Xxxtentacion - Wikipedia
XXXTentacion (əsl adı: Casey Dueyn Rikardo Onfroy; 23 yanvar 1998[1], Planteyşen, Brauard dairəsi, Florida, ABŞ[1] – 18 iyun 2018[1], Dirfild-Biç, Brauard dairəsi, Florida, ABŞ[1]) — amerikalı repçi, müğənni-mahnı yazarı.[4] Depressiv və qəmgin mahnılarına görə tanınır. 2015–2018-ci illərdə emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.[5]
XXXTentacion | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Jahseh Dwayne Ricardo Onfroy |
Ləqəbləri | XXXTentacion, XXX, Triple X, Young Dagger Dick[2], X |
Doğum tarixi | 23 yanvar 1998[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 2018[1] (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d][1] |
Dəfn yeri | |
Uşağı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2013–2018 |
Janrlar | hip-hop[d], lou-fay, nyu-metal, trep, pank rok, pank rep[d], Rep-metal, alternativ rok, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d], indi-rok, rok |
Musiqi alətləri | gitara, piano, baraban |
Albom şirkətləri | Bad Vibes Forever[d], Empire Distribution[d], Capitol Music Group[d], Columbia Records |
Təhsili | |
Mükafatları | |
xxxtentacion.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Florida ştatının Planteyşen şəhərində doğulan X, uşaqlığının əksər hissəsini ştatın digər şəhəri olan Loderhilldə böyüyərək keçirmişdir. O, mahnı yazmağa yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəndən azadlığa buraxılandan sonra başlamışdı. Karyerasını 2013-cü ildə, emo və qranj musiqisindən ilhamlanaraq yazdığı mahnıları SoundCloud-a yerləşdirərək qurmuşdu. 2014-cü ildə bir neçə başqa sənətçi ilə birlikdə "Members Only" adlı underground musiqi kollektivini yaratmışdı. 2017-ci ildə buraxdığı "Look at Me" adlı sinqlı ilə diqqətləri çəkmişdi. X həmin il debüt studiya albomu olan "17"-ni təqdim etmişdir. Bu albom ABŞ-də üçqat platin sertifikatı almış və Billboard 200 cərgəsində ikinci yerə çatmışdır. 2018-ci ildə "?" adlı ikinci albomunu buraxmışdır. Albomun ilk sinqlı olan "Sad!" Billboard Hot 100-də birinci sırada idi. Bu sinql üstəlik YouTube-da 1,2 milyard baxış, eləcə də Spotify-da 2 milyarda yaxın yayım toplamışdır.
X həyatı boyu bir neçə dəfə hüquqi problemlərlə üzləşib. 2016-cı ildə sevgilisinə şiddət göstərməkdə ittiham olunurdu.[6][7] O, 18 iyun 2018-ci ildə 20 yaşında olarkən Florida ştatının Dirfild-Biç şəhərində motosiklet mağazasından çıxarkən güllələnərək qətlə yetirilmişdir. Onu öldürən şəxslər içərisində 50 min dollar olan Louis Vuitton markalı çantanı oğurladıqdan sonra avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdılar. Cinayəti törədən şəxslərin dördü sonradan saxlanmış, üçü ömürlük həbs cəzasına məhkum edilmişdir.[8][9][10][11]
Həyatı
redaktəCasey Dueyn Rikardo Onfroy (ing. Jahseh Dwayne Ricardo Onfroy) 23 yanvar 1998-ci ildə Florida ştatının Planteyşen şəhərində yamaykalı ailədə anadan olmuşdur.[12][13] Atası Bob Marlinin "So Jah Seh" adlı mahnısından təsirlənərək ona bu adı qoyub. X-in atası və babası rastafaridir. O, anadangəlmə ürək qüsuru ilə doğulub. Buna görə onun boyu uzanmırdı, 168sm idi. Repçi 2017-ci ildə "The Beat" radiosuna verdiyi müsahibəsində suriyalı, hind və ola bilsin italyan mənşəli olduğundan danışıb.[14]
X anasının şəxsi problemləri olduğundan daha çox nənəsi ilə qalmalı olub.[15] O, nənəsi Kolett Cons ilə birlikdə Floridanın Pompano-Biç və Loderhill şəhərlərində yaşayıb. Altı yaşında olarkən anasına hücum edən bir şəxsi bıçaqlamağa çalışıb. Bu hadisə nəticəsində o, problemli gənclər üçün nəzərdə turtulmuş gənclər proqramına (ing. youth program) yerləşdirilib.[16] Həmçinin o, sonralar yenidən nənəsinin yanında qalmağa göndərilib. X-in ailəsinə yaxın bir şəxs isə bıçaqlanma hadisəsinin olmadığını deyib.
X uşaq olarkən özünü asaraq intihar edən əmisinin cansız bədəni ilə qarşılaşıb. O, bir neçə dəfə mahnılarında bu hadisədən aldığı travmadan bəhs edib. 2017-ci ildə o, uşaq ikən naməlum bir şəxs tərəfindən cinsi istismara məruz qaldığından söz etmişdi. X uşaq ikən kiminsə şiddətə məruz qaldığını və kiminsə zorlandığını görmək kimi digər üzücü hadisələrin şahidi olduğunu bildirib. Anası atasının uşaq ikən X-i döydüyünü deyib. O, həmçinin X-in atası tərəfindən dəfələrlə uşağın gözü qarşısında şiddətə məruz qaldığın da qeyd etdi. 2008-ci ildə X on yaşında olarkən atası DEA tərəfindən saxlanılaraq doqquz il müddətinə Arizona həbsxanasına göndərilmişdir. X-in atası 2015-ci ildə azadlığa buraxılıb və 2016-cı ildə Yamaykaya deportasiya edilib. 2017-ci ildə müsahibə zamanı X-dən atası ilə olan münasibətləri haqqında soruşulub. X istehza ilə cavab verib: "O nədir?".[17][18][19]
X-in musiqiyə marağı bibisi (və ya xalası) onu məktəb və kilsə xoruna qoşulmağa təşviq etdikdən sonra başlamışdı. O, sonralar ona toxunan şagirdə hücum etdiyi üçün xordan qovulur.[20] X təhsil almaq üçün "Margate Middle School"-a getmiş, lakin dava etdiyi üçün oradan da qovulmuşdur. Anası o vaxt onu altı aydan çox müddətə "Sheridan House Family Ministries"-ə yazdırmışdı. Bu təşkilat çətin uşaqlara qayğı göstərmək üçün proqramlar və xidmətlər təklif edirdi. X orada olarkən rep, nyu-metal və hard rok dinləməyə başlamışdı. Bu yeni maraq onu həm piano, həm də gitara çalmağı öyrənməyə həvəsləndirmişdi.
X 10-cu sinifə qədər "Piper High School"-da oxuyub.[21] O vaxtlar o, özünü oraya aid hiss etmirdi. Sakit və populyar şagird olsa da, həm də dava edirdi.[22] X-ə uşaq yaşlarında bipolyar pozuntu diaqnozu qoyulmuşdu. X idman etməyə can atmırdı, məktəbdə oxuyarkən o, özünə inamsızlıq və depressiya ilə mübarizə aparırdı.
Şəxsi həyatı
redaktəX-in Ariana adlı ögey böyük bacısı və Aiden adlı kiçik ögey qardaşı var idi.[23][24] X əvvəllər repçi Denzel Curry və prodüser Ronny J ilə birlikdə Floridada yaşamışdır.[25] O, ölməzdən əvvəl 2017-ci ilin noyabrında 1,4 milyon dollara aldığı Parklenddəki 6000 kvadrat metrlik malikanəsinə köçmək prosesində idi.[26] X sağ olanda sevgilisi Jenesis Sanchez ilə yaşayırdı. Cütlüyün üç pişiyi və iki iti var idi.
X bir çox reperlə və müğənni ilə dostluq edirdi. Dostları arasında Ski Mask the Slump God, Lil Uzi Vert, PnB Rock, Denzel Curry, Lil Yachty, Trippie Red, Juice Wrld və Billi Ayliş var idi.[27] Müsahibəsində Billi Ayliş qeyd etdi ki, X onu öz həyatına (Billinin) son qoymaq barədə fikrini dəyişməyə inandıra bilib.[28]
Trippie Redd, X-ə qarşı irəli sürülən ittihamları öyrənəndə onunla əlaqələrini kəsdi. X konsertlərin birində Trippie Redd-in niyə onunla dostluq etmək istəmədiyini başa düşdüyünü etiraf edərək demişdi: "Mən əvvəllər şərəfsiz adam olmuşam. Amma özümü dəyişmək üçün əlimdən gələni etmişəm". X, bunlara baxmayaraq Trippie Redd-in hələ də "möhtəşəm sənətçi" olduğunu düşündüyünü deyirdi. Onlar birlikdə "Fuck Love" mahnısını ifa etmişdilər. Trippie Redd sonradan İnstaqramda keçmişdə onun haqqında dediyi mənfi fikirlərə görə üzr istəyib.[29][30][31]
2018-ci ilin fevral ayında X, İnstaqramda məktəbə qayıtmağa hazırlaşdığını paylaşdı.[32] 2018-ci ilin mart ayında o, ölümündən əvvəl tamamladığı GED sertifikatını almaq üçün çalışdığını açıqladı. Bundan əlavə, o, təhsilini davam etdirmək üçün icma kollecinə daxil olmaq planlarından da danışmışdı.[33][34] X, depressiya ilə mübarizəsini də bölüşmüşdü.[35][36]
Jocelyn Flores
redaktəX 19 yaşında olarkən Floresin fotoşəkillərini Twitter-də gördükdən sonra ona aşiq oldu və ilk dəfə 2017-ci il mayın 1-də onunla əlaqə saxladı. X, Floresi moda markası "Revenge" üçün modellik etməsi üçün Floridaya dəvət etdi. Floridaya gələndə hər kəs onun artıq model olduğunu düşünürdü, lakin o, əvvəllər heç vaxt modellik etməmişdi. O, vaxtlar daha bir qız da X-in yanında qalırdı. Həmin qız şənliyinə gedib sonra geri qayıdanda içərisində 7000 dollar nağd pul olan çantanın yoxa çıxdığını bildirmişdi. Bu hadisəyə görə hər iki qız bir-birini günahlandırırdı. X mübahisəyə görə hər iki qonağa evindən çıxıb getmələrini istəmişdi. O, Floresə modellik etmək təklifini də ləğv etdi. Flores daha sonra Kokonut-Krik şəhərindəki "Hampton Inn" hotelindəki mənzildə qalmağa getdi və səhəri gün ölü tapıldı. O, öz həyatına son qoyanda cəmi 16 yaşı var idi.
XXXTentacion "Jocelyn Flores" və "Revenge" mahnılarını Floresin xatirəsinə həsr etmişdi.[37]
Siyasi baxışları
redaktəX karyerası boyu siyasi və şəxsi fikirlərini ictimaiyyət ilə açıq şəkildə bölüşürdü. 2016-cı ildəki prezident seçkilərində X, namizəd Donald Trampın əleyhinə olmuş və Demokrat Berni Sandersi dəstəkləmişdir.[38][39][40] O, tvitlərinin birində yazmışdı: "Deyəsən bu zəhləmgetmiş Tramp qalib gələcək". X, ayrıca Hillari Klintonu "tullantı" adlandırmışdı, lakin Trampın qalib gəlməsini də istəmirdi. O, hesab edirdi ki, Tramp qələbə qazanarsa azlıqlara (buraya irqi və ya etnik azlıqlar, dini azlıqlar, LGBTQ+ şəxsləri, əlilliyi olan şəxslər və ya müəyyən xüsusiyyətlərə və ya kimliklərə görə ayrı-seçkilik ilə üzləşən hər hansı qrup daxil ola bilər) və aşağı gəlirli şəxslərə zərər verəcəkdi. X-in "Hate Will Never Win" və "Suicide Pit" mahnılarında Trampa qarşı sözlər var idi.[41][42]
X düşünürdü ki, "nəşə" (ing. weed) bütün dünyada qanuni olsa, dünya daha yaxşı yer olardı.[43] O, üstəlik ədliyyə sisteminin qaradərililər üçün ədalətsiz olduğuna inanırdı. O, bunu köləliklə müqayisə etmiş və islahatların aparılmasını dəstəkləmişdi.[44] X müharibəyə qarşı idi və o, prezident Trampı 2017-ci ilin aprelində Suriyaya bombardman etdiyi üçün tənqid etmişdi.[45]
X əvvəllər silah satışını dəstəkləyirdi,[46] lakin o, Parklenddəki "Stoneman Douglas High School"-da baş verən silahlı hücumdan sonra silah satışı ilə bağlı olan fikrini dəyişmək qərarına gəldi. X, silahlara nəzarət kampaniyası olan "March for Our Lives" hərəkatı üçün pul toplamaq üçün tədbirlər təşkil etdi və Parklend məktəbindəki atışmada yaralanan Anthony Borges-i ziyarət etmək üçün xəstəxanada oldu.[47][48]
X 2016-cı ilin aprelində Adam22-yə verdiyi məşhur müsahibədən sonra media tərəfindən homofobik kimi qələmə verilmişdi.[49] X həmin müsahibədə demişdi ki, o, bir dəfə yetkinlik yaşına çatmayanlar üçün həbsxanada olarkən çılpaq halda ona baxdığı üçün gey yoldaşına hücum edib. X bildirmişdi ki, bu hərəkətə görə "həmin oğlanı az qalsın vurub öldürəcəkimiş" lakin kimsə müdaxilə edərək bunun qarşısını alıb. X-in ölümündən sonra junralist Liz Lazzara CNN üçün yazdığı məqaləsində onu homofob kimi təqdim etmişdi, sosial şəbəkələrdəki digər insanlar da oxşar şərhlər vermişdilər. X-in dostları və həmkarları isə onun homofob olmadığını deyirdilər. X, başqa bir müsahibəsində homofob olmadığını və gey evliliyinin normallaşdırılmasını dəstəklədiyini bildirmişdi.[50] O, 2022-ci ilin noyabrında yayımlanan "The Fader"-ə 2017-ci ildə verdiyi müsahibədə etiraf etmişdi ki, həmin podkastda danışdığı hücum məsələsi barəsində daha aydın olmalıyıb. O, şərh etdi ki, kamera yoldaşına gey olduğu üçün hücum etməyib və bu məsələyə aydınlıq gətirmədiyinə görə peşman olub. X, söhbətində o zaman "hələ gənc və axmaq" olduğunu dilə gətirmişdi. Transgender musiqi prodüseri Fifty Grand X-i siyasi fikirlərinə, xüsusən də sosial məsələlər baxımından çox proqressiv olduğuna və müsbət dəyişiklikləri müdafiə etdiyinə görə tərifləmişdir. Bir neçə transgender musiqiçi X-in 2020-ci ildə nəşr olunan bioqrafiyasında onun transgender cəmiyyətini dəstəklədiyini ifadə etmişdir. Onlar X-in transgender şəxslərə hörmət etdiyini və onları qəbul etdiyini paylaşmışdılar.[51]
Mübahisələri
redaktəX 2017-ci ildə kanadalı repçi Dreyk haqqında demişdi: "Dreyk bombadı, Dreyk dahidir". Başqa bir müsahəbəsində isə onun barəsində tənqidedici fikirlər bildirmişdi. X, Dreyki ideya oğurlamaqda günahlandırırdı. O, "Dreykin kişi olmadığını", "əclaf" olduğunu deyirdi.[52]
Dreyk DJ Semtex ilə olan müsahibəsində X-in plagiarizm iddialarına toxundu. O, öz mahnısı ilə başqa bir sənətçinin mahnısı arasındakı oxşarlıqlar olduğunu qəbul etdi, lakin əsəri bilərək kopyaladığını inkar etdi. Dreyk, "başqasının əsərini oğurlayıb öz əsəri kimi təqdim edəcək adamlardan olmadığını" dilə gətirdi.
2023-cü ildə XXXTentacion-un qətli ilə bağlı məhkəmə prosesinə Dreyk də çağırıldı. Dreykin qətldə "əli olduğu" irəli sürülmüşdü. Buna səbəb X-in ölməzdən dörd ay qabaq paylaşdığı Instagram storisi idi. Bu silinmiş köhnə storidə "Mən ölsəm bilin ki, Dreyk edib" yazılmışdı.[53] X isə həyatda olduğu vaxt profilinin sındırıldığını və paylaşımı özü etmədiyini bildirmişdi.
Diskoqrafiya
redaktəStudiya albomları
- 17 (2017)
- ? (2018)
- Skins (2018)
- Bad Vibes Forever (2019)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 https://www.nytimes.com/2018/06/18/arts/music/xxxtentacion-dead.html.
- ↑ https://www.youtube.com/watch?v=qZkEdPAqOEM.
- ↑ https://theblast.com/xxxtentacion-private-funeral-featured-police-protection/.
- ↑ "ATL Jacob believes XXXTentacion "would've been one of the greats"". 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
- ↑ "Juice WRLD, Lil Peep and XXXTentacion are symbols of a scene that trades off tragedy". December 13, 2019. December 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2024.
- ↑ "XXXTentacion's domestic abuse trial delayed". The Guardian. September 29, 2017. ISSN 0261-3077. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2017.
- ↑ "XXXTentacion's Reported Victim Details Grim Pattern of Abuse in Testimony | Pitchfork". pitchfork.com. September 8, 2017. September 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2017.
- ↑ "XXXTentacion Murder Suspect Seeks Bond to Get Out of Jail". Digital Music News. September 19, 2019. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2020.
- ↑ Coscarelli, Joe. "Three Convicted in 2018 Murder of Rapper XXXTentacion". The New York Times (ingilis). March 20, 2023. ISSN 0362-4331. March 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2023.
- ↑ "XXXTentacion: three men found guilty of murdering rapper". The Guardian (ingilis). March 20, 2023. ISSN 0261-3077. March 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2023.
- ↑ "Jury convicts 3 of murder in death of rapper XXXTentacion". KTLA (ingilis). March 20, 2023. March 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2023.
- ↑ "XXXTentacion death certificate" (PDF). TMZ. June 26, 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 25, 2019.
- ↑ "The Mars Files (EP. 25) XXXTENTACION [Powered MiamiSoundWav]". YouTube. September 29, 2016. June 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2017.
- ↑ Sobat, Peter. "XXXTENTACION CALLS OUT DRAKE IN HIS FIRST INTERVIEW AFTER JAIL". blurredculture. March 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2019.
- ↑ Hitt, Tarpley. "The Real Story of South Florida Rapper XXXTentacion". Music. Miami New Times. June 5, 2018. June 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2018.
- ↑ Burford, Corinna. "The Complete History of XXXTentacion's Controversial Career". Timelines. Vulture. New York Media. June 19, 2018. June 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2018.
- ↑ Staff, Wonderland. "Rob Stone Discusses "Look At Me: XXXTentacion"". Wonderland (ingilis). November 22, 2022. November 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2022.
- ↑ Paul, Bryson "Boom". "Solomon Sobande & Rob Stone Talks In His Own Words: XXXTentacion". The Source (ingilis). November 22, 2022. November 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2022.
- ↑ "Watch the trailer for the forthcoming 'In His Own Words: XXXTENTACION' documentary". REVOLT (ingilis). 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2022.
- ↑ "No Jumper – The Xxxtentacion Interview". YouTube. April 27, 2016. November 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2017.
- ↑ Foxx, K. "Fresh Out Of Jail, XXXTentacion Calls Out Drake!!". 103.5 The Beat. iHeartMedia. March 30, 2017. June 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2018.
- ↑ Weinstein, Max. "Watch XXXTentacion's 2017 XXL Freshman Freestyle and Interview". 2017 XXL Freshman. XXL. Townsquare Media. June 30, 2017. June 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2018.
- ↑ "XXXTentacion's Sister Thinks His Murder Was an Inside Job – XXL". September 17, 2018. September 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2018.
- ↑ "XXXTentacion Leaves Everything to His Mother and Brother in Will – XXL". XXL Mag. June 29, 2018. September 4, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2018.
- ↑ Gaca, Anna. "XXXTentacion Will Be Released on House Arrest". News. Spin. December 20, 2017. ISSN 0886-3032. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2018.
- ↑ Goddard, Kevin. "XXXTentacion Was Finishing Up His Dream Home In Florida Before Being Murdered". Music. HotNewHipHop. Urbanlinx Media. June 19, 2018. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2018.
- ↑ "Juice WRLD's Last Convo with Xxxtentacion and Lucid Dreams going Platinum". YouTube. April 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2021.
- ↑ "Billie Eilish on XXXTENTACION "He didn't think he was Human."". YouTube. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
- ↑ "Trippie Redd Ends Dispute With XXXTentacion: 'It Takes a Real Man to Speak on Sh*t and Really Apologize'". Complex (ingilis). September 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2022.
- ↑ "Trippie Redd & XXXTentacion Are Friends Again". HotNewHipHop (ingilis). March 19, 2018. September 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2022.
- ↑ "Trippie Redd & XXXTENTACION End Rift". HipHopDX. March 20, 2018. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2022.
- ↑ Zidel, Alex. "XXXTentacion Planning To Go Back To School". Music. HotNewHipHop. Urbanlinx Media. February 14, 2018. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2018.
- ↑ A., Aron. "XXXTENTACION Announces That He's Going To College". Music. HotNewHipHop. Urbanlinx Media. March 13, 2018. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2018.
- ↑ "Jahseh Dwayne Ricardo Onfroy Certificate of Death" (PDF). 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-10.
- ↑ Chaput, Madeline. "Not all rap has to be art: Response to 'Lil pump, big problem'". The Trinitonian. February 7, 2018. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2018.
Asserting that rappers like XXXTentacion and Lil Pump are a lyrical disease on the genre because their songs aren't about serious topics is ridiculous—never mind the fact that XXXTentacion's album was about his struggle with depression, which I suppose wasn't deep enough when compared with J. Cole's 'Wet Dreamz.'
- ↑ Wilson, Khristen. "From Biggie to XXXTentacion: Rap's Grim Relationship with Depression". Archive. Mass Appeal. August 1, 2017. June 21, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 21, 2018.
- ↑ "XXXTENTACION - Jocelyn Flores". HotNewHipHop. August 25, 2017. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2017.
- ↑ Hogan, Marc. "XXXTentacion Discussed Sex, Violence, and Donald Trump in Recorded Prison Phone Calls After 2016 Arrest". Pitchfork. November 8, 2018. April 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2019.
- ↑ "xxxtentacion on Twitter". 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ "xxxtentacion on Twitter". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ "XXXTentacion's "Hate will never win" Samples Donald Trump's Charlottesville Speech & J Dilla Production". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ "XXXTENTACION – SUICIDE PIT (Freestyle)". genius.com. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ "xxxtentacion on Twitter". 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ "XXXTENTACION talks how the government is wrongly imprisoning Kodak Black". YouTube. 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ "Flashback Interview with XXXTentacion Wanting to Die". YouTube. 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- ↑ Hogan, Marc. "XXXTentacion Discussed Sex, Violence, and Donald Trump in Recorded Prison Phone Calls After 2016 Arrest". Pitchfork. November 8, 2018. April 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2019.
- ↑ "XXXTentacion Organizing "Put Down The Guns" Charity Paintball Tournament". HNHH. April 7, 2018. October 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2024.
- ↑ "XXXTentacion and Lil Wayne Pay Tribute to Parkland Victims with "School Shooters" Video". April 10, 2020. October 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2024.
- ↑ Watson, Elijah C. "What Happens When the Line Between Hip-Hop Journalist & Online Personality Becomes Blurry?". Okayplayer. 2018. April 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2022.
- ↑ "'In His Own Words: XXXTentacion' Documentary Trailer Released". Complex (ingilis). November 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2022.
- ↑ "Fifty Grand Is The Trans Artist Making All The Experimental Soundcloud Jams You Love". HNHH. June 25, 2019. March 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2024.
- ↑ Nast, Condé. "Here's Why Drake Got Subpoenaed in XXXTentacion's Murder Trial". GQ (ingilis). 2023-02-15. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
- ↑ Mckinney, Jessica. "Why Drake Is Mentioned in XXXTentacion's Murder Trial, Explained". Complex (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.