Vikipediya Kend Meydani - Wikipedia
Salam. Bu qayda da hazırdır. Əlavə edəcəkləriniz varsa, buyurun, daha sonra rəsmi olaraq qəbulu üçün səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 09:30, 3 dekabr 2024 (UTC)
Çətin redaktələr etməyə hazır redaktorlar və çətin bloklar tətbiq etməyə hazır inzibatçılar
redaktəSalam. Vikipediyaçıların bir-birinə dəstək vermə məqsədi daşıyan iki səhifəni diqqətinizə çatdırıram. Vikipediya:Çətin redaktələr etməyə hazır redaktorlar və Vikipediya:Çətin bloklar tətbiq etməyə hazır inzibatçılar. Diqqət yetirə və adlarınızı əlavə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 12:59, 3 dekabr 2024 (UTC)
- Blok məsələsində az-vikidə inzibatçılar arasında da stabil ortam yoxdur. Bu gün kiməsə blok təyin edirsən, qıraqdan başqası gəlir ki, "mən bu bloku dəstəkləmirəm". Halbuki, bunun standart prosedurları var. Məsələn, inzibatçı tərəfindən müddətsiz blok təyin edilən istifadəçi prosedur başladaraq bunu digər müstəqil administrator ilə müzakirə edə bilər. Yoxsa 50 nəfəri teq edib orada müzakirə aparmaq, nəticədə kimisə səhv-düz çıxarmağa gətirib çıxarır və müzakirə olur mübahisə. Turkmen müzakirə 13:23, 3 dekabr 2024 (UTC)
- @Turkmen, düzü, bu məsələ buna görə açılmayıb, amma bir halda ki yazdınız, fikrimi bildirim, necə olsa əlaqəlidir məsələ ilə. Mənim inzibatçılar içərisində etibar etmədiyim istifadəçilər var, açığı, vəziyyət məncə, əvvəlkinə baxanda yenə yaxşıdı, neytrallıq daha çoxdu və obyektiv ortam daha yaxşıdır. Əslində burda məsələ fərqli şeydən gedir, məsələn, biri gəlir məqaləsi ya da hansısa məsələ ilə bağlı icmanı və ya istifadəçiləri təhdid edir, onu bloklamaqdan gedir söhbət. Açıq sübut varsa onsuz da müzakirə lazım deyil, qalır addım atmaq. Müzakirə lazımdırsa onsuz da müzakirə gedəcək, yekunda biri də bloku tətbiq edəcək. Hörmətlə, Qədir (müzakirə) 13:32, 3 dekabr 2024 (UTC)
- @Gadir, bu məsələ əslində toxunulmamış məsələdir və dediyiniz kimi dolayısı ilə aidiyyəti olduğu üçün buraya yazdım. Halbuki, ciddi məsələdir, çünki xaos vəziyyəti yaradır. Fərdi olaraq kimisə nəzərdə tutmuram, elə başa düşməyin. Sadəcə ümumi mənzərəni yazdım. Belə məsələlər, digər böyük layihələrdəki kimi fərdi həll edilməlidir.Turkmen müzakirə 13:45, 3 dekabr 2024 (UTC)
- Başa düşürəm və haqq da verirəm sizə, mən sadəcə fikrimi bildirdim. Qeyd etdiyiniz məsələnin elə bir səbəbi də qayda boşluqlarının ortaya çıxardığı çuxurlardır. Bizdə inzibatçılarla əlaqəli vəziyyət digər vikilərə müqayisə ilə heç ürəkaçan deyil, dediyiniz kimi. Hər halda, bu, belə bir səhifəyə əngəl deyil. Digər tərəflər də vaxt ilə düzələr deyə düşünürəm və ümid edirəm. Hörmətlə, Qədir (müzakirə) 13:54, 3 dekabr 2024 (UTC)
- @Gadir, bu məsələ əslində toxunulmamış məsələdir və dediyiniz kimi dolayısı ilə aidiyyəti olduğu üçün buraya yazdım. Halbuki, ciddi məsələdir, çünki xaos vəziyyəti yaradır. Fərdi olaraq kimisə nəzərdə tutmuram, elə başa düşməyin. Sadəcə ümumi mənzərəni yazdım. Belə məsələlər, digər böyük layihələrdəki kimi fərdi həll edilməlidir.Turkmen müzakirə 13:45, 3 dekabr 2024 (UTC)
- @Turkmen, düzü, bu məsələ buna görə açılmayıb, amma bir halda ki yazdınız, fikrimi bildirim, necə olsa əlaqəlidir məsələ ilə. Mənim inzibatçılar içərisində etibar etmədiyim istifadəçilər var, açığı, vəziyyət məncə, əvvəlkinə baxanda yenə yaxşıdı, neytrallıq daha çoxdu və obyektiv ortam daha yaxşıdır. Əslində burda məsələ fərqli şeydən gedir, məsələn, biri gəlir məqaləsi ya da hansısa məsələ ilə bağlı icmanı və ya istifadəçiləri təhdid edir, onu bloklamaqdan gedir söhbət. Açıq sübut varsa onsuz da müzakirə lazım deyil, qalır addım atmaq. Müzakirə lazımdırsa onsuz da müzakirə gedəcək, yekunda biri də bloku tətbiq edəcək. Hörmətlə, Qədir (müzakirə) 13:32, 3 dekabr 2024 (UTC)
Avtomoderatorun aktivləşdirilməsi
redaktəSalam hər kəsə. Təklif edirəm ki, vikidə Avtomoderatoru aktivləşdirək. Maşın öyrənməsi əsasında əldə etdiyi xal əsasında vandalizm hesab etdiyi redaktələri geri qaytarır və konfiqurasiyaya uyğun olaraq müzakirə səhifəsi mesajı göndərir. Botu istədiyimiz kimi konfiqurasiya etmək mümkün olacaq. İstəsək geri qaytarma nisbətini ən yüksəyə çəkərək dəqiqliyi tam artıra bilərik, problemlər (səhv geri qaytarmalar) olduqda elə redaktənin yanında yerləşən (adətən təşəkkür düyməsinin yerləşdiyi hissə) yerdən birbaşa xətanı bildirmək olacaq. Bu xüsusilə gözdən qaçan 100% vandalizm olan redaktələrlə mübarizədə faydalı ola bilər. Tezliklə bizdəki dəyişiklik süzgəclərini də yeniləməyi planlaşdırıram, o zaman vandalizmin necə deyərlər kökünü tam kəsmiş olacayıq.
Nümunə olaraq türkcə vikipediyadakı fəaliyyətinə baxa bilərsiniz: tr:Special:Contributions/Otomoderatör Nemoralis (müzakirə) 09:01, 6 dekabr 2024 (UTC)
- Onda inzibatçılara ehtiyac qalmayacaq?)) Hörmətlə, Qədir (müzakirə) 09:27, 6 dekabr 2024 (UTC)
- Məzmuna baxır ya təkcə redaktəyə, yəni azərbaycancaya uyğun olacaq ya dildən asılı deyil? — Bikar müzakirə 09:36, 6 dekabr 2024 (UTC)
- Trvikidə baxdım, əsasən geniş məzmunu geri qaytarır. Düşündüyümdən daha aşağı səviyyəli imiş(ya da hələ train olmuyub). Qoşağ — Bikar müzakirə 09:41, 6 dekabr 2024 (UTC)
- Səviyyəni təyin etmək olur. Bu şəklə baxın: Fayl:Automoderator CommunityConfiguration page en.beta September 2024.png Nemoralis (müzakirə) 09:42, 6 dekabr 2024 (UTC)
- Çox gözəl, ən aşağı səviyyədən başlıyırıq. Lehinəyəm — Bikar müzakirə 09:46, 6 dekabr 2024 (UTC)
- @Bikar, product manager ilə danışdım. Bunu atdı: meta:Machine learning models/Production/Language-agnostic revert risk. Hər dilə uyğundur deyir. Nemoralis (müzakirə) 11:52, 6 dekabr 2024 (UTC)
- Siyahıda az var burda, meta:Machine learning models/Production/Multilingual revert risk. Maşındı da, lazım olsa söndürmək olur — Bikar müzakirə 12:14, 6 dekabr 2024 (UTC)
- Lehinə: Yaxşı fikirdi, təşəkkürlər. Turkmen müzakirə 12:37, 6 dekabr 2024 (UTC)
- Siyahıda az var burda, meta:Machine learning models/Production/Multilingual revert risk. Maşındı da, lazım olsa söndürmək olur — Bikar müzakirə 12:14, 6 dekabr 2024 (UTC)
- @Bikar, product manager ilə danışdım. Bunu atdı: meta:Machine learning models/Production/Language-agnostic revert risk. Hər dilə uyğundur deyir. Nemoralis (müzakirə) 11:52, 6 dekabr 2024 (UTC)
- Çox gözəl, ən aşağı səviyyədən başlıyırıq. Lehinəyəm — Bikar müzakirə 09:46, 6 dekabr 2024 (UTC)
- Səviyyəni təyin etmək olur. Bu şəklə baxın: Fayl:Automoderator CommunityConfiguration page en.beta September 2024.png Nemoralis (müzakirə) 09:42, 6 dekabr 2024 (UTC)
- Trvikidə baxdım, əsasən geniş məzmunu geri qaytarır. Düşündüyümdən daha aşağı səviyyəli imiş(ya da hələ train olmuyub). Qoşağ — Bikar müzakirə 09:41, 6 dekabr 2024 (UTC)
- Mən dəstəkləyirəm. Son vaxtlar vandalizm halları daha da artıb və demək olar ki, heç kim vandalizm halları ilə mübarizə aparmır. Nə qədər məqalədə söyüş, trol redaktə qalıb. Unkillable Demon King 15:57, 6 dekabr 2024 (UTC)
- Lehinə: yazdığım məqalələrə aylar sonra baxıram ki, vandalizm halı yaşanıb və heç kəs görməyib. Yaxşı təşəbbüsdür. --► Hörmətlə: SolaVirum 15:59, 6 dekabr 2024 (UTC)
Salam. Hazırda bu səhifə üzərində işləyirəm. Sizcə, bu siyasət olmalıdır, yoxsa esse? Envikidə esse kimi, trvikidə isə siyasət kimi qəbul ediblər. Məncə, qayda kimi qəbul etsək, səs ovlarının qarşısını almaq olar müəyyən qədər, həm də əsaslandırılmış arqumentlər tələb ediləcək bu dəfə. Yəni məhdudiyyət olmadan qaydalara uyğun nisbətən obyektiv mühitdə olacaq səsvermələr. Hər halda, azvikiyə uyğunlaşdırmaq və tərtib etmək mümkündür. Hörmətlə, Qədir (müzakirə) 18:13, 8 dekabr 2024 (UTC)
- Essedi, @White Demon, sən də bax — Bikar müzakirə 18:17, 8 dekabr 2024 (UTC)
- Trvikidə qayda kimi qəbul ediblər amma, oradakı sistemlə tanışam, yaxşı da işləyir. Hörmətlə, Qədir (müzakirə) 18:17, 8 dekabr 2024 (UTC)
- Yeri gəlmişkən, bəzi esseləri qayda kimi götürmüşük onsuz, nümunə kimi Vikipediya:Vikimübaliğə, Vikipediya:Burada ensiklopediyanı genişləndirmək üçün olmaq səhifələrini göstərə bilərəm. Hörmətlə, Qədir (müzakirə) 18:19, 8 dekabr 2024 (UTC)
- Qayda kimi necə qəbul oluna bilər ki? Məsələn, essedə yazılıb ki, fikir bildirmədən səs verməkdən çəkinmək lazımdır. Kimsə gəlib fikir bildirmədən səs versə, onu bloklamalıyıq? Və ya səsini saymamalıyıq? Və ya xəbərdarlıq etməliyik? Qayda kimi qəbul olunması məntiqli deyil. Unkillable Demon King 18:36, 8 dekabr 2024 (UTC)
- Bloklamaq yoxdur, səsi etibarsız hesab olunacaq. Trvikidəki sistemlə tanış olmağı məsləhət görürəm. Hörmətlə, Qədir (müzakirə) 18:37, 8 dekabr 2024 (UTC)
- Təcrübə məqsədilə tətbiq etmək olar ki, necə alınır. Unkillable Demon King 19:22, 8 dekabr 2024 (UTC)
- Amma mən düşünmürəm ki, nəsə effekti olsun. TrViki deyirsən, amma orada da namizədlikdə adamlar şablon sözləri yazıb çıxır gedirlər. Unkillable Demon King 19:25, 8 dekabr 2024 (UTC)
- Namizədlikdə əsasən qarşı şərhlərə baxılır, yəni problem yoxdursa dəstəkləyir, problem varsa qarşıdır. Hörmətlə, Qədir (müzakirə) 19:32, 8 dekabr 2024 (UTC)
- Amma mən düşünmürəm ki, nəsə effekti olsun. TrViki deyirsən, amma orada da namizədlikdə adamlar şablon sözləri yazıb çıxır gedirlər. Unkillable Demon King 19:25, 8 dekabr 2024 (UTC)
- Təcrübə məqsədilə tətbiq etmək olar ki, necə alınır. Unkillable Demon King 19:22, 8 dekabr 2024 (UTC)
- Bunu səhifənin girişinə qoymaq lazımdır, ki, səsvermələrdə diqqətə çarpsın bu. Sizcə, belə yaxşıdır, yoxsa sadəcə əsaslandırılmamış "əleyhinə" səslər? Çox vaxtı da düz olmur və nəticəyə təsir edir. Hörmətlə, Qədir (müzakirə) 18:38, 8 dekabr 2024 (UTC)
- Bloklamaq yoxdur, səsi etibarsız hesab olunacaq. Trvikidəki sistemlə tanış olmağı məsləhət görürəm. Hörmətlə, Qədir (müzakirə) 18:37, 8 dekabr 2024 (UTC)
- Qayda kimi qəbul edilə bilməz. Ağzınızda səsvermə deyirsiniz. Heç kimə deyə bilmərik ki, sənin filan fikrinə görə səsini saymırıq. Maksimum esse ola bilər məsləhət xarakterli olması üçün. Nemoralis (müzakirə) 16:43, 9 dekabr 2024 (UTC)
- İşləyərkən bir az düşündüm, mən də o qənaətə gəldim ki, esse olsun. Hardasa hazırdı, uyğun yerə əlavə edərik, oxunması üçün. Hörmətlə, Qədir (müzakirə) 16:45, 9 dekabr 2024 (UTC)