Bütün Vikipediyada olduğu, video oyunlarla əlaqəsi olan hər hansı bir məqalənin adı həmin mövzunu ən yaxşı izah edən sadə bir ad olmalıdır. Xüsusiyyətlə, video oyunun başlığı tamamilə müəyyəndirsə, həmin başlıq məqalənin adı olmalıdır; məsələn, The Last of Us və ya Battlefield V. Bu amillərə əlavə olaraq, gördüyünüz kimi, video oyunların orijinal dilindəki adların latın skriptinə çevrilmiş versiyasından istifadə etmək lazımdır. Əgər hansısa bir video oyunun rəsmi şəkildə azərbaycanca adı varsa, məsələn, Sonuncu Dalan və İşğal altında: Ağdam, həmin o addan istifadə etmək lazımdır.
Əgər hansısa video oyunun çoxişlənən adı naməlum və ya mübahisəlidirsə, onu eyniadlı seriyalardan, personajlardan, filmlərdən, komikslərdən, kitablardan və ya kitablardan ayırmaq üçün mötərizədə verilən dəqiqləşdirmə adından istifadə etmək lazımdır. Məsələn, Fallout (oyun seriyası), God of War (oyun, 2005). Buna əlavə olaraq, ayrı bir dəqiqləşdirmə səhifəsindən də istifadə etmək olar. Əgər hansısa bir video oyunun altadı varsa, məsələn, Halo: Combat Evolved, həmin video oyun tam adını yazmaq lazımdır.
Konvensiyalarda münaqişə yaranırsa, ən müəyyənedici konsensiyadan istifadə edin.
İkinci və daha sonrakı sözlərin baş hərflərini rəsmi deyilsə, böyük hərflə yazmayın. (məsələn, "Cloud Strife" "Buster sword"dan istifadə edir, "Buster Sword"dan yox).
Ümumiyyətlə, məqalə adlarında tək halda olan isimlərdən istifadə edin (məsələn, Key item, Key items yox).
Rəsmi deyilsə, məqalə adına "the" və ya "a"/"an" artikullarından yerləşdirməyin.
Ümumiyyətlə, rəsmi olsa belə, məqalə adlarında ingilis dilinin standart böyük hərflərlə yazılış tərzindən istifadə edin (məsələn, Infamous, inFAMOUS yox).
Yuxarıda sadalanan qaydalara demək olar ki, təkcə abreviaturaları (məsələn, F.E.A.R.) ilə bilinən adlar istisnadır.
Çalışın ki, məqalə adlarının digər versiyalarını istiqamətləndirmə səhifəsi olaraq yaradın (məsələn, [Qbert|Qbert]] və Q-bertQ*bert səhifəsinə istiqamətləndirir).
Qeyri rəsmi adlar (məsələn, Command & Conquer video oyununa azarkeşlər tərəfindən verilən Command & Conquer: Tiberian Dawn adı) qəbuledilməzdir.
Əgər mövcuddur, başlığa azərbaycanca olan adı yerləşdirin. Daha sonra, digər rəsmi adları istiqamətləndirmə olaraq verin.
Subtitrlar və ilkintitrlar istifadə etməyə icazə verilir, ancaq rəsmi bir ad açıqlanandan sonra ilkinad dəyişdirilməlidir.
Adlandırma məqsədilə, modifikasiyalar (modlar) müstəqil oyun hesab edilirlər. Məsələn, Counter-Strike, Half-Life: Counter-Strike yox. Dəqiqləşdirmədən istifadə edəndə (video oyun) yazın, (mod) yox.
Video oyunun seriyasındakı yerini müəyyənləşdirmək üçün başlıqda üçün ərəb və ya rum rəqəmlərindən istifadə edin. Rəsmi adlardakı rəqəmlərdən istifadə etmək mütləqdir (məsələn, Final Fantasy 4 yerinə Final Fantasy IV və Quake IV yerinə Quake 4). Rum rəqəmlərindən istifadə olunubsa, ərəb rəqəmlərindən istifadə edən bir istiqamətləndirmə yaratmağı nəzərə alın (məsələn, Battlefield 5 səhifəsi Battlefield V məqaləsinə istiqamətləndirilməlidir).
Hansısa bir seriyadakı video oyunları adlandıran zaman, çalışın ki, bir-birlərinə uyğun olsunlar. Buna subtitrlardan və rəqəmlərdən istifadə etmək də daxildir. Əgər iki fərqli oyun iki fərqli ad və rəqəmlə buraxılıbsa, bu zaman o istisna olur (məsələn, EarthBound və Mother 3).
Əgər hansısa bir video oyun personajının tam adı video oyunun içərisində tam şəkildə verilibsə, başlıqda həmin o addan istifadə etmək lazımdır. Əks halda, ən işlək adı yazın.
Əgər başqa bir mediada istifadə edilən ən işlək ad daha məşhurdursa, həmin o addan istifadə etmək lazımdır (məsələn Eş yerinə Eş Ketçum).
Video oyun formasında təqdim edilən məzmun kütləvi informasiya vasitələrinin film, radio, komiks, anime kimi digər formatlarına uzanırsa, həmin franşiza haqda ümumiləşdirici bir məqalə olmalıdır, həmin məqalə isə franşizanın əsas başlığını (məsələn Ulduz müharibələri) və Seriya adı (franşiza) dəqiqləşdirmə başlığını ehtiva etməlidir.