Xankendi Seher Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi — Xankəndinin Kərkicahan qəsəbəsində yerləşir.
Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Mövzu | tarix |
Yerləşir | Azərbaycan, Kərkicahan |
Kolleksiyası | Hazırda Gəncə şəhər muzeyində saxlanılır. |
Direktor | ən sonuncu Nazim Məmmədov (1976-1990) |
39°49′31″ şm. e. 46°45′56″ ş. u.HGYO |
Muzeyin binasının tarixi
redaktəMuzeyin binası Məhəmmədhəsən xanın mülkü olmuşdur. 1940–1950-ci illərdə Kərkicahanda məktəb olmadığı üçün bu bina 12 il məktəb kimi fəaliyyət göstərib. Yeni məktəb tikildiyi gündən bu ev muzey şəklində fəaliyyət göstərmişdir.[1] Muzeyin sonuncu direktoru Nazim Məmmədov (1976–1990) olmuşdur. 1924-cü ildə kitabxana, 1932-ci ildə dram teatrı, 1959-cu ildə mahnı və rəqs ansamblı, 1970-ci ildə 30 min eksponatı olan Xankəndi Tarix Diyarşunaslıq muzeyi yaradılmışdı..[2]
Ekspanatları
redaktəMir Möhsün Nəvvabın 8 rəsm portreti, bir çox xan və ağaların əşyaları (qılıncları, kəmərləri,geyimləri və s.), qədim Qarabağ xalçaları (28 ədəd, onlardan ikisi işğal zamanı yandırılmışdır), ən cavanı 18-ci əsrə aid olan qədim əlyazmalar və kitablar, tüfəng növləri.
Hazırkı şəraiti
redaktəVaxtilə Rusiyanın, Ukraynanın, Belarusiyanın, Türkiyənin, İranın, Özbəkistanın, Almaniyanın, Suriyanın və Amerikanın dahi adamları, alimləri bura gəlmiş, öz heyranlıqlarını bildirmişdilər.[3] Kərkicahan işğal olunan zaman, ekspanatların 98 %-i çıxarılmış, digərləri isə muzeylə birlikdə yandırılmışdır. Muzeyin qorunub saxlanılmış kolleksiyası hazırda Gəncə Şəhər Muzeyində saxlanılır.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Zaman qəzeti (Türkiyə), "Bağamsız Karabah", 10.09.2011
- ↑ "İşğal altındakı yurd yerlərimiz silsiləsindən". 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- ↑ Qasım Qırxqızlı, "Tariximizi itirməkdəyik", 23.01.2006
- ↑ Organization.com "Qarabağ muzeyləri", 20.08.2006