Xacmaz Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Xaçmaz Tarix Diyarşunaslıq muzeyi — 27 sentyabr 1981-ci ildə fəaliyyətə başlamışdır.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1981 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | Xaçmaz, Heydər Əliyev pr.2 |
Kolleksiyası | 5000 eksponat |
Direktor | Pakizə Mehdiyeva |
Telefon | (02338) 5-31-02 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
41°27′56″ şm. e. 48°48′20″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə19 iyul 2013-cü il tarixindən muzey yeni binada fəaliyyət göstərir.[1]
Filialları
redaktəXaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça Muzeyi və Döyüş Şöhrəti Muzeyi adlı 2 filialı fəaliyyət göstərir.[2]
Xalça Muzeyi
redaktəXalça Muzeyi 2006-cı ildə yaradılmış, lakin binası 2011-ci ildə sökülərək yenisi inşa olunmuşdur. Azərbaycandakı üç xalça muzeyindən biridir. Muzey böyük zaldan və iki kiçik otaqdan ibarətdir. Muzeydə 153 eksponat saxlanılır, onların çoxunu xalçalar təşkil edir. Sərgilənən xalçaların çoxu "Quba-Şirvan" qrupuna aiddir.[3]
Muzeydə nümayiş olunan ən qədim eksponat "Zeyvə" xalçasıdır. Buradakı ən cavan eksponat isə "Çiçi" xalçasıdır. O, XIX əsrin sonunda toxunub. Təbrizdə toxunan "Şah Abbas" xalçası isə XIX əsrə aiddir.[3] Muzeydə samovarlar, ütülər, şamdanlar, mis qablar, dəzgahlar və başqa eksponatlar sərgilənir.[4]
Xüsusiyyətlər
redaktəMuzey binası 3 mərtəbəlidir. Bina şəhərin mərkəzində yerləşən Şəxsiyyətlər Parkının arxasında inşa edilib. 2013-cü ildən etibarən muzey yeni binadan fəaliyyətini davam etdirir. Ümumilikdə, 5000-ə yaxın eksponatın nümayiş olunur.
Muzey eksponatları dövrlər üzrə yerləşdirilib. Muzeyin birinci mərtəbəsində "İstiqlal" bölməsində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılıb. Burda Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin şəkilləri həkk olunub. İkinci Dünya müharibəsini əks etdirən bölmədə isə müharibəyə aid nümunələr, orden və medallar, döş nişanları, silah və şəxsi əşyalar nümayiş olunur. İkinci mərtəbədə müxtəlif sənətkarlıq sahələri ilə məşğul olanların işini əks etirən kompozisiyalar qurulub. Muzeydə eyni zamanda arxeoloji, etnoqrafik, numizmatik nümunələr də sərgilənir.[5]
İstinadlar
redaktə- ↑ "Azıəbaycan muzeyləri". https://museum.az. İstifadə tarixi: 126.11.2020.[ölü keçid]
- ↑ "Xaçmaz Regional Mədəniyyət İdarəsi". http://khachmaz.mctgov.az. 2020-02-20 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 "Xaçmaz Xalça Muzeyinin ziyarətçilərinin sayı çoxalıb - VİDEO". Milli.az. 3 yanvar 2013. 9 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2024.
- ↑ "Xaçmazın Xalça muzeyi". Shimal News. 23 dekabr 2021. 9 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2024.
- ↑ "Xaçmaz Tarix-Diyarşünaslıq muzeyi". http://www.kepeztv.az. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.11.2020.
Xarici keçidlər
redaktə- "Muzeyin açılışı". https://president.az. İstifadə tarixi: 26.11.2020.
- "Muzeydə sərgi". http://www.mct.gov.az. İstifadə tarixi: 26.11.2020.
- "Muzey müsabiqəsinin nəticələri". https://azertag.az. İstifadə tarixi: 26.11.2020.
- "Muzeyin yeni binası". https://sputnik.az. İstifadə tarixi: 26.11.2020.