Xalq Bank Azerbaycan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xalq Bank — Azərbaycanın aparıcı korporativ banklarından biridir.
Xalq Bank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | Bank sektoru |
Məhsulları | XalqOnline, Biznes krediti, İstehlak krediti, İpoteka krediti, Məvacib krediti, Əmakhaqqı kartları |
Təsis tarixi | 27 dekabr 2004 |
Struktur | |
İşçi sayı | 800-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Asim Məmmədli İdarə Heyətinin sədri Məcidov Kamran |
xalqbank.az |
Tarixçə
redaktəASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası əsasında 27 dekabr 2004-cü il tarixdən fəaliyyətə başlamışdır. Hazırda Xalq Bank 9-u paytaxtda, 21-i ölkəmizin bölgələrində olmaqla, ümumilikdə 30 filialı özündə mövcuddur. Xalq Bank Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları arasında əsas maliyyə göstəriciləri üzrə sabit artım nümayiş etdirir.
Fəaliyyət
redaktəXalq Bank fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən internet və mobil bank sistemi XalqOnline bankçılıq sistemini istifadəyə verib. Bu mobil tətbiq vasitəsilə müştərilər hesaba onlayn nəzarət, həmçinin müxtəlif bank əməliyyatlarını məsafədən icra edə bilirlər.
Bundan əlavə, ASC “Xalq” Bankı müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrində də iştirak edir. Onlardan biri 2010-cu ildən “Xalq Əmanəti” layihəsidir. Layihənin əsas məqsədi Azərbaycan xalqının milli-mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsindən və dünyaya tanıdılmasından ibarətdir.
Bu illər ərzində “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın şairlərinin seçilmiş əsərləri, rəssamların həyat və yaradıcılığından bəhs edən bədii albomları, eləcə də xalq yaradıcılığına, folklora aid nümunələri nəşr olunaraq sənətsevərlərin ixtiyarına verilib.
Hazırda layihəyə aid fərqli dillərdə 22 kitab nəşr olunmuşdur.
Xidmət şəbəkəsi
redaktəXalq Bank 9-u paytaxtda, 21-i bölgələrdə olmaqla ümumilikdə 30 filiala malikdir.
Filial | Ünvan |
---|---|
"Baş" filial | Bakı, İnşaatçılar prospekti, 22L |
"Sahil" filialı | Bakı, Xaqani küçəsi, 23 |
"Mərkəz" filialı | Bakı, 28 May küçəsi, 17 |
"Neftçilər" filialı | Bakı, Q.Qarayev, prospekti, 70B |
"Əhmədli" filialı | Bakı, M.Rüstəmov küçəsi, 23 |
"20 Yanvar" filialı" | Bakı, Moskva prospekti, 67 |
"Yubiley" filialı | Bakı, Azərbaycan prospekti, 11 |
"Ağ Şəhər" filialı | Bakı, Nobel prospekti, 25E |
"Mərdəkan" filialı | Bakı, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 334 |
"Sumqayıt" filialı | Sumqayıt, 5-ci mkrn, S.Vurğun küçəsi, 16/132 |
"Gəncə" filialı | Gəncə, Zərrabi küçəsi, 4 |
"Zaqatala" filialı | Zaqatala , Nizami küçəsi, 7 |
"Neftçala" filialı | Neftçala, 20 Yanvar küçəsi, 18A |
"Mingəçevir" filialı | Mingəçevir, M.F.Axundov küçəsi, 15/16A |
"Cəlilabad" filialı | Cəlilabad, H.Əliyev prospekti, 142A |
"Yevlax" filialı | Yevlax, H.Əliyev prospekti, 47A |
"Xaçmaz" filialı | Xaçmaz, H.Əliyev küçəsi, 34B |
"Şabran" filialı | Şabran, H.Əliyev prospekti, 115A |
"Qazax" filialı | Qazax, S.Arıxov küçəsi, |
"İsmayıllı" filialı | İsmayıllı, H.Əliyev prospekti, 97 |
"Quba" filialı | Quba, 223-cü Atıcı diviziya küçəsi, 21 |
"Qusar" filialı | Qusar, F. Musayev küçəsi, 68 |
"Şamaxı" filialı | Şamaxı, Şəhriyar küçəsi, 1 |
"Şəki" filialı | Şəki, M.Ə.Rəsulzadə küçəsi, 169A |
"Lənkəran" filialı | Lənkəran, Ş.Axundov küçəsi, 20 |
"Şəmkir" filialı | Şəmkir, H.Aslanov küçəsi, 44 |
"Şirvan" filialı | Şirvan, H.Əliyev prospekti, 8 |
"Siyəzən" filialı | Siyəzən, H.Əliyev küçəsi, 88B |
"Tovuz" filialı | Tovuz, H.Aslanov küçəsi, 21 |
"Göyçay" filialı | Göyçay, H.Əliyev prospekti, 60 |
Mükafatlar
redaktəXalq Bankın beynəlxalq mükafatlara layiq görülmüşdür. Həmçinin, qeyd etmək lazımdır ki, Xalq Bank MasterCard və Visa Beynəlxalq ödəniş sistemlərinin prinsipial üzvüdür.[1]
- 2021 - "YAŞAT" Fondu
- 2021 - İanə Sertifikatı
- 2021 - Qarabağ Dirçəşiş Fondu
- 2021 - V bankçılıq forumuna dəstəyə görə - Azərbaycan Banklar Assosiasiyası
- 2022 - XalqKart PETROL - Mastercard
- 2022 - Dəstək və iştirak üçün təşəkkürnamə - Azərbaycan Banklar Assosiasiyası
- 2023 - For the development of cashless and transparent Azerbaijan - Visa
Reytinq
redaktəMoody`s Investors Service beynəlxalq reytinq agentliyi 2022-ci ilin avqust ayında Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Eyni zamanda, Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırıb (B1, Not Prime, stabil, B2 (cr)/Not Prime (cr).
Üzvlük və lisenziyalar
redaktə- Azərbaycan Banklar Assosiasiyası
- Xırda ödənişlər üzrə hesablaşmalar və klirinq sistemi (XÖHKS)
- Real vaxt rejimində ödəniş sistemi (AZIPS)
- Beynəlxalq maliyyə telekommunikasiya şirkəti (S.W.I.F.T)
- Western Union pul köçürmələri sistemi
- Contact pul köçürmələri sistemi
- UPT pul köçürmələri sistemi
- MONEX pul köçürmələri sistemi
- Zolotaya Korona pul köçürmələri sistemi
- MasterCard International
- Visa International
- Azərikard prosessinq mərkəzi
- Bakı Banklararası Valyuta Birjası (BBVB)
- Bakı Fond Birjası (BFB)
- Əmanətlərin Sığortalanması Fondu (ƏSF)
- Sahibkarlığın İnkişafı Fondu (SİF)
- Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu (ARİKZF)
- Azərbaycan İpoteka Fondu ASC
- Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq palatası
- Azərbaycanda Amerika Ticarət Palatası (AmCham)
Xarici keçidlər
redaktə- ↑ "Mükafatlar". xalqbank.az. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.