Volvulus - Wikipedia
Volvulus - Wikipedia - Haqqında Məlumat
Volvulus (az. Bağırsaq çevrilməsi) (lat. volvere – çevrilmə deməkdir) — tibbi dildə həzm traktının xüsusilə bağırsaqların hər hansı bir nahiyəsinin çöz (müsariqə) oxu ətrafında burulması, dolaşması ya çevrilməsi. Bu patoloji bir hal olub, nəticə etibailə həzm traktının müvafiq hissəsinin qan təchizatının pozulması, işemiya və qanqrenası baş verir.
Bağırsaq çevrilməsi | |
---|---|
| |
XBT-10 | K |
XBT-10-KM | K56.2 |
XBT-9 | , |
XBT-9-KM | 560.2[1][2] |
DiseasesDB | 13996 |
eMedicine | ped/2415 |
MeSH | D045822 |
Vikianbarda əlaqəli mediafayllar |
Növləri
redaktəHəzm traktının hansı hissəsində baş verməsinə müvafiq olaraq növlərə bölünür:
- Mədə çevrilməsi, adətən diafraqma yırtıqlarında bir fəsad kimi özünü büruzə verir.
- Nazik bağırsaq çevrilməsi
- Yoğun bağırsaq çevrilməsi
- Kor bağırsaq çevrilməsi
- Çənbər bağırsaq: S-ə bənzər çənbər bağırsaq çevrilməsi[3]
Əlamətləri
redaktə- Kəskin sancı şəkilli qarın ağrıları
- Ödlü qusma
- Qanlı ishal
- Ultrasəs müayinəsində genişlənmiş mədə ya onikibarmaq bağırsaq və bağırsaq ilgəklərinin vizualizə olunması şübhəli volvulus diaqnozunu qoymağa və təcili laparotomiyaya əsas verir.
- Qanın labarator müayinəsində: (Leykositoz, laktat↑, CRZ↑)
- Peritonit
- Şok
Residivlərə səbəblər
redaktə- Malabsorbsiya (lat. malus – pis və lat. absorptio – udma, sovrulma) nazik bağırsaqlarda sovrulma prosesinin pozulması
- Qəbzlik (lat. Obstipation)
Diferensial diaqnostika
redaktə- Invaginatio (az. İnvaginasiya) iç-içə keçmə
İstinadlar
redaktə- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "Sigmavolvulus". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-07.