Vikipediya Kend Meydani Arxiv Dekabr 2020 - Wikipedia
2020 Coolest Tool Award Ceremony on December 11th
redaktəHello all,
The ceremony of the 2020 Wikimedia Coolest Tool Award will take place virtually on Friday, December 11th, at 17:00 GMT. This award is highlighting tools that have been nominated by contributors to the Wikimedia projects, and the ceremony will be a nice moment to show appreciation to the tools developers and maybe discover new tools!
You will find more information here about the livestream and the discussions channels. Thanks for your attention, Lea Lacroix (WMDE) 10:55, 7 dekabr 2020 (UTC)
Qiymətləndirmələri/səsvermələri yekunlaşdırmaq üçün althüquq
redaktəHər kəsə salam. Bir şeyi diqqətinizə yetirmək istəyirəm. İdarəçilər edəcəkləri şeylər üçün seçilib. Amma, demək olar pandemiya başlayan dövrdən biz buna şahid ola bilmirik təəssüf ki. Bunun üçün yaxşı məqalə, seçilmiş siyahı namizədlərinin qiymətləndirilməsi üçün qəbul edilməsi üçün nəzərdə tutulmuş səhifələrə, yaxşı məqalə və seçilmiş siyahı namizədlərinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş səhifələrə, o cümlədən silinməyə namizəd səhifələrə baxmaq bəs edir. Elə məqalələr var ki, az qala 50 gündür yoxlanmır. Təklif edirəm ki, azsaylı güvənilən istifadəçilərə bu qiymətləndirmələri/səsvermələri yekunlaşdırmaq hüququ verilsin. --► Hörmətlə: SolaVirum 09:51, 13 oktyabr 2020 (UTC)
- Solavirum bu məsələdə sizinlə razıyam.Namizədliyə gec baxılmasına razı olsam da qiymətləndirmə mövzusunda həqiqətən gecikirlər.--Advellerd 10:20, 13 oktyabr 2020 (UTC)
- Solavirum : Əla fikirdir, lehinə. Bunu digər praktikalarda da görə bilərik və digər istifadəçilərə də bu haqların verilməsi işlərin daha da keyfiyyətli və daha sürətli olması üçün önəmlidir. — Turkmen müzakirə 20:05, 14 oktyabr 2020 (UTC)
- Lehinə: İllərdir burada fəaliyyət göstərən istifadəçilər var ki, bu kimi mövzularda ədalətli qərar verə bilərlər. SNS/BNS və səhifələrin qiymətləndirilməsində keçirilən səsvermələrin yekunlaşdırılması üçün sadəcə müvafiq qaydalar haqqında məlumatın olması kifayətdir. — Surə 🗯 08:51, 15 oktyabr 2020 (UTC)
- Solavirum : Əla fikirdir, lehinə. Bunu digər praktikalarda da görə bilərik və digər istifadəçilərə də bu haqların verilməsi işlərin daha da keyfiyyətli və daha sürətli olması üçün önəmlidir. — Turkmen müzakirə 20:05, 14 oktyabr 2020 (UTC)
- Solavirum digər vikilərdə bu tip hüququn adı nədir? Yaxında müzakirə açıb Fabrikatordan istəmək olar bu hüququ.— Turkmen müzakirə 16:17, 16 oktyabr 2020 (UTC)
- Turkmen, məlumatım yoxdur, amma çalışıb taparam. --► Hörmətlə: SolaVirum 16:22, 16 oktyabr 2020 (UTC)
- Solavirum bu haqda araşdırdım. Bu tip məsələlərə əsasən patrullar nəzarət aparır. Həmçinin əlavə hüquq da yaratmaq olar.— Turkmen müzakirə 14:38, 3 dekabr 2020 (UTC)
- Turkmen, gözəl. Patrullara bu hüququ vermək üçün səsvermə keçirək. Onsuz da ağır kod məsələsi deyil, sadəcə məqalə silmək funksiyası verilər, bir də SM və YM səhifələri patrullara açılar. --► Hörmətlə: SolaVirum 15:44, 3 dekabr 2020 (UTC)
- Solavirum əslində məqalə silmə funksiyası verməyə ehtiyac yoxdur. Sadəcə patrula lazimi səhifələrdə müzakirə yekunlaşdırıb, status vermək hüququ və məqaləni qiymətləndirmə səhifəsinə əlavə etmək kimi haqların verilməsini rəsmi prisipə əlavə etmək lazımdır. Həmçinin mühafizə parametrlərində redaktənin yalnız patrullara və idarəçilərə verilməsi haqqında da Fabrikatora müraciət etmək olar. Bir variant da var ki, heç mühafizə parametrlərinin dəyişilməsinə ehtiyac olmasın, sadəcə patrullar lazımi məqalələrin müvafiq səhifələrə yerləşdirilməsi ilə bağlı idarəçilərə müraciət edə bilərlər.— Turkmen müzakirə 15:53, 3 dekabr 2020 (UTC)
- Turkmen, gözəl. Patrullara bu hüququ vermək üçün səsvermə keçirək. Onsuz da ağır kod məsələsi deyil, sadəcə məqalə silmək funksiyası verilər, bir də SM və YM səhifələri patrullara açılar. --► Hörmətlə: SolaVirum 15:44, 3 dekabr 2020 (UTC)
- Solavirum bu haqda araşdırdım. Bu tip məsələlərə əsasən patrullar nəzarət aparır. Həmçinin əlavə hüquq da yaratmaq olar.— Turkmen müzakirə 14:38, 3 dekabr 2020 (UTC)
- Məncə bu hüququn patrulların hüquqlarına əlavə edilməsi bir qədər doğru olmayacaq. Çünki bütün patrulların bu hüququ layiqincə yerinə yetirməsi şüphəlidi. Elə istifadəçilər var ki, vandalizmlə mübarizə aparır və patruldur. Amma məzmun redaktəsində qüsurları var, qrammatik qaydalarla və ya qiymətləndimə sistemiylə tanış deyil. O zaman bu problemə çevrilə bilər. Plus bəzi istifadəçilər var patrul deyil, amma bu hüquqa layiqdi. Məncə bu hüquqlar eyni adda birləşdirilməsə, ayrı bir hüquq yaradılsa daha faydalı olacaq azviki üçün. Hörmətli Turkmen, qeyd etdiyiniz sonuncu variant effektiv olmayacaq. Çünki idarəçilərə müraciət edilməsi, idarəçilərdən birinin onu cavablandırması və tətbiq etməsi uzun vaxt alacaq. Həm də bunu istənilən bu mövzuda etibarlı istifadəçi edə bilər. — Surə 🗯 19:06, 10 dekabr 2020 (UTC)
- Turkmen, məlumatım yoxdur, amma çalışıb taparam. --► Hörmətlə: SolaVirum 16:22, 16 oktyabr 2020 (UTC)
Опрос о пожеланиях сообщества — 2021
redaktəМы приглашаем всех зарегистрированных участников проголосовать в Опросе о пожеланиях сообщества 2021 года. Вы можете оставить голос за любое количество пожеланий, опрос проходит с этого момента и до 21 декабря.
В опросе собраны пожелания о создании новых и улучшении существующих инструментов для опытных редакторов. После окончания голосования мы постараемся исполнить все ваши пожелания. Начнем с самых популярных.
Мы, Community Tech, являемся одной из команд Фонда Викимедиа. Мы создаем и совершенствуем инструменты для редактирования и администрирования вики. Решение о том, над чем мы будем работать, принимается по результатам опроса сообщества. Раз в год можно подавать пожелания. Через две недели после периода подачи можно проголосовать за те предложения, в которых вы больше всего заинтересованы. Затем мы выбираем из опроса пожелания, над которыми планируем работать. Некоторые пожелания могут быть выполнены разработчиками-волонтёрами или другими командами.
Мы ждём ваших голосов. Спасибо!
15:30, 11 dekabr 2020 (UTC)
İngilis Vikipediyadakı "draft/qaralama" sisteminin Azvikiyə gətirilməsi.
redaktəSalamlar. Artıq 1 ilə yaxındır ki, Azvikidə sürətli şəkildə məqalə yaradılması davam edir. Qarşısını almaq da xeyli çətinləşib. Təklif edirəm ki, İngilis Vikipediyadakı "draft/qaralama" sistemini Azvikiyə gətirək. Nədir bu sistem :
- İlk öncə "extend confrimed user" adlı hüquq yaradılır və 500 redaktəni keçən istifadəçilərə avtomatik sistem tərəfindən verilir. Yalnız bu hüquqa malik istifadəçilər Azvikidə birbaşa məqalə yarada bilir.
- Azvikidə yeni qeydiyyatdan keçən istifadəçilər məqalə yaradarkən birbaşa yarada bilmirlər. Səhifə bu formada yaranır:
Qaralama:Məqalənin adı
. Sonra Azvikidəki idarəçilər və patrullar ensiklopedik olan və Vikipediya qaydalarına uyğunlaşan məqalələri qaralama rejimindən çıxararaq ümumi məqalələrə əlavə edirlər.
Düşünürəm ki, bu metod köməyimizə çata bilər. — Turkmen müzakirə 22:08, 6 dekabr 2020 (UTC)
- Lehinə: çox yaxşı olar.Beləcə anonim istifadəçilərin vandallıq sayəsində yaratdığı məqalələr də məhdudlaşar.--Advellerd 05:42, 7 dekabr 2020 (UTC)
- Lehinə: dəstəkləyirəm.— 127-ci yapon imperatoru 17:08, 7 dekabr 2020 (UTC)
- Lehinə: olar. — Araz Yaquboglu (müzakirə) 18:09, 7 dekabr 2020 (UTC)
- Lehinə: — Drabdullayev17 (müzakirə) 19:59, 7 dekabr 2020 (UTC)
- Əleyhinə: — heç bir ehtiyac yoxdur, baxın: Xüsusi:YeniSəhifələr, bu gün cəmi 28 məqalə, əvvəlki günlər, gündə 50 civarında yeni məqalə yaradılıb ki, bunların da əksəriyyəti idarəçilər və təcrübəli istifadəçilər tərəfindən yaradılıb. Son günlər məqalə sayında artım Vətən müharibəsində 3 minədək səhidlə əlaqəlidir. Amma yenə də təcrübəsiz şəxslərin məqalə yaratması halları azdır. Spam məqalə yaradılmasının qarşısını almaq üçün isə başqa metodlar tətbiq olunur və görünən budur ki, buna həmin metodlarla nail olmaq mümkün olub. Elə isə yeni məhdudlaşdırma nə və kim üçündür? 20 idarəçi üçün gündə təcrübəsiz istifadəçilər tərəfindən yaradılmış 3-4 məqaləni silmək doğrudanmı çətindir? Asrb123 (müzakirə) 14:02, 8 dekabr 2020 (UTC)
- Lehinə: Sistem olaraq yaxşı sistemdir. Sadəcə idarəçilərin işini bir qədər də artırır. Çox güman ki, ləngimələr olacaq qaralama məqalələrin yoxlanılmasında. Lakin buna rəğmən dəstəkləyirəm. — eldarado ✉ 08:41, 9 dekabr 2020 (UTC)
- Lehinə: məncə, çox doğru təşəbbüsdür, lakin məqalə yaratmaq limiti üçün redaktə limitinin çox yüksək olduğunu düşünürəm. 50 olsa idi (sırf qrupla bağlı olmasın) daha düzgün olardı. Bundan əlavə, İP-ünvanlarından da birbaşa məqalə yaradılması da məhdudlaşdırılmalıdır deyə düşünürəm. — Toghrul Rahimli • M/F 11:44, 9 dekabr 2020 (UTC)
- Lehinə:— Azerifactory (müzakirə) 20:33, 9 dekabr 2020 (UTC)
- Şərh: Sistem olaraq effektiv olacaq deyə düşünürəm. Amma redaktə sayı həqiqətən də çoxdur. — Surə 🗯 18:46, 10 dekabr 2020 (UTC)
- Sura Shukurlu Vikipediyada artıq istifadəçi qıtlığı yoxdur. Bizə təcrübəli istifadəçilər lazımdır.— Turkmen müzakirə 16:51, 15 dekabr 2020 (UTC)
- Lehinə: Ələlxüsus, son dövrdə Az.wiki-də geniş vüsət alan kütləvi məqalə "axını"nın fonunda olduqca yerində bir addım olardı. — Burocan (müzakirə) 22:16, 17 dekabr 2020 (UTC)
- Lehinə: Turkmen, qəbul edildikdən sonra
Qaralama:
ad fəzası və istifadəçi hüququ üçün Phabricatora müraciət etmək lazımdır.— NMW03 (müzakirə) 22:34, 17 dekabr 2020 (UTC)
- Müzakirə onsuzda Fabrikatora müraciət üçün təşkil edilib.— Turkmen müzakirə 13:48, 18 dekabr 2020 (UTC)
- @Turkmen, məncə, belə bir qərarı məncə fabrikatorda icra etməyəcəklər. 500 redaktə sayı hədsiz çoxdur, heç bir vikidə belə deyil. Ən inkişaf etmiş envikidə belə bu rəqəm 10-dur (üstəgəl bir neçə günlük hesab yaşı). Azvikidə 50 olsa, yaxşı olardı. Qeyd etdiyiniz "Extended confirmed users" (30 gün + 500 redaktə) qrupunu idxal etmək olar, lakin onu yalnız yeni mühafizə metoduna (extended confirmed protected) tətbiq etmək olar. Həmin mühafizə növü də əlavə edilsə, artıq səhifə mühafizəsini yalnız idarəçilər üçün yox, etibarlı istifadəçilər (500+) üçün tətbiq etmək olar. Hörmətlə — Toghrul Rahimli • M/F 07:51, 19 dekabr 2020 (UTC)
- @Toghrul Rahimli, elə envikidəki kimi (keçid) təqdim edirəm sizə. Orda da bu cürdür, yəni 500 redaktədən sonra verilir. Bəlkə siz avtotəsdiqlənmiş istifadəçi ilə qarışdırmısız? Avtotəsdiqlənmiş istifadəçi hüququ azvikidə və bir çox vikilərdə var və sistem tərəfindən avtomatik verilir. O azvikidə 10 redaktəni keçmiş istifadəçilərə verilir və bu keçiddə göstərilən istifadəçi haqlarını özündə cəmləşdirir. Hörmətlə— Turkmen müzakirə 21:30, 19 dekabr 2020 (UTC)
- Lehinə: gözəl təşəbbüsdür olmağı. Amma 500 redaktə çoxdur. 50-100 olsa yaxşıdı. - Xəyal Haşımov (müzakirə) 19:03, 19 dekabr 2020 (UTC)
{{Qəbul edildi}} - sistemin tətbiq olunması üçün konsensus əldə edilmişdir.— Turkmen müzakirə 20:15, 20 dekabr 2020 (UTC)
sayı
redaktəBəzi həmkarlarımız redaktə sayı barədə narahatçılıqlarını bildirdilər. O səbəbdən təklif edirəm ki, hüququn redaktə sayı barədə burda ikinci müzakirə keçirilsin. Mən yenə də öz fikrimdəyəm, 500 redaktə həddi normaldır. Axı bizə təcrübəli istifadəçilər lazımdır. Onsuz da yeni istifadəçi məqaləni yaradanda çətinlik çəkdiyi üçün çox sayda düzəlişlər edir. Lakin Vikicəmiyyətin onu qazanması üçün, təcrübə yığmaq üçün çox redaktəyə ehtiyac var. 500 redaktə həcmində artıq müəyyən qədər təcrübə qazanacaq və məqalələri daha təcrübəli şəkildə yaradacaq. Sura Shukurlu, Xəyal Haşımov, Toghrul Rahimli nə düşünürsünüz ?— Turkmen müzakirə 20:15, 20 dekabr 2020 (UTC)
Lehinə: - Əgər deyirsizsə təcrübəli istifadəçilər lazımdı, o zaman razıyam sizinlə - Xəyal Haşımov (müzakirə) 22:33, 20 dekabr 2020 (UTC)
Şərh: Hörmətli Turkmen, IP ünvanlarla redaktə məsələsinə də bir həll gətirmək mümkündürmü sizin təklifiniz daxilində? Təəssüf ki, qeyd elədiyim faktor məhz vandalizmin əsas mənbəyidir. Əgər bunun qarşısını ala bilsək, enerjimizi mövcud məqalələrin təkmilləşdirilməsinə yönəldə bilərik. O ki, qaldı redaktə sayı məsələsinə, 500 ilə tam razıyam. Fikrimcə, kəmiyyətə yox keyfiyyətə fokuslaşsaq, həm bu platformanın azərbaycandilli seqmentinin nüfuzu artar, həm də, yüksək səviyyəli məqalələr meydana çıxar. Diqqətiniz üçün təəşəkkürlər. — Burocan (müzakirə) 23:30, 20 dekabr 2020 (UTC)
Hörmətli @Turkmen, yeni məqalə yaratma hüquqlarının extended confirmed qrupuna daxil olanlara vermək işləri olduqca çətinləşdirəcək və məncə, ədalətsizləşdirəcək. Envikidə məqalə yaratma hüququ avtotəsdiqlənmiş istifadəçilərə verilib, o da 10 redaktə 4 gündür səhv etmirəmsə. Azvikidə də eynisini tətbiq etmək olar, lakin bu redaktə sayı 50 olsa, daha uyğun olar. Yəni avtotəsdiqlənmiş limiti 50-ə qaldırılsın. Bəzən elə istifadəçilər olur ki, ilk redaktəsi ilə ilk məqaləsi yaratsa belə, yaxşı alındırır. Hətta mən Vikipediyada işləyən və təqribən 250 civarı redaktə sahibi olanlar tanıyıram ki, minlərlə redaktəsi olanlardan çox daha yaxşı işləyə bilir. 500 limitlə günə 2 redaktə edən şəxs 8 ay gözləməli olacaq ki, nəysə yarada bilsin. Həmin limitə çatmaq istəyənlər inanmıram ki, həmin qrupa daxil olanadək effektiv redaktələr edə. Böyük ehtimalla müxtəlif səhifələrdə hərf yazıb siləcəklər ki, redaktə sayı artsın. Həmçinin 500+ redaktəsi olanlara şəxsi xahiş, müraciətlər olacaq məqalələr yaradılması barədə, bu da xoşagəlməzdir, təbii ki. Onu da qeyd etmək istərdim ki, envikidə extended confirmed users bölməsində qeyd olunub: "This user access right allows editors to edit and create pages that are under extended confirmed protection." → "Bu istifadəçi hüququ qrupu redaktorlara geniş təsdiqlənmiş mühafizə olunan (extended confirmed protected-in şərti tərcüməsi) səhifələri redaktə etmə və onları yaratma (ad mühafizə olunubsa) hüququ verir." Əgər həmin qrup idxal edilsə, gərək həmin mühafizə üsulu da əlavə olunsun. Bu, daha yaxşı olardı, çünki məsələn, Şuşa məqaləsi kimi redaktə hüququ yalnız 15 idarəçiyə yox, 500-dən artıq redaktəyə sahib olan istifadəçilərə də verilərdi. Hörmətlə — Toghrul Rahimli • M/F 08:56, 21 dekabr 2020 (UTC)
- Hörmətli Toghrul Rahimli məncə yanılırsınız. Envikidə avtotəsdiqlənmiş istifadəçilər birbaşa məqalə yarada bilmirlər. Onlar səhifəni bu formada yaradırlar:
Qaralama:Məqalənin adı
. Amma "extend confirmed user" qrupuna aid olan istifadəçilər məqaləni birbaşa yarada bilirlər. Müzakirəni açarkən yuxarda da bu haqda geniş qeyd vermişəm. Həmçinin bundan sonra başqa bir təklifim də olacaq. Qeyd etdiyiniz mühafizə sistemi o təklifin içərisində olacaq. İstəyirəm mərhələ-mərhələ edim.— Turkmen müzakirə 15:20, 21 dekabr 2020 (UTC) - Hörmətli @Turkmen, məqalə yaratmaq avtotəsdiqlənmişlərə verilir. O vaxta qədər qaralamada (sandbox) qalır və icmala (review) verilir. Envikidə fəaliyyətimə baxın, 10 redaktədən sonra birbaşa yaratmışdım. O vaxtdan dəyişiklik də olmayıb. Sadəcə 500-ü keçəndən sonra mənə extended təsdiq gəlib, onun sayəsində extended mühafizə olunanları (2020 Qarabağ müharibəsi kimi) redaktə edə bilirəm. — Toghrul Rahimli • M/F 16:08, 21 dekabr 2020 (UTC)
- Hörmətli Toghrul Rahimli, zəhmət olmasa bu səhifəyə göz atardız. Bu səhifəni azərbaycanlı istifadəçilərdən biri yaradıb. Həmin istifadəçinin hazırda 460 redaktəsi var, lakin hələ də draft/qaralama formasında məqalə yaradır, birbaşa yarada bilmir. Bu misallardan biridir. Envikidəki istifadəçiləri çox vaxt gözdən keçirəndə eyni vəziyyətə şahid olmuşam. Sizin də fəaliyyətinizə baxdım. Tam haqlısınız. Bəs fərq nədir, yaxud gözdən qaçırılan birşeymi var? — Turkmen müzakirə 18:54, 21 dekabr 2020 (UTC)
Yekunlaşdırma : Qəbul edilmədi, çox təəssüf ki, bəzi gözdən qaçırılan məqamlar var və bu tip sistemin Fabrikatorda qurulması mümkün deyil (Fabrikator adətən praktiki cəhətdən istifadə edilmiş sistemləri vikilərə tətbiq edir).— Turkmen müzakirə 19:41, 21 dekabr 2020 (UTC)
Adlandırma
redaktəHər kəsə salam, adlandırma ilə bağlı kiçik qarışıqlıq var. Eyni adda 4 şəxs var və ikisinin doğum ili eynidir. Söhbət bu şəxslərdən gedir: Murad Məmmədov. Hələlik doğum ili ilə yanaşı doğulduğu ayı da qeyd etmişəm. Təklifləriniz varsa müzakirə edib ortaq qərar qəbul edək. Hörmətlə — eldarado ✉ 10:56, 12 dekabr 2020 (UTC)
- Bu halda ən yaxşı variant ata adının mörtərizədə yazılmasıdı. — Araz Yaquboglu (müzakirə) 08:11, 14 dekabr 2020 (UTC)
- Araz bəyin təklifi daha məqsədəuyğundur. - Xəyal Haşımov (müzakirə) 18:59, 19 dekabr 2020 (UTC)
- Məncə də ata adı qeyd olunmalıdır. — Surə 🗯 17:56, 31 dekabr 2020 (UTC)
Yenilik
redaktəSalam. Mətn redaktəsi pəncərəsindəki bu əlavə bütün vikilərdə edilib deyəsən. Bu alətin məqsədi nədir? — Surə 🗯 14:31, 14 dekabr 2020 (UTC)
- Salam hörmətli Sura Shukurlu səhifəni izləmək üçün nəzərdə tutulub. Daimi və ya müəyyən bir müddətə izləməyə ala bilərsiniz. — Drabdullayev17 (müzakirə) 15:01, 14 dekabr 2020 (UTC)
Şəhidlərin fotoları
redaktəSalam dostlar. Hamıya məlum məsələdir кi, şəhid olan 2800-dən çox hərbi qulluq üçün məqalələr yaradılır. Məqalələrin hal-hazırda 90 faizi fotosuzdur. Mod.gov.az saytında olan əsgər fotoları istisna olmaqla hamısı hərbi geyimdə olan fotolardır. Həmin PDF faylından fotoları çıxarmağa çalışdım, amma çox uğursuz alındı. Kəyfiyyət aşağı düşdü. Düşünürəm кi, məqalələrin eyni üslubda olması üçün eyni tipli fotoların olması yaxşı olardı. Həmin fotoların orijinallarının Viкipediyaya yüкlənməsi üçün icazə almaq lazımdır Müdafiə Nazirliyindən. Dostlardan biri yardım edə bilərmi ? CəlalCavadov✉ 13:45, 16 dekabr 2020 (UTC)
- Ümumiyyətlə, Azərbaycan MN-də yayımlanan fotomaterialları müəllif hüquqlarından çıxarmaq lazımdır. Prezident Administrasiyasının saytında olduğu kimi. Bunu Rusiya Müdafiə Nazirliyi də edib, Ermənistan və DQR MN-ları da. "Commons"a baxsanız, görərsiniz ki, Ermənistan propaqandası doludur. Azərbaycanca Vikimediya icması adından məktub göndərmək lazımdır. --► Hörmətlə: SolaVirum 21:55, 16 dekabr 2020 (UTC)
- Hər iki istifadəçiyə qatılıram. Bu məsələylə bağlı məktub yazılmalıdı. AfraimMammadov (müzakirə) 16:25, 17 dekabr 2020 (UTC)
- Solavirum, tamamilə razıyam. Şəhidlərin fotolarının orijinal versiyalarını göndərsəydilər, əla olardı. 2800-dən çox məqalənin harada 1000-də orijinal fotolarda olardı. CəlalCavadov✉ 21:44, 17 dekabr 2020 (UTC)
- Hər iki istifadəçiyə qatılıram. Bu məsələylə bağlı məktub yazılmalıdı. AfraimMammadov (müzakirə) 16:25, 17 dekabr 2020 (UTC)
Şəxslər
redaktəGecəniz xeyir. Biz ən qısa zamanda Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) prinsipini qəbul etməliyik. Xüsusən, alimlər, yaradıcı şəxslər və sənətçilərlə bağlı kriteriyaları ətraflı yazmaq lazımdır. Digər şəxslərdə (diplomatlar, idmançılar və s.) ciddi problem olmur. Lakin alimlər, yazıçılar, jurnalistlər çox ciddi problemə çevrilib. Hətta bir müddətlik SNS-in fəaliyyətini məhdudlaşdırıb bu prinsiplə ciddi məşğul olmağı təklif edirəm. Bu prinsipi qəbul edəndən sonra SNS-in də yükü xeyli azalacaq.— Eminn (müzakirə) 21:32, 17 dekabr 2020 (UTC)
- Eminn, bu çoxdan olunmalı qərardır. Bu dəqiqə q/e məqalələri SNS təqdim edilsə, AzViкipediya haradasa 1-2 ilə təmizlənər. Hələ SNS-də olan "bir gündə üç məqalə" qaydasından danışmıram. İdmançılarla bağlı olan hissəyədə əl gəzdirilsə yaxşı olar. Bu dəqiqə 300-dən çox idmançı məqaləsinə "sil" şablonu qoyulmalıdır. Ötən həftə məşğul olmaq istədim. Bir sıra məqaləri SNS təqdim elədim. Ammma SNS vaxt itкisidir. Qaydalar qəbul olunub, məqalələr yerindəcə silinməlidir :-) Ən əsas AzViкipediya təmizlənməlidir bu məqalələrdən. CəlalCavadov✉ 21:48, 17 dekabr 2020 (UTC)
- Eminn Razıyam. Məncə xüsusilə alimlər, elm adamları məqalələri tənzimlənməlidi. CavidRasul (müzakirə)
Razıyam. Yaxşı olardı - Xəyal Haşımov (müzakirə) 18:46, 19 dekabr 2020 (UTC)
- Bir də. Məncə, silinməyə namizəd verib "qeyri-ensiklopedik", ya da "ensiklopedikliyi" şübhə doğurur yazmasınlar. Yazanlar da gələn əks-arqumentlərə bir zəhmət cavab versinlər. --► Hörmətlə: SolaVirum 20:58, 19 dekabr 2020 (UTC)
- Tamamilə razıyam. SNS-dəki məqalələrin 99 faizi (bəzən hamısı) şəxslərdir. Alimlər, əsasən də fəlsəfə doktorları haqqında məqalələr insanda sual doğurur. Dəqiq kriteriya bəlli deyil, odur ki hamı öz fikri əsasında münasibətini bildirir. Standart prinsip olaraq qəbuledilməlidir mütləq. Hal-hazırda ən aktiv bölmə SNS, ən çox ehtiyac duyulan qayda isə budur. — Surə 🗯 17:54, 31 dekabr 2020 (UTC)
- Bir də. Məncə, silinməyə namizəd verib "qeyri-ensiklopedik", ya da "ensiklopedikliyi" şübhə doğurur yazmasınlar. Yazanlar da gələn əks-arqumentlərə bir zəhmət cavab versinlər. --► Hörmətlə: SolaVirum 20:58, 19 dekabr 2020 (UTC)
Vikianbar'da qərəzli dəyişikliklər
redaktəHamıya salam! Vikianbar'daki Kateqoriya:Murovdağ adlı səhifədə qərəzli bir istifadəçi qeyri-real erməni baxışlarını əks etdirməyə çalışır. Eyni istifadəçinin digər səhifələrdə də oxşar fəaliyyətləri var. Bu istifadəçi ilə bağlı kömək istəyirəm. Əvvəlcədən təşəkkür edirəm.— BSRF 💬 04:50, 20 dekabr 2020 (UTC)
Sual:Bərpa oluna biləcək səhifə
redaktəKeçən il Faiq İsmayılov səhifəsi səs vermə ilə silinmişdir. Bu şəxs Tarixi Abidələrin Bərpası İctimai Birliyinin sədridir. Faiq müəllim indi işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrin bərpası komissiyasının üzvüdür və bu işdə aktiv iştirak edir. Hal hazırda Şuşa şəhərində bərpa planının tərtibi üçün səfərdədir. Bu işlərdən sonra şəxs ensiklopedik sayılırmı? Adam həm də fəlsəfə doktorudur.— Rövşən İşık (müzakirə) 14:28, 21 dekabr 2020 (UTC)
- Aktiv və ictimaiyyət tərəfindən tanınan biridir. Xeyli elmi məqalələri var. Bərpa edilməlidir. — Araz Yaquboglu (müzakirə) 15:27, 21 dekabr 2020 (UTC)
- Yox sayılmır. — sefer azeri 19:16, 21 dekabr 2020 (UTC)
- qeyri-ensiklopedikdir — Thunder Storm (müzakirə) 12:21, 25 dekabr 2020 (UTC)
Silinməyə namizədlər səhifəsi ilə bağlı müraciət
redaktəƏziz redaktorlar, xahiş edirəm, VP:SNS səhifəsində səs verərkən, ya da namizəd irəli sürərkən düz əməlli arqument ortaya atın. Sadəcə {{qalsın}}/{{silinsin}} yazmaqla deyil axı. Mövcud arqument varsa, "filankəsin rəyi əsasında" yazın, ya da arqumenti özünüz qeyd edin. "Ensiklopedikliyi şübhə doğurur", "qeyri-ensiklopedik" kimi ifadələr isə qətiyyən arqument hesab oluna bilməzlər. --► Hörmətlə: SolaVirum 09:04, 23 dekabr 2020 (UTC)
Şablonlar
redaktəSalam Azviki əhli. Medallara görə şablonlar yaratmağı düşünürəm. Düşünürəm ki, şablonlar olarsa daha rahat digər medal alanları da görə bilərik. Fikirlərinizi bilmək maraqlı olardı - Xəyal Haşımov (müzakirə) 18:42, 24 dekabr 2020 (UTC)
- Xəyal Haşımov, söhbət tam olaraq hansı medallardan və nə tipdə şablondan gedir? — Surə 🗯 15:22, 27 dekabr 2020 (UTC)
- Sura Shukurlu, "Vətən uğrunda" medalından başlayaraq sonuncu medala kimi hamısı. İstədiyim şablon tam olaraq burdakı kimidir. - Xəyal Haşımov (müzakirə) 11:05, 28 dekabr 2020 (UTC)
- Xəyal Haşımov əgər yaradılması digərləri tərəfindən də mütənasib görülsə hazırlanmasında kömək edə bilərəm. — Surə 🗯 19:45, 28 dekabr 2020 (UTC)
Fin adlarının transliterasiyası
redaktəSalam. Azwiki-də fin adlarının transliterasiyası ilə bağlı bəzi problemlər var. Məsələn, Kimi Raykkönen məqaləsi ilə bağlı qeyd etmək olar. Məqalənin adı Kimi Raykkonen və ya Kimi Rəykkönen kimi adlandırılmalıdır. Yəni fin dilində də Azərbaycan dilində olduğu kimi ahəng qanunu mövcuddur. Fin dilindən transliterasiya əsasında Kimi Räikkönen Kimi Rəykkönen kimi olacaqdır. Onu da qeyd edim ki, bir çox mənbələrdə, həmçinin, Kimi Raykkonen formasından da istifadə edilir, yəni bu cür də ola bilər. Lakin Kimi Raykkönen forması düzgün deyil. Həmçinin, Saku Ylatupa məqaləsi, ümumiyyətlə, transliterasiya edilməyib. Çünki fin dilində y hərfinin ekvivalenti Azərbaycan dili üçün ü-dür. Yuho Huvarinen məqaləsində isə ad transliterasiya olunub, soyad isə olunmayıb (olunacağı təqdirdə Hüvərinen kimi verilməli idi). Bir neçə belə məqalələr olduğu üçün burada yazdım. Hər birində fərqli cür formadan istifadə olunmuşdur, vahid şəkildə olsa, daha əlverişli olardı. --IBAnk (müzakirə) 17:41, 25 dekabr 2020 (UTC)
- IBAnk, Vikipediyada adlandırmalar mənbələr vasitəsilə edilir. Yəni, bununla bağlı əlinizdə çoxlu (və ya yükü ağır olan) mənbələriniz varsa, buyurun. --► Hörmətlə: SolaVirum 17:34, 31 dekabr 2020 (UTC)
- IBAnk, Finlandiya mövzuları ilə bağlı məqalə yaradarkən mən də eyni çətinliklə üzləşdim. Sonda, digər "problemli sözlərdə" olduğu kimi, bunda da rus dilindəki məqalələri meyar götürdüm. Bir də, Əli Həsənov və Adil Vəliyevin [1] kitabında Finlandiya siyasi sistemiylə bağlı bir neçə şəhərin transliterasiyası verilib. Bunları da nəzərə ala bilərsiz. Bundan başqa, əlinizdə Skandinaviya və ya Finlandiya haqqında yazılı elmi məqalələr varsa, bölüşsəz, çox məmnun olaram. Çox axtarsam da, təəssüf ki, dilimizdə bu mövzuyla bağlı əsərlərin çox az olduğunu gördüm.AfraimMammadov (müzakirə) 21:22, 31 dekabr 2020 (UTC)
- Solavirum, təəssüf ki, məndə kifayət qədər mənbələr yoxdur, sadəcə, IPA-ya əsasən adlandırmanın düzgün olmadığını hesab edirəm. Bir çox hallarda, bütün transliterasiya ru:Финско-русская практическая транскрипция əsasında aparılır. Bu isə tamamilə rus dili fonetik qaydalarına uyğunlaşdırılmış haldır, yəni Azərbaycan dili üçün ä-nin evkivalentinin ə olduğu halda, bu hərfin я - ya kimi transliterasiyası, fikrimcə, düzgün deyil. AfraimMammadov, çox təəssüf ki, elmi mənbələri mən də tapa bilməmişəm. Bəy, qeyd etdiyiniz kitaba baxdım, orada 306-cı səhifədə qeyd edilmiş vilayətlərin adı tamamilə yuxarıda qeyd etdiyim fin-rus transliterasiyası qaydalarına uyğun yazılıb. Məsələn, fin dilində Päijät-Häme vilayətinin adı IPA-ya əsasən, Pəyyət-Həme kimi olmalıdır. Forvo servisində olan tələffüzdə də bu aydın görünür, yəni prinsip etibarilə, fin və Azərbaycan fonetikası bənzərdir. Sadəcə, rus dilində "ə", "ö", "ü" hərfləri olmadığı üçün onlar müvafiq olaraq "я", "ё", "ю" hərflərindən istifadə edirlər. Çünki rus dili üçün daha uyğun ekvivalentlər bunlardır, məsələn, bəzi sözlərdə "я" sırf "ya" kimi oxunursa (яблоко tipli sözlərdə), bəzi hallarda "я" çox yumşaq tələffüz edilir deyə, müəyyən qədər "ə" kimi səslənir (пять tipli sözlərdə). Yəni bu səbəbdən Päijät-Häme rus dilində Pyayyat-Xyame kimi verilmişdir, çünki rus dili üçün transliterasiya zamanı alernativ variant yoxdur. Azərbaycan və türk adları da rus dilinə transliterasiya olunan zaman da eyni qaydalardan istifadə olunur. Bu səbəbdən, məncə, Azərbaycan dilində rus dili qaydalarına əsaslanan transliterasiyadan istifadə olunmamalıdır. --IBAnk (müzakirə) 12:44, 1 yanvar 2021 (UTC)
- IBAnk, sizə qatılıram, tam haqlısız, məncə. Ancaq bəyənsək də, bəyənməsək də elm adamlarının yazdığı və dəfələrlə redaktə edilmiş mənbələrə əsaslanmalıyıq deyə düşünürəm. Yəni bu sadəcə vikipediyada düzgün tranliterasiya aparmaqla düzələcək şey deyil. Gərək ölkədə bu işlə məşğul olan insanlara (varsa yəni) müraciət edək. Hörmətlə - AfraimMammadov (müzakirə) 13:26, 1 yanvar 2021 (UTC)
- AfraimMammadov, əlbəttə, mənbələrə əsaslanmaq daha məqsədəuyğundur. Təəssüf ki, mənim də bu tipli məsələlərlə kimin məşğul ola biləcəyi barədə məlumatım yoxdur. Azərbaycan dilində də lazımi mənbə tapa bilmədim, bu səbəbdən, fin dilində Azərbaycan dilinin transliterasiyası üçün mənbələr axtarmağa çalışdım. Az olmasına baxmayaraq, Yukka Korpelanın müəllifi olduğu saytda yerləşdirilmiş 1-ci mənbə və 2-ci mənbənin (170-ci səhifənin sonunda) müəyyən qədər köməkliyi ola bilər. Burada hərflərin qarşılıqları verilmişdir. Başqa mənbə tapa bilmədim. Hörmətlə, --IBAnk (müzakirə) 19:06, 1 yanvar 2021 (UTC)
- IBAnk, sizə qatılıram, tam haqlısız, məncə. Ancaq bəyənsək də, bəyənməsək də elm adamlarının yazdığı və dəfələrlə redaktə edilmiş mənbələrə əsaslanmalıyıq deyə düşünürəm. Yəni bu sadəcə vikipediyada düzgün tranliterasiya aparmaqla düzələcək şey deyil. Gərək ölkədə bu işlə məşğul olan insanlara (varsa yəni) müraciət edək. Hörmətlə - AfraimMammadov (müzakirə) 13:26, 1 yanvar 2021 (UTC)
- Solavirum, təəssüf ki, məndə kifayət qədər mənbələr yoxdur, sadəcə, IPA-ya əsasən adlandırmanın düzgün olmadığını hesab edirəm. Bir çox hallarda, bütün transliterasiya ru:Финско-русская практическая транскрипция əsasında aparılır. Bu isə tamamilə rus dili fonetik qaydalarına uyğunlaşdırılmış haldır, yəni Azərbaycan dili üçün ä-nin evkivalentinin ə olduğu halda, bu hərfin я - ya kimi transliterasiyası, fikrimcə, düzgün deyil. AfraimMammadov, çox təəssüf ki, elmi mənbələri mən də tapa bilməmişəm. Bəy, qeyd etdiyiniz kitaba baxdım, orada 306-cı səhifədə qeyd edilmiş vilayətlərin adı tamamilə yuxarıda qeyd etdiyim fin-rus transliterasiyası qaydalarına uyğun yazılıb. Məsələn, fin dilində Päijät-Häme vilayətinin adı IPA-ya əsasən, Pəyyət-Həme kimi olmalıdır. Forvo servisində olan tələffüzdə də bu aydın görünür, yəni prinsip etibarilə, fin və Azərbaycan fonetikası bənzərdir. Sadəcə, rus dilində "ə", "ö", "ü" hərfləri olmadığı üçün onlar müvafiq olaraq "я", "ё", "ю" hərflərindən istifadə edirlər. Çünki rus dili üçün daha uyğun ekvivalentlər bunlardır, məsələn, bəzi sözlərdə "я" sırf "ya" kimi oxunursa (яблоко tipli sözlərdə), bəzi hallarda "я" çox yumşaq tələffüz edilir deyə, müəyyən qədər "ə" kimi səslənir (пять tipli sözlərdə). Yəni bu səbəbdən Päijät-Häme rus dilində Pyayyat-Xyame kimi verilmişdir, çünki rus dili üçün transliterasiya zamanı alernativ variant yoxdur. Azərbaycan və türk adları da rus dilinə transliterasiya olunan zaman da eyni qaydalardan istifadə olunur. Bu səbəbdən, məncə, Azərbaycan dilində rus dili qaydalarına əsaslanan transliterasiyadan istifadə olunmamalıdır. --IBAnk (müzakirə) 12:44, 1 yanvar 2021 (UTC)
- IBAnk, Finlandiya mövzuları ilə bağlı məqalə yaradarkən mən də eyni çətinliklə üzləşdim. Sonda, digər "problemli sözlərdə" olduğu kimi, bunda da rus dilindəki məqalələri meyar götürdüm. Bir də, Əli Həsənov və Adil Vəliyevin [1] kitabında Finlandiya siyasi sistemiylə bağlı bir neçə şəhərin transliterasiyası verilib. Bunları da nəzərə ala bilərsiz. Bundan başqa, əlinizdə Skandinaviya və ya Finlandiya haqqında yazılı elmi məqalələr varsa, bölüşsəz, çox məmnun olaram. Çox axtarsam da, təəssüf ki, dilimizdə bu mövzuyla bağlı əsərlərin çox az olduğunu gördüm.AfraimMammadov (müzakirə) 21:22, 31 dekabr 2020 (UTC)
Ensiklopedik coğrafiya terminləri
redaktəSalam. Vikidə belə bir kateqoriya mövcuddur: Kateqoriya:Ensiklopedik coğrafiya terminləri Nə bu kateqoriyanın nə də bu kateqoriyaya daxil olan məqalələrin intervikisi var. Məqalələrin hamısı eyni bir mənbədən, İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğətindən copy-paste edilib yaradılıb. Baxa bilərsiniz. Bu kateqoriya səhifələri ilə birlikdə silinməlidir. Bəli, aralarında ensiklopedik olanlar da var, amma bu halıyla qalmamalıdır.
— Surə 🗯 19:25, 27 dekabr 2020 (UTC)
- İnformatika ilə bağlı yaradılan məqalələrdə də eyni problem var.Məsələ burasındadır ki hamısı qaralama halındadır, və İsmayıl Sadıqovun "İnformatika terminlərinin izahlı lüğəti" kitabından kopi-past edilib.İstifadəçilərə bunu bildirmək lazımdır ki, burası vikipediyadır, vikilüğət deyil! --Advellerd 04:27, 28 dekabr 2020 (UTC)
Xg şablonu
redaktəHər kəsə salam. Bildiyiniz kimi istifadəçilərin müzakirə səhifələrinə {{xg}} şablonu yerləşdirilərkən imza da əlavə olnur. Sizcə bunun hər hansı önəmi varmı? Fikrimcə heç bir əhəmiyyəti yoxdu və plus şablondan sonra vizual olaraq da yaxşı görünmür. Nə düşünürsünüz, bu şablonu yerləşdirərkən (hələ də əl ilə yerləşdirilir) imza qoyulmaması daha doğru olmazmı? — Surə 🗯 15:21, 27 dekabr 2020 (UTC)
- Ancaq bir məsələdə varki yeni istifadəçilər suallarını verə biləcək şəxs tapa bilməyəndə, imzanı yerləşdirən şəxsə müraciət edirlər.Azvikidə buna aid botun olması yaxşı olardı (deyəsən buna aid müzakirədə olmuşdu).Çünki istifadəçilərin az hissəsi də olsa şablondakıları oxuyur və təəsüf ki, hər istifadəçinin müzakirə səhifəsinə şablon yerləşdirilmir.Və buda yeni istifadəçilərin təcrübəsizliyini irəli gətirib çıxarır.--Advellerd 04:20, 28 dekabr 2020 (UTC)
- Advellerd-in fikirlərinə qatılıram. Elə istifadəçilər olur ki, XG şablonu yerləşdirilmir və təcrübəsizliyə gətirib çıxarır. Bu kimi halların olmaması üçün Azvikidə hər bölməyə hər hansı bir nəfəri həvalə etmək olar ki, boşluq olmasın. Bu problem təkcə xg şablonunda deyil. digər şablonlarda da var. - Xəyal Haşımov (müzakirə) 09:51, 4 yanvar 2021 (UTC)
Ana səhifə
redaktəVikipediyanın ana səhifəsində indi 53-cü həftə olmalıdır yoxsa 1-ci həftə. İdarəçilərdən kimsə əl gəzdirə bilər?— Azerifactory (müzakirə) 04:46, 28 dekabr 2020 (UTC)
- 1-ci həftə, 2021.— NMW03 (müzakirə) 15:51, 28 dekabr 2020 (UTC)
- NMW03 niyə 53-cü həftə ön səhifədə gedir?— Azerifactory (müzakirə) 07:53, 30 dekabr 2020 (UTC)
Sual
redaktəSarvan Cəfərov məqaləsini mən düzəltmişdim. Kənd təsərrüfatı naziri müavinidir. Köməkçisi mənlə əlaqə saxlayıb səhifəsinin silinməsini istəyib. Deyir özünü ensiklopedik hesab etmirəm, Silin. Mən də silinməyə namizəd səhifələr bölümünə qoymuşam. Sual olunur silinə bilər şəxs. Özü istəyir. — Rövşən İşık (müzakirə) 10:09, 28 dekabr 2020 (UTC)
- Rövşən İşık, məqalə ensiklopedik olduğu halda şəxs özü istəsə belə məqalə silinmir. Şəxs bunun üçün OTRS-ə müraciət etməlidir.— NMW03 (müzakirə) 15:49, 28 dekabr 2020 (UTC)
- NMW03 (müzakirə) o nə bilir OTRS-ə nədir? Deyir istəyirəm.— İrövşən (müzakirə) 16:11, 17 yanvar 2021 (UTC)
Ban edilən başlıq
redaktəFinlandiyanın Pirkanmaa vilayəti ilə bağlı məqalə yaratmaq istədikdə, edit notices hissəsində bu səhifənin qara siyahıda olduğu yazısı gəlir. Səbəb nədir?AfraimMammadov (müzakirə) 15:10, 28 dekabr 2020 (UTC)
- AfraimMammadov, bu MediaWiki:Titleblacklist ilə bağlıdır. Eminn 2 ay əvvəl test üçün
.*aaa*
əlavə edib. Artıq yaradabilərsiniz.— NMW03 (müzakirə) 15:38, 28 dekabr 2020 (UTC)
- NMW03, cavab və düzəliş üçün minnətdaram.AfraimMammadov (müzakirə) 16:02, 28 dekabr 2020 (UTC)
- NMW03, düzəliş üçün təşəkkür edirəm. Amma məqalədə iki "a" hərfi var, mənim əlavəmdə üç hərf olub. Əslində qara siyahıya düşməməli idi. Elə deyil?— Eminn (müzakirə) 15:55, 10 yanvar 2021 (UTC)
- Eminn, xeyr. Regexdə
.*
"hər şey" deməkdir. Yəni bu kod bütün "a"-ları seçir. Buradan baxa bilərsiniz— NMW03 (müzakirə) 17:34, 11 yanvar 2021 (UTC)
Müraciət
redaktə- Salam, əziz Vikipediya istifadəçiləri. Mən vikipediyaçıyam, bu günə qədər şəhidlərimizə bir çox məqalələr həsr etmişəm. Qarabağ müharibəsinə də redaktələr etmişəm, Gəncə bombalanması haqqında məqalə yazmışam, müzakirələrdə aktiv iştirak etmişəm. 2 aydan çox idi hərbi xidmətdə idim, müharibə iştirakçısı oldum. Artıq qayıtmışam, şəhidlərimiz və Qarabağ müharibəsi məqalələrini gördüm, çox duyğulandım. İnşallah mən yenidən bu yöndə öz töhfəmi verməyə çalışacağam, şəhidlərimiz haqqında Viki məqalələr yaradacağam. Şəhidlərimizi yaşatmaq hamımızın əsas borcumuzdur. Bir daha hamınıza təşəkkür edirəm. Hörmətlə, Anar Allahverdiyev.Xəzərli (müzakirə) 15:15, 30 dekabr 2020 (UTC)
Şəhidlərimizi Unutmayıb haqqında məqalə yazdığına görə sənə təşəkkür edirəm. İstifadəçi:Niko Azizoff (müzakirə) 10:42, 11 yanvar 2021 (UTC)
Yeni iliniz mübarək
redaktəHamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edirəm.— Azerifactory (müzakirə) 06:57, 31 dekabr 2020 (UTC)
- Hörmətli Azerifactory, təşəkkür edirəm. Sizinlə bahəm. — Surə 🗯 17:57, 31 dekabr 2020 (UTC)
- Azerifactory (müzakirə) təşəkkürlər. Sizlə bahəm. Neçə-neçə belə qələbəli illərə.— Rövşən İşık (müzakirə) 18:51, 31 dekabr 2020 (UTC)