Viktorina Moran - Wikipedia
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi.
Viktorina Möran | |
---|---|
(fr. Victorine Meurent) | |
| |
Doğum tarixi | |
Doğum yeri | Fransa, Paris |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Fransa, Paris |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | rəssam, incəsənət modeli[d] |
Təhsili | |
Stil | impressionizm |
Hamisi | Eduard Mane |
Vikianbarda əlaqəli mediafayllar |
Ədəbiyyatda Möran
redaktəİrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü.
Həyatı
redaktəViktorina bir sənətkar ailəsində dünyaya gəldi. Atası bürünc ustası idi və anası bir qadın papaqçısı idi. O, Thomas Couture-in studiyasında on altı yaşında bir model kimi işləməyə başlamışdı. 1862-ci ildə Mane ilə görüşdü. İşlədikləri ilk iş "Street Singer" idi. Mane, ilk dəfə küçədə gitarasını daşıyan gənc Viktorinanı görüb dərhal rəsmini çəkmişdi.
Mane 1870-ci illərin əvvəllərinə qədər gənc qızdan model kimi istifadə etməyə davam etdi. Bu dövrdə sənət dərsləri almağa başlayan Victorina, təcrübəli rəssamdan uzaqlaşmışdı. Bunun səbəbi Manenin əksinə olaraq akademik tərzdə rəsmləri çəkməyi seçmişdi. Modelin Mane ilə son işi "Dəmir yolu" (1873) idi.
Rəssamın bir əsəri 2004-cü ildə tapılmış və Kolombes Tarix Muzeyində sərgilənmişdir.
Eduard Manenin tablolarında Möranın təsvirləri
redaktə-
\