Who Is It - Wikipedia
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir.
"Who Is It" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Dangerous albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 1992, 31 avqust | |||
Format | sinql | |||
Janr | R&B, New jack swing | |||
Dil | ingilis dili | |||
Müddət | 06:34 | |||
Prodüser | Maykl Cekson, Bill Bottrell | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir.
ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır.
Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına baxmayaraq mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
Kompozisiyaları
redaktəUK single
redaktə- "Who Is It" (The Most Patient Mix) – 7:44
- "Who Is It" (IHS Mix) – 7:58
- "Don't Stop Till You Get Enough" (Roger's Underground solution mix) – 6:22
UK 7" single
redaktə- "Who Is It" (Single Edit)
- "Rock With You" (Masters At Work Remix)
U.S. single
redaktə- "Who Is It" (Oprah Winfrey Special Intro) – 4:00
- "Who Is It" (Patience Edit) – 4:01
- "Who Is It" (House 7") – 3:55
- "Who Is It" (Brothers in Rhythm House Mix) – 7:13
- "Beat It" (Moby's Sub Mix) – 6:11