Xakobo Arbenz Quzman - Wikipedia
Polkovnik Xakobo Arbenz Guzman (14 sentyabr 1913 - 27 yanvar 1971) — Qvatemalalı ordu zabiti, 1951-ci ildən 1954-cü ilədək xidmət göstərən demokratik yolla seçilmiş ikinci Qvatemala prezidenti. 1944-cü ildən 1951-ci ilədək Müdafiə naziri olmuşdur. On illik Qvatemala inqilabının önəmli şəxsiyyətlərindən biri olan Arbenz, 1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir çevrilişlə devrilmişdir.
Xakobo Arbenz Quzman | |
---|---|
isp. Jacobo Árbenz Guzmán | |
15 Mart 1951 – 27 İyun 1954 | |
Əvvəlki | Xuan Xose Arevalo |
Sonrakı | Karlos Enrike Dias de Leon (de yure) Karlos Kastilyo Armas (de fakto) |
15 mart 1945 – 15 Mart 1951 | |
Prezident | Xuan Xose Arevalo |
Sonrakı | Karlos Enrike Dias de Leon |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kesaltenanqo, Qvatemala |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Mexiko, Meksika |
Partiya | İnqilabçı Fəaliyyət Partiyası |
Fəaliyyəti | universitet müəllimi[d], hərbi qulluqçu |
Həyat yoldaşı | Maria Kristina Villanova |
Uşağı | 3 |
Dini | Roma-Katolik kilsəsi |
Rütbəsi | polkovnik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArbenz 1913-cü ildə Qvatemalanın ikinci ən böyük şəhəri olan Kesaltenanqoda doğulmuşdur. Atası 1901-ci ildə Qvatemalaya köçən İsveçrəli əczaçı, anası isə orta sinif nümayəndəsi olan bir ailənin qızı idi. Arbenzin ailəsi nisbətən yaxşı yaşayır və yuxarı sinif sayılırdı, buna görə də onun uşaqlığı yaxşı şəraitdə keçmişdir. Uşaqlıq illərində atası morfin asılılığına görə ailə biznesinə laqeyd yanaşmağa başladı. Bunun nəticəsində iflas etdi və ailəsini kəndə köçmək məcburiyyətində buraxdı. Xakobo iqtisadçı və ya mühəndis olmaq istəyirdi, lakin ailəsi yoxsullaşdığı üçün universitet təhsili ala bilmədi. İlk başda orduya qatılmaq istəməsə də Politexnikdə hərbi kursantlara təqaüd verilirdi. Müraciət etdi, qəbul imtahanlarının hamısını keçdi və 1932-ci ildə kadet kimi Politexnikə daxil oldu. Akademiyaya qəbul olduqdan 2 il sonra atası intihar etdi.