Vikipediya Kend Meydani Arxiv Mart 2021 - Wikipedia
Wikifunctions logo contest
redaktə01:47, 2 mart 2021 (UTC)
Salam. Bu məqaləni "Xəbərlər" bölməsinə yerləşdirə bilərsiniz? --► Hörmətlə: SolaVirum 18:53, 4 mart 2021 (UTC)
- @Solavirum, salam, — Toghrul Rahimli • M/F 18:25, 5 mart 2021 (UTC)
Müzakirə şablonu
redaktəEnvikidə gördüm ki hər hansısa məqalədə müzakirə açılmadığı təqdirdə məqalənin müzakirə bölməsində müzakirə şablonu yerləşdirilib. Sual: Azvikidə də hər hansısa məqalənin müzakirə bölməsində müzakirə açılmadığı təqdirdə müzakirə şablonu yerləşdirmək olar? —Vahid Məmmədov (müzakirə) 09:34, 6 mart 2021 (UTC)
- Hörmətli Vahid Məmmədov, mənim bildiyim üzrə əgər səhifədə müzakirə aparılmayıbsa, həmin müzakirə səhifəsi silinir. — Surə 🗯 19:35, 6 mart 2021 (UTC)
- EnVikidə müzakirə aparılmasa belə, VikiLayihə şablonları əlavə olunur müzakirə səhifələrinə. Bizdə də məqalə hansısa mövcud VikiLayihənin tərkib hissəsidirsə, müzakirə səhifəsi yaradıla və VikiLayihə şablonu əlavə edilə bilər.— 127-ci yapon imperatoru 09:40, 9 mart 2021 (UTC)
Ensiklopedik əhəmiyyətlilik qaydası
redaktəSalam. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasına xeyli əlavələr etmişəm. Yaxın vaxtlarda səsverməyə çıxarmağı planlaşdırıram. Artıq bu qaydanın qəbul edilməməsinin fəsadlarını görürük. Səsverməyə çıxarana qədər müzakirə edilsə daha yaxşı olacağını düşünürəm.— NMW03 (müzakirə) 16:35, 10 mart 2021 (UTC)
- Qaydalarda problem olduğunu düşünmürəm, amma yazılışda kiçik bir detala rastladım. Ümumiyyətlə bir çox qaydada bu detala rastlayıram. Stil kitabçasında qeyd olunub:
Amma bir çox səhifədə bu qaydadan kənara çıxılıb, necə ki bu səhifədə. Bi az yersiz oldu, amma oxumağa başlayan kimi gözümə dəydi deyə qeyd etmək istədim. :)
- P.S. Vikipediyada ehtiyacımız olan ən əsas qayda budur: Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri). — Surə 🗯 10:50, 15 mart 2021 (UTC)
- Bildirdiyiniz üçün təşəkkürlər. İndi düzəldəcəm. Elm xadimləri qaydasını da işləməyi planlaşdırıram.— NMW03 (müzakirə) 16:08, 15 mart 2021 (UTC)
- @NMW03, o qaydanın adındakı "elm xadimləri" sözünü bəlkə daha ümumişlək olan "alimlər" sözü ilə əvəz edək?— samral müzakirə 13:33, 21 mart 2021 (UTC)
- Səsvermə başladı. Vikipediya:Səsvermə/Ensiklopedik əhəmiyyətlilik (şəxslər)— NMW03 (müzakirə) 14:46, 24 mart 2021 (UTC)
Mövzulu ay
redaktə- Hərkəsə salam. Mövzulu ay layihəsi tamamilə dayandırılıbmı? Çünki axırıncı mövzulu ay olaraq dekabr ayında Musiqi ayı keçirilib və nəticələri belə hesaplanmayıb. — Surə 🗯 10:59, 15 mart 2021 (UTC)
- Bəli. Yeni bir layihə fikriniz varsa verə bilərsiniz.— NMW03 (müzakirə) 16:10, 15 mart 2021 (UTC)
- Mövzulu aya bənzər layihə hazırlamaq olar. Məsələn ilin hər rübü üçün bir mövzu qoyulsun və o mövzuda plan hazırlansın. Amma plana sadəcə məqalə yaratmaq daxil olmasın. Məqalələrin genişləndirilməsindən şablona, kateqoriyadan fotoya qədər mövzuya aid olan bütün bölmələri əhatə etsin. Mövzulu aylara marağın az olmasının səbəbləri mövzunun doğru seçilməməsi və ya əhatəli olmaması, mövzuya aid planın həddindən artıq kiçik (şəxsən özümün qoşulmama səbəbi), aktivliyinin isə hədsiz aşağı olması ola bilər. Daha geniş layihə hazırlansa və istifadəçilər bu haqda məlumatlandırılsa daha effektiv olar deyə düşünürəm. — Surə 🗯 08:04, 16 mart 2021 (UTC)
- Bəli. Yeni bir layihə fikriniz varsa verə bilərsiniz.— NMW03 (müzakirə) 16:10, 15 mart 2021 (UTC)
Qayda ilə bağlı səsvermə
redaktəSalam. Burada yeni genişləndirdiyim yoxlanılabilərlik qaydalarının qəbul edilməsi ilə bağlı səsvermə başlatdım. İstəyən qoşulub fikir bildirə bilər. --► Hörmətlə: SolaVirum 18:45, 10 mart 2021 (UTC)
- Qəbul edilmiş qaydalardan heç birinə əməl edilmədiyi üçün hansısa yeni qaydanın səsverməyə çıxarılmasına da ehtiyac yozdur. Yuxarıda {{ASE}} şablonu ilə bağlı iradlarımı bildirmişəm, bir idarəçi vandalizm edir, başqaları da susaraq onun etdiyi vandalizmi dəstəkləyir. Əvvəlcə qaydaların yerinə yetirilməsinə nəzarət edən qurum olmalıdır. Təəssüf ki bunun da yaranmasına vandallar imkan vermirlər. The Encyclopedia of Shaki (müzakirə) 17:18, 11 mart 2021 (UTC)
- Nə dəxli eey? --► Hörmətlə: SolaVirum 18:19, 11 mart 2021 (UTC)
- Dəxli odur ki, ASE-nin yoxlanabilərliyinə vandalizm yolu ilə imkan verilmir. Siz də yoxlanalilərlik haqqında qaydanı müzakirəyə çıxarırsınız. Yoxlanılabilərliyə imkan verilmirsə yoxlanabilərlik qaydası nəyə lazım olacaq? The Encyclopedia of Shaki (müzakirə) 18:32, 11 mart 2021 (UTC)
- Nə dəxli eey? --► Hörmətlə: SolaVirum 18:19, 11 mart 2021 (UTC)
Novruz bayramı — 2021
redaktəBütün dostlara Novruz bayramı münasibətilə ən xoş arzularımı çatdırıram. Hər bir istifadəçinin fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Grenzsoldat (müzakirə) 19:38, 20 mart 2021 (UTC)
- Salam. Bahəm inşallah.— samral müzakirə 17:40, 21 mart 2021 (UTC)
OTRS AZ
redaktəSalamlar! Vikipediyanın rəsmi e-poçt ünvanının Azərbaycan dilindəki versiyasının yaradılması barədə nə düşünürsünüz? Türkdilli vikilərdən TRViki artıq çoxdandır istifadə edir bu sistemdən. E-poçtlar VMF nəzarəti ilə göndərilir və cavablandırılır. OTRS AZ yaradılsa 2 qolu olacaq : az-info və az-permission. Az-info qolu ümumi suallara cavab verəcək, az-permission qolu isə müəllif hüququ məsələləri ilə maraqlanacaq. İnsanlar narazılıqlarını sosial şəbəkələrdə bildirirlər, bu isə Vikipediyanın nüfuzuna ziyan vurur. Əslində haqlı olduqları məqamlar var. Çünki bizimlə birbaşa əlaqə qura bilmirlər və məcbur sosial şəbəkələrdə post paylaşırlar. Məncə rəsmi e-poçt sistemi yaratsaq və naviqasiya panelinə "bizimlə əlaqə" keçidi yerləşdirərək rəsmi e-poçt ünvanlarını qeyd etsək insanlar birbaşa bizimlə əlaqə saxlaya bilər. — Turkmen müzakirə 21:54, 18 mart 2021 (UTC)
- Lehinə: OTRS-in türkcə versiyasında və renamer qolunda çalışıram. Son dərəcə effektiv sistemdir. Sosialda müzakirə aparmaqdansa rəsmi e-poçtla yaxud Vikidə müzakirə aparmaq daha uyğundur məncə. — Turkmen müzakirə 21:54, 18 mart 2021 (UTC)
- Lehinə: çox gözəl təşəbbüsdür. Həm də ümid edirəm Vikipediyadankənar şəxslər tərəfindən çəkilmiş fotoları "Commons"a (bildiyimə görə, OTRS ilə edilir) yükləmək daha asan olar. --► Hörmətlə: SolaVirum 22:59, 18 mart 2021 (UTC)
- Lehinə: bununla bağlı müzakirə açmağı düşünürdüm məndə.— NMW03 (müzakirə) 06:29, 19 mart 2021 (UTC)
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 11:17, 19 mart 2021 (UTC)
- Lehinə: — 127-ci yapon imperatoru 06:49, 20 mart 2021 (UTC)
- Lehinə: — Xeyal (müzakirə) 09:37, 20 mart 2021 (UTC)
- Lehinə: — Toghrul Rahimli • M/F 13:22, 21 mart 2021 (UTC)
- Lehinə:— samral müzakirə 13:28, 21 mart 2021 (UTC)
Şərhlər
redaktəToplananların yerini dəyişəndə cəm dəyişmir. Əgər Kənd meydanında açıq müraciətə cavab verilmirsə, qapalı poçt müraciətinə heç cavab verən olmayacaq. Azvikini inkişaf etdirmək və azvikinin inkişafına mane olan problemlərin aradan qaldırılması, gələcək mübahisələrin həll edilməsini istəyirsinizsə, Arbitraj Komitəsini yaradın. Hər yerdə var, yalnız azvikidə yoxdur. Arbitraj Komitəsi yaradılana qədər isə bu layihəni Vikipediya:Münsiflər Şurası bərpa edin və səsə qoyun. Bütün problemlər aradan qalxacaq. Bundan sonra ziyalılar azvkidə işləyə biləcəklər. “Keçəl Əhməd”, “Əhməd Keçəl” eyni şeydir. Yəni Kənd meydanında hansı şikayət və təklifə baxan yoxdursa, o poçtla da, teleqramla da, faksla da göndərilsə baxan olmayacaq. Dünya hüquq təcrübəsində məhkəmələri, arbitrajları boş yerə yaratmayıblar, bu ququmların vəzifələri bilavəsitə şikayət və təklifləri araşdırmaq, iddiaları təmin etməkdir. The Encyclopedia of Shaki (müzakirə) 23:07, 18 mart 2021 (UTC)
- Kənd meydanında müraciət olanda bu müraciət bütün vikiicmaya yönəlir deyə istifadəçilər "mütləq cavablayan ortaya çıxacaq" psixologiyası ilə yanaşırlar. Bax: Şahid effekti.— 127-ci yapon imperatoru 06:49, 20 mart 2021 (UTC)
- Kənd meydanınına yazmağı bazarla müqaisə edək - olsun, Kənd meydanında yazmaq, bazarda car çəkib qışqırmaq. Hər iki halda qaldırılan problemin həlli, irəli sürülən iddianın təmin ediləcəyinə qarantiya yoxdur. Ən yaxşısı məhkəmədir. Baxın görün azvikidən başqa hansı vikidə arbitraj yoxdur? Və görünən budur ki burada heç vaxt da olmayacaq. Əvəzində istifadəçilərin hüquqlarını daha da azaltmağa cəhdlər edirsiniz. Bu mənim azvikidə sonuncu şərhim və sonuncu redaktəmdir. Bundan sonra heç nə yazmayacağam və heç bir redaktə etməyəcəyəm. Ta o vaxta qədər ki arbitraj, ya ən azından münsiflər olacaq. Mənim hüquqlarım təmin qorunmayan yerdə, mən kölə olmaq fikrində deyiləm. The Encyclopedia of Shaki (müzakirə) 08:48, 20 mart 2021 (UTC)
- Şikayətlənmək yerinə arbitrajın yaradılmasında kömək edə bilərsiniz. Onsuzda sizin tək işi azvikinin işini pozmaq olan Aydinsalis olduğunuzu burdakı hərkəs bilir.— NMW03 (müzakirə) 10:06, 20 mart 2021 (UTC)
- @NMW03,, siz ümumiyyətlə mənim nə yazdığımı oxuyursunuz və heç başa düşürsünüzmü? Əgər nə oxumursunuzsa və nə də başa düşmürsünüzsə, mənim Aydinsalis olduğumu hardan bilirsiniz? Arbitrajın layihəsi hazırdır, başlayın səsverməyə, Vikipediya:Münsiflər Şurası layihəsi hazırdır, bərpa edin. başlayın səsverməyə. {{ASE}} şablonunu ruvikidə yeniləmişəm, azvikidə buna imkan verilməyib, bu vandalizmdir, tədbir görün. İdərəçi deyilsinizmi? Yazdığımı oxumuş olsaydınız bunları bilməli idiniz. Mənim hərəkətlərimdə qərəzli bir şey görürsünüzsə, buyurun, tədbir görün, idarəçi deyilsinizmi? Mənim Aydinsalis olduğumu bilirsinizsə buyurun sübut edin, Metaya yazın. Əgər yazdıqlarımı edə bilmirsinizsə, zəhmət olmasa, boş yerə vaxtımı almayın və mənə cavab yazmayın. Çünki mən söz verdim ki, ta arbitraj, yaxud münsiflər yaradılana qədər azvikidə fəaliyyət göstərməyəcəm. Və mən tək deyiləm. Biz 5-6 nəfərik. Buradan fərqli olarq digər vikilərdə istifadəçilərin hüquqları qorunur, hələlik yalnız digər vikilərdə və öz vikimizdə vəfəaliyyət göstərəcəyik. The Encyclopedia of Shaki (müzakirə) 11:56, 20 mart 2021 (UTC)
- Şikayətlənmək yerinə arbitrajın yaradılmasında kömək edə bilərsiniz. Onsuzda sizin tək işi azvikinin işini pozmaq olan Aydinsalis olduğunuzu burdakı hərkəs bilir.— NMW03 (müzakirə) 10:06, 20 mart 2021 (UTC)
- Kənd meydanınına yazmağı bazarla müqaisə edək - olsun, Kənd meydanında yazmaq, bazarda car çəkib qışqırmaq. Hər iki halda qaldırılan problemin həlli, irəli sürülən iddianın təmin ediləcəyinə qarantiya yoxdur. Ən yaxşısı məhkəmədir. Baxın görün azvikidən başqa hansı vikidə arbitraj yoxdur? Və görünən budur ki burada heç vaxt da olmayacaq. Əvəzində istifadəçilərin hüquqlarını daha da azaltmağa cəhdlər edirsiniz. Bu mənim azvikidə sonuncu şərhim və sonuncu redaktəmdir. Bundan sonra heç nə yazmayacağam və heç bir redaktə etməyəcəyəm. Ta o vaxta qədər ki arbitraj, ya ən azından münsiflər olacaq. Mənim hüquqlarım təmin qorunmayan yerdə, mən kölə olmaq fikrində deyiləm. The Encyclopedia of Shaki (müzakirə) 08:48, 20 mart 2021 (UTC)
- Təftişçi sadəcə 30 gün öncə redaktə edən istifadəçiləri təftiş edə bilir. 2 ay öncə qeydiyyatdan keçmisiniz. 92 redaktəniz var bunun böyük hissəsi müzakirə səhifələridir. Aydinsalisin neçənci olduğunu bilinməyən kuklası olduğunuz üçün qeyri-müəyyən müddətə bloklanırsınız.— NMW03 (müzakirə) 14:08, 20 mart 2021 (UTC)
- @NMW03, sizinlə danışmaq təbii ki bizə xoş deyil, sadəcə, yadınıza salmaq istəyirik ki, Requests for comment/Do something about azwiki müzəkirəsində Meta adından tövsiyyə edilmişdir ki, azviki idarəçisi heç kimi Aydinsalisin kuklası adı ilə bloklaya bilməz, əvvəlcə bunu Metaya yazıb sübut etməlidir. Meta tövsiyyəsininə zidd hərəkət etdiyiniz üçün və bloklama qaydalarını pozduğunuz üçün Şəki Ensiklopediyasının idarə heyəti tərəfindən medalla təltif olundunuz. Ümid etmirik ki, medalın geri alınması üçün cəhd edəcəksiniz. Çünki əvvəlki laureatların hər biri bununla razılaşıb. 91.242.20.222 20:13, 20 mart 2021 (UTC)
- Aydinsalis olduğunuzu bir daha təsdiqlədiyiniz üçün təşəkkürlər . Həmin "Aydinsalisin kuklası adı ilə bloklaya bilməz" cümləsini isə həmin müzakirədə tapa bilmədim. Lap varsa belə bunu "Meta tövsiyyə etmir". Ordakı istifadəçilərdən birinin fikridir. Meta məhkəmə deyil.— NMW03 (müzakirə) 20:31, 20 mart 2021 (UTC)
- Nəyi və necə təsdiqləmişəm? . This is a rather dumb way of handling globally banned users. If that is really a globally banned user, you should not be blocking the user but asking WMF (ca at wikimedia dot org) to globally lock the account so they are blocked from all wikis. They also have access to CheckUser and private information and can make a much better determination than you can of sockpuppetry. Also, their name is on the logs, not yours, so you are not the target of any retribution, which is typical for globally banned users. --Rschen7754 18:23, 10 May 2019 (UTC) Metada yeni müzakirə açmışıq, burada yazdıqlarınızı ingiliscəyə tərcümə edib, orada da yazın. Amma onu düz deyirsiniz, Meta tövsiyyə etmir, Meta tələb edir əslində, ümum-vikipediya qaydalarına əməl etməyi tələb edir. 91.242.20.222 20:57, 20 mart 2021 (UTC)
- Salam NMW03. Düşünürəm ki, tədbiq etdiyiniz blok əsassızdır. İstifadəçi sadəcə müzakirələrdə iştirak edir. Yəni redaktə müharibəsi, təhqir və s. kimi pozucu fəaliyyəti yoxdur. Çoxsaylı hesabdan sui-istifadəni konkret təsdiqləmək də mümkün deyil. Çünki dediyiniz kimi IP məlumatları müəyyən müddət sonra itir. Yəni ortada kukla məsələsi barədə konkret sübut yoxdur. Təklif edirəm ki, bloku açım, ya özünüz açın. Çünki ortada səbəb yoxdur. Sizə hörmətlə, Turkmen müzakirə 21:04, 21 mart 2021 (UTC)
- Nəyi və necə təsdiqləmişəm? . This is a rather dumb way of handling globally banned users. If that is really a globally banned user, you should not be blocking the user but asking WMF (ca at wikimedia dot org) to globally lock the account so they are blocked from all wikis. They also have access to CheckUser and private information and can make a much better determination than you can of sockpuppetry. Also, their name is on the logs, not yours, so you are not the target of any retribution, which is typical for globally banned users. --Rschen7754 18:23, 10 May 2019 (UTC) Metada yeni müzakirə açmışıq, burada yazdıqlarınızı ingiliscəyə tərcümə edib, orada da yazın. Amma onu düz deyirsiniz, Meta tövsiyyə etmir, Meta tələb edir əslində, ümum-vikipediya qaydalarına əməl etməyi tələb edir. 91.242.20.222 20:57, 20 mart 2021 (UTC)
- Aydinsalis olduğunuzu bir daha təsdiqlədiyiniz üçün təşəkkürlər . Həmin "Aydinsalisin kuklası adı ilə bloklaya bilməz" cümləsini isə həmin müzakirədə tapa bilmədim. Lap varsa belə bunu "Meta tövsiyyə etmir". Ordakı istifadəçilərdən birinin fikridir. Meta məhkəmə deyil.— NMW03 (müzakirə) 20:31, 20 mart 2021 (UTC)
- Turkmen, istifadəçinin yoxlanılması üçün fonda mail atmışdım. Hal-hazırda fond onun kukla olduğunu təsdiqlədi və istifadəçini qlobal olaraq blokladı.— NMW03 (müzakirə) 00:04, 26 mart 2021 (UTC)
- NMW03 heç nə təsdiqlənməyib, yalan danışma! Sadəcə siz yalan məlumat göndərmisiniz metaya və mən burada söz verirəm ki, sizin kim olduğunuzu, nə məqsədə qulluq etdiyinizi isə metada tam subut edəcəyəm, sağlıq olsun. 91.242.21.8 19:03, 26 mart 2021 (UTC)
- Nə məlumatı göndərmişəm? Sadəcə şübhələndiyimi yazmışam onlarda ip ünvanınızı yoxlayıb bloklayıblar. Nə məqsədə qulluq etdiyim mənədə maraqlıdır :) deyə bilərsiniz?— NMW03 (müzakirə) 19:14, 26 mart 2021 (UTC)
- NMW03 mənə sual verib, aypimi də bloklayırsan? Sizin kimilərin Vikipediyada məqsədi və fəaliyyəti elə belə şeylərlə məhdudlaşır. Başqa heç bir marağınız yoxdur. Mən amma qısa müddət ərzində bir neçə məqalə yaratdım, Vikipediyaya ilk dəfə 2-ci Qarabağ müharibəsinin interaktiv xəritəsini yüklədim, Azərbaycan mədəniyyətini təbliğ edərək xalqıma xidmət etdim, {{ASE}} şablonunu yeniləyərək unikal şablon yaratdım, burada imkan verilməsə də ruvikidə etdim. Butün həyatımı bu istiqamətdə davam etdirəcəyəm. Siz və sisinkimilər isə həmişə mənə mane olmağa çalışacaqsınız. Mənim aypilərimdə heç bir problem yoxdur. Problem sizdədir. Sizdə mübahisələri həll etmək üçün heç bir instansiya yoxdur və yaxın gələcəkdə də olmayacaq. Metaya müraciətimdə bunu dəqiq göstərmişəm, Arbitrajın adını çəkən hər bir istifadəçi əvvəl lokal, sonra isə qlobal bloklanır. Axı Arbitraj olarsa sisin və sizin kimilərin fəaliyyəti xeyli məhdudlaşacaq. Bu yazdıqlarımı da metaya yaz, de ki aypimi də qlobal bloklasınlar. Sənin işin budur, mənim işim isə Vətənə xidmət etməkdir. Hər birimiz öz yolumuzla gedək. Allah kərimdir. 91.242.21.165 19:41, 26 mart 2021 (UTC)
- Nə məlumatı göndərmişəm? Sadəcə şübhələndiyimi yazmışam onlarda ip ünvanınızı yoxlayıb bloklayıblar. Nə məqsədə qulluq etdiyim mənədə maraqlıdır :) deyə bilərsiniz?— NMW03 (müzakirə) 19:14, 26 mart 2021 (UTC)
- Vikipediyada vətən deyilən bir şey yoxdur. Bura tərəfsiz platformadır. Sizin işiniz isə ancaq onu buna böhtan atmaq və ya təhqir etməkdir. Cimmi Ueylsə "sən azvikini Azərbaycan hökumətinə satmısan" deməyiniz bunun ən yaxşı nümunəsidir. Nəysə.— NMW03 (müzakirə) 19:49, 26 mart 2021 (UTC)
- NMW03 mən Cimmi Ueylsə hələ müraciət etməmişəm amma, amma tezliklə edəcəyəm. Düşünmürəm ki, o nəyisə satıb, o layihənin müəllifidir, heç nə sata bilməz. Və mən heç kimə böhtan atmamışam, belə işləri siz edirsiniz, Cimmi Ueyls də buna bir nümunə. Mənə qarşı iddianız üçün isə heç bir nümunə göstərə bilməzsiniz. Bəli, Vikipediyada Vətən anlayışı yoxdur, vətən şəxsiyyətə aiddir. Buna görə də Azərbaycan mədəniyyəti ilə bağlı məqalələri əcnəbilər yox, azərbaycanlılar yaradırlar. Mənim fəaliyyətim sizə məlum deyildirsə, mən qısa yazdım, bəs siz heç vicdan əzabı çəkdinizmi ki, mənim kimi redaktor bloklanıb? Mən axı yalnız yaxşı işlər görmüşəm, dağrudanmı yaxşı adama pis deyəndə vicdan əzabı çəkmirsiniz? Allahdan qorxmursunuz? Nə isə... deyiləcək başqa sözüm yox. Biz tezliklə başqa yerdə görüşəcəyik. 91.242.21.165 20:12, 26 mart 2021 (UTC)
- NMW03 META yazır ki vikipediyaçıları təhqir etdiyin üçün səni qlobal blokladıq. Azvikinin Kənd meydanında üzr istə blokunu açaq. Amma mən bilmirəm, kimi təhqir etmişəm və kimdən üzr istəməliyəm? Mən bilirəm ki, könüllülərin azvikidə fəaliyyətinin qarşısını almaq üçün dəqiq mexanizm qurulub. Sən normal bir redaktə edirsən, biri gəlib sənə ilişir, qəsdən mübahisə yaradır və sonda sən bloklanırsan. Bu işləri edənləri də vaxtlı-vaxtında dəyişdirirlər, aradan götürürlər. Amma mexanizm əvvəlki qaydada qalır. Mən heç kimdən üzr üstəmirəm və üzr istəməyəcəyəm. Çünki Vikipediya mənə lazım deyil, mən Vikipediyaya lazımam və mənim şərəfim var. Siz də şərəflə yaşamağa çalışın. Heç olmasa Ceklinin aqibətinin necə olduğunu xatırlayın. Bu gün haradadır, yerini bilən varmı? Adam arasına çıxmağa da üzü yoxdur indi. Sizlərdən hamınızın aqibəti belə ola bilər, daha doğrusu olacaq, bunu unutmayın. 91.242.20.173 15:52, 29 mart 2021 (UTC)
- Şəki ensiklopediyasında millətə "Şərəfsizliyə görə" ordenini verib indi şərəfdən danışırsınız? Cekli problemli idarəçi idi. Axırda meta statusunu aldı. O da bir növ küsüb getdi. NMW03 (müzakirə) 21:31, 29 mart 2021 (UTC)
- NMW03 "Şərəfsizliyə görə" medalının mənə heç bir aidiyyəti yoxdur və bu azvikinin inkişafı üçün təsis edilib. Cekli isə başqasının diqtəsi ilə hərəkət edirdi, o elə bilirdi toxunulmazdır, ona diqtə edənlər, onu qoruyacaqlar, amma sonda başa düşdü ki böyük oyunun piyadasından başqa bir şey olmayıb və nifrətdən başqa heç nə qazanmayıb, digər idarəçilər və siz də başçının diqtəsi ilə hərəkət edirsiniz. Sizin bürokrat Eldaridoya e-mail yazmışam, qorxusundan cavab verə bilmir, 10 gündür, bəlkə daha çox vaxt ötüb. Çünki ona icazə vermirlər cavab yazmağa. Burada vəziyyətin necə olduğunu meta çox gözəl bilir, amma onların öz maraqlqrı var. Onlar üçün maraqlı deyil ki, azvikidə arbitraj yoxdur, apelyasiya yoxdur, münsiflər yoxdur, kim kimi istəyirsə bloklayır, məqalələr pis gündədir. Onlar hesab edirlər ki Azərbaycan geridə qalmış Afrika ölkələri kimi bir yerdir, hələlik bacardıqları budur, bundan yaxşı heç nə edə bilməzlər. Əslində bir növ haqlıdırlar, təsəvvür edin ki, dövlət dəstəyi olmasaydı indi azvikidə 180 min yox, 1800 məyalə olardı, ya o da olmazdı... Nə isə bir kəlmə də mənim blokumun səbəbi üzərində duraq. Deməli, mən azvikiyə yenilik gətirirəm, ASE şablonunu yoxlanılabilən edirəm və buna görə də məni bloklayırlar. Ay Aydinsalis belə getdi, aypi belə gəldi, bunlar boş şeylərdir, faktiki azvikidə bir şablonu yenilədiyim üçün bloklanmışam. Hası ki ruvikidə buna görə mənə təşəkkür ediblər. Öz hərəkətinizdən heç utanırsınızmı? 91.242.20.118 01:00, 30 mart 2021 (UTC)
- Şəki ensiklopediyasında millətə "Şərəfsizliyə görə" ordenini verib indi şərəfdən danışırsınız? Cekli problemli idarəçi idi. Axırda meta statusunu aldı. O da bir növ küsüb getdi. NMW03 (müzakirə) 21:31, 29 mart 2021 (UTC)
- NMW03 META yazır ki vikipediyaçıları təhqir etdiyin üçün səni qlobal blokladıq. Azvikinin Kənd meydanında üzr istə blokunu açaq. Amma mən bilmirəm, kimi təhqir etmişəm və kimdən üzr istəməliyəm? Mən bilirəm ki, könüllülərin azvikidə fəaliyyətinin qarşısını almaq üçün dəqiq mexanizm qurulub. Sən normal bir redaktə edirsən, biri gəlib sənə ilişir, qəsdən mübahisə yaradır və sonda sən bloklanırsan. Bu işləri edənləri də vaxtlı-vaxtında dəyişdirirlər, aradan götürürlər. Amma mexanizm əvvəlki qaydada qalır. Mən heç kimdən üzr üstəmirəm və üzr istəməyəcəyəm. Çünki Vikipediya mənə lazım deyil, mən Vikipediyaya lazımam və mənim şərəfim var. Siz də şərəflə yaşamağa çalışın. Heç olmasa Ceklinin aqibətinin necə olduğunu xatırlayın. Bu gün haradadır, yerini bilən varmı? Adam arasına çıxmağa da üzü yoxdur indi. Sizlərdən hamınızın aqibəti belə ola bilər, daha doğrusu olacaq, bunu unutmayın. 91.242.20.173 15:52, 29 mart 2021 (UTC)
- NMW03 mən Cimmi Ueylsə hələ müraciət etməmişəm amma, amma tezliklə edəcəyəm. Düşünmürəm ki, o nəyisə satıb, o layihənin müəllifidir, heç nə sata bilməz. Və mən heç kimə böhtan atmamışam, belə işləri siz edirsiniz, Cimmi Ueyls də buna bir nümunə. Mənə qarşı iddianız üçün isə heç bir nümunə göstərə bilməzsiniz. Bəli, Vikipediyada Vətən anlayışı yoxdur, vətən şəxsiyyətə aiddir. Buna görə də Azərbaycan mədəniyyəti ilə bağlı məqalələri əcnəbilər yox, azərbaycanlılar yaradırlar. Mənim fəaliyyətim sizə məlum deyildirsə, mən qısa yazdım, bəs siz heç vicdan əzabı çəkdinizmi ki, mənim kimi redaktor bloklanıb? Mən axı yalnız yaxşı işlər görmüşəm, dağrudanmı yaxşı adama pis deyəndə vicdan əzabı çəkmirsiniz? Allahdan qorxmursunuz? Nə isə... deyiləcək başqa sözüm yox. Biz tezliklə başqa yerdə görüşəcəyik. 91.242.21.165 20:12, 26 mart 2021 (UTC)
- Yekdilliklə qəbul edildi.— Turkmen müzakirə 17:36, 3 aprel 2021 (UTC)
Layihə təklifi, təhsis məsələsi
redaktəSalam. Azərbaycanca Vikipediyada redaktorlar məqalə yazarkən çox vaxt ingilis, rus, ya da türkcə ekvivalentlərini tərcümə edir. Bu zaman məqalənin mətnində qrammatik və leksik xətalar ortaya çıxır (xüsusilə də status üçün namizəd göstərmək məqsədilə olur). Bəzən namizəd məqalələrdə açıq-aşkar qrammatik xətalar olmasına rəğmən yenə də status alırlar. İngiliscə Vikipediyada bu cür problemləri həll etmək üçün "WikiProject Guild of Copy Editors" layihəsi var. Burada istifadəçilər Azərbaycan dilini daha peşəkar şəkildə qavramış istifadəçilərə müraciət edir, istəlinən məqalə təshih edilir (təshih – yazıda səhvləri, nöqsanları düzəltmə). Buna görə də təklif edirəm ki, "VikiLayihə Təhsisçilər İttifaqı" layihəsinə start verək. Həmçinin, məqalə "əndirəbani" formada yazılıbsa, mətni ümidsiz haldadırsa, iş aparılmasın. Çünki burada müəllifə deyərlər, "sən nə yazdığını özün başa düşə bilirsən"? Lakin narahatam ki, istifadəçilər bu layihə ilə maraqlanmaz, "qrammatik səhvlər var" deyib məqalədə lazımi düzəlişləri aparmaz. Nə düşünürsünüz? --► Hörmətlə: SolaVirum 20:05, 31 mart 2021 (UTC)
- Məkəmməl fikirdir. Amma yenə də belə bir problem var: Aktivlik. Ümumiyyətlə düşünmürəm ki, əksər istifadəçilər status üçün səsverdikdə belə məqalədə kiçik bir qüsur tapdıqda bunu şərh kimi yazır və ya əleyhinə səs verir. Halbuki bəzi səhvləri istifadəçi özü də düzəldə bilər, nəyinki müəllif. Ümid edirəm layihəyə start verilər və doğru addımlar atılar. Amma hər halda aktivliyin aşağı olması narahatlıq doğurur. — Surə 🗯 09:03, 1 aprel 2021 (UTC)