Xanliqlar Qazax - Wikipedia
Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati-ərazi vahidi Xanlıqlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[2]
Xanlıqlar | |
---|---|
41°04′08″ şm. e. 45°18′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Toponimikası
redaktəKənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır.
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Əhalisi
redaktə2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir.[3]
Tanınmış şəxsləri
redaktə- Hacı Allahyar ağa Dilbazov (?-1866) — Azərbaycan nəqşibəndi. Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır.
- Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" (1859–1917) — Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
- Mirvarid Dilbazi (1912–2001) — Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür). 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1976), İki dəfə Şərəf Nişanı ordenli, "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenli (1997).
- Yaqut Dilbazi (1910–1994) — Azərbaycan yazıçısı.
- Nəcməddin Hacıyev (Dilbazi) (1926–1980) — Professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası, SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
- Məhəmməd Balayev (1938) — ADPU-nun Fəlsəfə kafedrasının müdiri; fəlsəfə üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, "İlin alimi" (2012). Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
- Yusif Yusifov (dövlət xadimi) (Dilbazov) (1906–1995) — Tarix elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker). "Lenin ordeni" (1943), Böyük Vətən müharibəsi ordeni (1945), "Lenin ordeni" (1949), "Qafqazın müdafiəsinə görə" (1945), "Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə" (1945) medalları ilə təltif olunmuşdur.
- Hacı Rəhim ağa Dilbazov "Vəhidi" — Azərbaycan şairi (XIX əsr (1822–1874).
- Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi (XIX əsr), zəmanəsinin dərin bilikli alimi, sufi şairi və ictimai xadimi, Qazax şəhəri idarəsinin başçısı (1917–19). Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin oğludur.
- Müseyib Dilbazi (1923–2011) — Böyük vətən müharibəsi qəhrəmanı. 6 dəfə Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri və daha sonra müavini, hərbi-vətənpərvərlik daimi komissiyasının üzvü. "Qırmızı Ulduz" ordeni, 3-cü dərəcəli "Şöhrət" ordeni, 1-ci dərəcəli "Böyük Vətən müharibəsi" ordeni, 32 yubiley medalı, "Əməkdə fərqlənməyə görə" gümüş medalı, "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
- Əminə Dilbazi (1919) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Moskva Beynəlxalq tələbə gənclər festivalının laureatı (1957), Azərbaycanın xalq artisti.
- Zaməddin Ziyadoğlu (Zaməddin Ziyad oğlu Həmişəyev) (1947) — şair, publisist, neftçi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Əmək veteranı", "Səməd Vurğun", "Qızıl qələm", "Əliağa Şıxlınski", "XXI əsrin neftçisi" mükafatları laureatı, "Tərəqqi" medalı (2011).
- Əsəd Dilbazov (1926–2003) — İqtisad elmləri doktoru, professor.
- Vasif Məhərrəmli — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının Əməkdar artisti (2017).
- Kornet Rəhim ağa Dilbazov (1842) — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir.
- Qoşqar Sarıyev — Futbolçu, Göyəzən futbol klubunun sabiq kapitanı.
Təhsil
redaktəKənddə Qazax Peşə Liseyi fəaliyyət göstərir[4]. Kənddə həm də 2 orta məktəb və 1 uşaq bağçası yerləşir.
- Xanlıqlar kənd orta məktəbi-Ş. Şahvələdov adına
- Xanlıqlar kənd əsas məktəbi-A. Mikayılov adına
- Xanlıqlar kənd körpələr evi uşaq bağçası
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20190115113426/http://www.qazax-ih.gov.az/page/43.html.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ edu.gov.az: Peşə liseylərinin siyahısı Arxivləşdirilib 2013-02-02 at the Wayback Machine
Xarici keçidlər
redaktə Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |