Vikipediya Kend Meydani Arxiv Iyun 2021 - Wikipedia
Xəbərlər bölməsinə əlavə
redaktəSalam. Zəhmət olmasa, idarəçilər Susuzluq kəndi yaxınlığında partlayış məqaləsini "Xəbərlər" bölməsində qeyd etsin. İndidən təşəkkürlər! --► Hörmətlə: SolaVirum 12:21, 4 iyun 2021 (UTC)
Universal Code of Conduct News – Issue 1
redaktəUniversal Code of Conduct News
Issue 1, June 2021Read the full newsletter
Welcome to the first issue of Universal Code of Conduct News! This newsletter will help Wikimedians stay involved with the development of the new code, and will distribute relevant news, research, and upcoming events related to the UCoC.
Please note, this is the first issue of UCoC Newsletter which is delivered to all subscribers and projects as an announcement of the initiative. If you want the future issues delivered to your talk page, village pumps, or any specific pages you find appropriate, you need to subscribe here.
You can help us by translating the newsletter issues in your languages to spread the news and create awareness of the new conduct to keep our beloved community safe for all of us. Please add your name here if you want to be informed of the draft issue to translate beforehand. Your participation is valued and appreciated.
- Affiliate consultations – Wikimedia affiliates of all sizes and types were invited to participate in the UCoC affiliate consultation throughout March and April 2021. (continue reading)
- 2021 key consultations – The Wikimedia Foundation held enforcement key questions consultations in April and May 2021 to request input about UCoC enforcement from the broader Wikimedia community. (continue reading)
- Roundtable discussions – The UCoC facilitation team hosted two 90-minute-long public roundtable discussions in May 2021 to discuss UCoC key enforcement questions. More conversations are scheduled. (continue reading)
- Phase 2 drafting committee – The drafting committee for the phase 2 of the UCoC started their work on 12 May 2021. Read more about their work. (continue reading)
- Diff blogs – The UCoC facilitators wrote several blog posts based on interesting findings and insights from each community during local project consultation that took place in the 1st quarter of 2021. (continue reading)
--MediaWiki message delivery (müzakirə) 23:06, 11 iyun 2021 (UTC)
Patrul və rolbakerlərin istifadəçi səhifələrinin mühafizəsi
redaktəHər vaxtınız xeyir, həmkarlar.
Məlumdur ki, vandalizmlə mübarizə rolbakerlərin və patrulların işinin əsas istiqamətlərindən biridir. Amma bu fəaliyyəti icra edərəkən, zaman-zaman mən də daxil olmaqla əvvəldə qeyd etdiyim statusa sahib çoxsaylı istifadəçilərin istifadəçi səhifələri də vandalizmə məruz qalır. Bu isə nəticə etibarilə vandalizmlə mübarizə nöqteyi-nəzərindən iş yükünü artırır. Fikrimcə, rolbakerlərin və patrulların istifadəçi səhifələrinin müddətsiz mühafizəsi kimi bir praktikanın yaranması bu qəbildən olan xoşagəlməz vəziyyətlərin qarşısını ala bilər. Bu mövzuda dəyərli həmkarların fikirləri maraqlıdır. — Burocan (müzakirə) 10:10, 7 iyun 2021 (UTC)
- Salam, fikrimcə idarəçilər başda olmaqla, rolbaker, patrul və avtopatrulların istifadəçi səhifələri qorunmalıdır.— Dr.Wiki54 (müzakirə) 10:19, 7 iyun 2021 (UTC)
Aktual hadisələr
redaktəSalam əziz həmkarlar! “Aktual hadisələr” bölməsinin adı ,fikrimcə, dəyişdirilməlidir. İntervikisi olan səhifədir, məsələn trvikidə Topluluk Portali, envikidə Community Portal adlanır. Bəlkə bizdə də dəyişib Vikiicma Portalı edək? və ya başqa adda. İndiki ad sanki xəbərlərlə bağlıymış kimi təsürat yaradır.— Dr.Wiki54 (müzakirə) 18:51, 4 iyun 2021 (UTC)
- Əlavə olaraq mətnsiz səhifələr, kateqoriyasız məqalələr və s. Kimi silinmiş/yenidən adlanmış altbaşlıqlar səliqəyə salınsa, daha yaxşı dizayn tərtib olunsa, məncə, daha cəlbedici olar.— Dr.Wiki54 (müzakirə) 10:36, 5 iyun 2021 (UTC)
- Məncə də "İcma portalı" daha məqsədəuyğun görünür. — Burocan (müzakirə) 10:17, 7 iyun 2021 (UTC)
- İcma portalı olmalıdır.— NMW03 (müzakirə) 17:25, 14 iyun 2021 (UTC)
- İcma portalı edildi. — eldarado ✉ 11:31, 15 iyun 2021 (UTC)
- Hörmətli Eldarado, dünəndən etibarən yenidən Aktual hadisələr adıyla görsənir hissə. Baxardınız zəhmət olmasa — Dr.Wiki54 (müzakirə) 08:09, 17 iyun 2021 (UTC)
- İcma portalı edildi. — eldarado ✉ 11:31, 15 iyun 2021 (UTC)
- — eldarado ✉ 10:24, 17 iyun 2021 (UTC)
Wikimedia maps
redaktəSalam dostlar. Aşağıda qeyd etdiyim məqalədə Wikimedia mapsa keçid etdikdə Qarabağın adının düzgün qeyd olunmadığını görə bilərik. Xahiş edirəm bu barədə məlumatı olan varsa xəritəyə düzəliş olunmasına köməklik edərdi. Təşəkkürlər!
Məqalə: Port of Baku
Xəritə — Bu imzasız yazı Elnur Hüseynli (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Elnur Hüseynli, bu mövzu dəfələrlə müzakirə olunub. Vikipediya xəritələri OSM-dən (OpenStreetMap) alır. OSM də ayrı bir könüllü layihədir. Adların düzəlişi üçün orda müraciət olunmalıdır. Hörmətlə — eldarado ✉ 11:38, 15 iyun 2021 (UTC)
Respublika Təhsil Şurası
redaktəSalam. Vikipediyada yaratdığım "Respublika Təhsil Şurası" adlı məqaləmin səhifəsinə 14.06.2021-ci il tarixində Arif Gürşadoğlu adlı istifadəçi daxil olaraq "Respublika Təhsil Şurası" İctimai Birliyinin sədri başlıqlı hissədə dəyişiklik etmişdir. Burada yazdığım məlumatı - 2021-ci ildən İB-yə sədr təyin edilən Mehdi-zadə Samir Ramiz oğlunun adını bu hissədən silərək, oraya naməlum bir ad qeyd etmişdir. Buraya sənəd və ya şəkil yerləşdirmək mümkün olsa idi, mən Sizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarış sənədini göndərərdim. Orada Mehdi-zadə Samir Ramiz oğlunun 2021-ci il aprelin 13-ü tarixində sədr seçilməsi aydın şəkildə qeyd olunub, Çıxarış Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imza və möhürü ilə təsdiqlənib. Bundan əlavə həmin istifadəçi xarici keçidlərdə də yazılan doğru məlumatları silib. Vikipediyada həqiqəti əks etdirməyən məlumatların yazılması, şəxsi maraqlara görə doğru xəbərlərin silinməsi yolverilməzdir. Çox xahiş edirəm Vikipediya qaydalarına uyğun olaraq Arif Gürşadoğlu adlı istifadəçiyə xəbərdarlıq edəsiniz. Mən öz mail ünvanımı da burada qeyd edirəm, ehtiyac olarsa zəhmət olmasa, mənə yazın, Sizə Dövlət Reyestrindən Çıxarışı göndərim. Məsələni araşdırıb mənə də məlumat versəz şad olaram. Çox sağ olun.
E-mail: [email protected] — Gülnar82 (müzakirə) 17:49, 15 iyun 2021 (UTC)
Wikimania 2021: Individual Program Submissions
redaktəDear all,
Wikimania 2021 will be hosted virtually for the first time in the event's 15-year history. Since there is no in-person host, the event is being organized by a diverse group of Wikimedia volunteers that form the Core Organizing Team (COT) for Wikimania 2021.
Event Program - Individuals or a group of individuals can submit their session proposals to be a part of the program. There will be translation support for sessions provided in a number of languages. See more information here.
Below are some links to guide you through;
Please note that the deadline for submission is 18th June 2021.
Announcements- To keep up to date with the developments around Wikimania, the COT sends out weekly updates. You can view them in the Announcement section here.
Office Hour - If you are left with questions, the COT will be hosting some office hours (in multiple languages), in multiple time-zones, to answer any programming questions that you might have. Details can be found here.
Best regards,
MediaWiki message delivery (müzakirə) 04:18, 16 iyun 2021 (UTC)
On behalf of Wikimania 2021 Core Organizing Team
Editing news 2021 #2
redaktəRead this in another language • Subscription list for this multilingual newsletter
Earlier this year, the Editing team ran a large study of the Reply Tool. The main goal was to find out whether the Reply Tool helped newer editors communicate on wiki. The second goal was to see whether the comments that newer editors made using the tool needed to be reverted more frequently than comments newer editors made with the existing wikitext page editor.
The key results were:
- Newer editors who had automatic ("default on") access to the Reply tool were more likely to post a comment on a talk page.
- The comments that newer editors made with the Reply Tool were also less likely to be reverted than the comments that newer editors made with page editing.
These results give the Editing team confidence that the tool is helpful.
Looking ahead
The team is planning to make the Reply tool available to everyone as an opt-out preference in the coming months. This has already happened at the Arabic, Czech, and Hungarian Wikipedias.
The next step is to resolve a technical challenge. Then, they will deploy the Reply tool first to the Wikipedias that participated in the study. After that, they will deploy it, in stages, to the other Wikipedias and all WMF-hosted wikis.
You can turn on "Müzakirə alətləri" in Beta Features now. After you get the Reply tool, you can change your preferences at any time in Special:Preferences#mw-prefsection-editing-discussion.
14:13, 24 iyun 2021 (UTC)
Əlavə hüquq
redaktəSalam əziz həmkarlar. Təklif edirəm ki, ən azından patrul və rolbakerlərin hüquqlarına faylların adlarını dəyişmək hüququ əlavə olunsun. Həm yanlış adlandırılmış faylların düzgün adla əvəz olunması təmin olunar, həm də idarəçilərin işi yüngülləşər. Patrul və rolbaker sayı da az olduğu üçün nəzarət etmək asan olar. Fikirləriniz maraqlıdır. - Dr.Wiki54 (müzakirə) 20:14, 21 iyun 2021 (UTC)
- Dr.Wiki54, adi istifadəçi fayl adı dəyişə bilmir ki? Uzun müddətdir ki, idarəçiyəm deyə unutmuşam.— 127-ci yapon imperatoru 21:56, 21 iyun 2021 (UTC)
- White Demon təəssüf ki, yox. Ümid edirəm daha uzun müddət idarəçi olarsınız :):):) - Dr.Wiki54 (müzakirə) 21:59, 21 iyun 2021 (UTC)
- Bunun üçün "file mover" hüququ mövcuddur. Sadəcə AzVikidə həmin hüquq yoxdur.— Turkmen müzakirə 01:01, 22 iyun 2021 (UTC)
- Turkmen Hə, commonsdakı kimi. Təklif edirsiniz ki yeni istifadəçi qrupu olaraq yaradılsın? — Dr.Wiki54 (müzakirə) 06:48, 22 iyun 2021 (UTC)
- Açığı hələ hüquq üçün tez olduğunu düşünürəm. Çünki, bu səpkidə fəaliyyət göstərən istifadəçi çox azdır. Və ara-sıra bu tip problemlər yaranır. Onu da VP:İM-ə müraciət edərək həll etmək olar.— Turkmen müzakirə 13:40, 23 iyun 2021 (UTC)
- Turkmen Hə, commonsdakı kimi. Təklif edirsiniz ki yeni istifadəçi qrupu olaraq yaradılsın? — Dr.Wiki54 (müzakirə) 06:48, 22 iyun 2021 (UTC)
- Bunun üçün "file mover" hüququ mövcuddur. Sadəcə AzVikidə həmin hüquq yoxdur.— Turkmen müzakirə 01:01, 22 iyun 2021 (UTC)
- White Demon təəssüf ki, yox. Ümid edirəm daha uzun müddət idarəçi olarsınız :):):) - Dr.Wiki54 (müzakirə) 21:59, 21 iyun 2021 (UTC)
Məqalə
redaktəSalam! Dostlar, yoldaşlar. Sualımı konkret və qısa olaraq bildirmək istəyirəm. Yaratdığımız məqalənin neçə nəfər tərəfindən oxunduğunu bilmək mümkündür? Təşəkkür edirəm! — Bu imzasız yazı Bəhram Camalov (müzakirə · fəaliyyət) tərəfindən əlavə edilmişdir.
- Bəli. Buradan öyrənmək olar. --► Hörmətlə: SolaVirum 00:14, 25 iyun 2021 (UTC)
Server switch
redaktəRead this message in another language • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
The Wikimedia Foundation tests the switch between its first and secondary data centers. This will make sure that Wikipedia and the other Wikimedia wikis can stay online even after a disaster. To make sure everything is working, the Wikimedia Technology department needs to do a planned test. This test will show if they can reliably switch from one data centre to the other. It requires many teams to prepare for the test and to be available to fix any unexpected problems.
Unfortunately, because of some limitations in MediaWiki, all editing must stop while the switch is made. We apologize for this disruption, and we are working to minimize it in the future.
You will be able to read, but not edit, all wikis for a short period of time.
- You will not be able to edit for up to an hour on Tuesday, 29 June 2021. The test will start at 14:00 UTC (07:00 PDT, 10:00 EDT, 15:00 WEST/BST, 16:00 CEST, 19:30 IST, 23:00 JST, and in New Zealand at 02:00 NZST on Wednesday 30 June).
- If you try to edit or save during these times, you will see an error message. We hope that no edits will be lost during these minutes, but we can't guarantee it. If you see the error message, then please wait until everything is back to normal. Then you should be able to save your edit. But, we recommend that you make a copy of your changes first, just in case.
Other effects:
- Background jobs will be slower and some may be dropped. Red links might not be updated as quickly as normal. If you create an article that is already linked somewhere else, the link will stay red longer than usual. Some long-running scripts will have to be stopped.
- There will be code freezes for the week of June 28. Non-essential code deployments will not happen.
Şablon
redaktəƏziz Həmkarlar. Zəlzələ şablonunda olmayan bəzi məlumatlar əlavə etmək üçün şablonda necə düzəliş aparmalıyam? Məsələn "Növü" adlı məlumat yerləşdirmək istəyirəm amma yerləşdirə bilmirəm. Köməyinizi gözləyirəm çox sağolun. —Vahid Məmmədov (müzakirə) 09:48, 27 iyun 2021 (UTC)
- Vahid Məmmədov sizə tam olaraq hansı parametrlər lazımdı? Qeyd edin mən onları əlavə edim şablona. — Surə 🗯 11:58, 27 iyun 2021 (UTC)
- Növü də daxil olmaqla bir nəçə parametr əlavə etdim. Envikidə bir neçə mürəkkəb parametr də mövcuddur. Əgər ehtiyac olsa onları da əlavə edərəm. — Surə 🗯 12:17, 27 iyun 2021 (UTC)
- @Sura_Shukurlu, Təkcə "növü" adlı məlumatı yerləşdirmək lazım idi və istədiyim məlumatı artıq qeyd etmisiniz köməyinizə görə çox sağolun. —Vahid Məmmədov (müzakirə) 12:28, 27 iyun 2021 (UTC)
- Növü də daxil olmaqla bir nəçə parametr əlavə etdim. Envikidə bir neçə mürəkkəb parametr də mövcuddur. Əgər ehtiyac olsa onları da əlavə edərəm. — Surə 🗯 12:17, 27 iyun 2021 (UTC)
Url-lərin əlavə edilməsinin asanlaşdırılması
redaktəSalam. Təklif edirəmki trvikidə olduğu kimi istinad url-si əlavə edərkən orada yazılan istifadə tarixi, hansı tarixdə arxivləşdirilib və s. kimi şablon sözləri avtomatik əlavə etmək olsun. Buyurun trvikidə belədir.
<ref>{{Web kaynağı|url=https://president.az/articles/52271|başlık=Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar|erişimtarihi=2021-06-28|dil=az|çalışma=president.az}}</ref>
— MusaSəmədov✉ 12:34, 28 iyun 2021 (UTC)
- Bu təklifi bir neçə gün əvvəl etmişdim. Bunun üçün məsələnin texniki tərəfləri işlənib hazırlanmalıdır. Tərcümə edilməli məsələlər var. Məşğul olmağa çalışacağam. - Dr.Wiki54 (müzakirə) 22:31, 28 iyun 2021 (UTC)
İstinad
redaktəSalam. Bu dəyişiklik vikicəmiyyət tərəfindən edilib, yoxsa ümumi olaraq bütün dil bölmələrinə tətbiq edilib? Bu tipli istinad əlavə edilməsi envikidə mövcud idi. Bizim vikiyə də tətbiqi gözəldir də, bir problem var. Burada gördüyünüz kimi məsələn İnternet mənbəsi şablonu əlavə edilir ki, elə bir şablon bizdə mövcud deyil. Bizdə bu şablon {{Cite web}} adlanır. Təklif edirəm ki, şablonların adını oradakı kimi Azərbaycan dilindəki versiyaları ilə əvəz edək. Əgər etiraz edən olmasa dərhal dəyişdirməli olacam, çünki vizual redaktə pəncərəsində istinad əlavə edilməsi qeyri-mümkündür. — Surə 🗯 06:08, 27 iyun 2021 (UTC)
- Salam. Sura Shukurlu. Təklifi mən vermişdim. Digər əksər vikilərdə bundan istifadə olunur. Daha rahat və operativ siatemdir. Sadəcə tərcümə edilməsi gərəkən templatedatalar var. Mən boynuma götürdüm. Hələ tamamlaya bilməmişəm. İndilik dəyişilə bilər amma tərcümə tamamlanan kimi dəyişdirləcək. Çünki sizin istədiyiniz halda daha çətindir istifadə. - Dr.Wiki54 (müzakirə) 06:35, 27 iyun 2021 (UTC)
- Dr.Wiki54 təşəbbüsünüz üçün minnətdaram. Mən hələlik şablonlara orada qeyd etdiyiniz adlardan keçid qoyuram. Əgər vikicəmiyyət razılıq bildirsə şablonların adını ümumiyyətlə həmişəlik Azərbaycan dilindəki adları ilə əvəz edəcəm. — Surə 🗯 06:38, 27 iyun 2021 (UTC)
- Buyurun. Hə, indi başa düşdüm, Sura Shukurlu siz şablon adlarının dəyişilməsini istəyirsiniz? Mən şablonun parametrləri üzərində işləyirdim hansı ki daha köklü dəyişiklikdir. - Dr.Wiki54 (müzakirə) 06:43, 27 iyun 2021 (UTC)
- Dr.Wiki54 eynən. Amma yenə problem var. Elə sizin də qeyd etdiyiniz kimi şablon parametrlərindədir. Heç bir halda parametr əlavə etmək mümkün deyil. Yəqin ki sizdə elə bunu üzərində işləyirsiniz. Uğurlar, ümid edirəm tezliklə problem aradan qaldırılar və bu sistemi istifadə etməyə başlayarıq. Hər hansı bacara biləcəyim mövzuda kömək etməyə hazıram. — Surə 🗯 06:48, 27 iyun 2021 (UTC)
- İnternet mənbəsi adını Cite web ilə mən əvəz etdim indi. Amma parametrlərə baxmadım. Özüm vizual redaktə istifadə edən deyiləm.— 127-ci yapon imperatoru 07:19, 27 iyun 2021 (UTC)
- Sura Shukurlu bəli. Sadəcə işlərimin çox olduğundan tamamlaya bilməmişəm. Təşəkküt edirəm, sizə də uğurlar :) - Dr.Wiki54 (müzakirə) 07:21, 27 iyun 2021 (UTC)
- White Demon bu problem "şablon daxil et" bölməsində də var. YM şablonunu bir neçə dəfə əlavə etməyə çalışdım. Bəzən parametrlər gəlir, bəzən sadəcə bir qismi gəlir, bəzən parametrlər gəlsə belə əlavə etmək olmur. [1] Bəzən isə parametrlər görünmür ki, bu halda özünüz belə parametr əlavə edə bilmirsiz. Normalda bəzi şablonlarda orda parametrlər görünməsə belə parametr əlavə etmək mümkün idi. — Surə 🗯 07:27, 27 iyun 2021 (UTC)
- Buyurun. Hə, indi başa düşdüm, Sura Shukurlu siz şablon adlarının dəyişilməsini istəyirsiniz? Mən şablonun parametrləri üzərində işləyirdim hansı ki daha köklü dəyişiklikdir. - Dr.Wiki54 (müzakirə) 06:43, 27 iyun 2021 (UTC)
- Dr.Wiki54 təşəbbüsünüz üçün minnətdaram. Mən hələlik şablonlara orada qeyd etdiyiniz adlardan keçid qoyuram. Əgər vikicəmiyyət razılıq bildirsə şablonların adını ümumiyyətlə həmişəlik Azərbaycan dilindəki adları ilə əvəz edəcəm. — Surə 🗯 06:38, 27 iyun 2021 (UTC)
Şablonların yaradılması
redaktəYeni şablonların necə yaradıldığını öyrəcənəyim dərslik axtarıram. Vikipediyada belə bir məlumatlandırıcı səhifə varsa qeyd etməyinizi xahiş edirəm. Məsələn bu şablonu Azərbaycan dilli vikipediyada yaratmaq istəyirəm. —Vahid Məmmədov (müzakirə) 19:29, 29 iyun 2021 (UTC)
- İngilis dilini bilirsinizsə en:Help:Template səhifəsinə baxa bilərsiniz. Yaxın zamanda bir çox kömək səhifəsini yaratmağı planlaşdırıram. İstifadəçi:NMW03/Plan səhifəsində hamısını qeyd etmişəm. NMW03 (müzakirə) 02:03, 30 iyun 2021 (UTC)
- Vahid Məmmədov bunun üçün vikidə xüsusi kömək səhifəsi təəsüvlər olsun ki yoxdur. Bunu yanlız təcrübə yolu ilə öyrənmək mümkündür. Hər hansı kömək lazımdırsa etməyə hazıram. Qeyd etdiyiniz şablonu da istəyirsinizsə hazırlaya və ya hazırlanması üçün kömək edə bilərəm. — Surə 🗯 10:46, 30 iyun 2021 (UTC)
"İş gedir" şablonu
redaktəSalam Həmkarlar. Hansı səhifələrə İş gedir şablonu yerləşdirdiyimi necə görə bilərəm? —Vahid Məmmədov (müzakirə) 07:41, 30 iyun 2021 (UTC)
- Burada iş gedir şablonunun yerləşdirirldiyi bütün səhifələr var. Onlar arasında sizin daha əvvəl daxil olduğunuz və ya redaktə etdiyiniz məqalələr bir qədər tünd rəngli keçidlə göstərilir. Bu üsulla müəyyən edə və ya adından da xatırlaya bilərsiniz. Başqa cür öyrənmək mümkün deyil mən bildiyim qədəri ilə. — Surə 🗯 10:50, 30 iyun 2021 (UTC)
Dırnaq işarəsi
redaktəVikidə dırnaq işarəsi daxilində verilmiş məqalə adı varmı? Əgər varsa və ya mövcud ola bilərsə hansı hallarda istifadə edilə bilər? — Surə 🗯 12:28, 30 iyun 2021 (UTC)
- Medal şablonları və adlarında istifadə olunur. - Dr.Wiki54 (müzakirə) 12:38, 30 iyun 2021 (UTC)
- Dırnaq əsasən sitatlarda (məs. Ayxan dedi ki, "evə getmək lazımdır"), xarici dildə olan sözlərin transliterasiya olmadan yazılışında (məs. "Far Cry New Dawn"), bir də medallar kimi şeylərdə olan xüsusi ifadələrdə (məs. "Vətən uğrunda" medalı və ya "Amerikan xalqına müraciət" haqqında) istifadə olunur. --► Hörmətlə: SolaVirum 16:22, 30 iyun 2021 (UTC)
Qaydalardakı problemlər
redaktəSalam AzVikidə bir neçə qaydada problemlər var. Mən həmin qaydaları aşağıda qeyd edəcəm. Əgər sizin də gözünüzə dəyən boşluqlar varsa zəhmət olmasa şərh bölməsində qeyd edin:
- Səsvermə qaydalarında istifadəçinin səsvermə hüququna malik olması üçün 600 redaktə etməsi qeyd olunur. Səhifə silmə kriteriyalarında isə bir səhifəni namizəd etmək üçün 500 redaktəyə malik olmaq tələb olunur. Buradakı ziddiyyət budur ki, necə olur ki istifadəçi 500 redaktə edirsə məqaləni silinməyə məqalə təqdim edə bilər, amma silinməsi üçün mövqe bildirə, səs verə bilməz.)) Düşünürəm ki, bu standart hala gətirilməlidir. —Vikipediya:Səsvermə/Səsvermə qaydalarına düzəliş
- Həmçinin Səhifə silmə kriteriyalarının "Müzakirə edilmədən silinən məqalələr" başlığında sürətli silinə biləcək səhifələrin siyahısı verilir. Burada 2 ziddiyyət var, birincisi qaydanın adı "səhifə silmə kriteriyaları" olsa da başlıqda yalnız "məqalə" ad fəzasından söhbət gedir. İkincisi silinməli səhifə təkcə "məqalə" deyil axı, məsələn, kimsə "vikipediya", yaxud "layihə" ad fəzalarında da qaydaları pozan məzmunda səhifə yarada bilər. Yəni "vikipediya" ad fəzasında səhifə yarada bilər, amma səhifənin sözügedən ad fəzasına aidiyyəti olmaya bilər, məsələn tərkibi reklam xarakterli ola bilər. Təklif edirəm həmin başlığın və məzmunun daxilindəki "məqalə" sözü ümumi bir adla əvəz olunsun, məsələn "səhifə" olsun. —Vikipediya:Səsvermə/Səhifə silmə kriteriyalarına düzəliş
- Silinməyə namizəd və bərpa üçün namizəd səhifələrdə müzakirə müddəti üçün 15 günün tələb olunduğu qeyd olunsa da, bu rəsmi rəqəm deyil. Sadəcə səhifələrin giriş hissəsində qeyd olunub ki, müzakirənin müddəti 15 gündür. Təklif edirəm, ümumiyyətlə Silinməyə namizəd başlığına bu haqda qeyd yerləşdirək, ya da silinməyə namizəd və bərpa üçün namizəd səhifələrin qaydalarını Səhifə silmə kriteriyalarından ayırıb müstəqil qayda edək. Həmçinin keçən dəfə müzakirə müddətində dəyişiklik edilməsi ilə bağlı da təklif olmuşdu. TrVikidəki variantın gətirilməsi ilə bağlı. Əslinə qalsa bu təkliflə razıyam çünki, müzakirə müddətinə 15 gün yazılsa da müzakirələrin aylarla sürməsinə tez-tez şahid oluruq. —Qarışıq məsələdir ayrıca müzakirə edilməlidir
- Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir qaydalarının "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması" başlığındakı demək olar ki, bütün bəndlər Nəzakət qaydaları ilə tənzimlənir. Məsələn, bəndlərdən birində qeyd edilir ki, "istifadəçinin məqalə yaza bilmək qabiliyyətinin olmamasını yazan" istifadəçi ömürlük bloklana bilər. Ən azından həmin bəndlərə və başlığın sonunda yazılan "Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər" sözlərinə düzəliş verilməlidir. Həmçinin sözügedən cümlə qaydanın başlıq hissəsində də qeyd olunur. Bu isə könüllülərin rahatlıqla bloklanmasına gətirib çıxara bilər. Təklif edirəm həmin cümlə yalnız həmin qaydanın "Təhdidlər" başlığında qalsın digər başlıqlardan çıxarılsın. Düşünürəm ki, ümumilikdə bu qayda qarışıqdır əlavə təklifiniz olsa şərhdə qeyd edin. —Vikipediya:Səsvermə/Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir qaydasına düzəliş
- İdarəçilərin və bürokratların seçilməsi qaydalarının "Kim idarəçiliyə və bürokratlığa namizəd ola bilər" başlıqları. Orada qeyd olunur ki, bürokrat namizədi "Arbitraj komitəsində fəaliyyət göstərməlidir". Belə bir komitə hazırda AzVikidə fəaliyyət göstərmir axı. Təklif edirəm həmin məzmun ya çıxarılsın, ya da Arbitraj yaradılsın.)) Həmçinin həmin başlıqlar altında qeyd edilir ki, idarəçi namizədi min, bürokrat namizədi isə 2 min redaktə etməlidir. Əgər qaydanın 2011-ci ildə qəbul edildiyini nəzərə alsaq məncə artıq dəyişiklik edilməlidir. Məncə idarəçi üçün redaktə səddi 5 min, bürokrat üçün isə 10 min olmalıdır. Habelə sözgüdən başlıqlarda idarəçi namizədinin 6 ay istifadəçi kimi fəaliyyət göstərməsi qeyd olunur. Təklif edirəm, idarəçi namizədi olan istifadəçinin Vikipediyada fəaliyyət göstərmə müddəti 1 ilə qaldırılsın. Onsuzda adətən azı 1 il fəaliyyət göstərən istifadəçiləri seçirik. —Vikipediya:Səsvermə/İdarəçilərin və bürokratların seçilməsi qaydalarına düzəliş
- Bloklama qaydalarında idarəçinin sərbəst bloklama müddəti təyin edə bilməsinə icazə verilir. Məncə burda dəqiqləşdirmə aparmaq lazımdır. Məsələn, düzəliş edilə bilər ki, "idarəçi istifadəçini 1 ay intervalında (yaxud nə qədər təklif edəcəksizsə) sərbəst bloklaya bilər". Məsələn, mən istəsəm bir istifadəçini 3 illik blok edə bilərəm? Bu tip bloklamaların demək olar ki, müddətsizdən fərqi yoxdur. :) —Vikipediya:Səsvermə/Bloklama qaydalarına düzəliş
— Turkmen müzakirə 21:37, 15 iyun 2021 (UTC)
Şərhlər
redaktə- Lehinə: (Təklifləri dəstəkləyirəm). Hörmətli Turkmen, çox önəmli məqamlara toxunmusunuz. Sizə təşəkkür edirəm. Mən daha çox VP:SSK ilə bağlı olan məsələlərə fikir bildirmək istəyərəm. Orada qeyd olunur ki, boş məqalələr filankəs-rejissor tipli məqalələrdir. Lakin ən azı bir cümlədən ibarət məqalələr qala bilər. Fikrimcə absurddur. Filankəs-rejissor. Yazdıqda onsuz da bir cümlə edir. Adlıq cümlə. “Boş məqalə” anlayışını dəqiqləşdirməliyik. SNS ilə bağlı isə ən qəribə olan qaralama şablonu olan məqalələr 6 aydan artıq, iş gedir şablonu isə 3 aydan artıq redaktə olunmursa sns yə təqdim oluna bilər (silinməsi müzakirə oluna bilər) bəndidir. Demək olar ki, bu belə icra olunmur. Qaralama şablonu üçün 3 aya endirmək, iş gedir şablonu üçün 1 aya endirmək məncə daha yaxşı olar. SNS üçün 3 məqalə həddi isə məncə aşağıdır. Hədd ya ümumi ləğv olunmalıdır. Ya da yüksəldilməlidir. SNS sisteminin trvikiylə uyğunlaşmasını mən təklif etmişdim, burada da açıqlama verim: trvikidə hər namizəd məqalənin öz alt səhifəsi olur. Namizədliyi verdiyiniz anda geri sayım başlayır 14 gün dolduqdan sonra konsensus olmasa idarəçi tərəfindən 14 gün əlavə olunur. Ümumi 28 gün ərzində müzakirələr nəticələnsə də, nəticələnməsə də müzakirə bağlanır. SNS dəki ən problemli hissə isə bir dəfə müzakirə olunan məqalənin bir daha müzakirə olunmaması ilə bağlıdır. Düşünürəm ki bu qadağa ya tamamilə ləğv olunmalı ya da maksimum 3 dəfə müzakirə haqqı verilməlidir. Hələ ki, yadıma bunlar düşdü. Hörmətlə — Dr.Wiki54 (müzakirə) 21:45, 15 iyun 2021 (UTC)
- Trvikidəki altsəhifə sistemi həm də ona görə yaxşıdır ki, arxivdə axtarışları asanlaşdırır. Beləliklə təkrar sns edilmə halları azalır. - Dr.Wiki54 (müzakirə) 21:49, 15 iyun 2021 (UTC)
- Dr.Wiki54 SNS-dəki müzakirə müddəti barədə təklifiniz məncə yaxşı çıxış yoludur. Lakin dizayn barədə dedikləriniz hazırki müzakirə ilə əlaqəli deyil :). Təklif edirəm bu müzakirə bitsin, istəsəz dizayn haqda da ayrıca müzakirə başlada bilərsiniz. Hörmətlə— Turkmen müzakirə 23:39, 15 iyun 2021 (UTC)
- Turkmen Bilirəm, dizayn bu müzakirəyə aid deyil. Sadəcə tamamilə trviki sistemini dəstəklədiyimi bildirmək və o sistemin necə olduğunu burada qeyd etmək istədim :) - Dr.Wiki54 (müzakirə) 06:10, 16 iyun 2021 (UTC)
- Dr.Wiki54 SNS-dəki müzakirə müddəti barədə təklifiniz məncə yaxşı çıxış yoludur. Lakin dizayn barədə dedikləriniz hazırki müzakirə ilə əlaqəli deyil :). Təklif edirəm bu müzakirə bitsin, istəsəz dizayn haqda da ayrıca müzakirə başlada bilərsiniz. Hörmətlə— Turkmen müzakirə 23:39, 15 iyun 2021 (UTC)
- Lehinə: təklif olunan düzəlişlərlə razıyam. Bunlar əlavə olunsa düşünürəm ki, çox xeyri olacaq. — Xeyal (müzakirə) 14:23, 16 iyun 2021 (UTC)
- Şərh: Səsvermə qaydalarını bu iki istifadəçi davamlı pozur. Tunar.ee (68 redaktə) və Qadir_13(129 redaktə). Halbuki redaktə sayları çox azdır, heç 600-ə çatmır. Ola bilər hər iki istifadəçi qeyri-ensiklopedik məqalələri silinməyə çıxardır amma qaydalara da əməl olunmalıdır. Hər iki istifadəçinin fəaliyyətinə baxsanız görərsiniz ki, 99% VP:SNS-dan ibarətdir. İstifadəçilər əgər vikipediyaya belə canı yanırsa niyə ancaq VP:SNS-da fəaliyyət göstərirlər? Xahiş edirəm yuxarıdakı qaydalar tədbiq olunsun. — Xeyal (müzakirə) 15:57, 17 iyun 2021 (UTC)
- Şərh: SNS və BNS-də səsvermə yox müzakirə gedir. Səsvermə qaydaları oraya şamil olunmur və oluna bilməz.— NMW03 (müzakirə) 20:34, 18 iyun 2021 (UTC)
- Necə yəni şamil olunmur? VP:SSK ilə müəyyən edilir ki, istifadəçi VP:SNS-də hansı halda "səsvermə hüququna" malik ola bilməz. SNS-də müzakirə getməlidir bu normaldır. Lakin nəticədə istifadəçi öz səsini də verir. Orada ortaya mövqe qoyur, qalsın-qalmasın. Həmçinin SSK və Səsvermə qaydaları arasındakı ziddiyyət barədə də yuxarıda qeyd etmişəm.— Turkmen müzakirə 00:23, 19 iyun 2021 (UTC)
- Ümumiyyətlə, səsvermə olmamalıdır. Çox sui-istifadə olunan şeydir bu. Əksinə, razılıq yolu ilə həll etmək lazımdır. Yəni, durub yetmiş dostunla " Qalsın: ensiklopedikdir" yazmamalısan, başdan ayağa izah verməlisən, arqument irəli sürməlisən. Arqument və müzakirə əsasında da müzakirədə iştirak etməmiş, mövzuda maraq güdməyən bir idarəçi gəlib yekunlaşdırır. Həm də baxır ki, "canvassing" (kimisə müzakirəyə çağırmaq, əsasən öz fikrinin lehinə münasibət bildirsin deyə) olub, ya yox. --► Hörmətlə: SolaVirum 00:28, 25 iyun 2021 (UTC)
- Solavirum, dediyiniz toplu sui-istifadə hallarının qarşısını almaq üçün 500 redaktə səddi qoyulması məncə normaldır. SNS-in müzakirə səhifəsi olmasına söz yox, amma fakt budur ki, konsensusun təmin olması üçün orada qalsın-qalmasın səslər mühüm rol oynayır. Və bu da yuxarda göstərdiyim kimi standartlaşdırılmalıdır. — Turkmen müzakirə 12:50, 25 iyun 2021 (UTC)
- Ümumiyyətlə, səsvermə olmamalıdır. Çox sui-istifadə olunan şeydir bu. Əksinə, razılıq yolu ilə həll etmək lazımdır. Yəni, durub yetmiş dostunla " Qalsın: ensiklopedikdir" yazmamalısan, başdan ayağa izah verməlisən, arqument irəli sürməlisən. Arqument və müzakirə əsasında da müzakirədə iştirak etməmiş, mövzuda maraq güdməyən bir idarəçi gəlib yekunlaşdırır. Həm də baxır ki, "canvassing" (kimisə müzakirəyə çağırmaq, əsasən öz fikrinin lehinə münasibət bildirsin deyə) olub, ya yox. --► Hörmətlə: SolaVirum 00:28, 25 iyun 2021 (UTC)
- Necə yəni şamil olunmur? VP:SSK ilə müəyyən edilir ki, istifadəçi VP:SNS-də hansı halda "səsvermə hüququna" malik ola bilməz. SNS-də müzakirə getməlidir bu normaldır. Lakin nəticədə istifadəçi öz səsini də verir. Orada ortaya mövqe qoyur, qalsın-qalmasın. Həmçinin SSK və Səsvermə qaydaları arasındakı ziddiyyət barədə də yuxarıda qeyd etmişəm.— Turkmen müzakirə 00:23, 19 iyun 2021 (UTC)
- Müzakirələr açdım zəhmət olmasa aktiv olaq.— Turkmen müzakirə 12:55, 24 iyun 2021 (UTC)
- Turkmen, məncə IP vandalizmi və açıq-aşkat redaktə müharibəsi halları istisna olmaqla hansısa istifadəçinin bloklanması məsələyə aidiyyatı olmayan, üçüncü tərəf bir admin tərəfindən edilməlidir. Öz başına banlar çox olub AzViki tarixində. Hətta mənim bloklama qeydlərimə baxanda görmək olur ki, iki admin blokumu açıb-bağlayırdı, çünki biri blokla razı deyildi, digəri isə bloku tətbiq edən (və məsələyə birbaşa aidiyyatı olan).
- Bu arada, redaktə müharibəsi qaydasını tənzimləmək lazım ola bilər. EnVikidə elədir ki, redaktə müharibəsi uzun-uzadı eləmək demək olar ki, nəzəri olaraq mümküm deyil. Sanksiyalı məqalələr istisna olmaqla, bir istifadəçi 24 saat ərzində bir məqalədə maksimum 3 dəfə geri çevirmə edə bilər. Dördüncü dəfə edirsə, haqlı-haqsız olmağına baxılmayaraq bloklanır (birinci 24 saat, sonra 3 gün və s.). Məqaləyə məzmun əlavə edilirsə və bu məzmun mübahisə mövzusu olursa, məzmunu əlavə edən istifadəçi əlavə etdiyi məzmun geri çevrildiyi halda redaktə müharibəsi edə bilməz, çünki həmin məzmunun ensiklopedik olduğunu sübut etmək onun borcudur. Düzdür, Vikipediya:Yoxlanılabilərlikdə bu, bir qədər öz əksini tapıb, amma yenə də uyğunlaşdırmaq lazım gələ bilər. --► Hörmətlə: SolaVirum 00:22, 25 iyun 2021 (UTC)
- Əslində qeyd etdiyiniz qaydalardan VP:3GQ və VP:SQM rəsmi prinsipdir. Blok məsələsinə gəldikdə isə bu şəxsi fikrimdir, məncə bizdə ümumiyyətlə blokun təyinatı yanlış anlaşılıb. Blok cəza metodu deyil, sadəcə davamlı vandalizm hallarının qarşısını almaq üçün alətdir. — Turkmen müzakirə 12:50, 25 iyun 2021 (UTC)
- Bu arada, redaktə müharibəsi qaydasını tənzimləmək lazım ola bilər. EnVikidə elədir ki, redaktə müharibəsi uzun-uzadı eləmək demək olar ki, nəzəri olaraq mümküm deyil. Sanksiyalı məqalələr istisna olmaqla, bir istifadəçi 24 saat ərzində bir məqalədə maksimum 3 dəfə geri çevirmə edə bilər. Dördüncü dəfə edirsə, haqlı-haqsız olmağına baxılmayaraq bloklanır (birinci 24 saat, sonra 3 gün və s.). Məqaləyə məzmun əlavə edilirsə və bu məzmun mübahisə mövzusu olursa, məzmunu əlavə edən istifadəçi əlavə etdiyi məzmun geri çevrildiyi halda redaktə müharibəsi edə bilməz, çünki həmin məzmunun ensiklopedik olduğunu sübut etmək onun borcudur. Düzdür, Vikipediya:Yoxlanılabilərlikdə bu, bir qədər öz əksini tapıb, amma yenə də uyğunlaşdırmaq lazım gələ bilər. --► Hörmətlə: SolaVirum 00:22, 25 iyun 2021 (UTC)
- Turkmen, məncə IP vandalizmi və açıq-aşkat redaktə müharibəsi halları istisna olmaqla hansısa istifadəçinin bloklanması məsələyə aidiyyatı olmayan, üçüncü tərəf bir admin tərəfindən edilməlidir. Öz başına banlar çox olub AzViki tarixində. Hətta mənim bloklama qeydlərimə baxanda görmək olur ki, iki admin blokumu açıb-bağlayırdı, çünki biri blokla razı deyildi, digəri isə bloku tətbiq edən (və məsələyə birbaşa aidiyyatı olan).
Geologiya və İnformatika
redaktəSalam dəyərli həmkarlar. Bu 3 və ya daha çox (Kateqoriya:İnformatika, Kateqoriya:Geologiya terminləri və Kateqoriya:Geologiya) kateqoriyadakı məqalələr copy-paste üsulu ilə bu 2 kitabdan (və ya daha çox) (Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.; İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.) kütləvi şəkildə yaradılıb. Xüsusilə bir neçə istifadəçinin (adlarının işarələnməsinin etik olmadığı üçün qeyd etmədim) yaratdığı məqalələr sadəcə copy-paste dən ibarətdir. Sayca 1000-ə yaxın və ya daha artıq məqalə olduğu üçün bir tək öz fikrimlə\qərarımla "sil" şablonu əlavə etməyimin doğru olmayacağını düşündüm. Məqalələr bir neçə ildir qaralama halındadır, müəlllif hüquqlarının pozuntusu var, stil kitabçası pozuntuları var. Sizcə nə etməli? Həmkarların fikri maraqlıdır. Aşağıya bir neçə nümunə səhifə əlavə edirəm. (Qeyd: Əgər silinmə yönündə qərar çıxarılsa, tək tək seçib sil şablonu qoymaq işini icra edə bilərəm)
— Dr.Wiki54 (müzakirə) 11:47, 16 iyun 2021 (UTC)
- Dr.Wiki54 ilk növbədə bu mövzudakı diqqətiniz üçün təşəkkür edirəm. Əslində bu haqda daha əvvəllər müzakirə açdığımı xatırlayıram və qorxuram ki, yenə vikicəmiyyət bu mövzuda səssiz qalacaq. Bu iki mövzudan əlavə neft-kimya sahəsinə aid məqalələrdə də eyni problem mövcuddur. Hamısı hansısa lüğətdən copy-paste edilib. Fəaliyyətimi təzə-təzə bərpa edirəm. Əgər mümkün olsa sırf bu iki mövzu başda olmaqla bəzi məqalələrin yenidən təşkilinin nəzərdə tutulduğu layihə başlatmaq istəyirəm :) — Surə 🗯 17:10, 24 iyun 2021 (UTC)
- Rica edirəm. Səssiz qalma problem deyil, işarətləmə ilə cəlb edilə bilər. Hamısının yenidən təşkili çox çətindir. Sayca minə yaxın məqalədir. Layihə yaxşıdır, amma çətindir. Uğurlar, Sura Shukurlu. - Dr.Wiki54 (müzakirə) 17:25, 24 iyun 2021 (UTC)
- Toghrul R bəy, siz şəxsi müzakirə səhifənizdə bu mövzuyla bağlı fikir bildirmişdiniz. Burada da bildirsəniz yaxşı olardı. - Dr.Wiki54 (müzakirə) 19:55, 29 iyun 2021 (UTC)
- NMW03, Araz Yaquboglu fikirləriniz maraqlıdır. — Dr.Wiki54 (müzakirə) 13:49, 30 iyun 2021 (UTC)
- Dr.Wiki54 fikrim belədir ki, bu tip məqalələrin həcmi kiçikdi. Hansındakı digər dillərdə də var, onları az da olsa vikiləşdirib saxlamaq, digərlərini isə silmək olar. Bir də bu tip məqalələri yaradanları da işarələyib müzakirəyə cəlb etmək lazımdı. — Araz Yaquboglu (müzakirə) 05:55, 1 iyul 2021 (UTC)
- @İstifadəçi:Araz Yaquboglu təşəkkür edirəm fikriniz üçün. İntervikisi olan normal məqalələrin mən də saxlanılmasının tərəfdarıyam. Əvvəl işarələməyi etik hesab etmədim, sizin məsləhətinizlə işarələriyəm gözümə dəyən 3 istifadəçini @İstifadəçi:IbrZulya @İstifadəçi:2 sayli @İstifadəçi:Toma1974. 1 həftə gözləyəcəyəm cavab üçün. Daha sonra müzakirəni yekunlaşdırmağı düşünürəm. - Dr.Wiki54 (müzakirə) 07:03, 1 iyul 2021 (UTC)
- Dr.Wiki54 fikrim belədir ki, bu tip məqalələrin həcmi kiçikdi. Hansındakı digər dillərdə də var, onları az da olsa vikiləşdirib saxlamaq, digərlərini isə silmək olar. Bir də bu tip məqalələri yaradanları da işarələyib müzakirəyə cəlb etmək lazımdı. — Araz Yaquboglu (müzakirə) 05:55, 1 iyul 2021 (UTC)
- Rica edirəm. Səssiz qalma problem deyil, işarətləmə ilə cəlb edilə bilər. Hamısının yenidən təşkili çox çətindir. Sayca minə yaxın məqalədir. Layihə yaxşıdır, amma çətindir. Uğurlar, Sura Shukurlu. - Dr.Wiki54 (müzakirə) 17:25, 24 iyun 2021 (UTC)
İntervikisi olan və ya müəllif hüquqları pozuntusu olmayan əhatəli məqalələr istisna olmaqla digər məqalələrin silinməsinə etiraz yoxdur. — Dr.Wiki54 (müzakirə) 09:27, 8 iyul 2021 (UTC)
Hesabı silmək
redaktəŞəxsi problemlərdən dolayı Vikipediya hesabımı silmək istəyirəm. Bu barədə mənə kömək edə bilərsiniz?
Talyshkhan (müzakirə) 09:05, 26 iyun 2021 (UTC)
- Hesabı silmək mümkün deyil. Sadəcə istifadəçi səhifələrini silmək mümkündür.— 127-ci yapon imperatoru 16:55, 26 iyun 2021 (UTC)
- Salam Talyshkhan, zəhmət olmasa "Wikipedia:Courtesy vanishing" səhifəsi ilə tanış olun. Əgər orada yazılanlarla razısınızsa mənim müzakirə səhifəmə müraciət edin. Həll edərəm. Digər yolu bildiyim qədərilə mümkün deyil.— Turkmen müzakirə 23:16, 3 iyul 2021 (UTC)
SNS
redaktəHərkəsə salam. SNS-in vizual görünüşündə və bir qədər də sistemdə dəyişikliyin edilməsinin tərəfdarıyam. Bunu üçün kiçik bir şablonun yaradılması pis olmazdı. Bununla birlikdə hər məqalə üçün ayrı səhifənin yaradılması fikri də mövcuddur. SNS üçün illər əvvəl NMW03 tərəfindən şablon nümunəsi yaradılmış, amma görünüşə görə istifadəsi qəbul edilməmişdir. Bu tipli ətraflı şablon yoxsa daha kiçik həcmli, yığcam versiyası? Ümumiyyətlə yeni sistemin yaradılması ilə bağlı mövzuya necə baxdığınızı öyrənmək istərdim. (Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon) Hörmətlə: Surə 🗯 17:50, 29 iyun 2021 (UTC)
- Salam. Fikrimcə, SNS-in altbaşlıqlara bölünməsi məsələsi müzakirə edilməzdən əvvəl qaydalardakı boşluqlar və ziddiyyətlər aradan qalxmalıdır. Bir sıra təkmil şablonlar tərtib edib namizədliyi də qadcet vasitəsilə (məsələn, "Twinkle") etmək olar, lakin bunlar ikinci mərhələnin addımlarıdır. — Toghrul R (m) 18:02, 29 iyun 2021 (UTC)
- Təklif yaxşıdır, mən də bənzər şəkildə bu mövzuda 2 dəfə fikir bildirmişəm @İstifadəçi:Sura Shukurlu xanım. Dəstəkləyirəm, amma ki @İstifadəçi:Toghrul R bəyə də tamamilə qatılıram. Əvvəlcə qaydalardakı boşluqları doldurmalıyıq. - Dr.Wiki54 (müzakirə) 18:20, 29 iyun 2021 (UTC)
- Ayrı səhifələrin olması məsələsində mən də razıyam, EnVikidəki kimi. Çünki bütün silinməyə namizədləri eyni yerə yığanda çox böyük səliqəsizlik yaranır. Amma eyni zamanda ayrı-ayrı səhifələrin açılması zamanı elə etmək lazımdır ki, istifadəçilər hansı məqalələrin silinməyə namizəd olduğunu asanlıqla görə bilsinlər bir yerdən. Yoxsa boş-boş səhifələr açacayıq və çox az adam fikir bildirəcək. Məsələn, mən görürəm ki, orta və az əhəmiyyətli məqalələrin müzakirə səhifələrdə yazılanalara çox az adam reaksiya verirlər. Çox vaxt məqalənin yaradıcısı xəbər tutub reaksiya verir. Bunları nəzərə almasaq, pis olacaq.— 127-ci yapon imperatoru 19:08, 29 iyun 2021 (UTC)
- @İstifadəçi:White Demon bəy, envikini deyə bilmərəm, trvikidə ümumi sns səhifəsinə giriş edəndə hamısı görsənir. Namizəd məqalələrdə olduğu kimi. - Dr.Wiki54 (müzakirə) 19:31, 29 iyun 2021 (UTC)
- Twinkle qadcetini bir ara hazırlayırdım amma SNS-dəki altbaşlıq probleminə görə qaldı. NMW03 (müzakirə) 02:00, 30 iyun 2021 (UTC)
- İyul ayında vikigörüş nəzərdə tutmuşuq lakin tarixi dəqiq deyil. Bu görüşdəki müzakirə mövzularından biri də SNS və BNS olacaq. Təbii ki, müzakirədən sonra son qərar burada veriləcək. — eldarado ✉ 19:36, 29 iyun 2021 (UTC)
- Eldarado, mən ya iyulda, ya avqustda əsgər gedəcəm, görüşdə iştirak etməmək məni üzəcək :(— 127-ci yapon imperatoru 20:18, 29 iyun 2021 (UTC)
- SNS səhifəsi üçün dizayn da hazırlanmışam amma o vaxt heç kimdə maraq olmadı və tətbiq etmək mümkün olmadı. NMW03 (müzakirə) 01:59, 30 iyun 2021 (UTC)
- White Demon fikrinizlə razıyam. Zatən məni də narahat edən səhifənin səliqəsizliyidir. Eyni zamanda ayrı-ayrı səhifə yaradılmasının ona görə tərəfdarıyam ki, məqalə silinməzsə onun müzakirə səhifəsinə yerləşdirilmiş şablonda həmin müzakirə də qeyd oluna bilsin. Və ən əsası: aparılmış müzakirəni yenidən axtarmaq asanlaşsın. NMW03 yaratdığınız dizayn yaxşısıdır, amma bir qədər də yığcamlaşdırmaq olar. SNS-in dizaynı və sistemi dəyişsə qadceti hazırlamağa davam edəcəksinizmi? Yoxsa ilk növbədə qadcet hazırlanmalıdır? — Surə 🗯 11:01, 30 iyun 2021 (UTC)
- Bəli davam edəcəm. Çox hissəsi hazır idi səhv etmirəmsə (2 il əvvəldən danışıram). NMW03 (müzakirə) 11:04, 30 iyun 2021 (UTC)
- @İstifadəçi:NMW03 bəy İstəsəniz mən də kömək edə bilərəm müəyyən məsələlərdə - Dr.Wiki54 (müzakirə) 11:08, 30 iyun 2021 (UTC)
- Elə isə iyulda vikicəmiyətin verəcəyi qərarı gözləyirəm. Paralel olaraq yeni dizayn haqqında fikirləşib hazırlamağa çalışacam. Bir yerdən başlamaq lazımdır. — Surə 🗯 11:12, 30 iyun 2021 (UTC)
- @İstifadəçi:NMW03 bəy İstəsəniz mən də kömək edə bilərəm müəyyən məsələlərdə - Dr.Wiki54 (müzakirə) 11:08, 30 iyun 2021 (UTC)
- Bəli davam edəcəm. Çox hissəsi hazır idi səhv etmirəmsə (2 il əvvəldən danışıram). NMW03 (müzakirə) 11:04, 30 iyun 2021 (UTC)
- White Demon fikrinizlə razıyam. Zatən məni də narahat edən səhifənin səliqəsizliyidir. Eyni zamanda ayrı-ayrı səhifə yaradılmasının ona görə tərəfdarıyam ki, məqalə silinməzsə onun müzakirə səhifəsinə yerləşdirilmiş şablonda həmin müzakirə də qeyd oluna bilsin. Və ən əsası: aparılmış müzakirəni yenidən axtarmaq asanlaşsın. NMW03 yaratdığınız dizayn yaxşısıdır, amma bir qədər də yığcamlaşdırmaq olar. SNS-in dizaynı və sistemi dəyişsə qadceti hazırlamağa davam edəcəksinizmi? Yoxsa ilk növbədə qadcet hazırlanmalıdır? — Surə 🗯 11:01, 30 iyun 2021 (UTC)
Səs ovçuluğu qaydası üçün səsvermə
redaktəSalam. Təzəlikcə tərtib etdiyim bu qaydanın qəbul edilməsi üçün başlatdığım səsvermədə iştirak etsəniz, əla olardı. --► Hörmətlə: SolaVirum 21:56, 27 iyun 2021 (UTC)
Salam. Bu şablon qəbul edilməmiş prinsiplərin / qaydaların səhifəsinə yerləşdirilir. Amma şablonda deyilir ki: "Bu səhifə Vikipediyanın rəsmi prinsiplərinə namizəddir. Hal-hazırda bu qanunun müzakirəsi gedir." Halbuki, səhifə nə namizəddir nə də səsverməsi gedir. Təklif edirəm ki, bu şablondakı məzmun dəyişdirilsin və məzmunu yeni yaradılmış şablona yerləşdirilsin. Yeni şablon səsvermə müddətində müvafiq səhifəyə yerləşdirilsin. — Surə 🗯 07:40, 29 iyun 2021 (UTC)
- Razıyam - Dr.Wiki54 (müzakirə) 07:42, 29 iyun 2021 (UTC)
Stil kitabçasına əlavələr
redaktəHərkəsə salam. Bu mövzularla bağlı bir neçə dəfə müzakirə açsam da heç bir nəticə görməyib. Əslində olduqca kiçik problemlərdir. Amma görünür bu tipli problemləri ertələyərik.
- Keçidlərlə bağlı problem;
Bildiyiniz üzrə vikidə iki redaktə pəncərəsi var. Bunlardan vizual redaktə pəncərəsi demək olar ki yeni yaradılıb və görünür bu Azərbaycan dili kimi iltisaqi (şəkilçilərdən istifadə olunan) dillərdə bəzi problemlərə gətirib çıxarır. Məsələn, Yerin sözünə əsas redaktə pəncərəsində keçid vermək istəyiriksə kod bu şəkildə dəyişir:
[[Yer]] --- [[Yer]]in
Amma həmin sözü vizual redaktorda keçid verdikdə istifadəçilər iki cür davranır: bəziləri Yer sözünə keçid verib dərhal sonra şəkilçini yazır, bəziləri isə sözə bütövlükdə keçid verir. Bu zaman kodlar müvafiq olaraq belə görünür:
[[Yer]] --- [[Yer]]<nowiki/>in
[[Yer]] --- [[Yer|Yerin]]
İkinci halı AWB ilə işləyən botlar həll edir. Və bu hal məalənin görüntüsündə dəyişiklik yaratmır zatən. Amma ikinci halda məqalə daxilində söz belə görünür: Yerin. Və bu fikrimcə vizuallığı pozur. Bu təkcə mənim şəxsi fikrim deyil. Zatən əsas redaktə pəncərəsində redaktə etdikdə, yəni normal halda şəkilçi sözə birləşik görünür. Məsələn bu iki məqalənin vizual görünüşünü qiymətləndirə bilərsiniz: Şahsüvar Sultan / Bədrifələk Qadınəfəndi.
- Onu da qeyd edim ki keçidin necə verilməsi önəmli deyil, bu istifadəçinin redaktə üsulundan asılıdır. Əsas olan daha sonra həmin problemin qaydaya əsasən aradan qaldırılmasıdır.
- İstinad teqinin yeri;
Vikidəki məqalələrin böyük bir qismində istinad teqi nöqtədən/vergüldən sonra qoyulur. Bu envikidə də belədir. Zatən belə olması daha məntiqlidir: Fikir bitir, nöqtə qoyulur və daha sonra məlumatın yer aldığı mənbə göstərirlir.
- Hər iki standart stil kitabçasında yer almalıdır. Əks halda istənilən yeni istifadəçinin haqqı var ki, öz yaratdığı və ya redaktə etdiyi məqalədə istədiyi üsulu seçsin. Çünki, bu haqda vikidə rəsmi qayda yoxdur. Ümid edirəm ki, vikicəmiyyət bu mövzuya səssiz qalamayacaq. Bu sətirləri qayda halına çevirdikdən sonra stil kitabçasına əlavə edilməsi ilə bağlı səsvermə keçirməyi düşünürəm. — Surə 🗯 07:34, 25 iyun 2021 (UTC)
- Əslində önəmli şeydir ee bu, niyə fikir bildirən olmayıb görən? Məncə
[[Yer|Yerin]]
olmalıdır, çünki<nowiki/>
ilə etmək düzgün deyil, ən azından həmkarların vaxtında dediyinə görə. --► Hörmətlə: SolaVirum 22:02, 27 iyun 2021 (UTC) - Sura Shukurlu xanım, maraqlı və lazımlı nöqtəyə toxunmusunuz. Təşəkkür edirəm. Yazdıqlarınıza qatılıram. Nowiki ilə mən də çox qarşılaşıram vizual redaktor ilə işlədiyim üçün. İstinad ilə bağlı şübhəm var, amma onda da vahid qayda tətbiq oluna bilər. - Dr.Wiki54 (müzakirə) 22:14, 27 iyun 2021 (UTC)
- Hər iki bəndin əlavə edilməsi ilə bağlı səsvermə başlatdım:
Elm xadimlərinin ensiklopedik əhəmiyyətliliyi təlimatı
redaktəSalam, hörmətli həmkarlar. Uzun müddətdir fəaliyyət göstərməyimə rəğmən ilk dəfədir vikiqayda üzərində çalışdım. Enviki və trvikidən elm xadimlərinin ensiklopedikliyi təlimatını hissə-hissə yenidən tərcümə edərək əvvəlki yaxşı olmayan versiyasının əvəzinə yerləşdirdim. Buyurun baxın: Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri). Vikicəmiyyətin etirazi, təklifi və iradlarına açığam. Etiraz olmazsa, səsverməyə qoyaraq uzun müddətdir qaydalarda mövcud olan boşluqlardan birini həll etməyə çalışacağam. Fikirləriniz maraqlıdır. - Dr.Wiki54 (müzakirə) 22:44, 28 iyun 2021 (UTC)
- Qaydanın məzmunu yaxşıdır, amma qrammatik səhvlər çoxdur. "Ölkə çapında", "az sayıda", "yoxlanilanilərlik kriteriyalarını" və s. --► Hörmətlə: SolaVirum 01:18, 29 iyun 2021 (UTC)
- Müəyyən səbəblərdən diqqətsizlik olub. “çapında” ifadəsi bizim dildə də istifadə olunur. Digər qrammatik səhvləri aradan qaldırmağa çalışacağam növbəti saatlarda. Diqqətiniz üçün təşəkkür edieəm :) hörmətli @İstifadəçi:Solavirum - Dr.Wiki54 (müzakirə) 03:56, 29 iyun 2021 (UTC)
- Əslində tam olaraq bu qaydanın təkmilləşdirilməsi ilə bağlı vikicəmiyyətə müraciət edəcəkdim. Çünki VP:SNS-ə təqdim olunan məqalələrin əksəriyyəti el xadimləri haqqındadır. Və bu kimi müzakirələr olduqca mübahisəli olurdu. Çünki vahid qayda yox idi. Dr.Wiki54 təşəbbüsünüz üçün təşəkker edirəm. Yaxın zamanlarda səsvermə təşkil olunub qəbul edilsə sevinərəm. — Surə 🗯 05:02, 29 iyun 2021 (UTC)
- İstifadəçi:Sura Shukurlu Elə məni də SNS-yə çıxarılan məqalələrin çoxunun bu mövzuya aid olması narahat edirdi. Müzakirələr də hər dəfə, necə deyərlər, “atəşli” keçirdi. Xoşdur. Axşama qədər etiraz edən olmasa, müsbət fikir bildirənlərin sayı artsa səsvermə başlatmağı düşünürəm. - Dr.Wiki54 (müzakirə) 05:26, 29 iyun 2021 (UTC)
- Ümumiyyətlə elm xadimləri ilə bağlı olan təlimat sərtləşdirilməlidir. Müəllimlər, laborantlar, dosentlər və digər əhəmiyyətsiz elm xadimləri ilə bağlı olan bütün məqalələr silinməlidir. Elə bil AMEA saytıdır bura :-D Grenzsoldat (müzakirə) 15:20, 30 iyun 2021 (UTC)
- İstifadəçi:Sura Shukurlu Elə məni də SNS-yə çıxarılan məqalələrin çoxunun bu mövzuya aid olması narahat edirdi. Müzakirələr də hər dəfə, necə deyərlər, “atəşli” keçirdi. Xoşdur. Axşama qədər etiraz edən olmasa, müsbət fikir bildirənlərin sayı artsa səsvermə başlatmağı düşünürəm. - Dr.Wiki54 (müzakirə) 05:26, 29 iyun 2021 (UTC)
- Əslində tam olaraq bu qaydanın təkmilləşdirilməsi ilə bağlı vikicəmiyyətə müraciət edəcəkdim. Çünki VP:SNS-ə təqdim olunan məqalələrin əksəriyyəti el xadimləri haqqındadır. Və bu kimi müzakirələr olduqca mübahisəli olurdu. Çünki vahid qayda yox idi. Dr.Wiki54 təşəbbüsünüz üçün təşəkker edirəm. Yaxın zamanlarda səsvermə təşkil olunub qəbul edilsə sevinərəm. — Surə 🗯 05:02, 29 iyun 2021 (UTC)
- Müəyyən səbəblərdən diqqətsizlik olub. “çapında” ifadəsi bizim dildə də istifadə olunur. Digər qrammatik səhvləri aradan qaldırmağa çalışacağam növbəti saatlarda. Diqqətiniz üçün təşəkkür edieəm :) hörmətli @İstifadəçi:Solavirum - Dr.Wiki54 (müzakirə) 03:56, 29 iyun 2021 (UTC)
Solavirum, Sura Shukurlu, Grenzsoldat Hörmətli həmkarlar, fikirləriniz üçün təşəkkürlər. Bildirilən problemləri aradan qaldırdım. Səsvermə başlatdım, orada da fikir bildirməyinizi xahiş edirəm. - Dr.Wiki54 (müzakirə) 16:19, 30 iyun 2021 (UTC)