Xirdayarpaq Yemisan - Wikipedia
Xırdayarpaq yemişan (lat. Crataegus microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Xırdayarpaq yemişan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Xırdayarpaq yemişan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəTəbiətdə növün arealı Krım, Qafqaz, Kiçik Asiya və İranı əhatə edir.
Botaniki təsviri
redaktəHündürlüyü 1-1,5 m-dək olan kiçik ağacdır. Budaqları açıq boz, kiçik budaqları al qırmızı qonurdur, zoğları nazik, əsasən çılpaq və ya ancaq cavan budaqlarda tükcüklüdür. İynələri çox vaxt çoxsaylı, uzunluğu 5-12 mm, nazikdir. Yarpaqları nazik, uzunluğu 1,2-3 sm, eni 1-2,8 sm (uzunluğu 5,5 sm-dək və eni 3,5 sm), uzunsov-yumurtavari, bəzən enli-yumurtavari, 5-7 yerə bölümlü və ya dərin pərli, hissələri yumurtavari, küt, bəzən ucu biz, bünövrədən dişlidir. Çiçək qrupu sadə, çətirvari, 4-10 çiçəkli, çiçək saplağı çılpaq, uzunluğu 2-3.5 sm-dir. Çiçəklərin diametri 13-16 mm, ağ ləçəkli, kasayarpaqları uzun ucu-biz, meyvə yumurtalığı bəzən tüklüdür; erkəkcikləri 20; sütuncuğu 1, düzdür. Meyvələri uzunsov-ellipsvari, yumurtavari və armudvari, bəzən təxminən şarşəkilli, uzunluğu 9-12 mm, al qırmızıdır. Çəyirdəyi 1, arxa tərəfdə 2-3 şırımlı, yanlardan yığcam ön tərəfdən hamardır. May-iyun ayında çiçəkləyir. Sentyabr-oktyabr ayında meyvə verir.
Ekologiyası
redaktəMünbit torpaqlarda yaxşı bitir, rütubət sevəndir.
Azərbaycanda yayılması
redaktəTalışda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəYaşıllaşdırmada geniş istifadə olunur.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.