Xezeryurd Dagi - Wikipedia
Xəzəryurd dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ (hünd. 3173,8 m). Zəngəzur silsiləsinin cənub-qərb hissəsində yerləşir. Nəsirvaz kəndindən 4,5 km. şərqdədir. Sıldırım yamaclıdır. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayrıcısında yerləşir. Nəsirvaz və Parağa çayları arasında, Tiviçayın mənbəyindədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi massivin ən yüksək nöqtəsi olan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli fay-yerdəyişməsi keçir. [1]
Xəzəryurd dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3173 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.