Yasil Qubbe - Wikipedia
Yasil Qubbe - Wikipedia - Haqqında Məlumat
Yaşıl qübbə və ya Peyğəmbər qübbəsi[1] (ərəb. القبة الخضراء) — Məhəmməd peyğəmbərin və ilk iki raşidi xəlifəsi Əbu Bəkr və Ömər ibn Xəttabın qəbri. Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül-Nəbi məscidinin içərisində yerləşir[2].
Yaşıl qübbə | |
---|---|
القبة الخضراء | |
24°28′03″ şm. e. 39°36′41″ ş. u.HGYO | |
Ölkə | Səudiyyə Ərəbistanı |
Şəhər | Mədinə |
Yerləşir | Mədinə |
Tikilmə tarixi | Bilinmir |
Dövlət | Səudiyyə Ərəbistanı |
Region | Asiya |
Kateqoriya | Türbə |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəGünbəzin tikildiyi dəqiq tarix məlum deyil, lakin onun təsvirinə 12-ci əsrin əvvəllərinə aid əlyazmalarda rast gəlmək olar. 1279-cu ilə qədər qəbrin üzərində boyasız taxta günbəz tikilmişdir. Daha sonra 15-ci əsrin sonunda və 1817-ci ildə günbəz yenidən qurulur. 1837-ci ildə günbəz ilk dəfə yaşıl rəngə boyanır və bundan sonra Yaşıl qübbə kimi tanınır[3].
İstinadlar
redaktə- ↑ Tore Kjeilen Madina Arxivləşdirilib 2008-02-24 at the Wayback Machine // LookLex Encyclopaedia
- ↑ Petersen, Andrew (2002-03-11). Dictionary of Islamic Architecture. Routledge. p. 183. ISBN 9780203203873. .
- ↑ Ariffin, Syed Ahmad Iskandar Syed (2005). Architectural Conservation in Islam : Case Study of the Prophet's Mosque. Penerbit UTM. pp. 88–89,109. ISBN 9789835203732. .