Xezrec - Wikipedia
Xəzrəc – Mədinə qəbilələrindən biri.
Haqqında
redaktəİslamdan öncə onlar Mənata (büt) tapınırdılar. Onlar İslamı qəbul etdikdən sonra ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə Yəməndə onlara yaxın olan evs qəbiləsi ilə birlikdə yaşamış, sonra onların hər ikisi Yəsribə (Mədinəyə) köçmüşdürlər. Sonra bu qəbilələr arasında qarşıdurma başlamış, onilliklər boyu davam etmişdir. Bu qarşıdurmada yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri dəstəkləmişdir. Evslilərlə xəzrəclilərin sonuncu qanlı toqquşması Buas döyüşündə olmuşdur. Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb qəbilələrindən dəstək almış evslilər xəzrəclilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun illər boyu sürən qarşıdurmaların sonunda evslilər özləri də zəifləmişdirlər. Buna görə də, onlar bu qələbədən faydalana bilməmişdirlər. Xəzrəclilər isə artıq barış yollarını axtarmağa başlamışdılar. Onlar Məkkəyə elçilərini göndərib evslilərlə sülhə gəlmək üçün qüreyşlilərin vasitəçi olmalarını istəmişdirlər. Ancaq, onlardan yardım ala bilməmişdirlər.
Elə o zaman onlar Məkkədə Məhəmməd peyğəmbərlə görüşmüşdürlər. Bu görüşdən sonra xəzrəclilər onun evslilərlə qarşıdurmalarına son qoyması yolunda vasitəçi ola biləcəyini anladılar. Bunu evslilər də istəyirdilər. Əqəbədəki ilk beyətə on xəzrəcli ilə birlikdə, Məhəmməd peyğəmbərin yanına iki evsli də gəlmişdir. İkinci Əqəbə beyətində də xəzrəclilərin təmsilçiləri daha çox olmuşdurlar. Onlar böyük günahlar etməməyə, Məhəmməd peyğəmbəri qorumağa, Məkkədən qovulmuş bütün müsəlmanlara sığınacaq verəcəklərinə söz vermişdilər. Məkkəli müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra xəzrəclilərlə evslilər "ənsarlar" adlanmışlar. Bu hadisədən sonra evslilərlə xəzrəclilər arasındakı qarşıdurmalara son qoyulmuşdur. Hər iki qəbilə İslamın qələbə çalması üçün çalışmışdırlar. Məhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra xəzrəclilər xəlifəliyə Səd ibn Übeydənin namizədliyini irəli sürmüşdürlər. Ancaq sonra onlar evslilər və mühacirlərlə birlikdə Əbu Bəkrin xəlifəliyini tanımışdırlar.[1]
Görkəmli nümayəndələri
redaktəQərəzə
redaktəBu qəbilənin görkəmli nümayəndlərindən biri olan Qərəzə Məhəmməd peyğəmbərin səhabələrindən və Əlinin əshabından idi. Hicrətin 24-cü ilində Əbu Musa ilə birlikdə Rey vilayətini fəth etmişdi. Siffeyn döyüşündə Əli tərəfindən Ənsarın ələmdarı olan Qərəzə hicrətin 51-ci ilində vəfat etmişdi. Onun oğlu Əmr ibn Qərəzə ibn Kəb Ənsari Hüseynin vəfalı və fəal səhabələrindən idi.[2]
Əmr ibn Qərəzə ibn Kəb Ənsari
redaktəAşura günü Əmr ibn Qərəzə Hüseyndən döyüş meydanına yollanmaq üçün icazə istəyir. İmamdan icazə aldıqdan sonra meydana qədəm qoyur və meydana doğru hərəkət edərkən bu rəcəzi oxuyurdu:
قَدْ عَلِمَتْ کتیبَةُ الانْصاری انّی سَاحْمی حَوْزَةَ الذَّماری
ضَرْبَ غُلامٍ غَیرَ نَکسٍ شاری دُونَ حُسَینٍ مُهْجَتی وَداری (Tərcüməsi: Ənsar ordusu yəqin bilir ki, mən şərəf və namusumu himayə edəcəyəm. Mənim zərbələrim gənc bir insanın zərbəsi kimidir, zəif və gücsüz deyil! Canım və malım Hüseynə qurban olsun!)Tarixi-Təbəri[3]
|
Aşura günü zöhr namazı vaxtı Hüseyn namaza başlayır. Əmr ibn Qərəzə bir neçə nəfər səhabə ilə birlikdə Hüseynin canını qorumağı öz öhdəsinə götürür. O, çoxlu bədən yarası aldığı zaman üzünü Hüseynə tutub deyir:
أَوَفَیْتُ یا ابْنَ رَسُولِ الله (Ey Peyğəmbərin övladı! Əhdimə vəfa qıldımmı?)
İmam buyurur: نَعَمْ، أَنْتَ أَمامِی فِی الْجَنَّةِ فَاقْرَءْ رَسُولَ اللهَ مِنّی السَّلامُ وَأَعْلِمْهُ أَنّی فِی الاَْثَرِ (Bəli! Sən cənnətə məndən qabaq gedəcəksən. Mənim salamımı Rəsulullaha yetir və de ki, mən də səndən sonra görüşünə gələcəyəm.) Əmr bu sözləri eşitdikdən sonra təbəssüm edir və gözlərini yumaraq şəhadətə yetir. (“Əl-məlhuf”, Seyid ibn Tavus, 1-ci cild, səh.162.) “Nahiyeyi-müqəddəsə” ziyarətində belə oxuyuruq: السَّلامُ عَلی عمرو بنِ قَرظَةِ الانْصاری “Salam olsun Əmr ibn Qərəzə Ənsariyə!”Seyid ibn Tavus[4]
|