Vikipediya Kend Meydani Arxiv Noyabr 2021 - Wikipedia
Dağ kəli: ad dayəşiməsi
redaktəSalam, @İstifadəçi:White Demon adlı istifadəçi Dağ kəli səhifəsini silərək və redirekt qoyaraq səhifəni adını dəyişdirib Zubr qoyub, halbuki ondan öncəki versiyada Dağ kəli sözünün mənbəsi varıydı.
Dağ kəli, Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), Bakı, 1909, Зубръ داغ كلى да кели (s.123)Sebirkhan (müzakirə) 19:49, 28 oktyabr 2021 (UTC)
- Ən sonuncu orfoqrafiya lüğəti bizim mənbəmiz olmalıdır. Bu səbəbdən @White Demon tərəfindən icra edilən adlandırma düzgündür. - Dr.Wiki54 (müzakirə) 19:52, 28 oktyabr 2021 (UTC)
- Bu il çıxan orfoqrafiya lüğətində zubr sözü var, 2021-ci ilin mənbəsidir. Siz isə 1909-cu ildən qalma mənbəni təqdim edirsiz. Quqlda da araşdıranda görmək olar ki, "dağ kəli" variantı demək olar ki, heç işlənmir, hətta işlənəndə başqa heyvanı bildirmək üçün işlədilir. Əsas istifadə olunan forma zubr kimi gedir.— White Demツnyaz 19:55, 28 oktyabr 2021 (UTC)
- 1909 cu ilin mənbəsi misaldır, bu söz Azərbaycan dilinin izahlı lüğətində də var
dağkəli [dağkəli] isim Zoologiya. Dağlıq yerlərdə yaşayan vəhşi kəl. Azərbaycan dilinin izahlı lüğəti https://www.azleks.az/online-dictionary/da%C4%9Fk%C9%99li/?s=4 Sebirkhan (müzakirə) 19:56, 28 oktyabr 2021 (UTC)
- mənbə istəyirsiniz 2021=ci ilin orfoqrafiya lüğətində 142-ci səhifədə dağkəli sözü işlənilir, buyurun baxın http://dilcilik.az/sozlukler/Orfoqrafiya_2021.pdf Sebirkhan (müzakirə) 20:00, 28 oktyabr 2021 (UTC)
- Sebirkhan, burda nəzərdə tutulan dağkəli başqa heyvandır. Dağıstan turunun digər adları dağ kəli və ya dağ keçisi kimi də gedir.— White Demツnyaz 20:02, 28 oktyabr 2021 (UTC)
- Əgər elə deyirsinizsə niyə onda Dağıstan turuna o adı əlavə etmirsiniz? Məncə Dağıstan turunun yanına bu ad əlavə olunsa başqa bir səbəblə oradan yığışdıralacaq Sebirkhan (müzakirə) 20:05, 28 oktyabr 2021 (UTC)
- Bundan əlavə, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu heyvandan zubr kimi bəhs edir.— White Demツnyaz 20:06, 28 oktyabr 2021 (UTC)
- Təklif edirəm ki, "Dağkəli" sözü ya zubr ya dağıstan turu səhifəsinə alternativ ad kimi qoşulsun Sebirkhan (müzakirə) 20:08, 28 oktyabr 2021 (UTC)
- Yenə də izahlı lüğətdən gələn təsvirini qeyd etmək istəyirəm.
- dağkəli [dağkəli] isim Zoologiya. Dağlıq yerlərdə yaşayan vəhşi kəl. Azərbaycan dilinin izahlı lüğəti https://www.azleks.az/online-dictionary/da%C4%9Fk%C9%99li/?s=4
- burada vəhşi KƏL sözü işlənilir. kəl sözü buyvol falana oxşar heyvanlara deyirlər, burada aydındır ki söhbət keçidən getmir, ayrıca məsləhət edirəm google photos'da kəl sözünü axtarasınız Sebirkhan (müzakirə) 20:12, 28 oktyabr 2021 (UTC)
- Xahiş edirəm, bu linkə keçərək kəl sözünə aid heyvanları görəsiniz https://www.google.com/search?q=k%C9%99l&sxsrf=AOaemvKp8Ri5GGcqvxLaz4i21pLwbDfHRg:1635451812172&source=lnms&tbm=isch&sa=X&ved=2ahUKEwi32r7i9O3zAhW78rsIHb5iDsMQ_AUoAXoECAEQAw&biw=1440&bih=800&dpr=2 Sebirkhan (müzakirə) 20:15, 28 oktyabr 2021 (UTC)
- Dağıstan turuna istiqamətləndirmə verilə bilər, amma zubra verilməsi düzgün deyil. Çünki heç yerdə görmədim ki, bu heyvana dağkəli kimi xitab edilsin. Hətta azərbaycanca-rusca lüğətdə "dağkəli" sözünün tərcüməsi "лось" (yəni sığın) kimi verilib. Hətta azərbaycanca-fransızca lüğətdə də bu sözün tərcüməsi "élan" (sığın) kimi gedir. Azərbaycanca-ingiliscə lüğətdə də "elk" (sığın). Odur ki, sığın məqaləsinə istiqamətləndirmə verilməsi ən dəqiq variantdır, nəinki dağıstan turuna.— White Demツnyaz 20:18, 28 oktyabr 2021 (UTC)
- Əgər elə deyirsiniz zəhmət olmasa KƏL sözünün anlamını qeyd edə bilərsiniz? Sebirkhan (müzakirə) 20:19, 28 oktyabr 2021 (UTC)
- kəl [kəl] isim
- İş heyvanı kimi istifadə edilən camışın erkəyi.
- <br> nə sığın nə keçi kəl anlamına gəlmir Sebirkhan (müzakirə) 20:21, 28 oktyabr 2021 (UTC)
- Kəl sözünün müzakirə ilə əlaqəsi var ki? Suitinin də itlə əlaqəsi yoxdur, nə olsun? Ya da yaponlar qabana "yama kucira" deyirlər, yəni "dağ balinası", nə olsun ki, qabanla balina oxşamır? Biz burda konkret dağkəli sözündən bəhs edirik.— White Demツnyaz 20:24, 28 oktyabr 2021 (UTC)
- Düz deyirsiniz, ona görə Azərbaycan dilinin İzahlı Lüğətində DAĞKƏLİ sözünün təsviri var:
- dağkəli [dağkəli] isim Zoologiya. Dağlıq yerlərdə yaşayan vəhşi kəl.
- Mən burda görmürəm ki yazılsın, ki bir vəhşi turun ya keçinin adıdır, bura aydın yazılıb ki, dağ yerində yaşayan vəhşi kəlin adıdır Sebirkhan (müzakirə) 20:27, 28 oktyabr 2021 (UTC)
- Hörmətli yoldaş, orda yazılıb ki, vəhşi kəl. Siz hardan bilirsiz ki, burda bəhs edilən vəhşi kəl hansıdır? Bəlkə zebunu deyir? Bəlkə Asiya kəlini deyir? Bəlkə sığındır?— White Demツnyaz 20:32, 28 oktyabr 2021 (UTC)
- Azərbaycan təbiətində nə zebu nə də asiya kəli yaşamır, lap yaşasa da bu variantlar daha yaxındır. Dağ kəlməsi də onu yaşadığı ərazini bildirir. Orada keçi, ya sığın, ya tur adı getmir, və aydındır ki söhbət dağ ərazisində yaşayan vəhşi kəldən gedir, bu təsvirə Azərbaycan təbiətində ancaq dediyiniz Avropa bizonu uyğun gəlir. Sebirkhan (müzakirə) 20:38, 28 oktyabr 2021 (UTC)
- Xahiş edirəm ki, quqlda "dağkəli" sözünü axtarışa verib çıxan şəkillərə baxın, sonra "zubrlar" yazıb çıxan şəkillərə baxın. Fərq göz qabağındadır.— White Demツnyaz 20:45, 28 oktyabr 2021 (UTC)
- Niyə görə "dağkəli" yazanda Avropa bizonunun cəmi 2 şəkli qabağıma çıxır, amma "zubrlar" yazan kimi bir xeyli şəkil çıxır qabağıma?— White Demツnyaz 20:48, 28 oktyabr 2021 (UTC)
- O iki şəkildə həftə.az saytındakı yazıdandır və elə bu məqalədəki köhnə yazını copy-paste ediblər.— White Demツnyaz 20:53, 28 oktyabr 2021 (UTC)
- Dağkəli sözünün mənası izahlı lüğətdə aydınca yazılıb: Dağlıq yerlərdə yaşayan vəhşi kəl.
- Əgər siz Azərbaycan heyvanatına aid dağlıq yerlərdə yaşayan ikinci vəhşi kəli tanıyırsınızsa buyurun yazın səhvliyimi qəbul edim. Sebirkhan (müzakirə) 06:59, 29 oktyabr 2021 (UTC)
- Hörmətli yoldaş, siz mənə bir dənə etibarlı mənbə atın ki, orada Avropa bizonunun şəkli olsun və ona dağkəli kimi xitab edilsin. Məsələ bu qədər sadədir. Mən sizə min dənə link ata bilərəm ki, Avropa bizonunun şəkli var və ona zubr kimi xitab edilir. Yoxsa siz özünüz ortaya bir nəticə atmısız özünüzdən, israrla deyirsiz bu heyvandır. İzahlı lüğətdə heç demir ki, Azərbaycan təbiətində dağlıq yerdə yaşayan vəhşi kəl. Sadəcə deyir dağlıq yerdə yaşayan vəhşi kəl. Dünyanın istənilən yerindən söhbət gedə bilər. White Demツnyaz 16:52, 29 oktyabr 2021 (UTC)
- Siz deyirsizniz ki zebu falan ola bilər? zebu niyə olsun ki əgər zebu Azərbaycan təbiətində olmayıb və zebunun öz adı var, avropa bizonu isə Azərbaycan təbiətində yer almış heyvandır və əlbəttə rus təsiri dilimizə gəlmədən bu heyvanın adı vari idi. Mənbəni mən izahlı lüğəti göstərirəm, aydın şəkildə yazılıb bu hansı heyvandır Sebirkhan (müzakirə) 18:57, 29 oktyabr 2021 (UTC)
- Mən öyrənmək istəyərdim o avropa bizonu deyilsə kimdir bəs? Sebirkhan (müzakirə) 19:05, 29 oktyabr 2021 (UTC)
- Mən təklif edirəm ki, bu mövzu səsverməyə çıxarılsın. Nəyə görə bir adam qərar verməlidir ki heyvanın adı rusca zubr olsun?
- Mənim arqumentim ondadır ki, dağkəli sözünün mənası aydın olaraq Azərbaycan dilinin izahlı lüğətində yazılıb: Dağlıq yerlərdə yaşayan vəhşi kəl. Əgər bu başqa dövlətdə olan bir heyvan olsaydı yazılardı Afrikadakı, Orta Asyadakı, Hindistandaki və s. amma bu bizim dağkəli haqqında yazılıb. Əlbəttə, rus dilinin təsiri (XIX-XX əsrlər) olmayana kimi bu heyvanın adı var idi və mən bu mövzunu səsverməyə çıxarlmağını təklif edirəm Sebirkhan (müzakirə) 11:00, 30 oktyabr 2021 (UTC)
- Ay yoldaş, "zubr" sözü Azərbaycan dilində olan sözdür. Lüğətdə varsa, artıq Azərbaycan dilinin sözüdür. Sizə mənbələr atım ki, bu heyvanın bizim dildə əsas işlənmə forması zubr kimidir: [1] [2] [3] [4][5][6][7][8][9][10][11][12][13][14][15][16] White Demツnyaz 16:43, 30 oktyabr 2021 (UTC)
- İzahlı lüğətdə "balina" sözünün izahı "Bədəncə balığa oxşar çox iri dəniz məməlisi" kimi gedir. Yer yazılmayıb, deməli Azərbaycan ərazisində və ya Xəzərdə balina yaşayır bu məntiqlə? Arqumentləriniz sırf öz şəxsi gümanlarınıza əsaslanır, mənsə konkret 16 mənbə atdım artıq. White Demツnyaz 16:50, 30 oktyabr 2021 (UTC)
- Mən sizə lap əvvəldən mənbə atmışam ruscadan azərbaycancaya olan lüğətdə Зубр dağ kəli kimi tərcümə olunub, bunu saymırsınız? Mən yenə istifadəçilərə müraciət edirəm ki bunu səsverməyə daşısınlar ki buna bir adam qərar verməsin və ədalətli olsun Sebirkhan (müzakirə) 17:43, 30 oktyabr 2021 (UTC)
- Hörmətli yoldaş, 1904-cü ilin ya da 1909-cu ilin lüğətini niyə əsas götürürük? Dil dəyişir, təsirlərə məruz qalır, sözlər çıxır, yeniləri gəlir, yeni söz bazası formalaşır. Bugün bizim işlətdiyimiz bir söz bəlkə 50 il sonra unudulacaq. Mən 1800-cu illərin ingilis qəzetlərini oxuyuram, hər 3-4 sözdən biri artıq indi fərqlidir, oxuya bilmirəm qəzeti. Sizə BBC, Yeni Azərbaycan Partiya, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi kimi saytlardan güncəl mənbələr atmışam o qədər, heç bir münasibət bildirmirsiniz. Müzakirəni boşuna uzatmaq fikrində deyiləm artıq. Vikipediyada bu cür məsələlər səsvermə ilə deyil, müzakirələrlə həll olunur. İstənilən istifadəçi müzakirəyə qoşulub fikrini bildirməkdə sərbəstdir. White Demツnyaz 18:20, 30 oktyabr 2021 (UTC)
- Siz deyirsiniz dil dəyişir? Lap yaxşı, onda gəlin qeyd edək köhnə mənbələrdə dağkəli kimi gedirdi. Axı siz buna da razı deyilsiniz, siz bunun izini ümumiyyətlə pozmaq istəyirsiniz və mən buna qarşıyam. Qarşıyam ki, o boyda dilçi alim olan Sultan-Məcid Qənizadənin lüğətini heçnə sayırsınız Sebirkhan (müzakirə) 09:37, 31 oktyabr 2021 (UTC)
- Mən idarəçilərdən xahiş edirəm ki, bu mövzu səsverməyə çıxarılsın, buna bir nəfər qərar verməsin, çünki mən bütün lazımi mənbələri göstərmişəm, lüğətdə yazılıb зубр - dağkəli @İstifadəçi:Sortilegus @İstifadəçi:Wertuose @İstifadəçi:Babək Akifoğlu @İstifadəçi:Araz Yaquboglu @İstifadəçi:Qolcomaq @İstifadəçi:Turkmen Sebirkhan (müzakirə) 09:45, 31 oktyabr 2021 (UTC)
- Mənim üçün problem deyil, etimologiya bölməsinə lazımı əlavəni etdim. Mən bayaqdan məqalənin adından, girişindən və istiqamətləndirmədən danışırdım. White Demツnyaz 17:44, 31 oktyabr 2021 (UTC)
- onda tamam, umudam ki, ikimiz razı qaldıq Sebirkhan (müzakirə) 14:12, 1 noyabr 2021 (UTC)
- Siz deyirsiniz dil dəyişir? Lap yaxşı, onda gəlin qeyd edək köhnə mənbələrdə dağkəli kimi gedirdi. Axı siz buna da razı deyilsiniz, siz bunun izini ümumiyyətlə pozmaq istəyirsiniz və mən buna qarşıyam. Qarşıyam ki, o boyda dilçi alim olan Sultan-Məcid Qənizadənin lüğətini heçnə sayırsınız Sebirkhan (müzakirə) 09:37, 31 oktyabr 2021 (UTC)
- Hörmətli yoldaş, 1904-cü ilin ya da 1909-cu ilin lüğətini niyə əsas götürürük? Dil dəyişir, təsirlərə məruz qalır, sözlər çıxır, yeniləri gəlir, yeni söz bazası formalaşır. Bugün bizim işlətdiyimiz bir söz bəlkə 50 il sonra unudulacaq. Mən 1800-cu illərin ingilis qəzetlərini oxuyuram, hər 3-4 sözdən biri artıq indi fərqlidir, oxuya bilmirəm qəzeti. Sizə BBC, Yeni Azərbaycan Partiya, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi kimi saytlardan güncəl mənbələr atmışam o qədər, heç bir münasibət bildirmirsiniz. Müzakirəni boşuna uzatmaq fikrində deyiləm artıq. Vikipediyada bu cür məsələlər səsvermə ilə deyil, müzakirələrlə həll olunur. İstənilən istifadəçi müzakirəyə qoşulub fikrini bildirməkdə sərbəstdir. White Demツnyaz 18:20, 30 oktyabr 2021 (UTC)
- Mən sizə lap əvvəldən mənbə atmışam ruscadan azərbaycancaya olan lüğətdə Зубр dağ kəli kimi tərcümə olunub, bunu saymırsınız? Mən yenə istifadəçilərə müraciət edirəm ki bunu səsverməyə daşısınlar ki buna bir adam qərar verməsin və ədalətli olsun Sebirkhan (müzakirə) 17:43, 30 oktyabr 2021 (UTC)
- Mən öyrənmək istəyərdim o avropa bizonu deyilsə kimdir bəs? Sebirkhan (müzakirə) 19:05, 29 oktyabr 2021 (UTC)
- Siz deyirsizniz ki zebu falan ola bilər? zebu niyə olsun ki əgər zebu Azərbaycan təbiətində olmayıb və zebunun öz adı var, avropa bizonu isə Azərbaycan təbiətində yer almış heyvandır və əlbəttə rus təsiri dilimizə gəlmədən bu heyvanın adı vari idi. Mənbəni mən izahlı lüğəti göstərirəm, aydın şəkildə yazılıb bu hansı heyvandır Sebirkhan (müzakirə) 18:57, 29 oktyabr 2021 (UTC)
- Hörmətli yoldaş, siz mənə bir dənə etibarlı mənbə atın ki, orada Avropa bizonunun şəkli olsun və ona dağkəli kimi xitab edilsin. Məsələ bu qədər sadədir. Mən sizə min dənə link ata bilərəm ki, Avropa bizonunun şəkli var və ona zubr kimi xitab edilir. Yoxsa siz özünüz ortaya bir nəticə atmısız özünüzdən, israrla deyirsiz bu heyvandır. İzahlı lüğətdə heç demir ki, Azərbaycan təbiətində dağlıq yerdə yaşayan vəhşi kəl. Sadəcə deyir dağlıq yerdə yaşayan vəhşi kəl. Dünyanın istənilən yerindən söhbət gedə bilər. White Demツnyaz 16:52, 29 oktyabr 2021 (UTC)
- O iki şəkildə həftə.az saytındakı yazıdandır və elə bu məqalədəki köhnə yazını copy-paste ediblər.— White Demツnyaz 20:53, 28 oktyabr 2021 (UTC)
- Niyə görə "dağkəli" yazanda Avropa bizonunun cəmi 2 şəkli qabağıma çıxır, amma "zubrlar" yazan kimi bir xeyli şəkil çıxır qabağıma?— White Demツnyaz 20:48, 28 oktyabr 2021 (UTC)
- Hörmətli yoldaş, orda yazılıb ki, vəhşi kəl. Siz hardan bilirsiz ki, burda bəhs edilən vəhşi kəl hansıdır? Bəlkə zebunu deyir? Bəlkə Asiya kəlini deyir? Bəlkə sığındır?— White Demツnyaz 20:32, 28 oktyabr 2021 (UTC)
- Əgər elə deyirsiniz zəhmət olmasa KƏL sözünün anlamını qeyd edə bilərsiniz? Sebirkhan (müzakirə) 20:19, 28 oktyabr 2021 (UTC)
- Təklif edirəm ki, "Dağkəli" sözü ya zubr ya dağıstan turu səhifəsinə alternativ ad kimi qoşulsun Sebirkhan (müzakirə) 20:08, 28 oktyabr 2021 (UTC)
Meet the new Movement Charter Drafting Committee members
redaktəThe Movement Charter Drafting Committee election and selection processes are complete.
- The election results have been published. 1018 participants voted to elect seven members to the committee: Richard Knipel (Pharos), Anne Clin (Risker), Alice Wiegand (Lyzzy), Michał Buczyński (Aegis Maelstrom), Richard (Nosebagbear), Ravan J Al-Taie (Ravan), Ciell (Ciell).
- The affiliate process has selected six members: Anass Sedrati (Anass Sedrati), Érica Azzellini (EricaAzzellini), Jamie Li-Yun Lin (Li-Yun Lin), Georges Fodouop (Geugeor), Manavpreet Kaur (Manavpreet Kaur), Pepe Flores (Padaguan).
- The Wikimedia Foundation has appointed two members: Runa Bhattacharjee (Runab WMF), Jorge Vargas (JVargas (WMF)).
The committee will convene soon to start its work. The committee can appoint up to three more members to bridge diversity and expertise gaps.
If you are interested in engaging with Movement Charter drafting process, follow the updates on Meta and join the Telegram group.
With thanks from the Movement Strategy and Governance team
15:53, 5 noyabr 2021 (UTC)
Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) qaydasını hazırladıqdan sonra şirkətlər qaydasını tərcümə etməyi düşünsəm də edə bilməmişdim. İndi göz gəzdirəndə İstifadəçi:NMW03 bəyin artıq bunu icra etdiyini gördüm. Niyə müzakirəyə çıxarmadığı maraqlıdır. Mən də operativlik üçün müzakirəni başladıram. Məncə qaydada problem yoxdur. - Dr.Wiki54 (müzakirə) 11:57, 15 oktyabr 2021 (UTC)
- Bir-iki bölməsi tamamlanmayıb, daxili keçidləri azdır və bölmələrə uyğun istiqamətləndirmələr qoyulmayıb, yəqin ona görə müzakirəyə çıxarmayıb.— White Demツnyaz 15:34, 15 oktyabr 2021 (UTC)
- @İstifadəçi:White Demon, Diqqət etməmişdim. Həll edərəm işin %90-i icra edib onsuz. -Dr.Wiki54 (müzakirə) 18:18, 15 oktyabr 2021 (UTC)
- Dr.Wiki54 bitirəndə xəbər edin zəhmət olmasa, səsvermə təşkil edim.— Turkmen müzakirə 08:56, 25 oktyabr 2021 (UTC)
- @İstifadəçi:Turkmen bəy, söz verdim amma, növbəti 20 gün ərzində vaxtım çox olmayacaq. Üzrlü sayın. Xahiş etsəm siz edə bilərsiniz mi? - Dr.Wiki54 (müzakirə) 23:04, 2 noyabr 2021 (UTC)
- @Dr.Wiki54 təəssüf ki, mənim də vaxtım yoxdur. Turkmen müzakirə 17:07, 3 noyabr 2021 (UTC)
- @İstifadəçi:Turkmen bəy, ayın axrına həll edərəm onda - Dr.Wiki54 (müzakirə) 22:09, 3 noyabr 2021 (UTC)
- @Dr.Wiki54 sizə necə uyğundursa, qaydalara göstərdiyiniz diqqətə görə təşəkkürlər. Turkmen müzakirə 16:50, 4 noyabr 2021 (UTC)
- @İstifadəçi:Turkmen bəy, ayın axrına həll edərəm onda - Dr.Wiki54 (müzakirə) 22:09, 3 noyabr 2021 (UTC)
- @Dr.Wiki54 təəssüf ki, mənim də vaxtım yoxdur. Turkmen müzakirə 17:07, 3 noyabr 2021 (UTC)
- @İstifadəçi:Turkmen bəy, söz verdim amma, növbəti 20 gün ərzində vaxtım çox olmayacaq. Üzrlü sayın. Xahiş etsəm siz edə bilərsiniz mi? - Dr.Wiki54 (müzakirə) 23:04, 2 noyabr 2021 (UTC)
- Dr.Wiki54 bitirəndə xəbər edin zəhmət olmasa, səsvermə təşkil edim.— Turkmen müzakirə 08:56, 25 oktyabr 2021 (UTC)
- @İstifadəçi:White Demon, Diqqət etməmişdim. Həll edərəm işin %90-i icra edib onsuz. -Dr.Wiki54 (müzakirə) 18:18, 15 oktyabr 2021 (UTC)
Salvador yoxsa El Salvador?
redaktəRus dili istisna demək olar bütün əsas dillərdə, həmçinin yerli ispan dilində ölkənin adı El Salvador yazılır. Prezidentin saytında isə El-Salvador adlandırılıb. Əmin olmadığım üçün icmanın rəyini bilmək istəyirəm. Azərbaycan dilində bu ölkənin adının düzgün yazılışı necə olmalıdır? — Thunder Storm (müzakirə) 13:23, 3 noyabr 2021 (UTC)
- Digər dillərdə necə olmasının əhəmiyyəti yoxdur. Amma prezident saytında El-Salvador olması maraqlıdır. Bu il çıxan orfoqrafiya lüğətində "Salvador" kimi gedir sadəcə. Məqalənin girişində El-Salvador variantını da qeyd etmək olar.— White Demツnyaz 15:52, 3 noyabr 2021 (UTC)
- Azərbaycan Sovet Ensiklopediyasında əsas ad "Salvador", alternativ ad isə "El-Salvador Respublikası" kimi verilib. --► Hörmətlə: SolaVirum 13:24, 6 noyabr 2021 (UTC)
Müraciət
redaktəHörmətli Vikipediyaçılar! Aranızda Naxçıvanda yaşayan və ya Naxçıvan Dövlət Universitetinin Kitabxanasına getmə imkanı olan biri var mı? Əgər varsa bir kitabla bağlı xahişim olacaqdı. Əvvəlcədən təşəkkürlər. - Dr.Wiki54 (müzakirə) 09:57, 12 noyabr 2021 (UTC)
- Dr.Wiki54 Mahir Məhərrəmova desəz kömək edə bilər. — Araz Yaquboglu (müzakirə) 10:10, 18 noyabr 2021 (UTC)
- @Mahir Məhərrəmov bəy, mənə bu kitabın pdf versiyası lazımdır. Müvafiq məqalələrin işlənməsi üçün. Əldə edə bilsəniz çox sevinərəm. Dr.Wiki54 (müzakirə) 10:40, 18 noyabr 2021 (UTC)
- Salam bu lingdə kitabı oxunu vurub endirə bilərsiniz. Mahir Maharramov (müzakirə) 07:27, 19 noyabr 2021 (UTC)
- @Mahir Məhərrəmov Link sadəcə NDU daxilində çalışır. - Dr.Wiki54 (müzakirə) 11:09, 19 noyabr 2021 (UTC)
- Bu M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının lingidir. Mahir Maharramov (müzakirə) 11:31, 19 noyabr 2021 (UTC)
- @Mahir Məhərrəmov bəy, Çox maraqlıdır link məndə açılmadı ama başqa telefonsa açıldı. Yenə də sizə çox çox təşəkkür edirəm. Çox yararlı oldu mənim üçün. - Dr.Wiki54 (müzakirə) 15:57, 19 noyabr 2021 (UTC)
- Bu M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının lingidir. Mahir Maharramov (müzakirə) 11:31, 19 noyabr 2021 (UTC)
- @Mahir Məhərrəmov Link sadəcə NDU daxilində çalışır. - Dr.Wiki54 (müzakirə) 11:09, 19 noyabr 2021 (UTC)
- Salam bu lingdə kitabı oxunu vurub endirə bilərsiniz. Mahir Maharramov (müzakirə) 07:27, 19 noyabr 2021 (UTC)
- @Mahir Məhərrəmov bəy, mənə bu kitabın pdf versiyası lazımdır. Müvafiq məqalələrin işlənməsi üçün. Əldə edə bilsəniz çox sevinərəm. Dr.Wiki54 (müzakirə) 10:40, 18 noyabr 2021 (UTC)
Hər kəsə salam. Xüsusi ilə idarəçilərin bu mövzuya diqqət etmələrini xahiş edirəm. Tarixi sənədlərdə həqiqətən də Azərbaycan ordusunun Xankəndi şəhərini bombardman etməsinə dair bir çox material tapmaq olar. Bu faktdır. Lakin mənə görə məqalə bitərəf deyil.Tərəfli yazılıb. Bəzi redaktələr etməmişdən öncə müzakirə etmənin faydalı olacağını düşünürəm. Fikirləniz önəmlidir.— Patriot Kor (müzakirə) 09:25, 12 noyabr 2021 (UTC)
- Xankəndi faktiki olaraq işğal edilməyib, çünki Azərbaycan Respublikasından ayrılıb və Ermənistan Silahlı Qüvvələrinin silahlı hücumuna məruz qalmayıb. Tək zorakı hadisə kimi Xankəndi talanlarını göstərmək olar. Ümumiyyətlə, təkcə bu deyil. Azərbaycanda ermənilərə qarşı baş vermiş poqrom aktları azərbaycanlılara qarşı törədilibmiş kimi göstərilir, Marağada baş verən hadisə haqqında heç bir məlumat yoxdur və s. VP:MİLLİ qəşəngcə pozulur. --► Hörmətlə: SolaVirum 17:28, 12 noyabr 2021 (UTC)
- Hörmətli Solavirum siz hesab edirsiz ki, bu məqalədə ermənilərə qarşı baş vermiş poqrom aktları, azərbaycanlılara qarşı edilmiş kimi göstərilir? Siz ümumiyyətlə Azərbaycanda ermənilərə qarşı poqrom təqdim edə bilərsiz? (Sumqayıt hadisələri xaric - çünki bunu artıq bir çox sənəddə poqrom adlandırırlar.) Mənə görə bu məqalə erməni maraqlarına uyğun olaraq tərəfli yazılıb. Patriot Kor (müzakirə) 19:19, 12 noyabr 2021 (UTC)
- "Ümumiyyətlə" dedim, yəni məhz bu məqalə yox. Məsələn, Sumqayıt hadisələri məqaləsində məhz elə göstərilir. Sumqayıta əlavə olaraq, Bakı və Gəncədə də poqromlar olub. Xankəndi haqqında olan məqalədə isə etibarlı mənbələrə, "Human Rights Watch"a istinad edilir. Mənim fikrimcə, əksinə, AzVikidə bir çox təsdiqlənmiş aktları inkar edən propaqandist məzmun var. --► Hörmətlə: SolaVirum 21:42, 12 noyabr 2021 (UTC)
- Hörmətli Solavirum siz hesab edirsiz ki, bu məqalədə ermənilərə qarşı baş vermiş poqrom aktları, azərbaycanlılara qarşı edilmiş kimi göstərilir? Siz ümumiyyətlə Azərbaycanda ermənilərə qarşı poqrom təqdim edə bilərsiz? (Sumqayıt hadisələri xaric - çünki bunu artıq bir çox sənəddə poqrom adlandırırlar.) Mənə görə bu məqalə erməni maraqlarına uyğun olaraq tərəfli yazılıb. Patriot Kor (müzakirə) 19:19, 12 noyabr 2021 (UTC)
Şərh: Xankəndinin işğal edilməməsi fikri ilə razıyam. Əslində Xankəndi heç vaxt işğal edilməyib faktiki olaraq. Nəinki Xankəndi, 1991-də Azərbaycan müstəqilliyini elan edəndən sonra 1 ay belə nəinki Xankəndiyə, nə Hadruta nəzarət edə bilib, nə Xocavənd (Martuni) şəhərinə, nə Əsgəran qəsəbəsinə. Ona görə də məsələn bu, məhz bu adını çəkdiyim ərzilərin faktiki işğal tarixi yoxdur. Xocavənd rayonunun azərbaycanlı kəndlərinin işğal tarixini ümumiləşdirib Xocavəndin təxmini işğal tarixi kimi götürür müasir tarixçilərimiz. Ağdərənin də əslində işğal tarixi müəyyən mənada geri alınmadı ermənilər tərəfindən. Məhz Xankəndinin işğalı məqaləsinə gəldikdə o məqalənin adı Kərkicahanın işğalı idi o vaxt mən dəyişdim adını etdim indiki kimi. Bəlkə də səhv etdim. Bəlkə də müzakirə ilə edilməli idi. Bir mühüm məsələ var ki, Kərkicahan Xankəndinin yeganə qəsəbəsi, yeganə yaşayış məntəqəsidir. Poqromlara gəldikdə bu məsələ çox mübahisəlidir. Sumqayıt müəyyən mənada bilirik, Aslan İsmayılovun filan kitabı sayəsində və ümumən mətbuatımızda məhz bu məsələ barədə kifayət qədər əks-dəlillər mövcuddur. Di gəl ki, Gəncə və Bakı ilə bağlı da oxşar erməni iddiaları var. Məsəlın iddialardan biri 1990-cı ilin 18 yanvarına qədər olan hadisələrdir. İddia olunur ki, 20 Yanvar faicəsi də mhz bu səbəbdən olub. EnViki başda olmaqla o hadisələr barədə də ciddi mənbələrlə məqalələr mövcuddur. Hələ 1918 Şuşa hadisələri filan da var.— samral müzakirə 09:55, 18 noyabr 2021 (UTC)
- Məqalənin bu adla olması Vikipediyanın bitərəflik prinsipinə birbaşa ziddir. Xankəndi işğal edilməyib heç vaxt. Azərbaycanın nəzarətində olmayan bir ərazi necə işğal edilə bilər? Məqalənin adının dəyişdirilərək "Birinci Qarabağ müharibəsində Xankəndi" adlandırılmasını təklif edirəm. Kərkicahanın işğalı barədə isə ayrıca məqalə ola bilər, bu daha realdır. — Thunder Storm (müzakirə) 13:07, 19 noyabr 2021 (UTC)
- Ümumiyyətlə, məqalə Azərbaycanın şəhəri bombalaması haqqındadır. Digər vikilərdə də eyni cür. --► Hörmətlə: SolaVirum 20:13, 23 noyabr 2021 (UTC)