Xani Carbag Vulusvalisi - Wikipedia
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 1] 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır.[2] Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.[3]
Xani Çarbağ vulusvalisi | |
---|---|
37°06′40″ şm. e. 65°13′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 278 m |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Qeydlər
redaktə- ↑ Hicri-şəmsi təqviminə əsasən 1 fərvərdin 1394–cü il tarixi Qriqori təqvimi ilə 21 mart 2015–ci il tarixinə uyğun gəlir (bax Arxivləşdirilib 2009-01-20 at the Wayback Machine).
İstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Estimated Settled Population by Civil Division , Urban, Rural and Sex – 2015 — Central Statistics Organization of Afghanistan". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2015.
- ↑ "Khani Charbagh District Profile" (PDF). 2014-07-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2015.