Xelil Rza Uluturk - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Xəlil Rza Ulutürk (21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992).[1] Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.
Xəlil Rza Ulutürk | |
---|---|
Doğum tarixi | 21 oktyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 1994 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1948–1994 |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlmişdir. Bəzi qaynaqlarda onun doğum tarixi 1933-cü il olaraq qeyd edilib. Belə ki, şairin pasportu və hərbi biletində təvəllüdü 1933-cü il yazılıb. Lakin X.Rzanın özü doğum tarixinin 1932-ci il olduğunu bildirib və özünün "Təşviqatçı" jurnalı ilə yaşıd olduğunu söyləyib.[2][3]
Xəlil Rzanın atasının adı Rza Nağıyev, anasının adı isə Xanım Nağıyevadır. Xəlil Rzanın babalarından Rüstəm bəy 1918-ci ildə erməni daşnaklarının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə zamanı şəhid edilmişdir. Xəlil Rzaya adını verən digər babası Xəlil bəydir. Xəlil bəyin "bir az torpağı, bir cüt öküzü və bir kotanı" olduğu üçün 1933-cü ildə Sovet hökuməti tərəfindən əmlakı müsadirə edilib. Daha sonra isə millətçi fikirlərinə görə Sovet hökuməti tərəfindən 1937-ci ildə həbs edilərək Sibiryaya sürgün edilmişdir. Ailə əmlakını itirdikdən sonra 1939-cu ildə Salyana köçmək məcburiyyətində qalır.[4]
Bunda sonra ailənin bütün yükü artıq 30 yaşlarında olan Xəlil Rzanın atası Rza bəyin üzərində olur. Mühasiblik və müfəttişliklə məşğul olan Rza bəy İkinci Dünya müharibəsi başlayar-başlamaz orduya çağırılmış, 1941-1942-ci illərdə Moskva yaxınlığında gedən döyüşlərdə böyük fədakarlıqlar göstərmişdir. Salyana qayıtdıqda onun bədənində mərmi və bombalardan yaranmış 17 yara var idi. Rza bəy 1957-ci il oktyabrın 17-də bu yaralar səbəbindən vəfat etmişdir.[4][5] Xəlil Rza Ulutürkün hələ uşaq yaşlarında şahidi olduğu bu acı hadisələrin şairdə buraxdığı izlər sonrakı dövrlərdə onun ədəbi əsərlərində, elmi işlərində və geniş kütlələr qarşısında etdiyi çıxışlarında özünü göstərmişdir.[6]
Xəlil Rza xatirələrində atasından sevgi və həsrətlə bəhs edir, ona milli şüuru aşılamaqla yanaşı, milli ədəbiyyata və fikir dünyasına maraq oyadan şəxsin də məhz atası olduğunu qeyd edir. Belə ki, Xəlil Rza Ulutürk Füzuli, Raci, Sabir, Ziya Göyalp, Tofiq Fikrət kimi şairlərin şeirlərini ilk dəfə atasının – Rza bəyin səsindən dinləmişdir.[7]O bu barədə xatirələrində yazır:
Bu şeirləri yanğılı, təsirli səslə oxuyarkən bəzən göz yaşlarını silən atam 47 yaşında vəfat etsə də, mənim gözümdə böyük, ulu keçmişin simvoludur. |
İrsi
redaktə● Bakı, Şirvan, Salyan, Göygöl və Xaçmaz şəhərlərində mərkəzi küçələrdən biri Xəlil Rza Ulutürkün adını daşıyır.
● Bakı şəhərində bir kitabxana Xəlil Rza Ulutürkün adını daşıyır.
● Xəlil Rza Ulutürkün Bakı şəhərində yerləşən məzarının üzərində onun heykəli ucaldılmışdır.
● Salyan şəhərində Xəlil Rza Ulutürkün adını daşıyan park salınmışdır.
● Salyan şəhərində “Ata-oğul” xatirə kompleksində Xəlil Rza Ulutürkün barelyefi vurulmuşdur.
Əsərləri
redaktə- Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
- Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
- Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
- Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
- Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
- Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
- Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
- Türkün dünyası. Bakı: "Qorqud" nəşriyyatı, 1994, 351 səh.
- Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
- Bağışla, ey Vətən. Bakı: "Qorqud" nəşriyyatı, 1996, 146 səh.
- Ömür kitabını yazan şairə. Bakı: "Mütərcim" nəşriyyatı, 1998, 110 səh.
- Lefortovo zindanında. Bakı: "Azərbaycan" Nəşriyyatı, 1998, 240 səh.
- Xəlil Rza: Seçilmiş əsərləri, iki cilddə. "Şərq-Qərb" Nəşriyyatı, 2005.
- Xəlil Rza: Seçmələr. Bakı: "Kitab Klubu", 2015.
Səsləndirilmiş əsərləri
redaktəİstinadlar
redaktə- ↑ "X. R. Xəlilova (Xəlil Rza Ulutürkə) "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 aprel 1992-ci il tarixli, 699 nömrəli Fərmanı Arxivləşdirilib 2021-08-19 at the Wayback Machine (az.)
- ↑ Biblioqrafiya, 2017. səh. 4
- ↑ Əliyeva, 2017. səh. 4
- ↑ 1 2 Ulutürk, 2004. səh. 12
- ↑ Nəbiyev, 2009. səh. 29
- ↑ Erenoğlu, 2005. səh. 21
- ↑ Erenoğlu, 2005. səh. 22
Ədəbiyyat
redaktə- Əliyeva, Aynurə. Haqq pərvanəsi – Xəlil Rza (az.). Bakı: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2017.
- XƏLİL RZA ULUTÜRK- Biblioqrafiya (PDF) (az.). Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2017. ISBN 978 9952 476 02 6.
- Ulutürk, Firəngiz. Müasirləri Xəlil Rza Ulutürk haqqında (az.). Bakı: Çinar-Çap. 2004.
- Nəbiyev, Bəkir. İstiqlal şairi, Seçilmiş Əsərləri V cilddə (az.). III. Bakı: Çinar-Çap. 2009.