Xullar - Wikipedia
Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır. Xulkimilərin müxtəlif növləri zahiri göstəricilərinə və yayılma xüsusiyyətlərinə görə başqa ümumbioloji cizgilərdən daha çox fərqlənirlər. Bu cizgilərin müqayisəli təhlili həmin balıqların ümumi xarakteristikasında verilmişdir. Xəzərin Azərbaycan sahilində və respublikanın şirin su hövzələrində 9 cinsdən olan 28 növ və yarımnöv aşkar edilmişdir[3]
Xullar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Xullar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsnifatı
redaktə- Xullar (Neogobius) cinsi
- Girdə xul (N.melanostomus) növü
- Xəzər xulu (N.caspius) növü
- Qumluq xulu (N.fluviatilis Pallasi) növü
- Dərinlik xulu (N.bathybius) növü
- Şirman xulu (N.syrman Nordman) növü
- İribaş xul (N.kessleri Gundher ) növü
- Kürən xul (N.platyrostris Pallas) növü
- Nordman xulu (N.ratan) növü
- Çapar xul (N.gymnothrachelus Kessler)
- Qamçılı xullar (Mesogobius) cinsi
- Kütburun xullar (Proterorhinus) cinsi
- Mərmər xul (P.marmoratus Pallas) növü
- Knipoviç xullar (Knipowitschia) cinsi
- Qafqaz xulu (Kn.caucasicus) növü
- Uzunquyruq xul (Kn.longicaudata ) növü
- İlyin xulu (Kn.iljini)növü
- Kaspiasoma xulları (Caspiosoma) cinsi
- Bentofiloid xulları (Benthophilus) cinsi
- Çömçəxul (Benthophilus) cinsi
- İribaş çömçəxul (B.macrocephalus) növü
- Magistr çömçəxulu (B.magistri) növü
- Şəffaf çömçəxul (B.cterolepidus) növü
- Nazikbaş çömçəxul (B.leptocephalus) növü
- Ulduzlu çömçəxul (B.stellatus)növü
- Tikanlı çömçəxul (B.spinosus)növü
- Ber çömçəxulu (B.baeri)növü
- Ziyilli çömçəxul (B.granulosus) növü
- Nazikburun çömçəxul (B.leptorhynchus) növü
- Qrimm çömçəxulu (B.grimmi) növü
- Ördəkburun çömçəxullar (Anatirostrum) cinsi
- Ördəkburun çömçəxul (A.profundurum) növü
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Rəhimov,1989,1991