Xezer Kulmesi - Wikipedia
Xəzər külməsi (lat. Rutilus caspicus ) — Chordata tipinin növüdür. Çox saylı yerli növdür.
Xəzər külməsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: ???: Xəzər külməsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəBeli yaşılımtıl, böyürləri və qarnı gümüşüdür. Kürütökmədən əvvəl erkək fərdlərin bədəni xırda epitel çıxıntıları ilə örtülü olur. Azərbaycan sularından ovlanmış ən iri fərdinin uzunluğu 37 sm, kütləsi 700 q, yaşı isə 6 il olmuşdur.[1]
Yaşayış yeri və həyat tərzi
redaktəYarımkeçici balıq olub, dənizin çaylara yaxın sahələrində yaşayır. Kürü tökmək üçün Kiçik Qızılağac körfəzinə, Dəvəçi limanına və Xəzərə tökülən çaylara girir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir, Naxçıvan su anbarlarında, Kür ətrafı göllərdə daim şirin suda yaşayan populyasiyaları vardır. Ömrünün uzunluğu orta hesabla 5-6 ildir, cinsi yetkinliyə 2-3 yaşlarında çatır, fərdi inkişaf forması tam çevrilmə şəklindədir.[2] Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasında olur.
Yayılması
redaktəXəzər dənizində morfoloji əlamətlərinə görə fərqlənən 3 populyasiyası (Şimali Xəzər, Türkmənistan və Azərbaycan) qeydə alınmışdır. Azərbaycan sularında yarımkeçici və şirinsu populyasiyaları vardır. Azərbaycanda Kür-Araz hövzəsində, Kiçik Qızılağac körfəzində, Dəvəçi limanında, Xəzər dənizi sahili boyu Samurdan Astaraya qədər və buraya tökülən çaylarda, kanallarda yayılmışdır.
Sayı və limit faktorları
redaktəAzərbaycanda 4 növünün nümayəndələri yayılmışdır: Xəzər külməsi - Rutilus rutilus caspicus (Jakowlew, 1870), Şirvan külməsi - Rutilus atropatenus Derjavin, 1937, Soyuqbulaq külməsi - Rutilus sojuchbulagi Abdurahmanov, 1950 və Kütüm (ziyad) — Rutilus frisii kutum (Kamensky, 1901). Bu növlərdən birinin (Soyuqbulaq külməsi) nəslinin kəsilməsi ehtimal olunur. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması, limitdən artıq ovlanma və digər antopogen amillər.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
redaktəÇoxalması kürüləmə yolu ilə gedir. Fitofil balıqdır, kürüsünü bitkilər üzərinə tökür. Kürüləmə vaxtı suyun temperaturu 19.2 – 21.8 C° olur. Reproduktivlik forması kürü şəklində olur. Məhsuldarlığı 12.5 minlə 89.6 min kürü arasında dəyişir. Reproduktivliyin periodu ildə bir dəfə olmaqla hər il baş verir. Generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.[3]
Qidalanması
redaktəBentosla qidalanan balıqdır. Molyusklarla, xironomid sürfələrilə, yanüzən xərçənglərlə, diatom yosunlarla, su bitkilərilə və digər canlılarla qidalanır. Biomüxtəlifliyin bir kompanentidir, əsasən su onurğasızları ilə qidalanır, özü isə yırtıcı balıqların, sürünənlərin, balıqyeyən quşların və məməlilərin qidasını təşkil edir.
Düşmənləri
redaktəYırtıcı balıqlar (durnabalığı, sıf), su ilanları, su-bataqlıq quşları, suitilər və balıq parazitləri.
İnsan həyatına təsiri
redaktəOv və vətəgə əhəmiyyətlidir. Ziyanvericilik xüsusiyyəti yoxdur.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəOvunun tənzim olunması barədə qanın qəbul edilmişdir. Coxalma vaxtı çaylara girişinə imkan yaradılmalı, həmin ərazilərdə intensiv ovlanmasının qarşısı alınmalıdır. Su anbarlarında balığın çoxalması vaxtı suyun səviyyəsini normal vəziyyətdə saxlamaq, ovlama işində nəzarəti gücləndirmək.
İstinadlar
redaktə- ↑ Mustafayev N.C. Çapaq, külmə və şəmayının dəniz və şirinsu populyasiyalarının morfobioloji və morfofizioloji xüsusiyyətləri: Biol. üzrə. fəl. dok. … dis. avtoref. Bakı, 2009, 24 s.
- ↑ Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- ↑ Кулиев З.М. Карповые и окуневые Южного и Среднего Каспия. Баку, Изд. Араз, 2002, 215 s.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- Mustafayev N.C. Çapaq, külmə və şəmayının dəniz və şirinsu populyasiyalarının morfobioloji və morfofizioloji xüsusiyyətləri: Biol. üzrə. fəl. dok. … dis. avtoref. Bakı, 2009, 24 s.
- Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
- Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
- Кулиев З.М. Карповые и окуневые Южного и Среднего Каспия. Баку, Изд. Араз, 2002, 215 s.