Vikipediya Kend Meydani Arxiv Yanvar 2023 - Wikipedia
Rəsmi adların müxtəlifliyi
redaktəCorc Oruellin məşhur "Animal Farm" əsərinin bizim dildəki ilk tərcüməsi "Heyvanıstan" olduğu halda son illərdə başqa adlarda tərcümələr çıxır. Teas Press "Heyvan ferması", Parlaq imzalar isə "Heyvan respublikası" adı ilə romanı nəşr etdirib. İndi burda belə sual ortaya çıxır ki, məqaləni necə adlandıraq? Məsələ burasındadır ki, bu kitabların üçü də satışdadır, "bu köhnəlib, yeni addan istifadə etmək lazımdır" deyə bilmirsən.
Belə hallar kino adlarında da yaşanır. Mən bir dəfə "Downsizing" filminə getmişdim. ParkCinema bu kinonu "Kiçildilmə əməliyyatı" adı ilə verirdi. Sonra baxdım ki, CinemaPlus (yoxsa Nizami) filmi "Qısa" adı ilə verir. İndi insan çaşıb qalır ki, hansı addan istifadə edib məqaləni adlandırmalısan. Girin ParkCinema və CinemaPlus saytlarına, müxtəlif filmlərin fərqli başlıqlarla verildiyini görəcəksiz. Şiroi Akuma 15:22, 3 yanvar 2023 (UTC)
- bu https://elmi-spektr.com/latin-elifbali-dillerden-alinan-xarici-adlarin-yazilisi/ maraqlı ola bilər sizə Araz Zeyniyev (müzakirə) 15:59, 3 yanvar 2023 (UTC)
- Mən bu yazını oxumuşdum, amma mən transliterasiyadan danışmıram. Şiroi Akuma 16:21, 3 yanvar 2023 (UTC)
- məqalələr oxucu üçün axtarış zamanı əl çatan və daha çox tanınan adla adlandırılmalıdır. bu məntiqlə yanaşsaq hansı nəşrin yayınladığı kitab daha çox tanınırsa, həmin nəşrin adlandırmasına önəm verin. mövzuyla bağlı envikidə belə bir qayda var. film üçün isə belə etmək olar, hansı adla Azərbaycanda ilk dəfə ekrana çıxıbsa, o adı seçin, çünki yəqin ki, cəmiyyətdə həmin adla daha çox tanınır. digər adları başlıqda qeyd edib mənbə göstərə də bilərsiniz, amma yönləndirməni fikrimcə mütləq edin, çünki kimsə həmin kitabı/filmi o adla da axtara bilər. dorothy (müzakirə) 16:30, 3 yanvar 2023 (UTC)
- aydındır ki, bu bizim (habitat) fikrimizdir. və bu vikiyə tətbiq olunmur, çünki ensiklopediya ən geniş konsensusa əsaslanmalıdır. ancaq biz kitablarımızda DNA yazırıq, DNT deyil. ancaq mən azvikidə DNT yazıram, qaydalara uyğun olaraq. gələcəkdə DNA yazılacaq, necə ki, COVID, hətta PCR, CRISPR yazılırsa, eynilə, UNESCO və sairə. şəxs adları, coğrafi adlar və sairə. azərbaydan mərkəziləşmiş standartlar bərbad vəziyyətdədir və yaxın gələcəkdə də bunu edə biləcək institutlar görünmür. biri həll yolu mümkün olduğunca mötərizədə adların əslini vermək olar. Araz Zeyniyev (müzakirə) 17:02, 3 yanvar 2023 (UTC)
- Məsələn, "Heyvanıstan", "Heyvan respublikası" və "Heyvan ferması". Hansı olmalıdır? Şiroi Akuma 18:07, 3 yanvar 2023 (UTC)
- "Heyvanistan" çünki kitabı Azərbaycan dilindəki oxucuya bu ad tanıdıb. digər, yeni adlardan yönləndirmə verilməldir. dorothy (müzakirə) 18:17, 3 yanvar 2023 (UTC)
- +1 Sayğılarım, gözəl diləklərimlə, Wiki6421. 11:44, 4 yanvar 2023 (UTC)
- Heyvan ferması çünki, "Animal Farm"ı Azərbaycan dilinə tərcümə etdikdə Heyvan fermasıdır. Digərlərindən yönləndirmə vermək olar EVRRVE. (müzakirə) 18:58, 3 yanvar 2023 (UTC)
- Tr vikidədə "Hayvan Çiftliği" yəni "Heyvan ferması" adlandırılıb. EVRRVE. (müzakirə) 19:01, 3 yanvar 2023 (UTC)
- vikidə məqalələri bu prinsiplə adlandırmırıq. hər hansı anlayış hansı adla daha çox tanınırsa məqalənin başlığı o olmalıdır. tərcümə edilməyən, Azərbaycan dilində daha çox necə tanınırsa elə adlandırılan o qədər məqalə misal çəkmək olar ki. bu vikinin prinsipidir və illərdir bu təcrübədən istifadə olunur. dorothy (müzakirə) 21:21, 3 yanvar 2023 (UTC)
- "Heyvanistan" çünki kitabı Azərbaycan dilindəki oxucuya bu ad tanıdıb. digər, yeni adlardan yönləndirmə verilməldir. dorothy (müzakirə) 18:17, 3 yanvar 2023 (UTC)
- Mənim çəkdiyim misaldakı filmlər eyni vaxtda çıxıb. Şiroi Akuma 18:09, 3 yanvar 2023 (UTC)
- məqalələr oxucu üçün axtarış zamanı əl çatan və daha çox tanınan adla adlandırılmalıdır. bu məntiqlə yanaşsaq hansı nəşrin yayınladığı kitab daha çox tanınırsa, həmin nəşrin adlandırmasına önəm verin. mövzuyla bağlı envikidə belə bir qayda var. film üçün isə belə etmək olar, hansı adla Azərbaycanda ilk dəfə ekrana çıxıbsa, o adı seçin, çünki yəqin ki, cəmiyyətdə həmin adla daha çox tanınır. digər adları başlıqda qeyd edib mənbə göstərə də bilərsiniz, amma yönləndirməni fikrimcə mütləq edin, çünki kimsə həmin kitabı/filmi o adla da axtara bilər. dorothy (müzakirə) 16:30, 3 yanvar 2023 (UTC)
- Mən bu yazını oxumuşdum, amma mən transliterasiyadan danışmıram. Şiroi Akuma 16:21, 3 yanvar 2023 (UTC)
Dorotheaanın fikri ilə razıyam. EVRRVE. (müzakirə) 16:44, 3 yanvar 2023 (UTC)
- White Demon ən çox işlənən ad (burada ən yaxşı alət "Google"da axtarışa verib, saya baxmaqdır) birinci verilir, sonra "və ya"/"həmçinin" ilə, ya da {{Efn}} şablonu ilə alternativ adlar. Axtarışda "Heyvanıstan" (5,730) birinci, "Heyvan Ferması" (3,150) ikinci, "Heyvan Respublikası" (1,230) axırıncı çıxır.
- Təklifim belədir:
"'''''Heyvanıstan'''''",[ref] həmçinin "'''''Heyvan ferması'''''"[ref] və ya "'''''Heyvan Respublikası'''''"[ref] ({{dil-en|Animal Farm}}) — [...]
--► Hörmətlə: SolaVirum 17:25, 4 yanvar 2023 (UTC)
Diskoqrafiya standartı
redaktəSalam. Payam Turk məqaləsini redaktə edərkən Diskoqrafiya başlığında hansı stili istifadə etmək lazım olduğuyla bağlı bir sual yarandı. Eminem səhifəsində fərqli, 50 Cent səhifəsində fərqli, ABD Malik səhifəsində fərqli və s. səhifələrin hərəsində fərqli bir dəstxət işlənilib. VP:SK-da isə bununla əlaqədar bir bəyanat yoxdur. Diskoqrafiya başlığı üçün hansı stil tətbiq olunmalıdır? Sayğılarım, gözəl diləklərimlə, Wiki6421. 13:05, 4 yanvar 2023 (UTC)
- @Wiki6421 qalın şrift istifadə etməyin, çünki VP:SK-a görə məqalənin ilk cümləsindəki başlıq xaric qalan mətndə qalın şrift istifadə edilməməlidir. qalanı öz şəxsi fikrimdir: italic də istifadə etməyə ehtiyac yoxdur fikrimcə, çünki bu daha çox digər dildə verilmiş, tərcümə edilməmiş adlar üçün istifadə edilir. dırnağa da ehtiyac yoxdur həmçinin, çünki digər dillərdə elə edilməyib. diskoqrafiyanı iki hissəyə bölün, sinqllar və albomlar. albomlar başlığını da sinqllar kimi edin, cədvəl yerləşdirməyə ehtiyac yoxdur. dorothy (müzakirə) 14:00, 4 yanvar 2023 (UTC)
- Başlığa, hələ ki, mən toxunmamışam, başqa bir istifadəçi yazıb o hissəni. Elə mən də bu stildəki yazının qəribəliyini hiss elədiyim üçün düzəliş etmək istədim, buna görə referans almaq üçün VP:SK daxil bir neçə səhifəyə baxanda hər səhifədə bir cür yazıldığını gördüyüm üçün burada başlıq yaratdım. Maraqlı məqamdır, digər istifadəçilər də fikir bildirsə, yaxşı olar. Sayğılarım, gözəl diləklərimlə, Wiki6421. 14:12, 4 yanvar 2023 (UTC)
"Dövlət xadimi" şablonu ilə bağlı
redaktəSalam, həmkarlar. Bu şablonun adının "Vəzifəli şəxs" olaraq dəyişdirilməsini, eləcə də şablon daxilində bir sıra təkmilləşdirmə işlərinin həyata keçirilməsini təklif edirəm. Fikrimcə, ilk olaraq, şablonda vəzifələrdə olan bayraq/gerblər yığışdırılmalıdır. Yalnız Azərbaycan və rus dillərində belə bir funksiya vardır. Digər dillərin hamısında sadə formatda verilib. Oxunaqlılıq, vizual qarışıqlığın qarşısını almaq üçün bunun həyata keçirilməsinin vacib olduğunu düşünürəm. Bundan əlavə, düzgün bayraq-gerbin təmin edilməsi mübahisəli məsələdir. Vikiverilənlərdən də bayraq və gerbsiz şəkildə idxal edilir. İngilis dilində olan versiya estetik cəhətdən çox uyğun görünür.
Digər məsələ isə şablon parametrləri ilə əlaqəlidir. "Sələfi/xələfi" parametrlərinin "Əvvəlki/sonrakı" parametrlərinə, "titul" parametrinin "vəzifə" parametrinə, "dövr əvvəl/dövr son" parametrlərinin "başlanğıc/son" parametrlərinə keçirilməsini məqsədəuyğun hesab edirəm. Fikirləriniz maraqlıdır. — Toghrul R (m) 07:50, 9 yanvar 2023 (UTC)
- vəzifəli məncə gerblərin qalması yaxşıdır, əksinə gerblərlə daha yaxşı göründüyünü düşünürəm. və şəxs olduğu üçün Sələfi/xələfi-nin və "dövr əvvəl/dövr sonun qalmasına yanayam. bu cür adlandırma məncə daha doğrudur, qalsın. sadəcə elə etmək olar ki, hər ikisi yazılanda çalışsın. Atakhanli (müzakirə) 07:59, 9 yanvar 2023 (UTC)
- bir də, dövlət xadimi sözünü o səbəbə görə dəyişmək olar ki, bəzən ensiklopedik özəl sektorda çalışan şəxslər olur ki, onları dövlət xadimi kimi vermək düzgün deyil. yəni hər vəzifəli şəxs dövlət xadimi olmur. amma sırf xadim sözünə görə dəyişdirilməsi məncə mənasızdır, çünki şablonun adı onsuz da məqalənin məzmununda görünmür və xadim sözünün mənası xidmət edən, xidmətçi deməkdir. yəni elə də zirvə söz deyil ki, mübahisə yaratsın. (yəqin ki, xadim sözünü dilə gətirən olacaq deyə indidən öz fikirimi bildirdim :d ) Atakhanli (müzakirə) 08:02, 9 yanvar 2023 (UTC)
- @Atakhanli şablonun cari adı beynəlxalq təşkilatlara başçılıq edənlərə, eləcə də partiya rəhbərlərinə uyğun deyil. Vəzifələrdən məqalələrdə lazımsız istifadənin qarşısını almaq üçün müəyyən limit tətbiq etmək olarki, yalnız yüksək dövlət və partiya postları, beynəlxalq təşkilatlara rəhbərlik əlavə edilə bilsin.
- "Sələf" və "xələf" sözləri isə ümumişlək deyil, asanlıqla bir-biri ilə qarışdırıla bilər. İlk gündən bu parametrlər mənə çox uyğunsuz gəlib, hələ də vərdiş edə bilmirəm. Bayraq və gerb isə şablonu rəngbərəng edir, bu da vizual olaraq səliqəsizliyə gətirib çıxarır. Nəzərə almaqlıyıq ki Azərbaycanın gerbi, eləcə də bayrağı, ələlxüsus digər dövlətlərin atributları qısa vaxt ərzində dəfələrlə dəyişdirilib. Məqalələrə onların əlavə edilməsi çox qarışıqlıq yaradır. Heç gerbin yoxsa bayrağı solda yerləşdirilməsinə dair qayda da yoxdur. Vaxtilə doğum və vəfat yeri parametrləri bayraqlar ilə zəngin idi, onlar çıxarıldıqdan sonra çox səliqəli göründü — Toghrul R (m) 08:32, 9 yanvar 2023 (UTC)
- @Toghrul R ad dəyişikliyin dedidiyim kimi, dəstəkləyirəm. amma bayraq, gerblər niyə pis göstərsin ki? xüsusən də siyasi partiyalarda çox gözəl görünür. qarışıqlıq olanda da, zatən çox yerdə qarışıqlıq var. mütləq gerb, bayraq əlavəetmə məcburiyyəti yoxdur ki. qarışıqlıq olan yerlərdə əlavə edilməsin. Atakhanli (müzakirə) 08:48, 9 yanvar 2023 (UTC)
- məncə, şablonun məqsədi gözəl görünmək olmamalıdır. Toğrul bəyin dediyi kimi, oxunaqlılığı təmin etmək lazımdır, həmçinin bayraq və gerblərin dəqiqliyi naməlumdur. --► Hörmətlə: SolaVirum 20:14, 9 yanvar 2023 (UTC)
- Onda niyə görə döyüş və ya müharibə şablonlarında döyüş tərəfləri üçün bayraqlar qoyuruq? Həm EnVikidə, həm bizdə. Şiroi Akuma 20:37, 9 yanvar 2023 (UTC)
- White Demon həmişə qoymuruq. --► Hörmətlə: SolaVirum 14:36, 11 yanvar 2023 (UTC)
- 95% halda qoyulur. 10 dənə random müharibə adı yazıb yoxladım, axtarışa verdiklərimdən bir dənə Pun müharibələri məqaləsində bayraq yox idi. Şiroi Akuma 17:10, 11 yanvar 2023 (UTC)
- White Demon həmişə qoymuruq. --► Hörmətlə: SolaVirum 14:36, 11 yanvar 2023 (UTC)
- Onda niyə görə döyüş və ya müharibə şablonlarında döyüş tərəfləri üçün bayraqlar qoyuruq? Həm EnVikidə, həm bizdə. Şiroi Akuma 20:37, 9 yanvar 2023 (UTC)
- məncə, şablonun məqsədi gözəl görünmək olmamalıdır. Toğrul bəyin dediyi kimi, oxunaqlılığı təmin etmək lazımdır, həmçinin bayraq və gerblərin dəqiqliyi naməlumdur. --► Hörmətlə: SolaVirum 20:14, 9 yanvar 2023 (UTC)
- @Toghrul R ad dəyişikliyin dedidiyim kimi, dəstəkləyirəm. amma bayraq, gerblər niyə pis göstərsin ki? xüsusən də siyasi partiyalarda çox gözəl görünür. qarışıqlıq olanda da, zatən çox yerdə qarışıqlıq var. mütləq gerb, bayraq əlavəetmə məcburiyyəti yoxdur ki. qarışıqlıq olan yerlərdə əlavə edilməsin. Atakhanli (müzakirə) 08:48, 9 yanvar 2023 (UTC)
- bir də, dövlət xadimi sözünü o səbəbə görə dəyişmək olar ki, bəzən ensiklopedik özəl sektorda çalışan şəxslər olur ki, onları dövlət xadimi kimi vermək düzgün deyil. yəni hər vəzifəli şəxs dövlət xadimi olmur. amma sırf xadim sözünə görə dəyişdirilməsi məncə mənasızdır, çünki şablonun adı onsuz da məqalənin məzmununda görünmür və xadim sözünün mənası xidmət edən, xidmətçi deməkdir. yəni elə də zirvə söz deyil ki, mübahisə yaratsın. (yəqin ki, xadim sözünü dilə gətirən olacaq deyə indidən öz fikirimi bildirdim :d ) Atakhanli (müzakirə) 08:02, 9 yanvar 2023 (UTC)
- Mən gerb və bayraq məsələsindəki təkliflə tam razı deyiləm. Əgər bunu edəcəyiksə şablonların mükafat hissələrindən olan orden və medal lentlərini də çıxaraq. EnVikidəki kimi sadə olsun, ancaq AzViki və RuVikidə var. EnVikidə 95% halda medal və ordenlər ayrıca bölmədə göstərilir, şablonun içərisində yox. Şiroi Akuma 20:57, 9 yanvar 2023 (UTC)
- Mükafat lentləri təkcə Azərbaycan və rus dillərində yoxdur. Ukrayn, ərəb və başqa dillərdə (hətta bəzi hallarda envikidə) də verilir. Bunun konkret səbəbi var: orden və medalların lentləri qanunvericiliklə tənzimlənir, ölkə başçıları tərəfindən təsdiqlənir. Vəzifələrdə bəzi hallarda qanunvericiliyə uyğun olaraq müəyyən atributlar təsdiq edilir, o da ştandart və möhür olur. Bu, ən çox ölkə rəhbərlərinə şamil edilir, digər postlarda isə olmur. Buna görə də başqa postlara Vikipediya istifadəçiləri özlərindən heç nəyə əsaslanmadan bayraq və gerb əlavə etməli olurlar. Bəzi hallarda bir sətirdə atributlar verilir, digəri boş olur və bu da vizuallığı pozur. Döyüş məqalələrində isə konflikt zamanı konkret hansı bayrağın olmasını sübut etmək mümkündür deyə yerləşdirmək olar, məncə. Burada əsas məqsəd diqqəti münaqişə tərəflərinə çəkməkdir. — Toghrul R (m) 07:02, 10 yanvar 2023 (UTC)
- @Toghrul R bəyə qatılıram. Bayraqlar, gerblər çox nisbidir. Heç kim də düzgün istifadə etmir. Yazırlar partiya sədri yanına əlavə edirlər Azərbaycan gerbi. Nə əlaqəsi var? AzSSR titulları isə dəhşətdir. 30-cu ilə aid vəzifə yazıb 90-cı ilin bayrağını əlavə edirlər. Lazımsızdır bunlar. Başda çox göz yorucu görsənəcək, amma zamanla uyğunlaşacaq. Sadəlik daha yaxşıdır. Mükafatlar isə yazı ilə pis olar ribbon lar daha yaxşıdır. "Sələfi", "xələfi", "dövr son", "dövr əvvəl" də düzgün adlandırma deyil məncə. Sələf, xələfdənsə "əvvəlki", "sonrakı" daha diləyatımlı, yaxşıdır. "Dövr son" və "dövr əvvəl" də qəribə səslənir, "başlanğıc" və "son" daha yaxşıdır. - Dr.Wiki54 (müzakirə) 13:36, 10 yanvar 2023 (UTC)
- Mükafat lentləri təkcə Azərbaycan və rus dillərində yoxdur. Ukrayn, ərəb və başqa dillərdə (hətta bəzi hallarda envikidə) də verilir. Bunun konkret səbəbi var: orden və medalların lentləri qanunvericiliklə tənzimlənir, ölkə başçıları tərəfindən təsdiqlənir. Vəzifələrdə bəzi hallarda qanunvericiliyə uyğun olaraq müəyyən atributlar təsdiq edilir, o da ştandart və möhür olur. Bu, ən çox ölkə rəhbərlərinə şamil edilir, digər postlarda isə olmur. Buna görə də başqa postlara Vikipediya istifadəçiləri özlərindən heç nəyə əsaslanmadan bayraq və gerb əlavə etməli olurlar. Bəzi hallarda bir sətirdə atributlar verilir, digəri boş olur və bu da vizuallığı pozur. Döyüş məqalələrində isə konflikt zamanı konkret hansı bayrağın olmasını sübut etmək mümkündür deyə yerləşdirmək olar, məncə. Burada əsas məqsəd diqqəti münaqişə tərəflərinə çəkməkdir. — Toghrul R (m) 07:02, 10 yanvar 2023 (UTC)
- bəzi şəxslər gerb və bayraqlardan səhv istifadə edirsə niyə ləğv olunsun ki? həm qıraqda balaca bir şeyin görünməsi oxunaqlığa nə dərəcədə təsir edirki? gözəl görünür deyəndə elə həm də rahat anlaşılırı nəzərdə tutmuşam, hansı ki, YAP-ın loqosun görən kimi və ya gerbi görən kimi təxmin eləmək olur söhbət nədən gedir. kim də səhv istifadə edirsə, xəbərdarlıq edək etməsin. Atakhanli (müzakirə) 09:08, 13 yanvar 2023 (UTC)
- Lehinə: Təkliflə razıyam. "Dövlət xadimi" şablonunun istifafəsində ən çox əziyyət verən hissələrdən biridir.--Wertuose (müzakirə) 09:59, 14 yanvar 2023 (UTC)
redaktə müharibəsi
redaktəİdarəçilərdən xahişim burada Vikipediya:Bürokratlara müraciət yazdığım problemlə əlaqəli tövsiyə vermələri və tədbir görmələridir. Araz Zeyniyev (müzakirə) 08:58, 10 yanvar 2023 (UTC)
- Salam həmkar. Bu cür müraciətləri "Bürokratlara müraciət" səhifəsində də qeyd olunduğu kimi, "İnzibatçılara müraciət" səhifəsinə yazmaq daha doğru olardı. Digər istifadəçini də çağıraq o da öz fikrini bildirisin. @Atakhanli. Bikar Orxan (müzakirə) 09:08, 10 yanvar 2023 (UTC)
- @Bikar Orxan etiketlədiyiniz üçün təşəkkür edirəm. xəbərim yox idi heç. @Araz.Zeyniyev birinci olaraq sizə tövsiyə edirəm ki, hər hansı bir "problem" yaşayanda birbaşa bürokratlara müraciət etmək yerinə çalışın ki, birinci olaraq məsələni o istifadəçinin özü ilə həll edəsiniz. bunun üçün müzakirə səhifəm var. bundan əlavə redaktə etdikdə redaktə izahı var ki, orada bu redaktəni nə üçün etdiyinizi bildirin. məqalənin müzakirə səhifəsi nəzərdən qaça bilir. təsvirdə səhv var demək düzgün izah deyil. bundan əlavə, redaktə müharibəsi adlandırdığınız şey davam etmir, müharibə adlandırmaq da doğru deyil və sizin aranızda da baş verməyib. mən "təsvirdə səhv var" izahlı editinizi yoxlayanda məqaləyə nəzər yetirdim və həmin cümlənin mənbəli olduğunu, bundan əlavə məzmunun ingilis vikisindən tərcümə olunduğunu gördüm. bundan əlavə məqalə müəllifi Nigar xanımın artıq neçə aydır ki, fəaliyyətini izləyirəm, redaktələrinə nəzər yetirirəm deyə, deyə bilərəm ki, etibarlı istifadəçidir, vandal deyil. bu səbəbdən redaktənizi geri qaytardım. amma nə qəribə ki, bildirdiyiniz sadəcə o cümlə ingilis vikisində yoxdur. mən indi həmin yeri özüm tərcümə edib ingilis vikisi ilə tam uyğunlaşdıracam. və ya bunu siz özünüz də edə bilərdiniz :)
- və lütfən ümumiyyətlə hər hansı bir istifadəçi arasında anlaşılmazlıq yaşananda lütfən birinci olaraq onun özü ilə əlaqə saxlamağı unutmayın. problem həll olmadığı zaman idarəçilərə müraciət edin. ən azından həmin istifadəçinin özünəxas izahı olacaq. Atakhanli (müzakirə) 09:45, 10 yanvar 2023 (UTC)
Yekunlaşdırma: müraciət istifadəçi və bürokrat tərəfindən cavablandırıldı. Atakhanli (müzakirə) 19:29, 14 yanvar 2023 (UTC)
Roman üslubu
redaktəRoman üslubu , Roman incəsənəti silinib-biləşdirilməldi Bikar Orxan (müzakirə) 10:20, 14 yanvar 2023 (UTC)
Seçilmiş məqalə namizədləri
redaktəZəhmət olmasa bir nəfər SMN səhifəsinə baxsın. 22 oktyabrdan etibarən məqalələr yığılıb qalıb. Cəmi bir-iki admin gözə dəyir bu məsələlərdə, ama dəqiq xatırladığım 4-5 adam adminlik namizədlərində bu problemi həll edəcəyini bildirib. Elədirsə, niyə 22 oktyabrdan məqalələr orada gözləyir ? Əvvəllər lab-da səsverməyə adam tapılmırdı, indi deyəsən ümumiyyətlə lab-a salmağa da adam tapılmır. — Qızılbaş (müzakirə) 21:54, 13 yanvar 2023 (UTC)
Synthetic rubber plant from Sumqayıt
redaktəHello,
Sorry for writing in English here, Azerbaijani is not my native language. I started writing the article ro:Combinatul de cauciuc sintetic din Sumqayıt ("Synthetic rubber plant from Sumqayıt") on Romanian Wikipedia. The problem is that on the Internet, especially Google Books, I can find few works about this factory. Do you know of any online works that talk about its history? For example if it exists in Oqonyok (journal), which although available scanned, is not searchable by keywords in search engines.
Thank you,
--Kun Kipcsak (müzakirə) 06:57, 14 yanvar 2023 (UTC)
- @Kun Kipcsak hello, here you can find some information about the plant. Unfortunately, it's not a published source; however, you might refer to the footnotes there. — Toghrul R (m) 09:27, 14 yanvar 2023 (UTC)
- Thank you!— Kun Kipcsak (müzakirə) 13:59, 14 yanvar 2023 (UTC)
Qacar
redaktəQacar muzeyi, Əmir Nizam evi silib-yönləndirmə qoymağ lazımdı.Bikar Orxan (müzakirə) 18:53, 14 yanvar 2023 (UTC)
- @Bikar Orxan indiki halda silmək doğru deyil, istifadə oluna biləcək məlumatlar var. lütfən uyğun məlumatları köçürdə bilərsinizmi? sonra yönləndirmə verək. Atakhanli (müzakirə) 20:14, 14 yanvar 2023 (UTC)
- Təəssüf ki xeyr. Bikar Orxan (müzakirə) 07:52, 15 yanvar 2023 (UTC)
Hərbi and
redaktəBun məqalələrin adı düzgün gəlir amma qərar verə bilmədim. Məncə adda Azərbaycana aid olduğu qeyd olunmalıdı.
- https://az.wikipedia.org/?q=Hərbi_And
- https://en.wikipedia.org/?q=Military_oath Bikar Orxan (müzakirə) 18:57, 14 yanvar 2023 (UTC)
- Azərbaycanca məqalə ümumi hərbi andlar haqqında bir məqaləyə çevrilib Azərbaycan andı üçün == yeni başlıq == açıla bilər. Sayğılarım, gözəl diləklərimlə, 6421 19:40, 14 yanvar 2023 (UTC)
- @Wiki6421 bəli, razıyam. Azərbaycanda hərbi and başlığında həmin məlumatları vermək olar. birləşdirdim. ilkin dəyişiklikləri etdim. digər əlavələri etsəniz xoş olar. Atakhanli (müzakirə) 19:54, 14 yanvar 2023 (UTC)
- Çox sağ olun, @Atakhanli! Yeri gəlmişkən, nə qədər ki, müzakirə başlığı açılıb, VP:ADM əvəzinə birbaşa buraya yazım. Lüğətlərimizə istinadən and sözünün ilk hərfini BÖYÜK yazmağa ehtiyac yoxdur, onu da düzəldə bilərsiniz, zəhmət olmazsa? ^^ Sayğılarım, gözəl diləklərimlə, 6421 20:01, 14 yanvar 2023 (UTC)
- buyurun, @Wiki6421. Yerinə yetirildi. amma Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Andı. bu hissədə böyük olmalıdır məncə. rəsmidə də belədir. Atakhanli (müzakirə) 20:07, 14 yanvar 2023 (UTC)
- Yenidən çox sağ olun, @Atakhanli ^^ Bəli, söhbət Azərbaycandan gedəndə çox şey böyük hərflə yazılır, ancaq məqalə başlığı ümumi olduğu üçün rəsmiyyətə dəxli yoxdur. Sayğılarım, gözəl diləklərimlə, 6421 20:11, 14 yanvar 2023 (UTC)
- buyurun, @Wiki6421. Yerinə yetirildi. amma Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Andı. bu hissədə böyük olmalıdır məncə. rəsmidə də belədir. Atakhanli (müzakirə) 20:07, 14 yanvar 2023 (UTC)
- Çox sağ olun, @Atakhanli! Yeri gəlmişkən, nə qədər ki, müzakirə başlığı açılıb, VP:ADM əvəzinə birbaşa buraya yazım. Lüğətlərimizə istinadən and sözünün ilk hərfini BÖYÜK yazmağa ehtiyac yoxdur, onu da düzəldə bilərsiniz, zəhmət olmazsa? ^^ Sayğılarım, gözəl diləklərimlə, 6421 20:01, 14 yanvar 2023 (UTC)
- @Wiki6421 bəli, razıyam. Azərbaycanda hərbi and başlığında həmin məlumatları vermək olar. birləşdirdim. ilkin dəyişiklikləri etdim. digər əlavələri etsəniz xoş olar. Atakhanli (müzakirə) 19:54, 14 yanvar 2023 (UTC)
Nerit
redaktəNerit zona, Nerit sahə silinib-biləşdirilməldi. Bikar Orxan (müzakirə) 19:07, 14 yanvar 2023 (UTC)
Xalq
redaktəAzwikidə həm "XXXXXXlər" həm də "XXXXXX xalqı" adında məqalələr var. Hansı daha doğrudur? Bikar Orxan (müzakirə) 19:24, 14 yanvar 2023 (UTC)
- @Bikar Orxan təkrar məqaləni nəzərdə tutmursunuzsa, intervikidəki adlandırmaya baxmaq lazımdır. çünki xalq olmaya da bilər. Atakhanli (müzakirə) 19:32, 14 yanvar 2023 (UTC)
- Mühacir xalqı fikir bildirin Bikar Orxan (müzakirə) 19:35, 14 yanvar 2023 (UTC)
- @Bikar Orxan bu məqalədə 1947-ci ilin avqustunda Britaniya Hindistanının bölünməsindən sonra Pakistana köçən hind müsəlmanları və onların nəsillərindən söhbət gedir. düşünürəm ki, azvikidə də Mühacirlər (Pakistan) adlandırılmalıdır. Atakhanli (müzakirə) 19:47, 14 yanvar 2023 (UTC)
- Mühacir xalqı fikir bildirin Bikar Orxan (müzakirə) 19:35, 14 yanvar 2023 (UTC)
- Bikar Orxan adlandırma vəziyyətdən asılıdır. Əksər halda, "x-lər" olur, amma istisnalar qaçınılmazdır. --► Hörmətlə: SolaVirum 09:04, 25 yanvar 2023 (UTC)
İngiliscə şablonlar
redaktəSalam. Azərbaycanca Vikipediyadakı bir sıra ingiliscə əsaslı şablonların (məs. {{Animanqa}}, {{Citation}} və cite-lı digər mənbə şablonları, dil qutuları başda olmaqla bir sıra istifadəçi ad fəzası şablonları) adlarının və parametrlərinin azərbaycancaya tərcümə edilməsi barədə nə düşünürsünüz? Mənim fikrimcə, heç olmasa, adlar tərcümə olunmalı və ingiliscə ad yönləndirmə kimi saxlanıla, həmçinin azərbaycanca parametrlər şablonda əsas hesab olunmalı və ingiliscə parametr alternativ kimi qala bilər ({{{yazıçı|{{{author|}}}}}}
kimi). Sayğılarım, gözəl diləklərimlə, 6421 19:49, 14 yanvar 2023 (UTC)
- Həmçinin animanqalarla əlaqədar detalları (ingiliscə Vikipediyadakı şablonun istifadə qaydalarındakı nümunələrdən anlamaq olar) {{Animanqa}} alt-şablonlarının istifadəsi
/Anime
,/Manqa
əvəzinə ingiliscə Vikipediyadakı kimi müvafiq olaraq/video
,/çap
şəklində redaktə oluna bilər. Sayğılarım, gözəl diləklərimlə, 6421 19:57, 14 yanvar 2023 (UTC)
S.M.A.R.T
redaktəBu məqalədən smart hissəsini ayırıb yeni məqaləyə yerləşdirmək, enwiki ilə əlaqələndirmək, məqaləni silmək lazımdı. Sərt disk ayrıca var Bikar Orxan (müzakirə) 20:59, 14 yanvar 2023 (UTC)
Qida bloku
redaktəKompüter soyutma sistemi ingilis qida bloku ilə əlaqələnib. Qida bloku qalıb qırağda Bikar Orxan (müzakirə) 21:01, 14 yanvar 2023 (UTC)
- LGA 1366 başı çıxan olsa bu məqaləyə də baxar. Bikar Orxan (müzakirə) 21:05, 14 yanvar 2023 (UTC)
- @Bikar Orxan, böyük ölçülü olmasa da, en:LGA 1366-dan bir qədər məlumat daxil etdim; heç olmaya, artıq məqalə başlığına uyğun gəlir. Sayğılarım, gözəl diləklərimlə, 6421 21:50, 14 yanvar 2023 (UTC)
- Yerinə yetirildi. Sayğılarım, gözəl diləklərimlə, 6421 21:24, 14 yanvar 2023 (UTC)
- Məqaləyə nəzər yetirdim, əslində, qida bloku ingiliscə Vikipediyadakı bu səhifə ilə əlaqələnməlidir. Sayğılarım, gözəl diləklərimlə, 6421 21:26, 14 yanvar 2023 (UTC)
- Elədim, ancaq bu halda da kompüterin gücünün vikiverilənlər elementini yenidən düzəltmək lazımdır, hərçənd buna uyğun bir məqalə enwiki-də yoxdur. Hamısı qarışıb bir-birinə... :/ Sayğılarım, gözəl diləklərimlə, 6421 21:29, 14 yanvar 2023 (UTC)
- :/ Bikar Orxan (müzakirə) 21:30, 14 yanvar 2023 (UTC)
- ümumiyyətlə informatika ilə bağlı məqalələrdə ciddi problemlər var. həm interviki tərəfindən, həm kateqoriyalar, həm də adlandırma və keyfiyyət baxımından. o vaxt yadımdadır bəzilərini düzəltmişdim. bəziləri üçün intervikidəki kimi kateqoriyalar yaradıb əlavələr etmişdim. vaxt edən kimi yenidən qaydaya salmağa çalışacam. ümumiyyətlə demək olar ki, azvikidə bütün informatika məqalələrinin ya internet, ya da kompüter kateqoriyası var :D kateqoriyaları interviki ilə uyğunlaşdırmaq lazımdır. məzmunu da. Atakhanli (müzakirə) 05:52, 16 yanvar 2023 (UTC)
- Elədim, ancaq bu halda da kompüterin gücünün vikiverilənlər elementini yenidən düzəltmək lazımdır, hərçənd buna uyğun bir məqalə enwiki-də yoxdur. Hamısı qarışıb bir-birinə... :/ Sayğılarım, gözəl diləklərimlə, 6421 21:29, 14 yanvar 2023 (UTC)
- Məqaləyə nəzər yetirdim, əslində, qida bloku ingiliscə Vikipediyadakı bu səhifə ilə əlaqələnməlidir. Sayğılarım, gözəl diləklərimlə, 6421 21:26, 14 yanvar 2023 (UTC)
Nöqtə yoxsa vergül
redaktəSalam həmkarlar. Azvikidə km, sm və ya digər ölçülərdə biz nöqtədən istifadə edirik. Məsələn ruvikidə isə vergüldən. Sizcə hansı doğrudur. Bizim dildə necə yazılmalıdır? Məsələn: 2.8 km və 3,6 km. — Araz Yaquboglu (müzakirə) 13:21, 15 yanvar 2023 (UTC)
- Salam, @Araz müəllim. Bizim dilin qaydalarında (hansı ki, möhtəmələn, rus qaydalarından alınıb) nöqtə minliklər, milyonluqlar və s. (məs. üç milyon — 3.000.000, beş min altı yüz yetmiş dörd — 5.674) üçün istifadə olunur. Onluq kəsrlər isə vergüllə ayrılmalıdır: sıfır tam onda doqquz — 0,9, yetmiş üç tam onda altı — 73,6 və s. Bununla bağlı bir qeydimi Müzakirə:0.(9) səhifəsində görə bilərsiniz. Sayğılarım, gözəl diləklərimlə, 6421 16:18, 15 yanvar 2023 (UTC)
İstifadəçi adı
redaktəSalam. İstifadəçi adımı dəyişdirsəm əgər, istifadəçi adıma açdığım alt keçidlərdə avtomatik dəyişəcək? Dəyişməyəcəksə elə isə onlarda bir-bir yeni istifadəçi adımla dəyişilməlidir? —Vahid Məmmədov (müzakirə) 14:13, 15 yanvar 2023 (UTC)
- /İstifadəçi:Vahid_Məmmədov/Məzmun
- /İstifadəçi:İstifadəçi_Adı/Məzmun
- Altsəhifələrin adı avtomatik dəyişir. Şiroi Akuma 01:06, 16 yanvar 2023 (UTC)
Dərə
redaktəDərə məqaləsindən fərqli olaraq, V şəkilli dərələr, Subasarlı dərələr, Dar dərələr kimi ayrıca məqalələrin bu formada yaradılmasını düzgün hesab etmirəm. Sil şablonu yerləşdirmək əvəzinə fikrinizi öyrənmək istədim. (Kanyon tipli dərələr dublikat olduğuna görə silinməlidi) Bikar Orxan (müzakirə) 14:31, 15 yanvar 2023 (UTC)
- Adını çəkdiyiniz üç məqalənin (V şəkilli dərələr, Subasarlı dərələr və Dar dərələr) hər biri Dərə məqaləsində == Növlər == başlığı yaradılaraq === üçüncü dərəcəli başlıqlara === köçürülə bilər. Sayğılarım, gözəl diləklərimlə, 6421 16:13, 15 yanvar 2023 (UTC)
Bu cür redaktələri necə geri qaytarmalıyam? Bikar Orxan (müzakirə) 17:36, 16 yanvar 2023 (UTC)
- Məqaləyə {{sil}} şablonu qoymaq kifayətdir. EVRRVE. (müzakirə) 17:50, 16 yanvar 2023 (UTC)
hakaretler
redaktəVikipediya:Kənd meydanı#şəhid burada edilen hakaret ve nezaketsizlikleri nerede nasıl bildireceğimi bulamıyorum. neyse, gözlerden kaçmaması adına yeni başlık açayım dedim. bırakın temel kuralları, bana hakaret edildi. modern_primat🇦🇿🇦🇲 (müzakirə) 17:27, 6 yanvar 2023 (UTC)
- İstifadəçilərin fəaliyyətini bir həftəlik məhdudlaşdırmışam, daha ətraflı burada bəhs etmişəm. --► Hörmətlə: SolaVirum 01:28, 7 yanvar 2023 (UTC)
Yeni istifadəçi
redaktəMən yeni istifadəçiyəm. Vikipediya haqqında məlumat necə əldə edə bilərəm? Öncədən təşəkkür edirəm Aslanzadə Rəhim (müzakirə) 16:46, 16 yanvar 2023 (UTC)
- @A.Aida88, mümkünsə istifadəçiyə köməklik göstərin. Bikar Orxan (müzakirə) 17:11, 16 yanvar 2023 (UTC)
- Salam dəyərli həmkarım @Bikar Orxan. Yeni istifadəçi mənim oğlumdur. Vikipediyaya böyük marağı var, çox həvəslidir. Öyrənir. qüsürları varsa, ona bütün icmadan dəstək olmağı rica edərdim. Məktəbdən sonra, asudə vaxtını Vikipediyada kiçik redaktələr etməklə töhfələr verərək keçirtmək istəyir. Kənd meydanında necə müzakirə açıldığını öyrənmək istədiyi üçün müzakirə açdı və Vikipediyada məqalələrin redaktəsini, yaradılmasını mənimsəmək istəyir. Diqqətiniz üçün minnətdaram Sizə — A.Aida88 (müzakirə) 17:40, 16 yanvar 2023 (UTC)
- Salam. bu səhifədəki istifadəçi profili menyusunda ən altdakı variantı aktivləşdirə bilər; beləliklə onun üçün bir mentor təyin olunacaq. Düşünürəm ki, suallarını həmin təcrübəli mentora yönəltməsi daha məqsədəuyğundur. Həmçinin VP:5P və digər kömək səhifələrinə də nəzər yetirə bilər. Yeri gəlmişkən, @Aslanzadə Rəhim, Vikipediyaya xoş gəlmisən! ^^ Sayğılarım, gözəl diləklərimlə, 𝟨𝟦𝟤𝟣 18:29, 16 yanvar 2023 (UTC)
- Təşəkkür edirəm. Diqqətiniz üçün minnətdaram. — Aslanzadə Rəhim (müzakirə) 07:54, 20 yanvar 2023 (UTC)
- @Aslanzadə Rəhim salam dəyərli həmkar. nə sualınız, probleminiz olsa mənə müraciət edə bilərsiniz :) Atakhanli (müzakirə) 11:27, 20 yanvar 2023 (UTC)
Fayl
redaktə- Salam hər kəsə, bir çox məqalə şəkilsiz qalıb və demək olar görünüş baxımındam heçdə yaxşı görsənmir. Bunun həll yolunu tapmaq lazımdır əlavə olaraq öz yaratdığım məqalələr var ki, faylı həmən şəxsdən alıram yerləşdirirəm amma yeni nəsə müəllif hüququ olur. Commonsda isə fayl yükləyə bilmirəm həm bloklanmışam :( həmdə orada nə edirsən et yenədə silinir. Azvikinin özündə hansı şablonu əlavə etsək fayl yerləşdirə bilərik? - Onyeddi (müzakirə) 09:03, 20 yanvar 2023 (UTC)
- @Onyeddi salam dəyərli həmkar. fotonu həmin şəxsin özündən almaq kifayət etmir. fotonu çəkən şəxs sizsinizsə mail ilə təsdiqləyə bilərsiniz commonsda. onda problem çıxmır. internetdə daha öncə olan fotoları öz adınız ilə yükləyəndə commons problem çıxarır haqlı yerə. və ard-arda bir neçə fotonuz eyni səbəbdən silinəndə bloklana bilirsiniz dediyim kimi. siz fotonu çəkən şəxsdən vikidə yeni hesab açmasını və o fotonu ora yükləyib mail ilə təsdiqlətməsini istəyə bilərsiniz, daha sonra o fotonu müəllifi olduğunuz məqalədə problemsiz istifadə edə bilərsiniz. Atakhanli (müzakirə) 11:25, 20 yanvar 2023 (UTC)
- Elə fayl var müəllifə ödəniş olunub oda təbii haldı işini görüb bəs bu necə? Fayl şəxsin özünün sayılmır. Maillə təsdiq məsələsində çətinlik çəkirəm çünki ingilis dilində bilmirəm. Azvikiyə yükləmək daha rahatdır burada hər şeyi qeyd edib faylları yükləmək olar fikrimcə? - Onyeddi (müzakirə) 12:35, 20 yanvar 2023 (UTC)
- Commonsda niyə bloklanmısız? Şiroi Akuma 16:19, 20 yanvar 2023 (UTC)
- White Demon illər öncə yüklədiyim fayllar var idi və demək olar təsdiqlənmişdi bu yaxınlarda biri çıxdı başladı o faylları sildirməyə sonrada deyəsən məni şikayət etdi və bloklandım. - Onyeddi (müzakirə) 16:28, 20 yanvar 2023 (UTC)
- Commons-dakı bloklama qeydlərinə baxdım, qeyd olunub ki, bir neçə hesabdan istifadə etməyə görə bloklanmısız. Özü də Checkuserlə təsdiqləndiyi qeyd olunub. Şiroi Akuma 17:13, 20 yanvar 2023 (UTC)
- Orda bloklandığım üçün məcbur fayl yükləmişdim ona görədə blok tətbiq olundu. - Onyeddi (müzakirə) 17:29, 20 yanvar 2023 (UTC)
- @Onyeddi fotoqrafa ödəniş olunsa da, hüquq yenə ondadər. ya da müqavilə filan bağlamalədırlar, fotoqraf hüququnu rəsmi olaraq sənətçiyə verməlidir və s. bu da çox uzun məsələdir. ən doğru və etibarlı variant dediyim kimidir Atakhanli (müzakirə) 17:44, 20 yanvar 2023 (UTC)
- Orda bloklandığım üçün məcbur fayl yükləmişdim ona görədə blok tətbiq olundu. - Onyeddi (müzakirə) 17:29, 20 yanvar 2023 (UTC)
Atakhanli biz bu üsulu azviki üçün etsək bəs? Commons əvəzi... - Onyeddi (müzakirə) 17:45, 20 yanvar 2023 (UTC)
- Mümkün deyil. Yaşayan şəxsin fotosunu bura yükləyə bilmərik. Müəllifdən icazə almısızsa, elə icazəni rəsmi şəkildə göstərib Commons-a yükləməlisiz. "AzVikinin fayl yükləmək üçün daha rahat yer" görüntüsü verməsi əslində bizim üçün mənfi haldır. Biz də eynilə EnViki, Commons kimi bu məsələni ciddiləşdirməli, sərtləşdirməliyik. Keçən 10 ildə bu sahədə irəliləyişlərimiz olmayıb. Amma yavaş-yavaş hiss edirəm ki, bu sahədə ciddiləşmə gedir. Nə qədər fair use olmayan fayl silindi. Bu aralar bu prosesə fasilə verilib, amma davam ediləcək mütləq. Şiroi Akuma 18:10, 20 yanvar 2023 (UTC)
Azvikinin özünə fayl yükləmək istəyirəm çünki bəzi fayllar var ki, onları ora yükləmək olmur. - Onyeddi (müzakirə) 17:42, 20 yanvar 2023 (UTC)
- @Onyeddi azvikinin özünə də müəllifi hüququnu pozan fayllar yükləyə bilmərsiniz. bu dəfə də azvikinin özündən bloklana bilərsiniz. qeyd etdiyiniz şey vəfat etmiş şəxslərə aiddir ki, bu da sırf azvikiyə özəl deyil. ingilis vikisinin özündə də bu var. yəni lokal fayl yükləmə. siz isə yaşayan insanları nəzərdə tutursunuz, nəticə etibarı ilə eyni şey çıxır. bundan əlavə commonsa yüklədiyiniz fayl google-da daha çox görünən olur. Atakhanli (müzakirə) 17:49, 20 yanvar 2023 (UTC)
- White Demon, Onyeddi adlı istifadəçi dəfələrlə Namiq Qaraçuxurlunun fotosunu əlavə edib bura. Əvvəl Commonsda var idi həmin şəxsin fotosu. Amma müəllif hüquqlarına görə silinib həmin foto. İndi də locala əlavə edir bu fotoları. Mən başa düşə bilmirəm bir məsələni. Müəllif hüquqları ilə bağlı qaydalar varsa, niyə fayl silinmir ? Qayda hamı üçün bir deyil ? Faylların qorunmasında olan marağları başa düşə bilmirəm. Grenzsoldat 17:50, 20 yanvar 2023 (UTC)
- @Grenzsoldat bildiyim qədəri ilə @Onyeddi Namiq Qaraçuxurlunun meneceridir. fotonu özü çəkdiyini təsdiqləyərsə qala bilər məncə. problem yoxdur burada. Atakhanli (müzakirə) 18:14, 20 yanvar 2023 (UTC)
- Meneceridir, çox gözəl. Commonsa fotoların hamısını rahatlıqla əlavə eləsin də. Grenzsoldat 18:20, 20 yanvar 2023 (UTC)
- Grenzsoldat Niyə normal sakit gedən müzakirəni davaya çevirməyə çalışırsız? Hər bir məsələdə bir ajataj axtarırsız? İmkan verin müzakirə edək bir nəticəyə gələk söhbət burda ümumi problemdən gedir ki, məqalələr faylsız xoş görsənmir siz gəlib ad çəkib aranı başqa şeylərlə qatırsız. - Onyeddi (müzakirə) 18:42, 20 yanvar 2023 (UTC)
- Yaxşı, yaxşı, əsəbləşməyin. Onsuzda bu günlərdə "qara siyahıdayam". Gedim biraz məqalə yazım. Grenzsoldat 18:44, 20 yanvar 2023 (UTC)
- Burda heç kim sizi qəsnən qara siyahıya salmayıb nə etmisinizsə özünüz etmisiz - Onyeddi (müzakirə) 18:47, 20 yanvar 2023 (UTC)
- Bu günə qədər nə eləmişəmsə, hamısını xoş niyyətlə eləmişəm. Müəllif hüququ ilə qorununan faylların silinməsindən, q/e məqalələrin silinməsinəcən. Heç bir zaman verdiyim töhfələr barədə danışmağı sevməmişəm. Amma adicə istifadəçi səhifə baxıb, nə qədər töhfə verdiyimi görə bilərsiniz. Sadəcə bir sıra xırda səhvlərə görə idarəçilər illərdir prinsip aparır. Grenzsoldat 18:50, 20 yanvar 2023 (UTC)
- @Onyeddi eyni ilə. @Grenzsoldat ilə ən çox problem yaşayan istifadəçi bəlkə də mənəm)) amma bütün hallarda fəaliyyətini həqiqətən təqdir edirəm. vikipediya üçün olduqca böyük töhfələri var. buna xüsusən də onun bloklandığı dönəmdə qarşıma çıxdığı "əsərləri " oldu. bu səbəbdən blok olunmamağını ən çox istəyən istifadəçilərdən biri də mənəm :) ümid edirəm problemlər sülh ilə həll olacaq. və bu həqiqətən son xəbərdarığı olar))) Atakhanli (müzakirə) 19:48, 20 yanvar 2023 (UTC)
- Bu günə qədər nə eləmişəmsə, hamısını xoş niyyətlə eləmişəm. Müəllif hüququ ilə qorununan faylların silinməsindən, q/e məqalələrin silinməsinəcən. Heç bir zaman verdiyim töhfələr barədə danışmağı sevməmişəm. Amma adicə istifadəçi səhifə baxıb, nə qədər töhfə verdiyimi görə bilərsiniz. Sadəcə bir sıra xırda səhvlərə görə idarəçilər illərdir prinsip aparır. Grenzsoldat 18:50, 20 yanvar 2023 (UTC)
- Burda heç kim sizi qəsnən qara siyahıya salmayıb nə etmisinizsə özünüz etmisiz - Onyeddi (müzakirə) 18:47, 20 yanvar 2023 (UTC)
- Yaxşı, yaxşı, əsəbləşməyin. Onsuzda bu günlərdə "qara siyahıdayam". Gedim biraz məqalə yazım. Grenzsoldat 18:44, 20 yanvar 2023 (UTC)
- Grenzsoldat Niyə normal sakit gedən müzakirəni davaya çevirməyə çalışırsız? Hər bir məsələdə bir ajataj axtarırsız? İmkan verin müzakirə edək bir nəticəyə gələk söhbət burda ümumi problemdən gedir ki, məqalələr faylsız xoş görsənmir siz gəlib ad çəkib aranı başqa şeylərlə qatırsız. - Onyeddi (müzakirə) 18:42, 20 yanvar 2023 (UTC)
- Bunu əslində sözlərinizə görə ən çox siz anlamalısız ki, siz mən və daha bir neçə nəfər xırda xırda səhvlər etsək nəticədə nəçə böyük səhvlərə gəlib çıxa bilər ona görə məsələ başa düşüləndi məncə siz inad etməyib k-к söhbətini bağlasaz heç bir problemdə qalmaz. İnşallah məsələ bloklanmadan həll olunar sizdə yenə tövhə verməyə davam edərsiz. Uğular :) - Onyeddi (müzakirə) 18:55, 20 yanvar 2023 (UTC)
- Meneceridir, çox gözəl. Commonsa fotoların hamısını rahatlıqla əlavə eləsin də. Grenzsoldat 18:20, 20 yanvar 2023 (UTC)
- Atakhanli hal hazırda Namiq Qaraçuxurlunun bir faylını əlavə etmişəm ancaq müəllif yəni fotonu çəkən buna icazə verməyi ilə bağlı hara nə ünvanlamaq lazımdır ki, fayl qalsın? Mən commonsa yüklənməsini istəmirəm elə azvikidə qalsa yaxşıdır. Yox əgər commonsa yüklənməlidirsə bu məsələnin əziyyətini çəkməyinizi sizdən xaiş edəcəyəm :) - Onyeddi (müzakirə) 18:51, 20 yanvar 2023 (UTC)
- @Onyeddi fotoqraf başqa ip ilə hesab açsın. sizlə heç bir aidiyyatı olmayan kompüterdən. və commonsa yükləsin. qalanında dəstək göstərəcəm. amma sizlə aidiyyatı olmayan komputer olsun ki, sonra sizin kukla hesab kimi anlaşılmasın. Atakhanli (müzakirə) 19:00, 20 yanvar 2023 (UTC)
- Bir şey soruşum, özünüz niyə fotoaparatla çəkmirsiz? Belə olanda silinməsi mümkün olmayacaq, çünki müəllif birbaşa sizsiz. Şiroi Akuma 19:17, 20 yanvar 2023 (UTC)
- Əslində elə fayl var sadəcə commonsda bloklanmışam artıq bu mümkün görünmür. - Onyeddi (müzakirə) 19:34, 20 yanvar 2023 (UTC)
- @Onyeddi son dediyim yolu edin. cihazın, ip nin ayrı olmasına diqqət yetirin. Atakhanli (müzakirə) 19:43, 20 yanvar 2023 (UTC)
- @Onyeddi, @White Demon sağolsun, mən onun məsləhəti sayəsində bu problemi həll etmişəm. Kimin ki şəkli silinir. Həmin şəxsə deyirəm ki, özünə "Flickr" hesabı açsın və ürəyi istəyən şəklini keyfiyyətli formada ora yükləyib şəklin müəllif hüquqlarını "Public" etsin. Daha sonra mən həmin şəkli çox rahat şəkildə Commons-a ixrac edirəm. samral müzakirə 17:12, 21 yanvar 2023 (UTC)
- @Onyeddi son dediyim yolu edin. cihazın, ip nin ayrı olmasına diqqət yetirin. Atakhanli (müzakirə) 19:43, 20 yanvar 2023 (UTC)
- Əslində elə fayl var sadəcə commonsda bloklanmışam artıq bu mümkün görünmür. - Onyeddi (müzakirə) 19:34, 20 yanvar 2023 (UTC)
- Samral məndə etdim ancaq silindi yəqin ki, şəkili çəkən şəxsin adından açmamışdım flickr hesabını ona görə... - Onyeddi (müzakirə) 19:25, 21 yanvar 2023 (UTC)
- "Flickr" hesabını siz açmamalısız zatən. Bu saxtakarlıq olar. Şəkil kimə aiddirsə o şəxsə yolunu izah etməlisiz o özü yükləməlidi. Siz sadəcə Commonsa ixrac edirsiz. Bu qədər. samral müzakirə 19:32, 21 yanvar 2023 (UTC)
- @Onyeddi probleminiz həll oldu, bəy? Atakhanli (müzakirə) 07:26, 27 fevral 2023 (UTC)
- @Atakhanli acıqı şəkilnən bağlı məşğul olmadım deyə həll olundu demek olar ))) Onyeddi (müzakirə) 07:52, 27 fevral 2023 (UTC)
- @Onyeddi müzakirəni arxivləyə bilərəm? Atakhanli (müzakirə) 07:54, 27 fevral 2023 (UTC)
- @Atakhanli acıqı şəkilnən bağlı məşğul olmadım deyə həll olundu demek olar ))) Onyeddi (müzakirə) 07:52, 27 fevral 2023 (UTC)
- @Onyeddi probleminiz həll oldu, bəy? Atakhanli (müzakirə) 07:26, 27 fevral 2023 (UTC)
- "Flickr" hesabını siz açmamalısız zatən. Bu saxtakarlıq olar. Şəkil kimə aiddirsə o şəxsə yolunu izah etməlisiz o özü yükləməlidi. Siz sadəcə Commonsa ixrac edirsiz. Bu qədər. samral müzakirə 19:32, 21 yanvar 2023 (UTC)
Kukla
redaktəSalam. Kuklalardan bütün istifadəçilər istifadə edə bilər? EVRRVE. (müzakirə) 04:26, 21 yanvar 2023 (UTC)
- @EVRRVE. ikinci hesabınızı nəzərdə tutursunuz? Atakhanli (müzakirə) 16:37, 21 yanvar 2023 (UTC)
- Alternativ hesab açmaq mümkündür. Saxtakarlıq etməmək şərtilə. Şiroi Akuma 07:33, 22 yanvar 2023 (UTC)
Bəli. EVRRVE. (müzakirə) 17:01, 21 yanvar 2023 (UTC)
- İstifadəçi səhifəsində müəyyən edərək, bəli. Həmçinin, ümumi qaydaları bilirsiniz yəqin ki. Məsələn, eyni səsvermədə iki hesab iştirak edə bilməz və s. --► Hörmətlə: SolaVirum 17:08, 21 yanvar 2023 (UTC)
- @EVRRVE. Vikipediya:Kuklalar. verilir, amma bir-birinizin səhifəsində bunu bildirməlisiniz, bir də SNS, BNS, səs vermə, idarəçiliyə seçkilər və s. kimi yerlərdə yalnız bir hesabdan istifadə edə bilərsiniz. əks halda bloklanacaqsınız. Atakhanli (müzakirə) 17:10, 21 yanvar 2023 (UTC)
Məlumat üçün təşəkkürlər. — EVRRVE. (müzakirə) 18:06, 21 yanvar 2023 (UTC)
Internet Archive Bot
redaktəSalam, son günlərdə Internet Archive Botu ilə səhifəni analiz etmək olmur, Bot işi təqdim etmək olmur. 503 Xətası ilə qarşılaşıram. Problem nədədir? — EVRRVE. (müzakirə) 04:42, 27 yanvar 2023 (UTC)
- Məsələ ilə bağlı burada müzakirə gedir. --► Hörmətlə: SolaVirum 17:51, 29 yanvar 2023 (UTC)
- Təşəkkürlər 🙂 — Wealszy (müzakirə) 18:18, 29 yanvar 2023 (UTC)
Stenfordun 1901-ci ilin xəritəsində Azərbaycanın əraziləri - Xankəndi, Şuşa, Ağoğlan..
redaktəhörmətli vikiçilər. sizə maraqlı ola biləcək məlumatı bölüşmək istəyirəm. 1901-ci ilə məxsus olan bu xəritədə (Kiçik Asiya, Qafqaz və Qara dəniz. London atlas seriyası.) Kiçik Asiya, Qafqaz və Qara dəniz hissəsində Azərbaycan əraziləri də yer alıb. həmin xəritənin keyfiyyətli forması viki commonsda var. üzərinə klik etsəniz həmin hissə böyüyəcək və çox keyfiyyətli olduğu üçün adları çox rahatca oxumaq olar. xəritədə Xankəndi, Şuşa, Ağoğlan və s. yaşayış məntəqələri olduğu aydın görünür. maraqlıdır ki, Göyçə gölü "Göyçə gölü və ya Sevan gölü" kimi qeyd olunub. @Solavirum @En Merker @Sefer azeri @Shafa Movsumov
Xəritəyə keçid üçün. Atakhanli (müzakirə) 10:17, 27 yanvar 2023 (UTC)
Ermənistanda kəndlər
redaktəİndiki Ermənistan Respublikası ərazisində yerləşən kəndlər haqqında məqalələrin preambulasında (giriş hissəsində) XIX əsr inzibati bölgüsündən istifadə etmək nə dərəcədə düzgündür? Birinci planda Ermənistan Respublikasının inzibati bölgüsü olmalı deyil? Məsələn, Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd.
yazılıb. Ermənistanda rayon sistemi, o cümlədən Gorus rayonu 1990-cı illərdə ləğv edilib, miqyas cəhətdən daha böyük mərzlər formalaşdırılıb. Nümunədəki vəziyyət əvəzinə Qaraşen — Ermənistanın Sünik mərzinin Tex bələdiyyəsində kənd.
Həmçinin, Ermənistanda toponimləri dəyişdirilmiş yaşayış məntəqələri haqqında məqalələrin ikinci cümləsinə Hal-hazırda "X" adlanır.
yazmaq da olar. --► Hörmətlə: SolaVirum 11:31, 30 yanvar 2023 (UTC)
- Razıyam. Əgər kənd hələ də mövcuddursa, indiki inzibati bölgü ön planda olmalıdır. Mənə də qəribə gəlir ki, niyə görə keçmiş inzibati bölgü ilə göstərilir. Şiroi Akuma 14:14, 30 yanvar 2023 (UTC)
- VP:MİLLİ-ni pozmaq məqsədilə məncə. --► Hörmətlə: SolaVirum 14:37, 30 yanvar 2023 (UTC)
- Və ya da köçürüldüyü mənbədə belə yazıldığı üçün. Şiroi Akuma 15:31, 30 yanvar 2023 (UTC)
- @Solavirum, haqlısız. Lakin kəndin adı bizim mənbələrdə necədirsə o cür verməliyik. samral müzakirə 06:43, 23 fevral 2023 (UTC)
- Kənd adlarında problem yoxdur, problem odur ki, başlıqda birinci köhnə inzibati bölgü göstərilir. Şiroi Akuma 10:17, 23 fevral 2023 (UTC)
- @Solavirum, haqlısız. Lakin kəndin adı bizim mənbələrdə necədirsə o cür verməliyik. samral müzakirə 06:43, 23 fevral 2023 (UTC)
- Və ya da köçürüldüyü mənbədə belə yazıldığı üçün. Şiroi Akuma 15:31, 30 yanvar 2023 (UTC)
- VP:MİLLİ-ni pozmaq məqsədilə məncə. --► Hörmətlə: SolaVirum 14:37, 30 yanvar 2023 (UTC)
Təkmilləşdirmə Kateqoriyaları
redaktəSalam, bu və digər buna oxşar kateqoriyaları necə yaratmaq olar? — Wealszy (müzakirə) 13:52, 30 yanvar 2023 (UTC)
- Şablonlarda xüsusi parametrlər qoyulur ki, bu cür kateqoriyalar avtomatik yaransın. Bu cür kateqoriyalar əllə əlavə olunmur. Şiroi Akuma 14:25, 30 yanvar 2023 (UTC)
- @White Demon məlumat üçün təşəkkürlər.🙂 — Wealszy (müzakirə) 15:00, 30 yanvar 2023 (UTC)
White Demon həmin xüsusi parametrləri bütün istifadəçilər qoya bilir yoxsa yalnız interfeys inzibatçıları? — Wealszy (müzakirə) 15:28, 30 yanvar 2023 (UTC)
- Şablonlarla işləməyi bacaran hər kəs. Şiroi Akuma 15:30, 30 yanvar 2023 (UTC)