Vikipediya Qadcetler Istifadeci Huquqlari - Wikipedia
İstifadəçi hüquqları — yüksək hüquqlara sahib istifadəçilərin adının kənarında mötərizə içərisində indikator əlavə edən qadcet.
Nümunə (B, İ)
Bu qadcet defolt olaraq bütün istifadəçilərdə aktivdir.
Qadcetin kodu MediaViki:Gadget-markadmins.js və MediaViki:Gadget-markadmins.css səhifələrində yerləşir.
Hərflər
redaktə- B — bürokrat
- QS — qlobal silici
- QİR — Qlobal interfeys redaktorları
- Qİ — Qlobal inzibatçı
- İİ — İnterfeys inzibatçısı
- O — Ombudsman
- F — Vikimedia Fondunun əməkdaşı
- S — Stüard
- SA — Sistem administratoru
- İ — İnzibatçı
- FT — Vikimedia Fondunun tədqiqatçısı
Fərdiləşdirmə
redaktəDefolt olaraq indikatorlar sadə mətnlə göstərilir. Fərdiləşdirmək üçün .userflags-wrapper
sinfindən istifadə edərək şəxsi CSS faylınızdan istifadə edə bilərsiniz.
Məsələn, indikatoru qalın etmək üçün bu kodu əlavə edə bilərsiniz:
.userflags-wrapper { font-weight: bold; }
Ətraflı: font-weight parametri
Necə işləyir?
redaktəQadcet XTools tərəfindən verilən istifadəçi siyahısını işləyərək hər yüksək hüquqlu istifadəçinin hüquqlarını adının kənarında göstərir. XTools-a arxa-arxaya sorğu göndərməmək üçün alınan data 1 saat müddətinə mw-gadget-markadmins
adıyla brauzerin lokal yaddaşında saxlanılır.