). --► Hörmətlə: SolaVirum 12:44, 10 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum A bəy, seçkili orqanlardır. Hər seçkili orqan ensiklopedik hesab olunmur, bu axı parlament deyil. Mən də səbəb soruşuram ki niyə ensiklopedikdir axı? Var da siyahılar yuxarda da yazmışam Azərbaycan bələdiyyələrinin siyahısı səhifəsi və oradakı sütünun solundakı bütün məqalələr. Əksiksiz hər bir məlumatı prezidentin rəsmi kitabxaasından olan ən güncəl mənbəylə keçən il hazırlamışam o siyahıları. Nəsə əlavə məlumat alan kimi də dəyişiklik edirəm. - Dr.Wiki54 (müzakirə) 16:38, 10 iyul 2021 (UTC)
- Dr.Wiki54, medialı oldu-olmadı bu bələdiyyələr Azərbaycan Respublikasında idarəedici orqanlardır. Məndən başqa bir neçə həmkar da bələdiyyələrin ensiklopedik olduğunu düşünür. Ən pis halda hər rayon bələdiyyələri üçün siyahı-formatlı başlıqlar açmaq olar (yəni, mövcud məzmunun silinmədən başqa başlıq altında birləşdirilməsi). --► Hörmətlə: SolaVirum 12:44, 10 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum söhbət hansı ensiklopediklikdən gedir? Elə bələdiyyə var heç haqqında mediada 1 istinad belə tapılmır. Bələdiyyələr inzibati vahid deyil, seçkili orqanlardır. Xüsusilə kənd bələdiyyələri ensiklopedik deyil. Kütləvi silmək çıxış yoludur, necə ki, vaxtında kütləvi şəkildə yaradılıb. Belə kütləvi məqalə yaratmazdan əvvəl gərək vikiicmanın fikri alınardı, bildiyim qədəri ilə alınmayıb. - Dr.Wiki54 (müzakirə) 12:33, 10 iyul 2021 (UTC)
- Məqalələrin tarixçəsinə baxanda görünür ki, uzun müddətdir genişləndirilmə fəaliyyəti yoxdur. — Xeyal (müzakirə) 11:45, 10 iyul 2021 (UTC)
- Xeyal, "qısa məqalə olmaz" deyə bir prinsip yoxdur. Əgər hansısa ensiklopedik bir məqalənin vəziyyəti pisdirsə, istifadəçinin bu məqaləni genişləndirməsi tövsiyə olunur. --► Hörmətlə: SolaVirum 11:41, 10 iyul 2021 (UTC)
- Şərh: qalmalıdır amma bu vəziyyətdə yox→ Koxanəbi bələdiyyəsi, Alaçadırlı bələdiyyəsi, Alnabat bələdiyyəsi, Alnabat bələdiyyəsi, Babaratma bələdiyyəsi. Bu kimi məqalələrin həcmi heç 1300-1400 baytı keçmir. Onsuzda hansısa bələdiyyə haqqında məlumat almaq istəyən başqa mənbələrdən də bu iki cümləlik məlumatları rahatlıqla ala bilər. — Xeyal (müzakirə) 08:02, 10 iyul 2021 (UTC)
- Əleyhinə: bələdiyyələr haqqında səhifələr dəfələrlə müzakirə edilib. Və sonda saxlanılıb. — Araz Yaquboglu (müzakirə) 07:44, 10 iyul 2021 (UTC)
- Lehinə: Silinmə qaydalarına əsasən qaralama halında olanlar hamısı qeyri-ensiklopedik olduğu üçün silinməlidir. — Thunder Storm (müzakirə) 12:47, 10 iyul 2021 (UTC)
- Əleyhinə: Bələdiyyələrlə bağlı məqalələr silinməməlidir. — eldarado ✉ 08:52, 12 iyul 2021 (UTC)
- Hörmətli @İstifadəçi:Eldarado bəy, hansı qaydaya əsasən belə düşünürsünüz? Maraqlıdır sadəcə. Müzakirə başlayalı 12 gün olub, amma əleyhinə olacaq tutarlı bir fakt görmürəm hələ də. - Dr.Wiki54 (müzakirə) 15:35, 16 iyul 2021 (UTC)
- Hörmətli Dr.Wiki54, hər bir ölkənin inzibati ərazi bölgüsü var. Bələdiyyələr də qanunla müəyyən edilmiş inzibati ərazi vahidi sayılır. Yəni bu şirkət deyil qurum deyil ki, qaydalara əsasən ensiklopedikliyini yoxlayaq. Hər bir dil bölməsində hər ölkənin inzibati ərazi vahidlərinin məqalələri mövcuddur. Bunlar məlumat xarakterlidir. Bu cür məqalələrin silinməsi doğru deyil. Silinəcək o qədər şəxs məqalələri var ki, onları silməyə çalışmalıyıq. — eldarado ✉ 11:04, 17 iyul 2021 (UTC)
- Hörmətli @İstifadəçi:Eldarado! Bələdiyyələr inzibati vahid deyil Azərbaycanda. Mən silinmə mövzusunda çox fəaliyyət göstərmişəm və davam edirəm. Hər bir dil bölməsində olan inzibati vahid olan bələdiyyələrdir. Məsələn Gürcüstandakı "sakrebulo"lar. Azərbaycanda bələdiyyələr qanuna əsasən seçkili orqandır, inzibati vahid yox. (Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.) - Dr.Wiki54 (müzakirə) 11:08, 17 iyul 2021 (UTC)
- Hörmətli Dr.Wiki54, hər bir ölkənin inzibati ərazi bölgüsü var. Bələdiyyələr də qanunla müəyyən edilmiş inzibati ərazi vahidi sayılır. Yəni bu şirkət deyil qurum deyil ki, qaydalara əsasən ensiklopedikliyini yoxlayaq. Hər bir dil bölməsində hər ölkənin inzibati ərazi vahidlərinin məqalələri mövcuddur. Bunlar məlumat xarakterlidir. Bu cür məqalələrin silinməsi doğru deyil. Silinəcək o qədər şəxs məqalələri var ki, onları silməyə çalışmalıyıq. — eldarado ✉ 11:04, 17 iyul 2021 (UTC)
- Dr.Wiki54, inzibati vahidin bir hissəsidir. — eldarado ✉ 11:16, 17 iyul 2021 (UTC)
- Eldarado, mənbə? - Dr.Wiki54 (müzakirə) 11:20, 17 iyul 2021 (UTC)
- Eldarado, Solavirum, Araz Yaquboglu, Sortilegus, White Demon hörmətli idarəçilər. Əleyhinə olaraq sadəcə 3 idarəçi inzibati vahid iddasını irəli sürərək fakt qoyub. O da qanuna əsasən bələdiyyələr inzibati vahid deyil, seçkili orqandır. Tamamilə fərqli anlayışdır. Sizdən müzakirəni nəzərdən keçirməyinizi və arqumentinizi irəli sürməyinizi xahiş edirəm. (Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.) - Prezident Kitabxanasına əsasaən inzibati bölgü (bələdiyyələr inzibati vahidlər sırasında yoxdur) Bizdəki 99% bələdiyyə məqalələri qaralama halındadır. 1-2 cümlədən ibarətdir. Onu da yenidən qeyd edim ki, tərəfimdən keçən il bütün rayonlara aid bələdiyyə siyahıları hazırlanıb Azərbaycan bələdiyyələrinin siyahısı və bu səhifədəki cədvəlin sağ sütunundakı məqalələrə keçid edərək baxa bilərsiniz. O ki qaldı, digər vikilərdəki bələdiyyə məqalələrinə bu 2 halda mümkün olur ya Gürcüstan versiyasındakı kimi bələdiyyə (sakrebulo) inzibati vahid olsun, ya da Ankara İstanbul kimi həddən artıq ensiklopedik və mediatik seçkili orqan olsun. Şərhlərinizi maraqla gözləyirəm -Dr.Wiki54 (müzakirə) 11:20, 17 iyul 2021 (UTC)
- Problem odur ki, bələdiyyələr inzibati vahid olmasa da, fakt odur ki, müəyyən əraziyə və torpağa malikdir. İnizbati vahid olmaması hələ silinməsinə əsas vermir ki. Bəzi bələdiyyələrə ancaq bir kənd yaxud rayon daxil ola bilər, məsələn, Nərimanov bələdiyyəsinə sadəcə Nərimanov rayonu daxildir. Amma, məsələn, Rustov bələdiyyəsinə Bad, Bağçalı, Cadarı, Cindar, Dəhnə, Güneyməhlə, Hacıağalar, Xanəgah, Kələbağ, Qalagah, Qamqam, Məckəxacə, Püstəqasım, Rustov, Sofikənd və Yekdar kəndləri kimi bir çox yer daxildir.— 127-ci yapon imperatoru 12:14, 17 iyul 2021 (UTC)
- @İstifadəçi:White Demon bələdiyyələrin əhatə etdiyi torpaq ona aid deyil ki, sadəcə idarəetməsinə nəzarət edir. Bizdəki bələdiyyə sistemi Türkiyədəki bələdiyyə sisteminin demo versiyasıdır. Əraziləri (hüdudları) siyahı məqalələrində qeyd etmişəm. Bələdiyyə istənilən qədər kəndin və başqa inzibati vahidin idarəetməsini icra edə bilər. Ona qalsa hər bir rayon/şəhər icra hakimiyyəti də onlarla inzibati vahidin idarəetməsində iştirak edir və bələdiyyədən daha səlahiyyətlidir. Bu o demək deyil ki, ucdan tutma hamısı üçün məqalə yaradılmalıdır. - Dr.Wiki54 (müzakirə) 12:23, 17 iyul 2021 (UTC)
- Lehinə: Bələdiyyəni ensiklopedik nəyə əsasən hesab etməliyik onu anlamıram, icra hakimiyyəti olmasdı ensiklopedik hesab olunardı. — ►Doctor 12:40, 31 iyul 2021 (UTC)
- Lehinə: Dr.Wiki54 ilə razıyam. Ama məncə silinməməlidir məqalələr. Oxuyucuların rahat tapması üçün yönləndirməyə çevrilsə kifayət edər.— Turkmen müzakirə 11:38, 7 avqust 2021 (UTC)
- @İstifadəçi:Turkmen mümkün versiyadır. Məsələn Şüvəlan bələdiyyəsi Bakı bələdiyyələri məqaləsinə yönləndirilə bilər. P.S. Artıq bu məqalələr VP:SSK qaydalarına əsasən həm boş həm məzmunsuz məqalələr olduğu üçün sürətli silinmə kriteriyalarını ödəyir. Lakin biz Vikipediya:SSA-İ tətbiq edə bilərik. - Dr.Wiki54 (müzakirə) 11:50, 7 avqust 2021 (UTC)
- Qəbul edildi — Turkmen müzakirə 11:54, 8 avqust 2021 (UTC)
- Hörmətli Turkmen, idarəçilərin son görüşündə bu mövzuya toxunuldu və hər kəs bu fikirlə razılaşdı ki, silinən bələdiyyə məqalələri rayon bələdiyyələrinə istiqamətləndirilsin. Misal üçün Binəqədi, Biləcəri, Xocasən və s. bələdiyyələri, Bakı bələdiyyələri məqaləsindəki Binəqədi rayonu bölməsinə yönləndirilsin. Təbii ki, etiraz olmazsa bunu tətbiq edə bilərik. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:25, 9 avqust 2021 (UTC)
- Salam hörmətli @İstifadəçi:Eldarado. İstiqamətləndirmələri mən icra edirəm. Amma ümumi edirdim, rayonlara görə alt başlıqlara etmirdim. Artıq sizin dediyiniz kimi edərəm. Təşəkkürlər :) - Dr.Wiki54 (müzakirə) 06:39, 9 avqust 2021 (UTC)
- Hörmətli Dr.Wiki54, diqqətiniz üçün təşəkkür edirəm. Hansısa çətinlik yaranarsa müraciət edin zəhmət olmasa. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:00, 9 avqust 2021 (UTC)