Vikipediya Sesverme Interfeys Inzibatcilari - Wikipedia
Vikipediya:İnterfeys inzibatçıları qaydalarının rəsmi prinsip kimi qəbul edilməsi ilə bağlı səsvermə
redaktəSəsvermə 21 may — 5 iyun 2024-cü il tarixləri arasında keçirilir.
Dəstək
redaktə- Lehinə: İnterfeys inzibatçısı önəmli hüquqlardandır. Bununla bağlı qaydalarımız olsa yaxşı olar. Əlbəttə bu ilkin versiyadır. Müddət keçdikcə yenilənəcək. Məncə əsas məsələ hüquq üçün ən azından ilkin mərhələdə müəyyən bir siyasətimizin olmasıdır. Digər məsələlər artıq bir növ məcburi də olsa düzəldilir. Qayda en-vikidən tərcümə edilib. — Turkmen müzakirə 07:17, 21 may 2024 (UTC)
- Lehinə:.— samral müzakirə 12:01, 22 may 2024 (UTC)
- Lehinə: Bürokratdan daha önəmli olan bir hüquq normal seçki prosesi ilə verilməlidir. Nemoralis (müzakirə) 23:42, 29 may 2024 (UTC)
- Lehinə: — Patriot (müzakirə) 06:29, 30 may 2024 (UTC)
- Lehinə: — Kholat Syakhl (müzakirə) 06:36, 30 may 2024 (UTC)
- Lehinə: — Tarixi Nadir (müzakirə) 17:05, 30 may 2024 (UTC)
Qarşı
redaktəBitərəf
redaktəŞərhlər
redaktə"JS və CSS-dən anlayışı olan istifadəçi" məsələsində mən tərəddüdlüyəm. Bizdə bunlardan anlayışı olan cəmi 2-3 aktiv istifadəçi var. 2018-ci ilə qədər isə demək olar ki, bizdə belə istifadəçilər olmayıb. Həmin dövrə qədər bu işlərlə xeyli məşğul olmuşam, anlayışım olmasam da EnVikidən, TrVikidən copy-paste edərək RefToolbar, Katalitik kimi alətləri quraşdıra bilmişəm. Sadəcə narahatam ki, bir gün kodlaşdırma biliyi olan aktiv istifadəçilərimiz olmaya da bilər, kiçik icma üçün kiçik ehtimal deyil.— Kosmik Ozan utora! 16:22, 30 may 2024 (UTC)
- Mən də. Bu sahədə mənim də təcrübəm yoxdur, amma zaman-zaman interfeysdə düzəlişlər, əlavələr, təkmilləşdirmələr etməyim lazım gəlir. Bu, davamlı olduğu üçün də hər dəfə müraciət etməyə çəkinirəm. Hörmətlə, Gadirmüzakirə 16:33, 30 may 2024 (UTC)
- + KM-dakı müzakirədə müəyyən iradlar bildirilib, açığı, bu halı ilə qəbuluna isti baxmıram. "Sonra düzəlişlər olunar" uzun və ləngiyən məsələdir. @Nemoralis, razıyam, amma bu halı ilə seçkidən söhbət getmir. Mən də dəstəkləyirəm, KM-da seçki olsun və elə verilsin. Hörmətlə, Gadirmüzakirə 16:35, 30 may 2024 (UTC)
- @White Demon, orada "anlayışı olan" yazılmayıb axı, "əsas anlayışlara sahib olan yazılıb". Yəni ki, "loru dildə desək" az da olsa bu məsələlərdən "başı çıxan" istifadəçilər. Bu saydıqlarınız elə o deməkdir ki, bu məsələlərdən anlayışınız var. Vikimedia saytlarında onsuz da çox şeyi "copy-paste"dir. Lokal vikilər üçün "peşəkar" axtarsaq da, tapa bilmərik zatən. :) Peşəkarlar "sistem adminstratorları" və digər yuxarıcı dərəcəli icazəsi olan istifadəçilərdir. Turkmen müzakirə 16:57, 30 may 2024 (UTC)
Hüququn geri alınması əsaslarından biri kimi “əgər istifadəçi inzibatçıdırsa və hüquqları geri alınıbsa” qeyd olunub. Məncə, bu, inzibatçıların hüququnu çox məhdudlaşdırır. İngilis dilindəki versiyada yalnız inzibatçılar interfeys inzibatçısı ola bilər. Buna görə də orada interfeys inzibatçısı hüququ olan şəxsdən inzibatçı hüququ alınarsa, avtomatik interfeys inzibatçısı hüququnun da alınması ağlabatandır. Lakin səsverməyə çıxarılan qaydadan elə başa düşülür ki, istənilən istifadəçi inzibatçı olub-olmamağından asılı olmayaraq, interfeys inzibatçısı ola bilər. Belə olan halda istifadəçi inzibatçı hüququndan məhrum edilsə belə, bu, onun adi istifadəçi kimi interfeys inzibatçısı statusuna təsir etməməlidir. Buna görə də həmin əsasın çıxarılmasını təklif edirəm.— Firuza (müzakirə) 09:21, 4 iyun 2024 (UTC)
- @Firuza, burada əsas məsələ ondan ibarətdir ki, inzibatçıdan hüququn alınmasından sonra o, əgər interfeys admin kimi davam etmək istəyəcəksə, yenidən müraciət etsin və mətndə də qeyd edildiyi kimi 48 saat gözləmə müddəti zamanı ona interfeys admini kimi etimadın göstərilib-göstərilməməsi məlum olsun. Bir istifadəçiyə inzibatçı kimi etimad göstərilməməsinin ciddiliyini nəzərə alsaq, bu prosesin təkrarlanması daha məqsədəuyğun olar. Əgər yox, səsvermə ilə geri alaq deyiriksə proses sadəcə uzanacaq. Turkmen müzakirə 15:49, 4 iyun 2024 (UTC)
- @Turkmen, onda belə başa düşdüm ki, “hüququn geri alınması” şəxsin yalnız iradəsi əleyhinə inzibatçı statusundan məcburi şəkildə məhrum edilməsini nəzərdə tutur? Əgər belədirsə, razıyam. Amma inzibatçı könüllü şəkildə bu hüququndan imtina edirsə (barəsində etimad səsverməsinin başlandığı və ya belə səsvermə barədə müzakirələrin getdiyi dövrdə hüquqdan könüllü imtina halları istisna olmaqla), avtomatik olaraq interfeys inzibatçılığından da məhrum olması ədalətli olmaz deyə düşünürəm. Firuza (müzakirə) 04:56, 5 iyun 2024 (UTC)
- @Firuza, bəli elədir. Tam anlaşılması üçün cümləyə düzəliş etdim. Turkmen müzakirə 05:01, 5 iyun 2024 (UTC)
- @Turkmen, onda belə başa düşdüm ki, “hüququn geri alınması” şəxsin yalnız iradəsi əleyhinə inzibatçı statusundan məcburi şəkildə məhrum edilməsini nəzərdə tutur? Əgər belədirsə, razıyam. Amma inzibatçı könüllü şəkildə bu hüququndan imtina edirsə (barəsində etimad səsverməsinin başlandığı və ya belə səsvermə barədə müzakirələrin getdiyi dövrdə hüquqdan könüllü imtina halları istisna olmaqla), avtomatik olaraq interfeys inzibatçılığından da məhrum olması ədalətli olmaz deyə düşünürəm. Firuza (müzakirə) 04:56, 5 iyun 2024 (UTC)
Yekunlaşdırma
redaktəYekun nəticə:
- Səs verənlər — 6
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 6
- Lehinə — 6
- Əleyhinə — 0
- Bitərəf — 0
Qəbul edildi — Turkmen müzakirə 07:17, 5 iyun 2024 (UTC)
Yekunlaşdırma
redaktəSəsvermənin nəticələri hesablanmış və "İnterfeys inzibatçıları" qaydaları rəsmi olaraq qəbul edilmişdir.— Turkmen müzakirə 07:17, 5 iyun 2024 (UTC)