Xuray Qusar - Wikipedia
Xuray — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Xuray | |
---|---|
41°22′03″ şm. e. 48°18′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəXuray kəndi Qusar rayonundan 16 km cənub qərbdə, Şahdağının ətəyində, Qusar çayın sağ sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Əniğ dərəsi adlanan yerdə yerləşir. Qusar maili düzənliyində tez-tez təsadüf olunan arxeoloji tapıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin (Onlardan yalnız üç kənd azərbaycanlı kəndidir. Xuray, Ləgər, Suvacal) qədim zamanlardan mövcudluğunu təsdiq edir. Bu zonada ilk yaşayış məskənləri Əniğ Və Xuray olduğu kənd ağsaqqallarının yekdil fikridir. Kəndin qədimliyini onun dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir.
Xuray kəndi hazırda yerləşdiyi yerindən bir az yüksəklikdə olub. Qədim dövrlərdə "Cıraqlar", "Marl yurd" kimi yurd yerlərində məskən salmış yerli əhali təxminən 500 il əvvəl – təbii fəlakətdən, yadelli basqınlardan qurtulmaq üçün qədim məskənlərini yeni yurd yeri – bərəkətli torpaqları və bol sulu bulaqları olan yamaca – Qusarçayın hövzəsinə tərəf enmişdilər. Beləliklə, orada "Xuray"ın yeni təməli qoyulur.
1996-cı ildə Xurayın "Bağlar" adlanan ərazisində, ora yaxın digər yerlərdə əkin işləri aparılarkən qədim dövrlərə aid nizə başlıqları, silaha oxşar alətlər tapılır. Kəndin mərkəzində olan köhnə qəbirstanlıqdakı məzar daşları isə X əsrin axırlarına təsadüf olunur.
Toponimikası
redaktəKənd Yan silsiləsinin ətəyindədir. Kənd yaxınlığındakı dağ aşırımının adını daşıyır. Oykonimin ləzgi dilindəki xur/xür (kənd) sözü və -ay (ismin çıxışlıq hal şək.-si) topoformantının birləşməsi kimi "kənddən olan" mənasında olduğu da ehtimal edilir.[1]
Xaçmaz rayonunda da Xuray adlı kənd mövcuddur.
Coğrafiyası və iqlimi
redaktəXuray dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Kəndin qərb tərəfdən Şahdağı, şimal və cənubda hündür meşəli yüksəkliklə örtüldüyü üçün havası sərin və rütubətli olur. Buna görə də orda yay sərin, qış soyuq keçir.
Əhalisi
redaktəKəndin əhalisi azərbaycanlılardır. Deylənlərə görə əhali orta əsrlərdə Ərəbistan və Orta Asiyadan köçüb gələn əhalidir. Əhalinin məşğuliyyəti əkinçilik və maldarlıq olub. Sonradan kənddə meyvəçilik də inkişaf edib. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 711 nəfər yaşayır.[2]
Təhsilin vəziyyəti
redaktəKənddə şəhid Rubər Səfərəliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərir. 2008-ci ildə H. Əliyev fondu tərəfindən kənddə yeni 18 sinifli tam orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbin məzunlarından xarici ölkələrdə təhsil alan gənclər var. Şagirdlər olimpiadada uğurlu nəticə göstərirlər.
Mədəniyyəti
redaktəKənddə mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt şöbəsi fəaliyyət göstərir.
Abidələri
redaktəKənddə XVIII əsrə aid məscid, iki müqəddəs pir, qaçaq mağaraları və asma körpü var. Azərbaycanfilmin istehsalı olan "Tütək səsi" filmindəki körpü bu kənddə yerləşir.