Vilyam Bil Senkli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi.
Vilyam Bil Şenkli | |
---|---|
ing. Bill Shankly | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şotlandiya |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Mövqeyi | cinah yarımmüdafiəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəU. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub[1]. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı.
Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı.
1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı. Ən böyük uğurlara isə 1959-cu ildən çalışdırmağa başladığı "Liverpul"da nail oldu.
"Enfild" stadionunun darvazalarından biri U. Şenklinin adını daşıyır. Bundan başqa "Liverpul"un azarkeşləri ona həsr edilən çoxlu mahnılar bəstələyiblər.
İstinadlar
redaktə- ↑ "1913-cü ildə anadan olan və dünyasını dəyişən məşhurlar". 2012-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.