Yaglayici Materiallar - Wikipedia
Yağlayıc materiallar - bərk, plastik, maye və qazşəkilli maddələr olub, avtomobil texnikası, sənaye maşınları və mexanizmləri, həmçinin məişətdə sürtünmə zamanı yaranan yeyilməni azaltmaq üçün tətbiq olunurlar.
Yağlayıcı materialların texnikada rolu
redaktəHərəkətli mexanizmlərdə( mühərriklər, yastıqlar, reduktorlar və s.) sürtünməni və konstruksiya və digər materialların mexaniki emalında (yonma, frezləmə, pardaqlama və s.) sürtünməni azaltmaq məqsədilə yağlayıcı materiallardan müasir texnikada geniş istifadə olunur. Yağlayıcı materialların təyinatı və işləmə şəraitindən asılı olaraq onlar bərk halda (qrafit, molibden-disulfidi , kadmium-iodidi, volfram-diselini, bor nitridi,və s.), yarı bərk halda, yarı maye halda (ərinmiş metallar, solidol, konstalin), maye halında (avtomobil və digər maşın yağları), qazşəkilli (karbon qazı, azot, inert qazlar) olurlar.
Yağlayıcı materialların növləri
redaktəSürtünən cütlərin materiallarının xassələrindən asılı olaraq yağlama üçün həm maye (məslən, minerallar, sintetik yağlar), həm də bərk maddələrdən istifadə olunur.
Materialına görə yağlamalar bğlünürlr:
- mineral- onların tərkibi əsasən karbohidratlardan, neft emalından əldə olunan məhsullardan ibarətdir.
- sintetik- üzvi və qeyri-üzvi xammaların sintezindən əldə (məsələn: silikon yağlar) olunur.
- üzvi - bitki əsaslı olurlar (məsələn: palma yağı).
Yağlayıcı maddələr əsasına görə kombinə edilə bilirlər.
Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar
redaktəHidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir. Nasosdan mayenin aldığı enerji turbinlə aparılan vala ötürülür. Hidromexaniki ötürücülər konstruksiyasına görə hidromuftalara və hidrotransformatorlara bölünürlər. Hidrotransformatorlar iki təkərlə(nasoslu və turbinli) təchiz olunub, hər ikisi vallarda bərabər fırlanma momentinə malikdir. Normal rejimdə hidromuftaln f.i.ə. 0,95-0,98 təşkil edir. Xüsusiliyi və tətbiq şəraiti – Hidromexaniki ötürücülər üçün yağların təyinatının xüsusiliyi və tətbiq şəraitləri onlara olan aşagıdakı tələbləri(bir sıra hallarda ziddiyyətli) müəyyənləşdirilmişdir:
- - işçi temperaturların bütün intervalında asan yağlamağa malik olmalıdır;
- - friksion disklərin ilişməsini təmin edən zəruri friksion xassələri t.min etməlidir;
- - diyircəkli yastıqların dişli ötürücülərin və baçqa sürtünən hissələrin yeyilməsini azaltmalıdır;
- - sürtünmə zonasından istiliyin ötürülməsini təmin etməklə və yeyilmə məhsullarını və digər mexaniki qarışıqları çıxarmalıdır;
- - metalları korroziyadan qorumalı, sıxlaşdırıcılar dağıtmamalıdır;
- - sabit tərkibə malik olmalı, buxarlanma və parçalanma xassələrinin kimyəvi proseslərlə dəyişmələrinə qarşı dayanıqlı olmaqla çöküntülər əmələ gətirməlidirlər.
Hidromexaniki ötürücülər qutusu olan texnikalarda A və МГТ növlü yağlar geniş işlədilir. A-tərkibində antioksidləşdirici və yeyilməyə qarşı(ДФ-11) detergent- dispersiyalı(МАСК), depressorlu (ПМД-Д) və köpüklənməyə qarşı(ПМС-200А) aşqarlar olan, poliizobutilenlə qatılaşdırılmış dərin selektiv təmizlənmiş yağdır. Avtomobillərin və digər maşınların hidromexaniki ötürücülər qutusunda və hidrotrasformatorlarda bütün mövsümlü yumşaq iqlim rayonlarında işlədilir. Yüksək termiki oksidləşdirmə sabitliyinə, yaxşı temperatur xassələrinə malikdir. Hidromexaniki ötürücülərdə yağların tətbiq şəraitinin öz xüsusiyyətləri vardır. Əsas təyinatını – enerjinin ötürülməsini yerinə yetirərək, yağlar, həmçinin sürtünmə hissələrinin yağlanmasını təmin edirlər. МГТ əvəzedici yağ növüdür. A növlü yağ МГТ növlü yağla istənilən nisbətdə uyğunlaşır, müxtəlif hidravlik sistemlərdə, hidroamortizatorlarda və rulun hidrogücləndiricilərində işçi maye kimi tətbiq oluna bilər. МГТ – tərkibində yüksəkkeyfiyyətli aşqarlar kompleksi olan, aşağı molekulyar polimerlərlə qatılaşdırılmış zəif özlülüyə malik aşağı temperaturda donan yağdır. Bütün mövsümlü 500C-dək, A növlü yağlar analoji tətbiq olunur. A növlü yağ əvəzedicidir.
Göstəriciləri
redaktəYağlayıcı materiaların aşağıdakı fiziki göstəriciləri mövcuddur:
Mənbə
redaktə- Canəhmədov, Ə., Səmədov,Ə., Cavadov, M. Maşın detalları və konstruksiyaetmənin əsasları : dərs vəsaiti /Bakı: Apostroff, 2013. 479 s.
- Масла, вырабатываемые предприятиями Миннефтехимпрома СССР. Каталог-справочник под ред. В.М.Школьникова. Москва –ЦНИИТЭнефтехим -1986.