Xilaskar Kilsesi Kopenhagen - Wikipedia
Kopenhagen xilaskar kilsəsi (dan. Vor Frelsers Kirke) - Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsənin burğuyabənzər şpili ona özünəməxsus görünüş verir. Şpilin xaricində yerləşən dolama pilləkənlərlə kilsənin ən yüksək zirvəsinə qalxaraq Kopenhagenin mərkəzi hissəsinə açılan möhtəşəm mənzərəni seyr etmək olar. O həmçinin zəng gülləsində yerləşən və səhər saat 8-dən gecə yarısına kimi hər saat melodiyalar çalan, Şimali Avropanın ən böyük karilyonları ilə də məşhurdur.
Xilaskar kilsəsi | |
---|---|
Vor Frelsers Kirke | |
55°40′22″ şm. e. 12°35′38″ ş. u.HGYO | |
Ölkə | Danimarka |
Şəhər | Kopenhagen, Kristianshavn |
Yerləşir | Sankt Anne Qade küçəsi №29 |
Aidiyyatı | Danimarka xalqının Yevangelik-Lüteran kilsəsi |
Memar |
Lambert van Haven Lauritz de Tura |
Tikilmə tarixi |
1695 1752 (şpili) |
Üslubu | Barokko memarlığı |
Hündürlüyü | 90 m |
Material | kərpic |
Rəsmi sayt | vorfrelserskirke.dk |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəDanimarka-Norveç kralı IV Kristian Amager adasında yaşayan müstəqil tacirlər üçün Kristianshavn adında yaşayış ərazisinin yaradılmasını plaşlaşdırır və bu zaman sakinlərin istifadəsi üçün yeni salınacaq rayonda kilsənin inşa olunması əsas məqsədlərdən birinə çevrilir. 1639-cu ildə yeni salınmış ərazidə müvəqqəti kilsə sakinlərin istifadəsinə verilir, lakin memar Lambert van Havenin layihəsi əsasında hazırlanmış bugünkü Xilaskar kilsənin inşa planları düz 1678-ci ilə kimi uzadılmışdır. Hazırkı kilsənin açılışı 14 il sonra, yəni 1695-ci ildə baş tutmuşdu, lakin o zaman interyerin mühüm elementlərindən sayılan altar müvəqqəti xarakter daşıyırdı, zəng gülləsi üzərində isə şpil hələ quraşdırılmamışdı. Özünün daimi altarını kilsə 1732-ci ildə qazanmışdır, ancaq şpilin tikintisi üçün hazırlanmış planlarda 1747-ci ildə V Frederikin hakimiyyəti dövrünə qədər heç bir canlanma hiss olunmurdu. Layihə üzrə yeni memar Lauritz de Tura seçilmişdi. O, tezliklə öz layihəsinin xeyrinə van Havenin orjinal dizaynından imtina edir və 1749-cu ildə bu yeni layihə kral tərəfindən təsdiq olunur. Üç il sonra şpilin tikintisi sona çatır və 28 avqust 1752-ci ildə bununla əlaqədar təşkil edilmiş təntənəli mərasimdə kral qüllənin ən hündür nöqtəsinə qalxır.
Şəhər əfsanəsi
redaktəBelə bir uzunömürlü şəhər əfsanəsi mövcuddur - inşa etdirdiyi güllənin spiralvari şpilinin yanlış yola çevrildiyini - yəni, saat əqrəbinin əksinə olduğunu anlayan memar dərddən həmin gülləyə qalxır və özünü oradan ataraq öldürür. Bu əfsanə Lauritz de Tura haqqdadır, çünki memar van Havenin dövründə kilsənin hələ şpili yox idi; o memarın təbii səbəblərdən ölümündən hələ 50 il sonra qülləyə quraşdırılmışdı. Buna baxmayaraq, əfsanə həqiqəti əks etdirmir, belə ki, memar van Haven şpili bitirdikdən sonra digər layihələr üzərində də çalışmışdı və 7 il sonra öz yatağında ölmüşdü və onun ölüm səbəblərinin hər hansı bədbəxtliyə aid edilməsini təsdiq edən heç bir yazılı qeyd mövcud deyil.
Memarlıq
redaktəKilsə holland barokko üslubunda inşa olunmuşdu və planda "Yunan xaçı" formasında - yəni xətlərin bir-birinə perpendikulyar, hər divarın uzunluğu isə bir-birinə bərabər olduğunu görmək olar. Qranit özüllər üzərində inşa edilmiş divarlar qırmızı və sarı plitərlə bəzədilsə də, yaradılmış naxışlar IV Kristianın sistematik şəkildə uyğunlaşdırılmış binalarına bənzəmir. Fasad palladian pilyastrları ilə kilsənin bütün hündürlüyü boyunca seqmentləşdirirlmişdi. Toskan orderli pilyastrların stilobat və kapitelləri qumdaşından düzəldilmişdi. Qumdaşından həmçinin frizli karniz də hazırlanmışdı. Pilyastrların arasında yerləşən hündür dəyirmi dəmir tağlarda incə şüşələr qoyulub. Şərq divardında keşiş cübbələrinin saxlandığı timpan yerləşir. Kilsənin əsas giriş hissəsi qərb frontonunda, zəng gülləsin aşağısında yer alıb və onun portalı da qumdaşından hazırlanıb. Bütün girişlər küçə səviyyəsindən dörd addım səviyyəsində qaldırılmışdır. Həmçinin zəng qülləsinin hər tərəfindən kilsənin iki sərdabəsinə aparan 4 darvaza quraşdırılmışdır. Kilsənin damı isə nəfis qara-kaşı kirəmitlərlə yığılmışdır.
İnteryer
redaktəTessinsin altarı
redaktəİsveçli memar Nikodim Tessinsin (Nicodemus Tessins) layihəsi əsasında hazırlanmış altar onun şah əsəri hesab olunur. İki sütun arasında İsanın mələklər arasında dincəldiyi Gefsiman bağı təsvir edilib ki, burada da mələklərdən biri isə yuxarıda onların başı üstündə qızıl kuzə tutur. Altarın hər iki tərəfində, Pietas və Justitia adlı iki fiqur Kralın şüarını göstərir. Bu iki sütun, qıvrımlı arxitrav və frontonu öz üzərində saxlayırlar. Frontonun arxasında yerləşən şüşə üzərində ivrit dilində Yəhvanın adı tetraqrammaton şəklində əks olunmuşdu.
Orqan
redaktəV Kristianın qızıl suyuna salınmış monogram ilə bəzədilmiş nəhəng orqan Botzen qardaşları tərəfindən inşa edilmişdir və 1698-1700-ci illərdə divara quraşdırılmışdı. Orqanın aşağısında yerləşən iki fil heykəli onu möhkəm saxlayır. Kilsə hər il bazar günlərində musiqili kilsə ibadətləri ilə birgə 15-20 konsert təşkil edir. Orqanın sonuncu bərpası 1965-ci ildə həyata keçirilmişdi, bu zaman musiqi aləti 4 dərslik və pedallarla təchiz olunmuşdu. Orqan mürəkkəb taxta naxışlarla bəzədilmiş, onun mərkəzində isə V Kristianın büstü qoyulmuşdu. Ümumilikdə 4000-dən çox boruya malik olan orqan indi də 300 il əvvəlki kimi səslənir.
|
|
|
|
|
-
Xilaskar kilsəsinin nəhəng orqanı.
-
Orqanın detallarından bir nümunə.
-
Kilsənin altarı.
-
Kilsənin kupeli (xaç suyuna salmaq məqsədilə istifadə olunan böyük çən)
Zəng qülləsi
redaktəŞpil
redaktəQara və qızılı şpil 90 metr hündürlüyə qalxır və xarici pilləkən şpilin ətrafında dörd dəfə saat əqrəbinin əksinə çevrilir. Xilaskar kilsəsinin şpilinin yaradılmasında Romada yerləşən və memar Barromininin şah əsəri sayılan Sant'İvo alla Sapienza katolik kilsəsi böyük rol oynamışdır. Məhz onun spiralvari qülləsi danimarka memarlarının çox xoşuna gəlmiş və Kopenhagendə də belə bir şpilin yaradılmasına ilhamlandırmışdır. Şpil çərçivəli-faxverk strukturun üzərində qurulmuşdur. Onun əsas bazası oktaqonaldır (yəni səkkiz bucaqlıdır). Həmçinin şpilin hər tərəfində dəyirmi tağlı açılışlar və qızıl suyuna çəkilmiş çərçivələrin içərisinə quraşdırılmış dairəvi aynalar yerləşir. Bununla belə, pəncərələr qızılı pilyastrlarla birlikdə mürəkkəb kompozisiya yaradır. Şpilin oktaqonal özülünün ətrafında, kvadrat qüllənin hər dörd küncündə dörd yevangelistin (Matfey, Mark, Luka, İohann) heykəli yerləşir. Səkkizbucaqlı struktur qızıl suyuna salınmış məhəccərli kiçik bir platformaya keçid təşkil edir və məhz bu nöqtədən şpilin dolanan pilləkənləri onun xaricinə çıxarılaraq ən hündür nöqtəsinə kimi uzanır. Ümumilikdə bu pilləkənin 400 pilləsi vardır ki, onun da yüz əllisi şpilin səthində yer alır.
Şpilin ən hündür nöqtəsi vazayabənzər struktur ilə taclanmışdır. Vazanın üzərində isə qızılı yer kürəsini saxlayan 4 metrlik İsanın fiquru yerləşir. Özünün uzaq məsafədən görünməsini təmin etmək məqsədilə düzəldilmiş İsanın bu qeyri-proporsional böyük fiquru, ümumilikdə Kopenhagenin ən eybəcər dini heykəli hesab olunur.
Mədəni əlaqələri
redaktəJül Vernin Yerin mərkəzinə səyahət əsərinin bölmələrinin birində Kristianshavn Xilaskar kilsəsinin adı çəkilir. Aksel adında personaj dayısının akrofobiya xəstəliyini müalicə etmək və onunla birgə vulkana enmək məqsədilə ardıcıl olaraq onunla 5 gün ərzində kilsənin dolama pilləri ilə şpilin ən hündür nöqtəsinə dırmaşır[1].
Fransız rəssam və illüstrator Eduard Riu Yerin mərkəzinə səyahət əsərinin orjinal illüstrasiyalı fransız versiyası üçün kilsənin qrafik rəsmini çəkmişdir. Lakin rəssamın səhvi nəticəsində kilsənin şpili saat əqrəbi boyu çevrilərək təsvir olunmuşdur[2].
İstinadlar
redaktə- ↑ "Jules Verne in Copenhagen". The Danish Jules Verne Society newsletter no. 1. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-26.
- ↑ "Højdeskræk - Jules Verne og Vor Frelsers kirkes spir". The Danish Jules Verne Society newsletter no. 1. 2009-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-26.
Xarici keçidlər
redaktə- Vor Frelsers Kirke official website
- Vor Frelsers Kirke map