Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Genis Acilmis Gozlerle Film 2009 - Wikipedia
Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Genis Acilmis Gozlerle Film 2009 - Wikipedia - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Təqdim olunduğu tarix: 30 iyul 2020
- Məqalə üzərində işləyən(lər): Keete 37
- İcraçı: — Baskervill (müzakirə) 09:10, 30 iyul 2020 (UTC)
- Lehinə: --Farid Aliyev (müzakirə) 17:11, 30 iyul 2020 (UTC)
- Şərh: Məqalə üzərindəki zəhmətinə görə Keete 37 yoldaşa təşəkkür edirəm. — Baskervill (müzakirə) 09:12, 30 iyul 2020 (UTC)
- Şərh: Məqalə yaxşı dərəcədə yazılıb. "Yaxşı" məqalə statusuna layiqdir. Grenzsoldat (müzakirə) 09:25, 30 iyul 2020 (UTC)
Əleyhinə:Keete 37-yə məqaləyə görə öz minnətdarlığımı bildirirəm, ancaq məqalədə aşkar səhvlər mövcuddur. İdarəçi niyə bunlara nəzər yetirməyib, bilmirəm. Məsəlüçün, adicə preambulada bunlar mövcuddur:
Filmdə səslənən musiqi isə, məşhur fransalı bəstəkar Nataniel Mexali tərəfindən yaradılmışdır |
Musiqi yaradılmır, bəstələnir. Həmçinin:
iki haredim — yəni ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqında bəhs edir. |
Burada tiredən sonra "yəni"yə ehtiyac yoxdur, "hisləri" yox, "hissləri" yazılır, o cümlədən "haqqında bəhs edir" nə deməkdir ki? "Bəhs edir", ya da ki "haqqındadır" olmalıdır. Sırf bu səbəblərə görə, məqalənin mətnini yenidən oxumaq, qüsurları aradan qaldırmaq lazımdır. Başqa bir problem də görmürəm. Həll olunan kimi səsimi dəyişəcəm. Uğurlar! --► Hörmətlə: SolaVirum 16:29, 30 iyul 2020 (UTC)
- Onu da qeyd edim ki, məqalədə xarakter sözü bir çox hallarda səhv kontekstdə işlənmişdir. Personaj sözü ilə əvəz edilməlidir. --► Hörmətlə: SolaVirum 16:32, 30 iyul 2020 (UTC)
- "Maraqlı faktlar" altbaşlığını ensiklopedik əhəmiyyət daşımadığından arandan qaldırdım. --► Hörmətlə: SolaVirum 16:35, 30 iyul 2020 (UTC)
- Hörmətli cənab Solavirum məqalənin mətnindəki hiss sözü, hisslər olaraq yazıla bilməz. Çünki Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun olaraq, sözün sonunda olan ikili samitlərə leksik şəkilçi əlavə edildikdə, samitlərin biri düşür. Məsələn, Xətt - Xətlər, Hiss - Hislər və s. --Farid Aliyev (müzakirə) 16:37, 30 iyul 2020 (UTC)
- Keete 37, bununla bağlı etibarlı bir mənbə göstərə bilərsiniz? Çünki bu kateqoriyada da "hisslər" yazılıb. Lazımdırsa, dəyişək. --► Hörmətlə: SolaVirum 16:40, 30 iyul 2020 (UTC)
- P.S. özüm tapdım. Dəyişirəm indi, sorry --► Hörmətlə: SolaVirum 16:41, 30 iyul 2020 (UTC)
- Keete 37, bununla bağlı etibarlı bir mənbə göstərə bilərsiniz? Çünki bu kateqoriyada da "hisslər" yazılıb. Lazımdırsa, dəyişək. --► Hörmətlə: SolaVirum 16:40, 30 iyul 2020 (UTC)
- Hörmətli cənab Solavirum məqalənin mətnindəki hiss sözü, hisslər olaraq yazıla bilməz. Çünki Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun olaraq, sözün sonunda olan ikili samitlərə leksik şəkilçi əlavə edildikdə, samitlərin biri düşür. Məsələn, Xətt - Xətlər, Hiss - Hislər və s. --Farid Aliyev (müzakirə) 16:37, 30 iyul 2020 (UTC)
- "Maraqlı faktlar" altbaşlığını ensiklopedik əhəmiyyət daşımadığından arandan qaldırdım. --► Hörmətlə: SolaVirum 16:35, 30 iyul 2020 (UTC)
Xahiş edirəm, bu cür şərhsiz geri çevirmələr yayımlamayın. Qaydalara ziddir. İlk öncə icmanın razılığını almaq lazımdır. --► Hörmətlə: SolaVirum 16:49, 30 iyul 2020 (UTC)
- Solavirum Məqalədəki Maraqlı faktlar bölməsini geri qaytarmaq fikrindəyəm. İnciməyin. Çünki orada təqdim edilmiş informasiya, baş qəhrəmanın filmdə niyə bu qədər realistik oynadığını sübut etdirir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Maraqlı faktlar bölməsindən mənim tərəfimdən yaradılmış əvvəlki məqalələrdə də geniş şəkildə istifadə olunmuşdur. Çünki bu oxuyucuya banallıqdan uzaqlaşaraq, əlavə maraqlı məlumat əldə etmək imkanı verir. Postkriptum: məqaləni yaradarkən anladım ki, Azərbaycan Vikipediyadiyasında yəhudiliyə aid mövzular haqqında kəskin şəkildə az məqalələr mövcuddur. Bu səbəbdən də Yəhudilik ayının bizim Vikipediyada start verilməsini təklif edirəm. Hörmətlə: --Farid Aliyev (müzakirə) 16:52, 30 iyul 2020 (UTC)
- Keete 37, yox-yox, qətiyyən incimək məsələsi yoxdur. Sadəcə hər şey qaydalar çərçivəsində olmalıdır. Düşünürəm ki, o başlığı "İstehsal" başlığı ilə əvəz etmək lazımdır. Necə ki, əksər məqalələrdə var. Çünki maraqlı faktlar kimi bölmələr "Wikia"lara aiddir, bura yox. Yəhudi ayı isə möhtəşəm bir ideyadır, gərək Kənd meydanında təklif olunsun. :D --► Hörmətlə: SolaVirum 16:58, 30 iyul 2020 (UTC)
- Solavirum O zaman mümkündürsə, Maraqlı faktlar bölməsinin adını başqa adla əvəz edərək, oradakı məlumatı bərpa edəsiniz. Və ümid edirəm ki, artıq səsinizi lehinə ilə əvəz edə bilərsiniz. Hörmətlə: --Farid Aliyev (müzakirə) 17:02, 30 iyul 2020 (UTC)
- Lehinə: həmçinin Keete 37, yerinə yetirdim. --► Hörmətlə: SolaVirum 04:56, 31 iyul 2020 (UTC)
- Solavirum Məqalədəki Maraqlı faktlar bölməsini geri qaytarmaq fikrindəyəm. İnciməyin. Çünki orada təqdim edilmiş informasiya, baş qəhrəmanın filmdə niyə bu qədər realistik oynadığını sübut etdirir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Maraqlı faktlar bölməsindən mənim tərəfimdən yaradılmış əvvəlki məqalələrdə də geniş şəkildə istifadə olunmuşdur. Çünki bu oxuyucuya banallıqdan uzaqlaşaraq, əlavə maraqlı məlumat əldə etmək imkanı verir. Postkriptum: məqaləni yaradarkən anladım ki, Azərbaycan Vikipediyadiyasında yəhudiliyə aid mövzular haqqında kəskin şəkildə az məqalələr mövcuddur. Bu səbəbdən də Yəhudilik ayının bizim Vikipediyada start verilməsini təklif edirəm. Hörmətlə: --Farid Aliyev (müzakirə) 16:52, 30 iyul 2020 (UTC)
- Lehinə: Uğurlar!--Advellerd 18:44, 30 iyul 2020 (UTC)
- Lehinə: — Sofy ₪ 05:54, 1 avqust 2020 (UTC)
- Əleyhinə: Qüds şəhərinin adı hər yerdə Yerusəlim yazılıb. Halbuki bu barədə azviki icmasının qərarı var.— samral müzakirə 16:52, 3 avqust 2020 (UTC)
- Hörmətli Samral, adını qeyd etdiyiniz Qüds məqaləsinin özündə də Yerusəlim, Qüds şəhərinin ikinci rəsmi adı kimi qeyd olunub (Məqalədən sitat: Qüds(ərəb. القدس əl-Qüds ⓘ) və ya Yerusəlim(ivr. יְרוּשָׁלַיִם Yerushalayim ⓘ). Bu səbəbdən də sizin narazılığınız gərəzlidir və əsl səbəbinin başqa olduğunu düşünürəm. --Farid Aliyev (müzakirə) 19:31, 3 avqust 2020 (UTC)
- Şərh: Samral düşünürəm ki məqalə adını da dəyişib Qüds yerinə Yerusəlim adlandırmaq lazımdır.Çünki əsl adı belə olmalıdır.Sadəcə adı özbaşıma dəyişmək istəmədim--Advellerd 08:29, 5 avqust 2020 (UTC)
- Şərh: Samral düşünürəm ki, bir müddət sonra məsələ bir daha müzakirə edilməlidir, həmçinin azvikidə Yerusəlim adının istifadəsinin məhdudlaşdırılması ilə bağlı heç bir qərar yoxdur. Qüds adı ilə bərabər hüquqda Yerusəlim adı da istifadə edilə bilər və mən də bütün məqalələrdə ikinci addan istifadəyə üstünlük verirəm. Hörmətlə — sefer azeri 13:55, 6 avqust 2020 (UTC)
- Lehinə:— sefer azeri 13:53, 6 avqust 2020 (UTC)
- Lehinə:— Azerifactory (müzakirə) 00:33, 7 avqust 2020 (UTC)
- Cavab: @Advellerd,, özbaşına dəyişmək istəməməklə çox düzgün etmisiz. Yuxarıda rəy yazan Sefer azerinin özünün də iştirak etdiyi geniş və arqumentlərlə uzun müddət müzakirə edildikdən sonra o məqalənin adının Qüds olmasına icma şəklində qərar verilib. Bu barədəki müzakirəyə sözügedən məqalənin müzakirə səhifəsinin arxivindən baxmaq mümkündür. O barədə yenidən müzakirə başlatmaq AzViki icmasının qərarına hörmətsizlik və vaxtını almaqdan başqa bir şey deyil. O məntiqlə gərək Belorus, Monteneqro kimi məqalə adlarını da yenidən mənasız yerə müzakirə edək. Sefer azeri, o ki qaldı sizin Fərid bəylə analoji hərəkətinizə bu özü də AzViki icmasına hörmətsizlikdi. EnViki, RuViki kimi böyük vikilərdə filan bu cür hallarda, yəni ki, bir məqalədə bir məqalənin əsil/əsas adı qala-qala istiqamətləndirmə səhifəsində keçid verəndə botlar bunu avtomatik düzəldir. Nəysə.— samral müzakirə 19:47, 9 avqust 2020 (UTC)
- Cavab: @Samral,, Yerusəlim adından istifadə edilməsində heç bir problem yoxdur. Yadıma gəlir ki, Sefer azeri, Yerusəlim məqaləsini seçilmiş olması üçün üzərində işləyən də, siz adlandırmanı bəhanə edərək prosesə müdaxilə etmişdiniz və nəticədə Səfər həmin məqaləni yarımçıq tərk etməli olmuşdu. Bu şəhərin adı Yerusəlim olduğu halda başqa istifadəçilərə də belə bir problem yaratmaqdakı məqsədiniz nədir ? Bir mənalı formada Yerusəlim adından istifadə edilməlidir. Biz İslam Respublikasının yox, dünyəvi və unitar bir dövlətin vətəndaşlarıyıq. Lütfən dini hökmləri Vikipediya sərhədlərinə daxil etməyiniz.— Baskervill (müzakirə) 20:28, 9 avqust 2020 (UTC)
- Cavab: @Samral, bəy lütfən həmin müzakirənin linkini buraya əlavə edərdiniz. Səhərdən axtarsam da tapa bilmirəm. Görünür ki, bizim icma məsələ ilə bağlı yalnış qərar qəbul edib. Yenidən müzakirələr aparılmalı və şəhərin həqiqi adı bərpa olunmalıdır. İmkan vermək olmaz ki, içərisində Yerusəlim sözü keçən məqalələrə görə insanların məqaləsinə bu formada çomaq soxasınız. Qətiyyən buna yol vermək olmaz. Ən qısa zamanda yeni bir müzakirə əsaslı səsvermə başladılmalıdır. — Baskervill (müzakirə) 20:31, 9 avqust 2020 (UTC)
Qəbul edildi - məqaləyə YM statusu verilmişdir.— Turkmen müzakirə 11:28, 31 avqust 2020 (UTC)