Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Nail Ibrahimli - Wikipedia
Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler Nail Ibrahimli - Wikipedia - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Təqdim olunduğu tarix: 8 iyun 2022
- Məqalə üzərində işləyən(lər): Sevindiknesiboglu2008 (müzakirə • töhfələr • statistikalar)
- İcraçı:— Lavici mesaj? 02:36, 8 iyun 2022 (UTC)
- Lehinə: — Xeyal (müzakirə) 09:20, 8 iyun 2022 (UTC)
- Əleyhinə: Müəllifə məqalə üçün təşəkkür edirəm, lakin iradlarım var. Məqalədə çoxsaylı istinad və VP:OTYV problemi var. Bu keçiddən şəxsin doğum yeri, ana və ata adı üçün istifadə edilib, lakin bu məlumatlar mənbədə yoxdur. Vətən müharibəsində gedən döyüş əməliyyatları daha çox müharibə haqqındakı məqaləyə aiddir, nəinki bu məqalə. Ümumiyyətlə, o hissədə Nail İbrahimliyə aid demək olar heç bir istinad yoxdur. Bəlkə də tərtibat xətasıdır, amma yenə də doğru deyil. --► Hörmətlə: SolaVirum 15:38, 8 iyun 2022 (UTC)
- Solavirum, VP:OTYM? Lavici mesaj? 22:11, 8 iyun 2022 (UTC)
- Düzəltdim. --► Hörmətlə: SolaVirum 22:24, 8 iyun 2022 (UTC)
- Salam, həmkar. Təşəkkürə ehtiyac yoxdur, çox sağ olun. Qeyd etdiyiniz istinadı şəxsin sadəcə doğum tarixi üçün istinad etmişəm. Sadəcə, cümlə sonunda qoymuşam o istinadı. Müharibə ilə bağlı istinadlar isə Nail İbrahimlinin iştirak etdiyi istinadlar ilə əlaqədardır. Qeyd edim ki, Camal İsmayılov səhifəsinin 17 istinadı müharibə ilə bağlıdır, 7 istinad medallarla bağlıdır və təltifləri bölməsində o istinadlardan təkrar bir daha da istifadə olunmuşdur. Beləliklə, 41 istinaddan demək olar ki, 31-i şəxsin özünə aid deyil. Ancaq, o, yekdilliklə yaxşı məqalə statusuna layiq görülüb. O səhifədə dəfnlə bağlı istinad yox idi, ancaq bu səhifədə şəxsin nə vaxt və necə şəhid olması və dəfn edilməsi ilə bağlı istinad mövcuddur. Medalla bağlı olan istinadda isə təkrarçılığa yol verilməyib. Nail İbrahimli səhifəsində şəxslə bağlı məhdud sayda istinadların olma səbəbi isə sadəcə, şəxslə bağlı KİV-də məqalələrin və ya məlumatların az olmasıdır. İstinadı olmayan məlumatları da şəxsin ailəsindən almışam. - Sevindik Nəsiboğlu (müzakirə), 08:29, 8 iyun 2022 (UTC)
- Sevindiknesiboglu2008, o məqalənin YM olmasına da qarşıyam indi, baxmayaraq ki, lehinə səs vermişəm. "İstinadı olmayan məlumatları da şəxsin ailəsindən almışam" – icma olaraq biz buna icazə verəndə şərtli icazə vermişdik ki, sırf şəhid məqalələrində göz yumaq. Lakin bu o demək deyil ki, belə hallara VP:Q-da icazə verəcəyik (əvvəl, görünür, təəssüf ki, vermişik). "Müharibə ilə bağlı istinadlar isə Nail İbrahimlinin iştirak etdiyi istinadlar ilə əlaqədardır" – hərbçi hansısa döyüşdə iştirak edibsə, mətn sırf şəxsin iştirakı haqqında olmalıdır, ümumi döyüş haqqında yox (ümumi döyüş haqqında məlumat qoymaq qadağa deyil, kiçik formada əlavə etmək olar, lakin bütün mətni əhatə etməməlidir). --► Hörmətlə: SolaVirum 19:43, 9 iyun 2022 (UTC)
- Döyüşlərlə bağlı geniş məlumat ola bilər, amma, orada Nail İbrahimlinin də necə iştirak etdiyi ilə bağlı istinadlı məlumatlar var. Onun son döyüşü olan "Nöqtə" əməliyyatına da yer verilib. Daha hansı səhvlər var, xahiş olunur bildirin mütləq düzəldəcəm. Sevindik Nəsiboğlu, (müzakirə) 20:03, 9 iyun 2022 (UTC)
- Sevindiknesiboglu2008, o məqalənin YM olmasına da qarşıyam indi, baxmayaraq ki, lehinə səs vermişəm. "İstinadı olmayan məlumatları da şəxsin ailəsindən almışam" – icma olaraq biz buna icazə verəndə şərtli icazə vermişdik ki, sırf şəhid məqalələrində göz yumaq. Lakin bu o demək deyil ki, belə hallara VP:Q-da icazə verəcəyik (əvvəl, görünür, təəssüf ki, vermişik). "Müharibə ilə bağlı istinadlar isə Nail İbrahimlinin iştirak etdiyi istinadlar ilə əlaqədardır" – hərbçi hansısa döyüşdə iştirak edibsə, mətn sırf şəxsin iştirakı haqqında olmalıdır, ümumi döyüş haqqında yox (ümumi döyüş haqqında məlumat qoymaq qadağa deyil, kiçik formada əlavə etmək olar, lakin bütün mətni əhatə etməməlidir). --► Hörmətlə: SolaVirum 19:43, 9 iyun 2022 (UTC)
- Solavirum, VP:OTYM? Lavici mesaj? 22:11, 8 iyun 2022 (UTC)
- Əleyhinə: - Dr.Wiki54 (müzakirə) 15:43, 8 iyun 2022 (UTC)
- Salam, həmkar. Tənqidlərə açığam təbii ki. Nə iradınız varsa bildirin, mütləq düzəldəcəyəm. - Sevindiknesiboglu2008 (müzakirə), 19:33, 9 iyun 2022 (UTC)
- Əleyhinə: Solavirum ilə razıyam. Lavici mesaj? 00:08, 10 iyun 2022 (UTC)
- Əleyhinə: Solavirum dediyi kimi— Azerifactory (müzakirə) 22:30, 11 iyun 2022 (UTC)
Yekunlaşdırma: Məqaləyə "Yaxşı məqalə" statusu verilməməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 19:43, 23 iyun 2022 (UTC)