Vinek Xan - Wikipedia
Vinek xan — (bolq. Винех) - Bulqar xanı. 754-762 [2] yaxud 756-762 illərində hökmdarlıq etmişdir.[3] Uokil sülaləsindən idi. Kormisoş xanın bacısı oğludur.
Vinek xan | |
---|---|
bolq. Винех | |
Birinci Bulqar dövlətinin VI imperatoru | |
756 – 762 | |
Əvvəlki | Kormisoş xan |
Sonrakı | Telets xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Vəfat səbəbi | qəsdən adamöldürmə[d] |
Fəaliyyəti | monarx |
Uşağı | |
Dini | Tenqriçilik |
Hakimiyyətə gəlməsi
redaktəİmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq Kormisoş xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu.[4] Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi.
Hakimiyyəti
redaktəTaxta çıxarkən V Konstantinə hücum edən xan Karnobat yaxınlığında məğlub olmuş, sülhə məcbur edilmişdi. 759-cu ildəki ikinci döyüşdə isə qalib gəlmişdi. Lakin qalibiyyətə baxmayaraq sülhə getməsi saray əyanları tərəfindən xoş qarşılanmadı və saray çevrilişi nəticəsində xan daxil bütün ailəsi öldürüldü.
Toponimlər
redaktəAntarktikada Vinek təpəsi onun şərəfinə adlandırılmışdır.
İstinadlar
redaktə- ↑ Lundy D. R. Vinekh, King of Bulgaria // The Peerage (ing.).
- ↑ Mosko Moskov, Imennik na bălgarskite hanove (novo tălkuvane), Sofia 1988.
- ↑ Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
- ↑ Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp.37, 289