Vladimir Barvinok - Wikipedia
Vladimir Barvinok (ukr. Володимир Іванович Барвінок; 22 iyun 1879 və ya 1879[1], Oxrameviçi[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 1943[1], Kiyev, Kiyev vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna tarixçisi, ilahiyyat magistri, xristian kilsəsi tarixçisi, biblioqraf, yazıçı, Ukrayna Xalq Respublikasının lideri, bizantoloq, ukraynaşünaslıq və tarix müəllimi, Çerniqov vilayətinin fəxri vətəndaşı, Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi, Ukrayna Elmi Bibliologiya İnstitutunun əməkdaşı.
Vladimir Barvinok | |
---|---|
Doğum tarixi | 22 iyun 1879 və ya 1879[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1943[1] |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | antropoloq, arxeoloq, tarixçi, ilahiyyatçı, kilsə tarixçisi[d], biblioqraf |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafik məlumat
redaktə1879-cu il iyunun 22-də Çerniqov vilayətində, əcdadlarının yüz ildən çox yaşadığı Oxrameviçi kəndində yerləşən ailə mülkündə anadan olub.
Çerniqov İlahiyyat Seminariyasını (1901), Kiyev İlahiyyat Akademiyasını ilahiyyat fakültəsini (1905), burada müəllimi liturq A. A. Dmitrievskinin, Sankt-Peterburq Arxeologiya İnstitutunun (1908) və Petroqrad Universiteti (1909) Tarix və Filologiya fakültəsini bitirmişdir[2][3][4].
1905-ci ildə əslən Umandan olan Yevgeniya Voloviklə evlənir, bir ildən sonra oğlu Boris dünyaya gəlir.
Katib köməkçisi (1905), kiçik katib, sonra Sinod Baş Prokurorluğu İdarəsinin katibi, ilahiyyat magistri, kollegial asessor (1911), Nazirliyinin Pravoslav Kilsəsi İşləri İdarəsinin kiçik katibi, Pravoslav Rus Kilsəsinin Yerli Şurasının II şöbəsinin katibi (1917).
Eyni zamanda A. Geld adına (1912-1917) Petroqrad real məktəbində tarixdə dərs demişdir.
1918-ci ildən Kiyevdəki Ukrayna Dövlət Milli Kitabxanasının biblioqrafı, Din Nazirliyinin məsul işçisi, Kiyev texnikumunda ədəbiyyat və ukraynaşünaslıq müəllimi işləyir.
1919-1928-ci illərdə Ukrayna Elmlər Akademiyasının tarix-filologiya şöbəsinin əməkdaşı olmuşdur.
30 avqust 1924-cü ildə Arxeologiya Komitəsinin və Ukrayna Elmi-Tədqiqat Bibliologiya İnstitutunun katibi təyin olunur. Eyni zamanda (1924-1925) Mixaylovski bağında akademik kitabxananın ştatdankənar daimi işçisi idi.
1928-1930-cu illərdə Sofiya Komissiyasının və ÜmumUkrayna Arxeologiya Komitəsinin İncəsənət şöbəsinin katibi işləyir. 1930-cu ildə onun Yuri adlı nəvəsi anadan olmuşdur.
1930-1933-cü illərdə Ukraynada bütün arxeoloji işləri koordinasiya edən katib kimi fəaliyyət göstərir. 1937-ci ildə körpü mühəndisi olan oğlu Boris NKVD, Sovet gizli polisi tərəfindən həbs edilir. Barvinok onu bir daha görmür. Bu Vladimir Barvinokun ailəsinə qarşı ilk repressiya halı olmur. Ona yaxın olanlar həbslər və işgəncələr qarşısında daim qorxu içində yaşayırdılar. Barvinok həm Rusiya İmperiyasının, həm də müstəqil Ukraynanın ən yüksək eşelonlarının iştirakçısı olmaqla sovetlər üçün şirnikləndirici hədəf idi. Lakin çoxsaylı elmi dairələrdə nüfuzu onun şəxsi həbsini çətinləşdirirdi. Ömrünün sonlarına yaxın Barvinok slavyan və ukrayna mövzularında yazır. Əsərlərinin bir çoxu çap olunmamışdır. 1943-cü ildə Kiyevin almanlar tərəfindən işğalı zamanı həlak olur.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Barvìnok, Volodymyr Ìvanovyč // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Vladimir Lurye Byzantine Theology of the 13th century Arxivləşdirilib 2023-03-02 at the Wayback Machine (В.Лурье. Византийское богословие XIII века)
- ↑ Prominent and honorary citizens of the Chernihiv region Arxivləşdirilib 2007-10-29 at the Wayback Machine. Chernihiv Regional Information Portal: Sivershyna..
- ↑ Matyash, Irene. Questions of the archival field of work on the pages of the "Biblical news" magazine Arxivləşdirilib 2008-11-20 at the Wayback Machine. Materials of the International Science conference "Problems of the catalogs of scientific libraries".