Y Nesli - Wikipedia
Y nəsli və ya millenniallar — X nəslindən sonrakı, Z nəslindən isə əvvəlki demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1980-ci illərin əvvəllərini başlanğıc doğum illəri kimi, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinədək olan dövrü isə son doğum illəri kimi ifadə edir. Odur ki, bu nəsil adətən 1981-1996-cı illərdə doğulmuş insanlar kimi müəyyən edilir.[1] Millennialların əksəriyyəti beybi-bumerlərin və daha yaşlı X nəslinin uşaqlarıdır.[2] Öz növbəsində millenniallar çox vaxt alfa nəslinin valideynləri olurlar.[3]
İnternetlə böyüyən ilk nəsil olaraq millenniallar həm də ilk qlobal nəsil kimi təsvir edilmişdir.[4] Nəsil ümumiyyətlə internetdən, mobil cihazlardan və sosial mediadan geniş istifadə və onlarla tanışlıq ilə xarakterizə olunur.[5] İndi ardıcıl nəsillərə də tətbiq edilən "rəqəmsal yerlilər" termini əvvəlcə bu nəsli təsvir etmək üçün istifadə edilmişdir.[6]
Millenniallar həm də "Ən uğursuz nəsil" adlandırılıb, çünki orta millennial işçi qüvvəsinə daxil olduqdan sonra ABŞ tarixindəki hər hansı digər nəsillə müqayisədə daha yavaş iqtisadi artım yaşamışdır.[7] Nəsil həmçinin tələbə borcu və uşaq baxımı xərclərinin də yükünü daşıyır.[8]
Dünyanın hər yerində gənclər evliliyi və ya ər-arvad kimi birlikdə yaşamağı təxirə salmışdılar.[9] Millenniallar bütün dünyada doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda doğulmuşdur,[10] özlərindən əvvəlki nəsillərə nisbətən daha az uşaq dünyaya gətirirlər.[11][12][13][14] İnkişaf etməkdə olan ölkələrdə olanlar qlobal əhali artımının əsas hissəsini təşkil etməyə davam etmişdilər.[15] İnkişaf etmiş ölkələrdə 2010-cu illərin gəncləri eyni yaşda olan əvvəlki nəsillər ilə müqayisədə cinsi əlaqəyə daha az meylli idilər.[16] Qərbdə onlardan əvvəlki nəsilə nisbətən dindar olma ehtimalı daha azdır, lakin özlərini ruhani olaraq saya bilərlər.[17][10]
1990-cı və 2010-cu illər arasında inkişaf etməkdə olan ölkələrdən olan insanlar getdikcə daha yaxşı təhsil almışdılar ki, bu da bu ölkələrdə iqtisadi artıma təkan verən amildir.[18] Dünyadakı millenniallar iş həyatına başladıqdan sonra əhəmiyyətli iqtisadi pozulmalara məruz qalmışdılar. Onlardan bir çoxları Böyük ressesiyadan sonra əmək bazarında olduqları ilk illərdə yüksək dərəcədə gənc işsizliyi ilə üzləşmişdilər və COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə növbəti ressesiyaya məruz qalmışdılar.[19][20]
Terminologiya və etimologiya
redaktəBu demoqrafik kohortun üzvləri millenniallar (hərf. minilliklilər) kimi tanınır, çünki ən yaşlılar minilliyin əvvəlində yetkinləşmişdilər.[21] Ştraus–Hau nəsil nəzəriyyəsini yaratmaqla tanınan müəlliflər Vilyam Ştraus və Nil Hau millennialların adlandırmasında əsas etibar edilən müəlliflərdir.[22] Onlar bu termini 1987-ci ildə, təxminən 1982-ci ildə anadan olmuş uşaqların uşaq bağçasına getdiyi vaxtlarda ortaya qoymuşdular və media ilk olaraq 2000-ci ildə orta məktəbi bitirən sinif kimi onların yaxınlaşan yeni minilliklə perspektiv əlaqəsini müəyyən edirdi.[23] Onlar "Nəsillər. Amerikanın gələcəyinin tarixi. 1584-cü ildən 2069-cu ilə qədər"(1991)[24] və "Millenniallar yüksəlir. Növbəti böyük nəsil" (2000) kitablarında bu kohort haqqında yazmışdılar.[23]
1993-cü ilin avqustunda "Advertising Age"in redaksiya məqaləsi o zamanlar X nəslindən fərqli olaraq təyin olunan o dövrün 13–19 yaşlı (1974–1980-ci il təvəllüdlü) yeniyetmələrini təsvir etmək üçün Y nəsli ifadəsini işlətmişdir.[25] Bununla belə, 1974–1980-ci illər kohortu daha sonra əksər media mənbələri tərəfindən X nəslinin son dalğası kimi yenidən müəyyən edilmişdir.[26] "Ad Age" 2003-cü ildə Y nəslinin başlanğıc ilini 1982-ci ilə köçürmüşdür.[27] Jurnalist Brüs Horovitsə görə, "Ad Age" 2012-ci ildə "millennialların Y nəslindən daha yaxşı bir ad olduğunu etiraf edərək dəsmal atmışdı".[22] 2014-cü ilə qədər "Ad Age"də məlumat strategiyasının keçmiş direktoru NPR-ə bunları demişdir: "Y nəsli etiketi biz onlar haqqında daha çox öyrənənə qədər yer sahibi idi".[28]
Millenniallara bəzən exo-bumerləri deyilir, çünki onlar çox vaxt beybi-bumerlər nəslinə, 1980-ci illərin əvvəlindən 1990-cı illərin ortalarına qədər doğum nisbətlərinin əhəmiyyətli dərəcədə artmasına və bumerlərin nəsillərinə nisbətən böyük ölçülərə malikdirlər.[29][30][31][32] Birləşmiş Ştatlarda exo bumunun doğum nisbətləri 1990-cı ilin avqustunda zirvəyə çatmışdı[33][29] və inkişaf etmiş ölkələrdə daha kiçik ailələrə doğru XX tendensiyası davam etmişdir.[34] Psixoloq Jan Tvenge 2006-cı ildə yazdığı "Mən nəsli: Nə üçün bugünkü gənc amerikalılar əvvəlkindən daha inamlı, iddialı, hüquqlu və daha bədbəxtdirlər" kitabında millennialları "Mən nəsil" kimi təsvir etmişdir.[35][36] 2013-cü ildə "Time" jurnalı "Millenniallar: Mən mən mən nəsli" adlı üz qapağı hekayəsi dərc etmişdir.[37] Təklif olunan bu qrup üçün alternativ adlar arasında "Net nəsli",[38] "9/11 nəsli",[39] "Növbəti nəsil"[40] və "Yanmış nəsil" daxildir.[41]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Rauch, Jonathan. "Generation next, Millennials will outnumber baby-boomers in 2019". The Economist. November 2018. 15 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2019.
- ↑ Strauss, William; Howe, Neil. Millennials Rising: The Next Great Generation. Cartoons by R.J. Matson. New York: Vintage Original. 2000. səh. 54. ISBN 9780375707193.
- ↑ Shaw Brown, Genevieve. "After Gen Z, meet Gen Alpha. What to know about the generation born 2010 to today". ABC News. 17 February 2020. 17 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2020.
- ↑ David Pendleton, Peter Derbyshire, Chloe Hodgkinson (2021), Work-Life Matters: Crafting a New Balance at Work and at Home (p. 35), Springer Nature, ISBN 9783030777685
- ↑ "NowUKnow: Millennials Lead the Way in the Digital Future". www.bentley.edu. 19 October 2018. 11 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2023.
- ↑ Prensky, Marc. "Digital Natives, Digital Immigrants" (PDF). MCB University Press. 2 September 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 November 2013.
- ↑ Dam, Andrew Van. "Analysis | The unluckiest generation in U.S. history". Washington Post (ingilis). 2020-06-05. ISSN 0190-8286. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "'Unluckiest generation' falters in boomer-dominated market for homes". Washington Post (ingilis). 2023-08-12. İstifadə tarixi: 2023-08-23.
- ↑ Gan, Nectar. "Chinese millennials aren't getting married, and the government is worried". CNN. 30 January 2021. 13 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2021.
- ↑ 1 2 Kaufmann, Eric. Chapter 7: Sacralization by Stealth? The Religious Consequences of Low Fertility in Europe // Kaufmann, Eric; Wilcox, W. Bradford (redaktorlar ). Whither the Child? Causes and Consequences of Low Fertility. Boulder, Colorado, United States: Paradigm Publishers. 2013. 135–56. ISBN 978-1-61205-093-5.
- ↑ "The UN revises down its population forecasts". Demography. The Economist. 22 June 2019. 15 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2020.
- ↑ Sebastiaan van de Water. "Zijn er nu meer mensen die geen kinderen willen dan vroeger?". Quest (holland). 20 March 2020. 29 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2020.
- ↑ Bodin, Maja; Plantin, Lars; Elmerstig, Eva. "A wonderful experience or a frightening commitment? An exploration of men's reasons to (not) have children". Reproductive Biomedicine & Society Online. 9. December 2019: 19–27. doi:10.1016/j.rbms.2019.11.002. PMC 6953767. PMID 31938736.
- ↑ Zeihan, Peter. The Absent Superpower: The Shale Revolution and a World without America. Zeihan on Geopolitics. 2016. ISBN 9780998505206.
- ↑ AFP. "Developing nations' rising birth rates fuel global baby boom". The Straits Times. 10 November 2018. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2020.
- ↑ Julian, Kate. "Why Are Young People Having So Little Sex?". Culture. The Atlantic. December 2018. 17 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2020.
- ↑ Skeptical Inquirer.
- ↑ Soloman, Paul. "Why the new global wealth of educated women spurs backlash". PBS Newshour. 31 May 2018. 10 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2020.
- ↑ Kahn, Michael. "Coronavirus 'Class of 2020': Europe's lost generation?". World News. Reuters. 9 July 2020. 17 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2020.
- ↑ Kurtzleben, Danielle. "Here We Go Again: Millennials Are Staring At Yet Another Recession". NPR. 8 June 2020. 3 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2020.
- ↑ Paulin, Geoffrey D. "Fun facts about Millennials: compa Tring expenditure patterns from the latest through the Greatest generation : Monthly Labor Review: U.S. Bureau of Labor Statistics". www.bls.gov (ingilis). March 2018. 13 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2019.
According to the Pew Research Center, the first of the Millennials (so called because the oldest of them became adults around the turn of the millennium) were born in 1981
- ↑ 1 2 Horovitz, Bruce. "After Gen X, Millennials, what should next generation be?". USA Today. 4 May 2012. 20 March 2020 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 Strauss, William; Howe, Neil. Millennials Rising: The Next Great Generation. Cartoons by R.J. Matson. New York: Vintage Original. 2000. 370. ISBN 978-0-375-70719-3. İstifadə tarixi: 17 October 2013.
- ↑ Strauss, William; Howe, Neil. Generations: The History of America's Future, 1584 to 2069. Harper Perennial. 1991. ISBN 978-0-688-11912-6. p. 335
- ↑ "Generation Y" Ad Age 30 August 1993. p. 16.
- ↑ Strauss, William; Howe, Neil. Millennials Rising: The Next Great Generation. Cartoons by R.J. Matson. New York: Vintage Original. 2000. 42–43. ISBN 978-0-375-70719-3. İstifadə tarixi: 17 October 2013.
- ↑ Francese, Peter. "Trend Ticker: Ahead of the Next Wave". Advertising Age. 1 September 2003. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2011.
Today's 21-year-olds, who were born in 1982 and are part of the leading edge of Generation Y, are among the most-studied group of young adults ever.
- ↑ Samantha Raphelson. "From GIs To Gen Z (Or Is It iGen?): How Generations Get Nicknames". NPR. 6 October 2014. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2014.
- ↑ 1 2 Rebecca Leung. "The Echo Boomers – 60 Minutes". CBS News. 4 September 2005. 4 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2010.
- ↑ Marino, Vivian. "College-Town Real Estate: The Next Big Niche?". The New York Times. 20 August 2006. 1. 8 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2010.
- ↑ Armour, Stephanie. "Generation Y: They've arrived at work with a new attitude". USA Today. 6 November 2008. 23 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2009.
- ↑ Huntley, Rebecca. The World According to Y: Inside the New Adult Generation. Allen Unwin. 2006. ISBN 978-1-74114-845-9.
- ↑ Advance Report of Final Natality Statistics, 1990 Arxivləşdirilib 2023-03-06 at the Wayback Machine, Monthly Vital Statistics Report, 25 February 1993
- ↑ Rosenthal, Elisabeth. "European Union's Plunging Birthrates Spread Eastward". The New York Times. 4 September 2006. 17 November 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2010.
- ↑ Twinge, Jean. "Generation Me – Revised and Updated: Why Today's Young Americans Are More Confident, Assertive, Entitled – and More Miserable Than Ever Before". Simon and Schuster. 30 September 2014. ISBN 978-1-4767-5556-4.
- ↑ "College students think they're so special – Study finds alarming rise in narcissism, self-centeredness in 'Generation Me'". NBC News. 27 February 2007. 19 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2016.
- ↑ Time.
- ↑ Shapira, Ian. "What Comes Next After Generation X?". The Washington Post. 6 July 2008. C01. 17 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2008.
- ↑ Kantrowitz, Barbara. "Generation 9/11". Newsweek. 11 November 2001. 30 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
- ↑ "The Online NewsHour: Generation Next". PBS. 25 August 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2010.
- ↑ "How Millennials Became The Burnout Generation". BuzzFeed News (ingilis). 5 January 2019. 28 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2019.
Əlavə ədəbiyyat
redaktə- Baird, Carolyn, Myths, exaggerations and uncomfortable truths: The real story behind millennials in the workplace, IBM Institute for Business Value, 2015, 2018-10-31 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-11-22
- DeChane, Darrin J. "How to Explain the Millennial Generation? Understand the Context". Student Pulse. 6 (3). 2014: 16. 2016-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
- Espinoza, Chip; Mick Ukleja, Craig Rusch. Managing the Millennials: Discover the Core Competencies for Managing Today's Workforce. Hoboken, NJ: Wiley. 2010. 172. ISBN 978-0-470-56393-9. İstifadə tarixi: 4 December 2012.
- Espinoza, Chip. Millennial Integration: Challenges Millennials Face in the Workplace and What They Can Do About Them (PhD dissertation). Yellow Springs, OH: Antioch University. 2012. 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22 – OhioLINK vasitəsilə.
- Furlong, Andy. Youth Studies: An Introduction. New York: Routledge. 2013. ISBN 978-0-415-56476-2.
- Gardner, Stephanie F. "Preparing for the Nexters". American Journal of Pharmaceutical Education. 70 (4). 15 August 2006: 87. doi:10.5688/aj700487. PMC 1636975. PMID 17136206.
- Hobbes, Michael. "Generation Screwed". The Huffington Post. 14 December 2017. 10 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2021.
- Taylor, Paul; Pew Research Center. The Next America: Boomers, Millennials, and the Looming Generational Showdown. PublicAffairs. 2016. ISBN 978-1-61039-619-6.
Xarici keçidlər
redaktə- The Downside of Diversity. Michael Jonas. The New York Times. 5 August 2007.
- Why 30 is not the new 20. Meg Jay. Ted Talk. 13 May 2013. (Video, 14:49)
- Gen-Z Matters More than millennials: Goldman Sachs' Christopher Wolf. 4 March 2016. (Video, 3:21)
- Is a University Degree a Waste of Money? CBC News: The National. 1 March 2017. (Video, 14:39)
- Why your smartphone is irresistible (and why it's worth trying to resist), PBS Newshour. 21 April 2017. Psychologist Adam Alter.