Xanegah Mescidi Quba - Wikipedia
Xanəgah məscidi — Azərbaycanın Quba rayonunun Xanəgah kəndində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid XIX əsrdə tikilib.
Xanəgah məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Xanəgah, Quba |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4660 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
redaktəXanəgah məscidi Quba rayonunun Xanəgah kəndində XIX əsrdə tikilib.[1] İnşaasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan, bəzi yerlərdə isə bişmiş kərpicdən və adi pud daşlardan istifadə edilib.[2] Divarlarının qalınlığı 60–80 sm. arasında dəyişir. Məscidin tavanın tikintisində taxtadan istifadə edilib, üzəri isə kirəmitlə örtülmüşdü. Məscidin minarəsi tavanın mərkəzi hissəsində yerləşib.[2]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3] Xanəgah məscidi də bağlanıb, binadan anbar kimi istifadə olunub.[4][5] Məscidin minbəri dağıdılıb, içərisindəki kitablar və bəzi sənədlər məhv edilib.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6][7] Məscidin binası uzun müddət təmir olunmadığı və istifadəsiz qaldığı üçün dağıntılara məruz qalıb. Damı və divarları uçub.[8][9][10]
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ "Qubada dağılmış 150 yaşlı məscid - REPORTAJ". Report İnformasiya Agentliyi (az.). 2024-02-22. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ 1 2 Ədilzadə, Ədil. ""Qara günlü" Xənəgah məscidi". www.anl.az (az.). 2018-08-09. 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Babayev, İlyas. "Qubanın yoxa çıxan tarixi: Xanəgah kənd məscidi » Shimal News". Shimal News (az.). 2022-08-13. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ 1 2 "Quba rayonunun Xanəgah kənd məscidi məhv olur-Mədəniyyət Nazirliyi məsələyə laqeyd yanaşır". 1905.az. 2018-08-16. 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Nurməmmədli, Səidə. ""Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir" -". www.aznews.az. 2018-08-13. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ Qardaşova, Aytəkin. "Tarixi Xanəgah məscidi məhv olur - Foto". Axar.Az (az.). 2021-11-19. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Qubanın Xanəgah məscidi dağılmaq üzrədir". sirat.az. 2021-11-11. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Can verən tarixi abidə: Xanəgah məscidi". azvision.az. 2018-08-01. İstifadə tarixi: 2024-04-19.