Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler The Sims 4 - Wikipedia
Vikipediya Qiymetlendirme Yaxsi Meqaleler The Sims 4 - Wikipedia - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Təqdim olunduğu tarix: 1 Avqust
- Məqalə üzərində işləyən(lər): Ayxan İsmayılov
- İcraçı: Baskervill
- Lehinə: — Sofy ₪ 09:15, 2 avqust 2020 (UTC)
- Əleyhinə: məqalədə ciddi ensiklopediklik problemlər var. Ümid edirəm ki, istifadəçilər məqalənin sadəcə həcminə baxıb səs verməz. Məsələn, burada saxtakarlıq var. Belə bir buraxılış (azərbaycanca olmasından danışıram) mövcud deyil və istifadəçinin öz işidir. Məqalənin digər yerlərindəndə də orijinal tədqiqatın izləri var. Həmçinin, məqalədə türkcə terminlər çoxdur (məsələn, bizim dildə geympley yazılır, burada isə oynanış yazılıb, hansı ki, türkcədə də elədir. "Güncəlləmələr" sözü də dilimizdə yoxdur.). İllərdir video oyun sahəsində məqalələr üzərində işləyirəm və bu məqalənin status almasını münasib saymıram. --► Hörmətlə: SolaVirum 15:33, 2 avqust 2020 (UTC)
- Şərh: Solavirum, buraxılışın adının yerli dilə tərcümə olunmasında saxtakarlığın olduğunu düşünmürəm. "Güncəlləşdirmə" sözü isə azərbaycan dilində mövcuddur. — Ayxan İsmayılov (müzakirə) 06:22, 4 avqust 2020 (UTC)
- Ayxan İsmayılov, təbii ki, saxtakarlıqdır. Olmayan bir şeyi rəsmi buraxılış kimi irəli sürürsünüz. Həmçinin, göstərdiyiniz mənbə lüğət deyil, həm də heç etibarlı deyil, sadəcə bloqdur. --► Hörmətlə: SolaVirum 07:11, 4 avqust 2020 (UTC)
- Əleyhinə: Tərcümədə problemlər var.— Nicat49 ⋠müzakirə⋡ 20:25, 4 avqust 2020 (UTC)
- Şərh: Ayxan İsmayılov, "güncəlləşdirmə" azərbaycan dilinin orfoqrafik lüğətində yoxdur.— NMW03 (müzakirə) 03:56, 6 avqust 2020 (UTC)
- NMW03, yenilənmə ilə əvəz etdim.— Ayxan İsmayılov (müzakirə) 05:24, 6 avqust 2020 (UTC)
- Əleyhinə: Pis tərcümə olunub— Azerifactory (müzakirə) 23:14, 23 avqust 2020 (UTC)
- Əleyhinə: - məqaləyə statusu verilmədi.— Azerifactory (müzakirə) 23:50, 2 sentyabr 2020 (UTC)