Vilayet Veliyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vilayət Məmməd oğlu Vəliyev (28 mart 1960) – iqtisad elmləri doktoru (2007), professor (2013), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2014), Azərbaycan Texniki Universitetinin rektoru (2019-cu ildən).[1]
Prof. Vilayət Vəliyev | |
---|---|
| |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | informatika, neft-qaz yataqlarının işlənməsi və istismarı, enerji iqtisadiyyatı, ekonometrika |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti - rektor |
Təhsili | |
Mükafatları |
|
Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse prezidenti (2018–2020), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri (2018-ci ildən).
Həyatı
redaktə1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirmişdir.
1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
1983–2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlmişdir.
1985–1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil almışdır.
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) — "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır.
1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparmışdır.
1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti seçilmişdir.[2][3]
1995–1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil almışdır.
1999-cu ildə ABŞ-nin Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) "Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları" mövzusunda təhsil alır və birgə tədqiqatlar aparmışdır.
2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil almışdır.
2003–2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) "Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi" şöbəsinin müdiri işləmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (hazırkı İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, 08.00.13 (indiki 5302.01) — "İqtisadiyyatın riyazi və instrumental üsulları" ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.
2013-cü ildə 5302.01 — "Ekonometriya, iqtisadi statistika" ixtisası üzrə professor elmi adını almışdır.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
2001–2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N(FD).02.016 Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 (indiki 5302.01) — "İqtisadiyyatın riyazi və instrumental üsulları" ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərir.
2009–2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir.[4][5]
1990-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, Unocal, Pennzoil və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirmişdir.
2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirmişdir.
90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışmışdır.
V. Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır.
2019-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. 29 iyul 2024-cü ildə yenidən həmin universitetinin rektoru təyin edilib.[6][7]
Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.
Elmi-tətbiqi və konsaltinq fəaliyyəti
redaktəV. Vəliyevin bilavasitə iştirakı və rəhbərliyi ilə elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması üçün elmi-tətbiqi və konsaltinq xidmətləri üzrə müxtəlif layihələr yerinə yetirilmişdir:
- 2000-ci ilin əvvəllərindən indiyədək Azərbaycanın elektroenergetika, təbii qaz və istilik təchizatı sektorlarında islahatların ilkin mərhələsindən iştirak edərək sektorun institusional və qanunvericilik bazasının möhkəmləndirilməsi, tənzimləmə mühitinin formalaşması, tarif (qiymət), subsidiya, vergi, investisiya və innovativ inkişaf üzrə siyasətin formalaşması, səmərəli və dayanıqlı inkişafı üzrə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi və digər beynəlxalq maliyyə institutları, iqtisadi-texniki əməkdaşlıq təşkilatları və hökumətlərin maliyyələşdirdiyi layihələr üzrə milli və beynəlxalq ekspert qismində ölkədə və xaricdə onlarla layihə yerinə yetirilmiş;
- 2009-cu ildən etibarən sosial-iqtisadi, dayanıqlı və innovativ inkişafın regional, sahəvi, makroiqtisadi problemlərinin, eləcə də dayanıqlı inkişafın sosial, iqtisadi və ətraf mühit problemləri üzrə modelləşmə platformaları, proqnozlar, dövlət proqramları, strateji planlar, yol xəritələri və digər tədqiqat və strateji sənədlərin hazırlanması üçün Dövlət Büdcəsi, Dünya Bankı, Asiya inkişaf Bankı, İslam İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı, digər yerli və beynəlxalq qurumlar üçün onlarla tədqiqat, xidmət və kadr hazırlığı layihələri həyata keçirilmişdir.
Onlardan:
Dünya Bankı (DB, ing. World Bank):
- Azərbaycan elektrik və təbii qaz sektorunun restrukturizasiyası və tənzimlənilməsi üzrə islahatlar (WB, 2000–2001), Milli koordinator və məsləhətçi.
- Azərbaycanda mövcud Enerji və Qaz Şəbəkələrinin Qiymətləndirilməsi, (WB, 2002), Layihə rəhbəri və məsləhətçi.
- Azərbaycan: Elektrik, təbii qaz və su təchizatı sektorunda tənzimləmə çərçivəsinin və İnstitusional potensialın inkişafı — Tarif Prinsipləri və Tənzimləmə Variantları (WB, 2002–2003), Layihə koordinatoru və məsləhətçi.
- Azərbaycanın elektrik enerjisi və təbii qaz sektorunun restrukturizasiyası və tənzimlənilməsi üzrə islahatlar, Enerji tənzimlənməsi üzrə İqtisadi İnkişaf Nazirliyinə və digər Dövlət agentliklərinə texniki yardım (WB, 2002–2003), Məsləhətçi.
- Avropa və Mərkəzi Asiyada Elektrik enerji sektorunda aparılan islahatların sosial və ətraf mühit təsirləri. Respublika səviyyəsində enerji sektorunun kvaz-fiskal defisiti üzrə təhlillərin yenilənməsi üçün zəruri məlumatların hazırlanması (WB, 2003), Layihə rəhbəri və məsləhətçi.
- Böyük Bakının Su Təchizatı Sisteminin Özəlləşdirilməsi Layihəsi, (WB, 2003–2004), Layihə koordinatoru və məsləhətçi.
Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank):
- Enerji sektoru üçün yol xəritəsinin hazırlanması (ADB, 2006), Layihə rəhbəri və məsləhətçi.
- Elektrik ötürmə şəbəkəsinin inkişafı üzrə kiçik miqyaslı texniki yardım (ADB, 2008), Layihə rəhbəri və məsləhətçi.
- Elektrik paylayıcı şəbəkələrin inkişafı üzrə investisiya proqramı (ADB, 2009–2010, Azərbaycan), Böyük məsləhətçi.
- Azərbaycanın Ümumi Tarazlıq Modelinin (CGE – AzMod) qurulması, (ADB və Dövlət Büdcəsi, 2012–2015), Layihə rəhbəri və məsləhətçi.
- Bərpa olunan enerji mənbələrinin inkişafı layihəsi (ADB, 2014–2016), Tənzimləmə və enerji siyasəti üzrə məsləhətçi.
- CAREC regionunda makroiqtisadi monitorinq və proqnozlaşdırma üzrə tədqiqat-CAREC regionunda infrastruktur investisiyaları 2016–2030, (ADB, CAREC İnstitutu, 2016–2017, Çin Xalıq Respublikası), İqtisadiyyat, statistika və makroiqtisadi modelləşdirmə üzrə məsləhətçi.
- TA-8978 KGZ: Avrasiya İqtisadi Birliyinə qoşulma – Mövcud imkanlardan istifadə etmək və riskləri azaltmaq imkanları əldə etmək və risklərin azaldılması (ADB, 2016–2018, Qırğızıstan Respublikası), Statistika üzrə beynəlxalq məsləhətçi.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAID):
- USAID-in Azərbaycanda Enerji Sektoruna Yardımı Layihəsi (2003–2006), Layihə rəhbərinin müavini və məsul icraçı.
Layihə aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:
- Azərbaycan elektrik enerjisi sektorunun inkişaf proqramı;
- Azərbaycanın elektrik və təbii qaz bazarlarının inkişafı;
- elektrik və təbii qaz sektorunda tənzimləyici çərçivə və institusional potensialın inkişafı;
- elektrik enerjisi üçün tarif metodologiyasının yaradılması;
- Azərbaycan Respublikasının istilik təchizatı strategiyasının hazırlanması;
- Azərbaycan üçün enerji sisteminin planlaşdırılması;
- Azərbaycan üçün enerji qənaət planının hazırlanması;
- Azərbaycanın Alternativ və Bərpa olunan Enerji mənbələrinin inkişaf planının hazırlanması.
- USAID-in Azərbaycanda Ticarət və İnvestisiyalar üzrə İslahatlara dəstək Proqramı — TIRSP (2007–2009), Enerji siyasəti üzrə məsləhətçi.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD)
- AzDRES — Azərbaycan İstilik Elektrik Stansiyası üçün investisiya ehtiyacları və bərpası üzrə texniki-iqtisadi qiymətləndirilmənin hazırlanması (EBRD və USAID, 2004–2006), Böyük məsləhətçi.
- Yanan Neft Səmt Qazının Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan üzrə regional tədqiqi (EBRD, 2011–2013), Böyük məsləhətçi.
Birləşmiş Millətlər Təşkilatı (BMT, ing. United Nations):
- Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətinin artırılması problemləri (UNDP, 2009), Layihə rəhbəri.
- Azərbaycan nəqliyyat-tranzit və turizm sektorlarının rəqabət qabiliyyətinin artırılması problemləri (UNDP, 2009–2010), Layihə rəhbəri.
- Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə dəstək, (UNDP, 2009–2012)[8], Layihə rəhbəri və məsul icraçı.
- "Azərbaycanda Qida və Kənd Təsərrüfatının İnkişafı ilə Gələcək üçün Çağırışlar" üzrə əsas məqalənin hazırlanması (FAO, 2017–2018), Layihə rəhbəri və məsul icraçı.
"British Petroleum" (abbr. BP):
- Azərbaycanda təbii qaz və elektrik enerjisi istehlakının qısa və uzunmüddətli proqnozu (BP Exploration (Azerbaijan) Ltd, 2004–2005), Layihə rəhbəri və məsul icraçı.
- Azərbaycanın təbii qaz və elektrik enerjisinin inkişafı üzrə rüblük bülletenlərin hazırlanması (BP Exploration (Azerbaijan) Ltd, 2005–2018), Layihə rəhbəri və məsul icraçı.
- Qaradağ qaz emalı zavodunun tədqiqi (BP Gas Marketing Limited, UK, 2007), Layihə rəhbəri və məsul icraçı.
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization):
- İƏT üzv ölkələrində Ümumi Tarazlıq Modelinin (CGE) tətbiqi və potensialın gücləndirilməsi (ECO Feasibility and Research Found, 2012–2016), Layihə rəhbəri və məsul icraçı.
- İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrində ekoloji təmiz kənd təsərrüfatı inkişafı üzrə təcrübə mübadiləsinin və qurumlararası əməkdaşlığın gücləndirilməsi (ECO Feasibility and Research Found, 2014–2016), Layihə rəhbəri.
Yaşıl İnkişaf Fondu (Green for Growth Fund, Germany):
- Personalın Təlimi və Enerji Audit Xidmətləri, GGF Texniki Yardım Mexanizmi (GGF, 2014 — bu günə qədər).
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR):
- Azərbaycanın quruda geoloji-kəşfiyyat işləri inkişafının iqtisadi-riyazi modelləşdirilməsi və proqnozlaşdırılması (1990–1991, № 18/90).
- "Azneft" İstehsalat Birliyində neft hasilatı səviyyəsinin qiymətləndirilməsi üçün Avtomatlaşdırılmış Hesablama Sisteminin hazırlanması (1991, № 11/91).
- Azərbaycanın quruda neftçıxarmanın effektivliyinin qiymətləndirilməsi üçün Avtomatlaşdırılmış Sistemin yaradılması (1992, № 11/92).
- Sürüşmə deformasiyalı laylarda quyuların tədqiqat nəticələrinin interpretasiyası metodikasının hazırlanması (1994, № 20/94).
- Müasir şəraitdə quruda neft çıxarmanın inkişafı perspektivinin qiymətləndirilməsi üçün neft resurslarının və onların mənimsənilməsi vəziyyətinin təhlili (1996–1997, № 3/96–97).
- WINDOWS sistemi bazasında geniş şaxəli struktura malik neft-qazçıxarma birliyi (konserni)nin fəaliyyətinin texniki-istehsalat, plan-iqtisadi göstəricilərinin təhlili və perspektiv qiymətləndirilməsi kompüter proqram kompleksinin yaradılması (1998–1999, № 01/98)
- Bahar yatağının istismarının son mərhələsinin işlənmə layihəsi (1996, № 04/96).
- Neftin və qazın axtarış-kəşfiyyat işlərində geofiziki tədqiqatların həcminin iqtisadi-riyazi modelləşdirilməsi və optimallaşdırılması (1998, № 11/98).
- Dənizdə neft-qaz çıxarma müəssisələrində enerji təchizatı sisteminin etibarlılığının tədqiqi, rele mühafizə sistemlərinin hesabat göstəricilərinin nəzarəti və enerji təchizatı sistemində avtomatlaşdırma işlərinin aparılması və müvafiq tövsiyələrin verilməsi (1998–1999), Layihə rəhbəri.
- Neftqaz çıxarma müəssisələri üçün statistik hesabatların hazırlanması məqsədilə Proqram təminatının işlənilməsi (2000), Layihənin rəhbəri.
- Bulla-dəniz qazkondensat yatağının ehtiyatının yenidən qiymətləndirilməsi və işlənilməsi strategiyasının müəyyən edilməsi (2002–2003), Məsul icraçı.
Unocal, Pennzoil və digər şirkətlər:
- Şərqi-Soçemyusk və Talıyyusk yataqlarının işlənməsi və istismarı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması (Uxta, Sibir, Россия, 1991–1992, 30/91), Məsul icraçı.
- Dəniz yataqlarının birgə işlənilməsi iqtisadi inkişaf modelinin yaradılması (ABŞ, UNOCAL, Energy Resources Division, Los-Angeles, 1992), Məsul icraçı.
- "Azəri-Çıraq-Günəşli" yataqlarının Məhsulun Pay Bölgüsü (PSA) saziş şərtləri əsasında birgə işlənmə modelinin hazırlanması (ABŞ, Hyuston, Pennzoil, 1994), Məsul icraçı.
Elmi-pedoqoji, təşkilati və ictimai fəaliyyəti
redaktə1987-ci ildən başlayaraq fasilələrlə müxtəlif dövlət və özəl universitetlərdə pedoqoji fəaliyyətlə məşğul olmuşdur, o cümlədən:
- 2003–2011-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsində 0.5 ştat dosent kimi "Maliyyə riyaziyyatı" fənnini;
- 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında 0.5 ştat professor kimi "Təchizat zəncirində risklərin idarə edilməsi" fənnini tədris edir.
Bir sıra yerli və beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür, o cümlədən:
- İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun "Azərbaycanda İqtisadi İslahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri" Elmi Əsərlər Toplusunun Elmi redaksiya heyətinin sədri;
- 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) "İqtisadiyyat" Jurnalının Baş redaktoru;
- "Azərbaycan neft təsərrüfatı" (Azərbaycan), "İqtisadiyyat və sosiologiya" (Moldova), "İqtisadiyyat və idarəetmə" (Rusiya) jurnallarının redaksiya heyətlərinin üzvü.
Bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bir sıra beynəlxalq elmi tədbirlər təşkil edilmişdir, o cümlədən:
- "Azərbaycan Respublikasında qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)" mövzusunda konfrans, (3–4 noyabr 2011, Bakı (Azərbaycan));
- "Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" mövzusunda Türkiyə-Azərbaycan əməkdaşlıq konfransı, (28–30 aprel 2011, Bakı (Azərbaycan));
- İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) "İqtisadiyyat" Jurnalının Redaksiya Heyətinin 1-ci və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclasları, (7–8 noyabr 2012-ci il, Bakı (Azərbaycan))[9][10];
- İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfrans, (5–6 sentyabr 2013, Bakı (Azərbaycan))[11][12];
- İqtisadi İslahatlar Elmi Tədqiqat Institutunun yaranmasının 50 illik yubileyinə həsr olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans, (1–3 oktyabr 2014, Bakı (Azərbaycan))[12];
- İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) "İqtisadiyyat" Jurnalının Redaksiya Heyətinin 2-ci iclası, (26 aprel 2014, Bakı (Azərbaycan));
- İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin nümayəndələri üçün "Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi" (Practical CGE Modelling with GAMS) mövzusunda birinci regional təlim, (21–25 aprel 2014, Bakı (Azərbaycan))[13][14];
- İƏT üzv ölkələrinin nümayəndələri üçün "İqtisadi siyasət üçün təsir analizləri" mövzusunda ikinci regional təlim, İƏT və İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə, (22–26 fevral 2016, Bişkek (Qırğızıstan))[15];
- "Xəzər Regionunun İnkişaf Edən Enerji İqtisadiyyatı: Çətinliklər və İmkanlar" mövzusunda İAEE-nin ilk Beynəlxalq Avrasiya Konfransı, (28–31 avqust 2016-cı il, Bakı (Azərbaycan));
- "Avrasiyada Enerji: Çağırışlar, Risklər və İmkanların İqtisadi Perspektivləri" mövzusunda İAEE-nin 2-ci Beynəlxalq Avrasiya Konfransı, (13–14 oktyabr 2017-ci il, Zaqreb (Xorvatiya))[16];
- "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin Təsiri" mövzusunda İAEE-nin 3-cü Beynəlxalq Avrasiya Konfransı, (18–20 oktyabr 2018-ci il, Bakı (Azərbaycan))[17];
- "Xəzər dənizi və Mərkəzi Asiyanın Enerji Ehtiyatları: Regional və Qlobal" mövzusunda İAEE-nin 4-cü Beynəlxalq Avrasiya Konfransı, (17–19 oktyabr 2019-cu il, Nur-Sultan (Qazaxıstan)) (planlaşdırılır)[18].
Birbaşa təşəbbüsü və rəhbərliyi ilə institusional təkmilləşdirmə istiqamətində bir-sıra işlər həyata keçirilmişdir:
- Bakıda yaradılması nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatı Tədqiqat Mərkəzinin (ERC) Nizamnaməsi təsdiq edilir (Tehran (İran İslam Respublikası), 2013-cü il);
- Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar olaraq İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "İnnovasiyaların Təşviqat Qrupu" yaradılır (2014-cü il);
- İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilati dəstəyi ilə "İnnovasiya və Təlim Mərkəzi" qurulur (2013-cü il);
Eləcə də:
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün yaradılmış İşçi Qrupunun üzvü[19] olmuşdur;
- Əsrin kontraktları ilə yanaşı digər PSA neft kontraktlarının (1992–1999), Elektrik paylayıcı şəbəkələrin idarəetməyə verilməsi kontraktlarının (2001–2006) hazırlanması və icrası üzrə işçi qruplarının üzvü və kontrakt modellərinin hazırlanmasında məsləhətçi kimi bilavasitə iştirak etmişdmişdir.
- ABŞ, Braziliya, Hindistan, Çin, Pakistan, İndoneziya, Tailand, İran, Türkiyə, eləcə də Avropa və keçmiş SSRİ ölkələrinin tam əksəriyyətində 100-ə yaxın beynəlxalq və yerli səviyyəli forum, konfrans və seminarlarda iştirak etmişdir.
- ABŞ-nin PA Consulting şirkətinin 2001–2006-cı illərdə Azərbaycan üzrə ölkə rəhbəri olmuşdur.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-01.
- ↑ "Arxivlənmiş surət". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2019-07-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ "http://www.ier.az/az/index.php". 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ "http://www.ier.az/az/page.php?id=13". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ "Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib". Report İnformasiya Agentliyi (az.). 2024-07-29. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- ↑ "V.M.Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- ↑ "http://www.ier.az/az/page.php?id=11". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ http://www.ier.az/az/snews.php?id=209[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2019-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2019-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ "Arxivlənmiş surət". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.