Yagli Boya Ressamligi - Wikipedia
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır.
“Çalmalı adam” | ||
---|---|---|
nid. Man met de rode tulband | ||
| ||
Rəssam | Yan van Eyk | |
Tarixi | 1433 | |
Texnikası | yağlı boya | |
Saxlanıldığı yer | London, Milli qalereya | |
Saytı |
vietnamnet.vn/vn/giai-tr… tranh3dntp.com/tranh-son… sbshouse.vn/chuyen-muc/n… brocanvas.com/tranh-son-… huyanhdecor.vn/rem-cuon-… nhadepdanang.com.vn/nha-… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mona Liza | ||
---|---|---|
nid. Man met de rode tulband | ||
| ||
Rəssam | Leonardo da Vinçi | |
Tarixi | 1503-1506 | |
Texnikası | yağlı boya | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
vietnamnet.vn/vn/giai-tr… tranh3dntp.com/tranh-son… sbshouse.vn/chuyen-muc/n… brocanvas.com/tranh-son-… huyanhdecor.vn/rem-cuon-… nhadepdanang.com.vn/nha-… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir.[1]
Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır.[1] Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir.[2] Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır.[2] XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur. XVI əsrdə Piter Paul Rubens tərəfindən yağlı boya rəssamlığı tempera texnikası ilə kombinə edilir.
Ən qədim yağlı boya işi isə VII əsrin ortalarına aiddir. Talib vandalizminin qurbanı olmuş, partladılaraq dağıdılmış Babyan Budda heykəlləri yaxınlığındakı 50 mağaradan on ikisində mövcud olan divar rəsmləri bunu bir daha sübut edir.[3]
Texnologiyası
redaktəYağlı boyaların tərkibi quru piqment və bitki yağdan ibarətdir. Bu məqsədlə əsasən zəyrək toxumu, xaşxaş və yaxud qoz yağlarından istifadə edilir.
Piqmentlər
redaktəPiqmentlər iki cür, açıq (şəffaf) və tünd (qeyri şəffaf) olurlar. Açıq piqmentlər öz-özlüyündə şəffaf olmaqla rəng laylarına parıltı və bir dərinlik verir. Tünd qeyri şəffaf piqmentlər isə qapayıcı və örtük funksiya daşıyır və onları bərk durulaşdırdıqda işıq keçirməyə qabil olsalar da dərinlikvermə qabiliyyətli deyillər. açıq (şəffaf) piqmentlər demək olar ki, durulaşdırılmada belə dolğunluqlarını itirmirlər. Tünd (qeyri şəffaf) piqmentlərin tərkibi müxtəlif rənglər qatışığından ibarət olduqda tez bozarmağa məruz qalırlar. Qədim ustalar əsasən açıq piqmentli boyalara üstünlük verirdilər. İmpressionistlər isə əksinə ultramarindən başqa tünd (qeyri şəffaf) piqmentli boyalardan istifadə edirdilər. Tərkibi maksimal qatılıqlı bir piqmentə malik olanlar yaxşı boyalar hesab edilir. Lakin bəzən toksikliyi, davamsızlığı aradan qaldırmaq eləcə də bahalı piqmentə qənaət etmək məqsədilə piqment qatışıqlarından da istifadə edilirdi. Bu qatışıqlar sözsüz ki, orijinal piqment boyasından, saflığına və parlaqlığına görə geri qalırlar. Belə qatışıq piqmentli boyaların tərkibində gərək ağ qurğuşun duzu (2PbCO3·Pb(OH)2) olmasın. Əks təqdirdə boya zil tünd rənglər üçün yararsız sayılır.
Yağlar
redaktəYağlı boyanın hazırlanmasında əsasən zəyrək yağından istifadə edilir. Bunun üçün soyuq sıxılmış — ekstraksiya üsulu ilə alınan yağ ən yaxşı yağ hesab edilir. Keyfiyyətli zəyrək yağı qızılı rəngdə və iysiz olur. Ağ və solğun rənglər üçün adətən tam şəffaf olduğu üçün xaşxaş yağından istifadə edilir. Lakin onda hazırlanmış boyalar gec quruyur və çatlar verə bilir. İşıq və hava təsirindən yağ oksidləşir və bərkiyərək suyadavamlı qat əmələgətirir. Quruma 4-12 gün arası bitmiş olsa da bu proses adətən 2-3 il davam edir. Rəsm əsəri əvvəlcə çəkicə artmış olsa da sonralar onu itirmiş olur. Adətən 1 il sonra bütün rəng qatları quruduqdan sonra, tam qurumuş yağlı boya kövrək olub, şəklin cüzi əyilməsindən asanlıqla çatlaya bilir. Zəyrək yağı işıq təsiri olmadan saralır. Uzun müddət işıq düşməyən bir yerdə saxlanılan yağlı boya ilə çəkilmiş rəsm əsəri buna görə saralmış olur. Şəkil bir neçə həftə gün işığı düşən yerdən asıldıqdan sonra o, öz ilkin rəngini almış olur. İncələnmiş (rafinəedilmiş) zəyrək yağı saralmağa daha davamlıdır, lakin kövrəkdir. Bir çox piqmentlər işığa davamlı olmadığı üçün onlardan istifadə edilmiş rəsmləri parlaq işıq altında saxlanılması məsləhət görülmür.
Yağlı boya ilə əsasən zəyrək və pambıq parça və ya taxta lövhə üzərində işləyirlər. Bu məqsədlə zəyrək və ya taxta lövhəyə boyanın yağının yayılıb axmaması üçün qrunt ya altlıq çəkilir.
Qrund, molbert
redaktəAkril qrund (alm. Grund ) ya altlıq sadə və asan başa gəldiyinə görə geniş istifadə olunur. Bu məqsədlə çərçivəyə tarım çəkilmiş kətan üzərinə 4-5 qat akril qrund vurulur. Onun tam quruması üçün bir gün vaxt tələb olunur. Akril qrund ya altlıq kətan akril rəng və quru piqment qatışıqlı istənilən rənglə rahat rənglənə bilir. Altlığa yağın hopmasının qarşısını almaq məqsədilə onun üzərinə zəyrək yağı və ya məxsusi yapışqan çəkilir. Rəsmdəki boyaların parlaqlığı və uzunömürlülüyü altlığın (qrundun) keyfiyətindən çox aslıdır. Altlıq (qrund) üçün şəffaf və yarımşəffaf rənglərdən istifadə etməklə rəsmin ümumi kolaritini müəyyən etməklə rəsm işini yüngülləşdirmək və sürətləndirmək mümkündür. Qədin rəsm ustaları bundan məharətlə istifadə edirdilər. Bu cür iş üsulu rəssamlıqda imprimatura (it. imprimatura — ilk rəng qatı) adlanır.
Molbert ya Malbret (alm. Malbrett: malen rəsm çəkmək üçün Brett lövhə) — rəssamlıqda işlədilən üçayaqlı, yaxud üfüqi özül üzərində bərkidilmiş şaquli dayaqlardan ibarət bir dəzgahdır. Kətan çəkilmiş çərçivə bu dayaq üzərində yerlədirilir. Molbert ilk dəfə XI-XII əsrlərdə kilsə məbədlərində qurbangah dayaqları (lat. Retabulus) kimi öz tətbiqini tapmışdır.
Fırçalar, palitra və mastixin
redaktəYağlı boya ilə rəsm çəkmək üçün əsasən donuz tükündən hazırlanmış fırçalardan istifadə olunur. Fırçaların keyfiyyəti rənglərin keyfiyyəti qədər vacib bir amildir. Lakin fırça rəsm çəkmək üçün yeganə alət ya vasitə deyildir. Bundan başqa palitra bıçağı (çımçəsi), süngər və əski parçası ilə də rəsm çəkmək mümkündür. Rəsm çəkmək üçün piqmentlər toksiki olduğundan dəriyə hoparaq sonrada qana keçərək insan həyatına təhlükə yarada biləcəyunu nəzərə alaraq barmaqlardan istifadə edilmir.
Yağlı boyalar palitra üzərində fırça və mastixin (xüsusi bıçaq ya çömçə) vasitəsilə qarışdırılır. Mastixin (it. mestichino) — paslanmayan elastik metaldan hazırlanmış rəssamləq alətidir. Mastixin metal tiyədən və ağac dəstəkdən ibarətdir. Boya piqmentlərinin metalla oksidləşməsindən ehtiyatlanaraq tiyə plastik materialdan da hazırlanır. Mastixindən boyaların qrışdırılmasında, palitranın təmizlənməsində, kətan lövhəyə qalın qat boya vurmaq üçün istifadə edilir. Klassik palitra taxtadan hazırlansa da müasir dövrdə yağ hopmasının qarşısını almaq, asand təmizlənməsini təmin etmək məqsədilə şüşə və plastik materiallardan da hazırlanır.
Yağlı boyaları durulaşdırmaq, fırçaları və mastixini yaxalamaq yaxud təmizləmək məqsədilə şam ağacı şirəsindən hazırlanan həlledici maddədən — skipidardan (terpentindən) istifadə edilir.
İstinadlar
redaktə- ↑ 1 2 "Geschichte der Ölmalerei (alm.)". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-09.
- ↑ 1 2 "Kunst der Ölmalerei vom Mittelalter bis zum 21 Jahrhundert (alm.)". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-08.
- ↑ "Forscher finden älteste Ölgemälde der Welt - in Afghanistan (alm.)". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-08.