Vikipediya Stil Kitabcasi Video Oyun Meqaleleri - Wikipedia
Vikipediya Stil Kitabcasi Video Oyun Meqaleleri - Wikipedia - Haqqında Məlumat
Bu səhifədə video oyunlar haqda məqalələrin yazılışı barədə göstərişlər gətirilib. Bu mövzuda məqalələr yazmaq fikrindəsinizsə, mütləq bu məqaləyə nəzər yetirin.
Təşkiletmə
redaktəMəqalələri təşkil etmək üçün bir neçə yol var. Aşağıda sadalananlar sadəcə tövsiyələrdir. Bu yollar məqalənin inkişafına heç bir təsir göstərmir və ya mənfi təsir göstərirsə, məqalələri bunlara uyğunlaşdırmağa cəhd göstərməyin. Yolların hamısı müvafiq sıra ilə verilib.
Video oyunlar üçün
redaktə- Preambula (giriş hissəsi) — müvafiq olaraq, qalın mətnlə video oyunun adı (qeyri məcburi; adın tərcüməsi); istehsalçı qurumlar; geympleyinin janrı; əgər hansısa bir seriyanın parçasıdırsa, oyunun seriyadakı yeri; buraxılış tarixi; platforma; digər əsas məlumatlar. Daha sonra, abzasda məqalənin kiçik ölçüsü məruzəsi. Son olaraq, məqalənin əhəmiyyətliliyinin və zəruriliyinin səbəbi. Açıq şəkildə desək, məqalənin tənqidçilər və ümumiyyətcə video oyun cəmiyyəti tərəfindən qəbulu.
- İnfoqutu — verilən məlumatlar {{Video oyun}} şablonunun istifadə qaydasına uyğun olmalıdır.
- Süjet — oyunun əsas süjet xəttinin aydın və açıq şəkildə verilməsi. Bu alt başlığı üç yerə (Qurma — oyunun keçdiyi kainat haqda, Hekayə — oyunun bütün əsas süjeti xətti və Personajlar — oyunun əsas personajları haqqında kiçikhəcmli məlumat) bölmək olar.
- Geympley — oyunun önəmli hissələrinin işləməsi haqda məlumat. "Oyunçu bələdçisi" və ya gedişat materialı daxil etməyin.
- İstehsal — oyunun istehsal prosesi, dizayn konseptləri, ilhamvericilik mənbələr və s. haqda məlumat. Bu hissəsini qlt başlıqlara bölmək çox asandır. Məsələn, əgər oyunun mühərriki haqda böyük detallar varsa, istehsal hissəsinə "Mühərrik" alt başlığını əlavə etmək olar. Oyunun marketinqi, elanı və buraxılış-sonrası məhsulları çox böyükdürsə, ayrı bir başlıqdan istifadə edilir.
- Qəbul — tənqidçilərin oyuna olan mövqeyi barədə detallar.
- İrsi — əgər oyun öz seriyasına, janrına və ya video oyun sənayesinə əhəmiyyətli bir təsir göstəribsə, məqalənin "irsi" haqda məlumat yerləşdirin. Bu məlumatları məqalənin "qəbul" hissəsinə də yerləşdirmək olar.
- İstinadlar — mənbələr mütləq verilməldir! Əgər "mənbə" olaraq nəyi əlavə edəcəyinizi bilmirsənizsə, oyunun təlimat kitabçası, bələdçilər, müsahibələr və tənqidlərin hamısı yaxşı namizəddir. Cite Cite kimmi şablonlardan istifadə edin. Həmçinin bax: Mənbələr
- Xarici keçidər — əgər varsa, şirkətin və oyunun veb-saytı(ları)nı yazın. Əlavə olaraq, oyunun bir neçə əsas treylerlərini "YouTube" linkini də yerləşdirə bilərsiniz. YouTube şablonundan istifadə edin.