Vikipediya Meqalenin Adlandirilmasi - Wikipedia
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Vikipediyanın bütün məqalələri üçün hər-hansı prinsipin istifadəsi mümkün deyil. Hər-hansı məqalənin adını təyin edərkən bu və ya digər formada təbiilik, texnoloji dəstək və rahatlıq arasında bir kompromis əldə edilməlidir. Məqalənin adı sadə və prioritetlərin düzgün seçilməsindən asılı olmalıdır.
Məqalənin adı mümkün qədər qısa və aydın olmalıdır. Azərbaycanca danışan oxucunun ən çox tanış olduğu varianta üstünlük verilməlidir, bu mubahisə yaradarsa onda Azərbaycan dilində olan ensiklopediya, dərslik və ya akademik nəşrlərdə istifadə olunmuş varianta üstünlük verilməlidir. Tire (–) və s. bu kimi işarələrdən istifadə olunmamalıdır.
Prinsiplər
redaktə- Təbiilik. Məqalənin adlandırılmasında daha çox istifadə olunan varianta üstünlük verilməlidir. Əgər bu zaman neytrallıq pozularsa, üstünlük neytral varianta verilir. Məqalənin adlandırılmasında heç bir xüsusi qaydalar göstərilmir.
- Texnoloji dəstək. Adlandırmada çox sadə prinsipdən istifadə edilir. Bu şəxs və ya cism, yer adı həyatda necə adlandırılırsa, Vikipediyada da elə adlandırılmalıdır. Mürəkkəb adlandırmada sözlərin düzülüşü təbii və qramatik qaydalara uyğun olmalıdır. Az istifadə olunan ifadələrə, daha çox istifadə olunan terminə keçid qoyulmalıdır. Digər tərəfdən məqalənin adlandırılması üçün hər-hansı dəqiq qayda yoxdur.
- Rahatlıq. Bir insanın, ərazinin və ya əşyanın bir neçə adı ola bilər. Bu adlardan ən sadəsi və rahat tələffüz olunanı, daha tez-tez istifadə olunanı məqalənin adlandırılmasında istifadə olunmalıdır.
- Axtarış üçün rahat. Məqaləyə ad seçərkən istifadəçilərin axtarış sorğularına daha çox uyğun olan sözlər nəzərə alınmalıdır. Bu həm də Vikipediya istifadəçilərinin sayının artmasına xidmət edir.
Əlavə: Vikipediyada coğrafi adların yazılışı və coğrafi yerlər haqqında məqalələrin adları etibarlı mənbələrə əsaslanmalıdır. Etibarlı mənbə deyəndə, burada, mütəxəssis(lər) tərəfindən yazılmış azərbaycan dilində mənbələr nəzərdə tutulur. Məsələn, ensiklopediyalar, elmi nəşrlər (yalnız coğrafiya sahəsi üzrə elmi nəşrlər, hər elmi nəşr heç də mötəbər hesab edilə bilməz; məsələn, hansısa tibbi ədəbiyyatda və ya ədəbi əsərdə yazılmış coğrafi ad, coğrafiya sahəsi üzrə mötəbər mənbə deyil!), xəritələr və s. Əgər belə mənbələrə istinad edilmirsə, o halda coğrafi yerlər haqqında məqalələrin adlarını şəxsi mülahizə əsasında yazmaq, yaxud dəyişmək düzgün deyil. O cümlədən, azərbaycanlı olduğumuza görə Gürcüstan və Ermənistan toponimlərini vikipediyada köhnə Azərbaycan adları ilə göstərə bilmərik. Belə bir hal, vikipediyanın üç əsas ümumi prinsipindən birinin - tərəfsizliyin, pozulması deməkdir. Əvəzində isə həmin toponimlər hal-hazırda Azərbaycan dilindəki etibarlı mənbələrdə, xəritələrdə necə göstərilirsə, biz də onları vikipediyada da həmin adla göstərməliyik. 2-ci bir variantdan söhbət gedə bilməz, hər hansı 2-ci variant vikipediya qaydalarının pozulması deməkdir.