Xatire Suleymanova - Wikipedia
Xatirə Bəylər qızı Süleymanova (1 sentyabr 1970, Sumqayıt) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018).
Xatirə Süleymanova | |
---|---|
Süleymanova Xatirə Bəylər qızı | |
Doğum tarixi | 1 sentyabr 1970 (54 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəXatirə Süleymanova 1970-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub.
1977–1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983–88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb.
1989–94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb və 1994-cü ildə oranı bitirib.
1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.
1994–96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996–2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2005-ci ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir.
24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.[1]
Yaradıcılığı
redaktəAktrisa kimi fəaliyyət göstərən Xatirə xanıma uğur qazandıran rolları "Qarağaclar altında məhəbbət" tamaşasındakı Abbi rolu və "20 ildən sonra" tamaşasındakı İşıq obrazı olub. Teatrda işlədiyi dövrdə Abbi (Y. Onilin "Qarağaclar altında məhəbbət") Zaqs müdiri (Ə. Əmirli "Varlı qadın"), Əli Əmirlinin "20 ildən sonra" İşıq obrazı, Katya (B. Mirzəzadə "Qudalar"), Nunu (N. Dumbadze "Ağ bayraqlar"), Qaraçı qadın və Yasəmən (A. Şaiq "Qaraca qız"), Ana (A. Babayevin "Xilaskar"), Zülfiyyə (R. Tohidoğlu "Nakam arzular"), Gəlin (M. Atəş "Şərəfin sandığı"), Zivər xanım (C. Məmmədquluzadə "Anamın kitabı"), Böyük qız (Ə. Səmədli "Ölüm hökmü"), Elçinin "Qatil"ində kimya müəlliməsi kimi rollar oynayıb.
Bundan əlavə Xatirə Süleymanova "Qaynana" serialında "psixoloq", "Həyat varsa" serialının "Quş yuvası" bölümündə baş qəhrəmanın həyat yoldaşı, "Axsayan ayaq" bölümündə isə qaynana rollarını məharətlə oynayıb. Hazırda "Bir ailəm var" serialında "Şəfəq" obrazını canlandırır.
Siyasi fəaliyyəti
redaktə1995-ci il parlament seçkilərində Xatirə Süleymanova Azərbaycan Naminə Alyans Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 19-cu sırada olmuşdur.[2] ANAP proporsional seçkilərdə ümumi səslərin 0,90%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Xatirə Süleymanova isə deputat seçilə bilməmişdir.[3]
Mükafatları
redaktə16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[4]
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQINA YENİ ÜZVLƏR QƏBUL OLUNUB". aki.az (az.). aki.az. 24 iyul 2023. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi – FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
- ↑ President.Az. "Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına "Əməkdar artist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 16.10.2018. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.