Xezer Bizans Munasibetleri - Wikipedia
Xəzər xaqanlığı özünün sələfləri saydığı Suvar və Göytürk dövlətləri kimi Sasani İranına qarşı mübarizədə Bizansla müttəfiqlik edirdilər. Xəzər xaqanlığı Azov və Qara dənizin şimal sahillərindəki düzənlik əraziləri ələ keçirdikdən, Sasaniləri Cənubi Qafqazdan sıxışdırmalarından sonra Bizansla həmsərhəd oldu. Xəzərlərin bu qələbələrinə paxıllıq edən Bizans saray tarixçisi Abid Feofan yazırdı: «Qara dənizdən şimaldakı bütün ərazilərdə Böyük Xəzər xalqı hökmranlıq etməyə başladı».
VII əsrin sonlarında Bizans hakimiyyəti uğrunda gedən mübarizələr Xəzər xaqanlığını öz müttəfiqinin daxili işlərinə qarışmağa vadar etdi. 695-ci ildə taxtdan salınan Bizans imperatoru II Yustinian Xəzər xaqanı Əbuzər Qalavanın yanına qaçdı. Öz qızını II Yustiniana ərə verən xaqan 705-ci ildə ona öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Yenidən Bizans imperatoru olan II Yustinian Xəzər xaqanının qızından oğlu Tiberini öz şəriklisi elan etdi. 710-cu ildə Krım uğrunda Bizansla Xəzər xaqanlığı arasında münaqişə başladı. Münaqişənin əsas səbəbi Bizans hakimiyyətini istəməyən Krım əhalisinin yardım üçün Xəzər xaqanına müraciət etmələri oldu. Üsyançılara başçılıq edən qaçqın erməni taciri Vardan Xəzər xaqanının etimadını qazandı və onun köməyilə 711-ci ildə Flipp adı ilə Bizans imperatoru oldu. Taxta çıxan kimi Flipp nəinki II Yustinianı, həm də onun Xəzər xaqanının qızından olan azyaşlı oğlu Tiberini edam etdirdi. Xaqanın qız nəvəsinin erməni əsilli Bizans imperatoru Flipp tərəfindən xaincəsinə öldürülməsi yenidən Xəzər–Bizans münasibətlərini pisləşdirdi. Lakin Cənubi Qafqaz istiqamətində daha güclü rəqibin – Ərəb xilafətinin fəallaşması Bizansı yenidən Xəzər xaqanlığı ilə yaxınlaşmağa məcbur etdi. Krım məsələsi dinc yola həll edildi. Bizans yarımadanın şərq hissəsini və qərbdəki geniş düzənlikləri xəzər xaqanlığına güzəştə getdi.
VII əsrin sonlarında Bizans hakimiyyəti uğrunda gedən mübarizələr Xəzər xaqanlığını öz müttəfiqinin daxili işlərinə qarışmağa vadar etdi. 695-ci ildə taxtdan salınan Bizans imperatoru II Yustinian Xəzər xaqanı Əbuzər Qalavanın yanına qaçdı. Öz qızını II Yustiniana ərə verən xaqan 705-ci ildə ona öz hakimiyyətini bərpa etməkdə köməklik göstərdi. Yenidən Bizans imperatoru olan II Yustinian Xəzər xaqanının qızından oğlu Tiberini öz şəriklisi elan etdi. 710-cu ildə Krım uğrunda Bizansla Xəzər xaqanlığı arasında münaqişə başladı. Münaqişənin əsas səbəbi Bizans hakimiyyətini istəməyən Krım əhalisinin yardım üçün Xəzər xaqanına müraciət etmələri oldu. Üsyançılara başçılıq edən qaçqın erməni taciri Vardan Xəzər xaqanının etimadını qazandı və onun köməyilə 711-ci ildə Flipp adı ilə Bizans imperatoru oldu. Taxta çıxan kimi Flipp nəinki II Yustinianı, həm də onun Xəzər xaqanının qızından olan azyaşlı oğlu Tiberini edam etdirdi. Xaqanın qız nəvəsinin erməni əsilli Bizans imperatoru Flipp tərəfindən xaincəsinə öldürülməsi yenidən Xəzər-Bizans münasibətlərini pisləşdirdi. Lakin Cənubi Qafqaz istiqamətində daha güclü rəqibin - Ərəb xilafətinin fəallaşması Bizansı yenidən Xəzər xaqanlığı ilə yaxınlaşmağa məcbur etdi. Krım məsələsi dinc yolla həll edildi. Bizans yarımadanın şərq hissəsini və qərbdəki geniş düzənlikləri xəzər xaqanlığına güzəştə getdi.
VIII əsrin 30-cu ilərində ərəb-xəzər müharibələrinin qızışması xilafət ordularının Bizansın ərazilərinə olan hücumlarının səngiməsinə səbəb oldu. Xəzərlərlə münasibətləri daha da yaxşılaşdırmaq məqsədilə Bizans imperatoru Lev İsavr 732-ci ildə Xəzər xaqanının qızı Çiçək xatını oğlu Konstantinə aldı. 775-780-ci illərdə hakimiyətdə olmuş Bizans imperatoru Çiçək xatının oğlu idi və hamı onu «Xəzər» adı ilə tanıyırdı.
Mənbə
redaktə- Kərəm Məmmədov, "Xəzər–Bizans münasibətləri" Arxivləşdirilib 2010-06-13 at the Wayback Machine