Volqa Xezer Kanali - Wikipedia
Volqa-Xəzər gəmiçilik kanalı (VXGK) — Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirən kanal.
Volqa-Xəzər gəmiçilik kanalı | |
---|---|
Axdığı yerlər | Astraxan vilayəti |
Giriş | Volqa çayı |
Mənsəb | Xəzər dənizi |
Uzunluğu | 188 km. |
Dəniz gəmilərinə Baxtemir çayındakı Olya və Volqa çayındakı Astraxan limanlarına daxil olmaq imkanı verir. Şlüzü (Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğuları) yoxdur.[1]
Tikilmə tarixi
redaktəXIX əsrin ortalarında bütün dünyada və Rusiyada ticarət donanmasının tonnajında və dəniz yükdaşımalarının həcmində əhəmiyyətli artım başladı. Bununla əlaqədar olaraq daxili rus limanlarını Xəzər dənizi limanları ilə bağlayan kanal tikintisinə ehtiyac artdı. Bağlanğıcda dənizə gələcək yolların iki istiqaməti nəzərdə tutulurdu: Baxtemir və Kamızyak yolu. 1874-cü ildə Baxtemir dəniz gəmiçiliyi üçün daha məqbul yol kimi təsdiq edildi. Bu ili Volqa-Xəzər gəmiçilik kanalının yaranış tarixi kimi qəbul edirlər. Məhz bu ildə kanalın tikintisi başlandı və birinci mərhələ 17 il davam etdi. Bununla da hər il Baxtemir qolundan 60 min kub metrə qədər alt torpaq götürüldü. Astraxandan dəniz sahilinə qədər olan yol boyunca bu su yolunda naviqasiya xarakterli mil daşları (eng. milestone) qoyulmuşdu. 1891-ci ildə Astraxan limanından yük dövriyyəsi 146 mln puda qədər artdı (Süveyş kanalından daşınan yüklərin 1/3-i qədər). 1914-cü ildə Volqa-Xəzər gəmiçilik kanalının ölçüləri aşağıdakı kimi idi:
- dərinliyi — 3,6 m.
- eni — 128 m.
- uzunluğu — 33,2 km.[1]
XX əsrin 30-40-cı illərində Xəzər dənizinin səviyyəsinin düşməsi ilə əlaqədar dib dərinləşdirmə işləri il ərzində 10 milyon kub metrə qədər genişləndi. İkinci Dünya Müharibəsi vaxtı Volqa-Xəzər gəmiçilik kanalı Cənubi Qafqazın neftli rayonlarını ölkənin Avropa hissəsi ilə birləşdirən, problemsiz şəkildə fəaliyyət göstərən yeganə "körpü" idi. Alman aviasiyasının daimi aviauçuşlarına baxmayaraq ön və arxa cəbhə yanacaq-sürtkü məhsulları, texnik, silah və qida ilə təmin edilirdi. Xəzər dənizinin səviyyəsinin fasiləsiz olaraq azaldığı ilk hərbi onillikdə dibin torpaq qatından təmizlənərək dərinləşdirilməsi işlərinin həcmi artırdı.
1955-ci ildə VXGK-nın ölçüləri aşağıdakı kimi idi:
- dərinliyi — 3,6 m.
- eni — 120 m.
- uzunluğu — 168 km.
1970-ci ildə yük dövriyyəsi il ərzində 20 milyon tona çatdı.
XX əsrin 90-cı illərində ölkə daxilində iqtisadi əlaqələrin tənəzzülü ilə Volqa-xəzər yolu ilə yük daşıma həcmi kəskin şəkildə azaldı və bu da dib dərinləşdirmə işlərinə də öz təsirini göstərdi. 1995-ci ildə kanal Astraxan Limanının Dəniz Administrasiyasının nəzarətinə keçdi. Bu ildə Xəzər dənizinin səviyyəsinin stabilləşməsi ilə əlaqədar davamlı olaraq yük daşımaların həcmi dəyişdikcə öz növbəsində dib dərinləşdirmə işləri də gedir. 1997-ci ildə dib dərinləşdirmə işləri 1,8 milyon kub metrə çatdı.[1]
Müasir dövrdə vəziyyəti
redaktə1998-ci ildə hövzəsində ticarət dənizçiliyi fəal şəkildə inkişaf edir. Rusiya və Xəzər sahili ölkələr "Şimal-cənub" nəqliyyat dəhlizinə qoşulub ki, bu dəhliz hər il Astraxan və Olya limanlarından yük dövriyyəsini artırmağa imkan verir: 1998-ci ildə 0,97 milyon tondan 2004-cü ildə 4,7 milyon tona qədər. Dəniz ticarətindəki yükəslişlə əlaqədar dib dərinləşdirmə işləri də əhəmiyyətli dərəcədə genişlənmişdir. 2003-cü ildə isə ". 54 milyon kub metrə çatmışdır. 2003-cü ildə Volqa-Xəzər gəmiçilik kanalı Astraxan şəhərində "Rosmorport" (Rusiya Dəniz Limanı) Fedral Dövlət Unitar Müəssisəsinin filialının idarəçiliyinə verilib. Bu gün kanalın ölçüləri gəmilərin Astraxana qədər 4,5 m məsafədə, Olya limanına qədər 4,7 metr məsafədə dayanmaqla təhlükəsiz şəkildə hərəkətini təmin edir.
Hidrometrik stansiyalar yaradılıb. İki güclü buzqıran gəmilərin qış vaxtı hərəkətini təmin edir.
Bütün bunlar kanalda və Xəzər dənizində gəmilərin təhlükəsiz şəkildə hərəkətini təmin edir.[1]
Volqa-Xəzər Gəmiçilik kanalı təsvirlərdə
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "еженедельная газета «Большая Волга». К 130-летия ВКК". 2013-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.