Yasil Beret - Wikipedia
Yasil Beret - Wikipedia - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əsasən dünya ölkələrinin desant-təxribatçı birləşlərinin geyindiyi bu baş geyiminin tarixi İkinci dünya müharibəsindən başlayır. Həmin müharibədə bu baş geyimin Britaniyanın Royal Marines(Kral Dənizçiləri) korpusunun desantları geyinirdilər. Bu bereti qazanmaq üçün dənizçilər Desant-Təxribatçı Dəstə Kursun keçirdilər.
Başqa ölkələrdə
redaktə- Azərbaycan ordusu — Yaşıl bereti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi istifadə edirlər.
- Avstraliya ordusu — Avstraliya Desant-Təxribatçı Dəstə (beretləri "Qrin Şervudu" rəngində) yaşıl beret geyinirlər.
- 1-ci Desant-Təxribatçı Dəstə Polku.
- 2-ci Desant-Təxribatçı Dəstə Polku, əvvəllər 4-cü batalyon (Kral Avstarliya Polku).
- Amerika ordusu — ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri. ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı: "De oppresso liber" (latınca "Zülmdən azad etməli").
- Belçika ordusu — 2-ci Desant-Təxribatçı Batalyonu, 3-cü Paraşüt Batayonu.
- Fransa ordusu — Dəniz Desant-Təxribatçı Fransız Donanmasının suda əməliyyat keçirmək üçün elit dəstələri bu baş geyimindən istifadə edirlər.
- Türkiyə Ordusu- Polis Özəl Hərəkat (türkcə:Polis Özel Harekat) dəstəsinin zabit-gizir heyəti bu baş geyimindən istifadə edir.
Xarici keçidlər
redaktəVikianbarda Yaşıl beret ilə əlaqəli mediafayllar var.