Yasar Rzayev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Yaşar Rzayev (7 aprel 1941, Lənkəran) — Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı.
Yaşar Rzayev | |
---|---|
2000 – 2003 | |
Əvvəlki | Dilruba Camalova |
Sonrakı | Zeynal Nağdəliyev |
1989 – 1991 | |
Əvvəlki | Aqil Rəhimov |
Sonrakı | vəzifə ləğv edilib |
1983 – 1989 | |
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini | |
1993 – 1995 | |
1995 – 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 aprel 1941 (83 yaş) |
Doğum yeri | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Həyatı
redaktəYaşar Rzayev 1941-ci il aprelin 7-də Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Atası idarə qulluqçusu, anası uşaq bağçasında tərbiyəçi olmuşdur. Atasını erkən yaşlarında itirdi. Lənkəranda orta məktəbi bitirdi, sonra əla qiymətlərlə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu. Hekayələr, respublika televiziyasının verilişləri üçün ssenarılər yazdı. İlk hekayələri "Aprel çiçəkləri", "Gənc qələmlər" almanaxlarında, "Azərbaycan" jurnalında çap olundu. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdi.
Universiteti bitirdikdən sonra yerli qəzetdə işlədi, axşam məktəbində dərs dedi. Sonra iki il ovaxtkı Ali Partiya Məktəbində (indiki Dövlət İdarəetmə məktəbi) müdavim oldu. O illərdə ilk hekayələr kitabı nəşr olundu. Həmin məktəbi də fərqlənmə diplomu ilə bitirdi.
Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri işlədi. Bədii yazıları, müxtəlif məqalələri çap olundu. Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olundu. 1983-cü ildə ikinci katib seçildi. 1989-cu ildə respublikada xalq hərəkatının təşəkkül tapdığı dövrdə — noyabr ayında şəhər patiya komitəsinin plenumu Mərkəzi Meydana toplanan minlərlə lənkəranlının tələbi ilə Bakıdan MK tərəfindən göndərilən namizədi geri qaytararaq onu partiya komitəsinin birinci katibi seçdi.[mənbə göstərin]
1990-cı ilin yanvarında Qarabağ məsələsini həll edə bilməyən respublika rəhbərliyinə və Mərkəzi hakimiyyətə qarşı etiraz hərəkatının tərəfində oldu. Ordunun bu hərəkata müdaxiləsinin əleyhinə bəyanat verdi və həmin bəyanat çap olundu, efirdə səsləndi (Bəyanatdan: "Lənkəranda yaranmış hazırkı şəraitdə zor işlətməyi, hər cür hərbi müdaxiləni xalqın iradəsinə zidd hesab edirik. Xalq işi haqdır və qalib gələcək". 14 yanvar, 1990).
1990-cı ilin 17 mayında Azərbaycan KP MK bürosunda çıxışından: "İndi 90-cı ilin yanvarını xatırlatdıniz. Onu həmişə minnət kimi boynumda saxlayırsınız, amma mən onda da düz hərəkət eləmişəm. Bilirəm, həmin yanvarı mənim başımın üstündən Domoklun qılıncı kimi asıbsınız və haçansa həmin qılınc düşüb başımı kəsəcək. Mən hər şeyə hazıram".
1990–95-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan Y. Rzayev 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, həmin il oktyabrın 18-də Dövlət Müstəqilliyinə imza etdi.
1991-ci ilin noyabrından 1992-ci ilin avqustunadək işsiz qaldı. avqust 1992-ci ildən sentyabr 1993-cü ilədək Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu Lənkəran filialının direktoru işlədi.
1993-cü ilin yayında Cənub bölgəsində separatçılar baş qaldırıb Talış-Muğan respublikası yaratmağa cəhd göstərəndə müqavimət hərəkatının təşkilatçılarından oldu. Həmin dövrdə "Lənkəran" cəmiyyətini yaratdı. Ziyalılar, bir çox partiyaların yerli təşkilatları həmin cəmiyyətin ətrafında birləşdi. Separatçılara qarşı ardıcıl mübarizə aparıldı. Həmin günlərdə o, həmməsləkləri ilə birlikdə dəfələrlə təqiblərə, hədələrə, hücumlara məruz qalsa da geri çəkilmədi, mübarizənin ön sıralarında durdu. Şəhər Sovetinin sessiyalarında və avqustun 12-də Milli Məclisdə Heydər Əliyevin sədrliyi ilə keçirilən və respublika televiziyası ilə yayımlanan müşavirədə, ümumrayon mitinqində kəskin çıxışları ilə seçildi. Lənkəran ziyalılarının respublika rəhbərliyinə, televiziyaya və mətbuata ünvanladığı Müraciətin mətnini yazdı. Çıxışlarında dönə-dönə "Lənkəran əbədi və əzəli Azərbaycan torpağıdır" dedi. Avqustun 22-də ümumrayon mitinqinin təşkilində (həmin mitinq keçiriləndə qarşı tərəfdən – icra hakimiyyəti binasının dördüncü mərtəbəsindən separatçıların silahları mitinqin təşkilatçılarına tuşlanmışdı) və 23-də separatçı rəhbərliyin qərərgahına (icra hakimiyyətinin binasına) əliyalın əhalinin hücumu zamanı ön sıralarda durdu.
1993-cü ilin sentyabrından 1995-ci ilin oktyabrınadək Şəhər İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini işlədi. 1995-ci ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi. Deputatlıq dövründə Milli Məclisdə 200-dən çox çıxışı olmuşdur. Həmçinin MDB Parlamentlərarası Assambleyasının üzvü kimi də fəaliyyət göstərmişdir. Sankt-Peterburqda, Minskdə, Türkiyənin Samsun şəhərində (türk xalqlarının toplantısında) çıxışlar etmişdir.
2000–2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Doqquz kitabın müəllifidir. Povestləri və hekayələri "Azərbaycan", "Ulduz", "Söz" ədəbi-bədii jurnallarında, "Ədəbiyyat qəzeti"ndə, almanaxlarda və s. çap olunmuşdur. "Dünya mənim" romanı, "Yay əhvalatı", "Əks-səda", "Dəryada gəmim qaldı" povestləri, "Vəlinin kupletləri", "Palatanın tavanı ağ-appaqdır", "Sözsüz mahnı", "Ana ömrü" və s. hekayələri maraqlı bədii nümunələr kimi diqqəti cəlb etmişdir.
Filologiya üzrə fəlsəfə doktorudur. "Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960–1980-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. "Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstındə (1930–1950-ci illər)" adlı doktorluq dissertasiyası yazmışdır. 45 elmi məqalənin, 200-ə dək müxtəlif məqalələrin, oçerk və reportajların, publisistik yazıların, resenziyaların, tərcümələrin müəllifidir, beynəlxalq elmi konfransların iştirakçısıdır. Elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda, Özbəkistanda çap olunmuşdur.
Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
İki oğlu, iki qızı, yeddi nəvəsi var.
Əsərləri
redaktəBədii kitabları
redaktə- Gecə eşelonu (hekayələr). Bakı, "Gənclik", 1972
- Əks-səda (povest və hekayələr). Bakı, "Gənclik", 1981
- Beş dəqiqəlik yol (povestlər, hekayələr). B."Əbilov və Zeynalov qardaşları", 2001.
- Dünya mənim. Roman. B."OL" MMC. 2015.
Elmi kitablar
redaktə- Bədii söz və milli azadlıq şüuru. Monoqrafiya. Bakı, "Nurlan", 2007
- Azərbaycan romanı: siyasət və milli düşüncə. Monoqrafiya. Bakı, "Elm", 2010.
- Dünənə necə baxmalı. Elmi məqalələr toplusu. Bakı, "Elm və təhsil, 2011.
Publisistik kitablar və dərs vəsaiti
redaktə- Lənkəran: doxsan üçüncü ilin yayı. Bakı, "Siyasət", 1998.
- Ömürdən səslər (publisistika, ədəbi düşüncələr, Milli Məclisdə çıxışlar). Bakı, "Azərbaycan milli ensiklopediyası", 2001.
- XIX əsr Azərbaycan ədəbiyyatı. Dərs vəsaiti. B."Elm və təhsil". 2015
Ədəbi orqanlarda çap olunan bədii yazıları
redaktə- Buludlar keçir. Hekayə.– "Azərbaycan" jurnalı, 1961
- Sənin qəlbində tufan. Hekayə. Lənkəran rayon qəzetində, 1968
- Əks-səda. Povest. "Ulduz" jurnalı, 1974, № 8
- Ana ömrü. Hekayə. "Ədəbiyyat və incəsənət" qəzeti, 1978
- Palatanın tavanı ağ-appaqdı. Hekayə. "Ədəbiyyat və incəsənət" qəzeti. 1982.
- Vəlinin kupletləri. Hekayə. "Azərbaycan" jurnalı, 1983
- Yay əhvalatı. Povest. "Azərbaycan" jurnalı, 1982
- Dəryada gəmim qaldı. Povest. "Söz" jurnalı, 1983.
- Beş dəqiqəlik yol. Hekayə. "Ulduz" jurnalı, 1970
- Dünya mənim. Romandan parçalar. "Söz" jurnalı, 2009 və s.
Çap olunan elmi məqalələrindən
redaktə- Altmışıncı illər ədəbi mühiti haqqında. "Söz" jurnalı, 1997, № 3–4
- Milli mənliyə sədaqət. "Dil və ədəbiyyat" jurnalı, BDU, 1999, № 1
- Milli varlığımızın təmsilçiləri. "Dil və ədəbiyyat" jurnalı, 1999, № 4
- Doxsanıncı illər ədəbi prosesinin bəzi cizgiləri haqqında. "Dil və ədəbiyyat",1999, № 2
- Bir məqsəd yolunda. "Elmi axtarışlar" jurnalı, AMEA, 2006, XXVI c.
- İnamın faciəsi. "Azərbaycan" jurnalı, 2008, № 11
- Bir daha XX əsr azərbaycan ədəbiyyatının mərhələləri haqqında. "Elmi axtarışlar", 2009, II.
- Tariximiz bədii təxəyyüldə. "Dil və ədəbiyyat", 2009, № 3
- Ədəbi tənqiddən tələbkarlıq. "Humanitar elmlərin elmlərin öyrənilməsinin aktual problemləri" jurnalı, BSU, 2009, № 5
- Azərbaycan romanının inkişaf problemlərinin tədqiqi haqqında. "Dil və ədəbiyyat", 2009, № 4
- "Həqiqətin üzünə dik baxan" iki roman. AMEA Xəbərləri (Humanitar elmlər seriyası), 2009, № 3–4.
- Metodun zühuru və süqutu. "Azərbaycan" jurnalı, 2010, № 1
- İdeoloji burulğanda işartılar. "Filologiya məsələləri" jurnalı, AMEA, 2010, № 2
- Y. V. Çəmənzəminlinin ilk romanı. "Filologiya məsələləri", 2009, № 7 və s.
Xarici jurnallarda
redaktə- 1920–1950’ li yıllar Azərbaycan edebiyyatında milli- manevi ideallar hakim ideolojinin girdabında. Türkiyə. "Turan" jurnalı, 2009, № 2
- Azerbaijani novel in 1930-s. Rusiya (Moskva). "Актуальные проблемы гуманитарных и естественных нук". Журнал научных публикаций. 2010 № 2
- Пять исторических романов Азербайджанской литературы в 1930–1940-х гг. Rusiya (Moskva). "Современные гуманитарные исследования". Журнал. 2009, № 6(31)
- Milli Manevi Degerlere Sadakat. Türkiyə. "Bay" (Balkan Aydınları ve Yazarları Kültür ve Sanat Dergisi. İstanbul/Kosova, 2010, № 173
- Революция и революционеры в Азербайджанском романе (1930–1955 гг.). "Хабаршы" (Вестник. Серия филологическая. Алматы, Казахский Национальный Университет. 2010, № 6
- Об исследовании Азербайджанского романа. Ukrayna. "Культура народов Причерноморья" (Симферополь. Межвузовский центр "Крым"). 2011, № 199. Bə s.
Elmi konfranslarda
redaktə- Azərbaycan nəsri Cəfər Xəndan tənqidində. Respublika elmi-praktik konfransı ("Klassik Azərbaycan filologiyası və müasir problemlər" toplusu. ADPU, 2010)
- Политико-идеологические рамки и национальная реальность в Азербайджанской литературе ХХ века. Pyatiqorsk Dövlət Linqvistika Universitetində III Beynəlxalq elmi konfrans ("Эпический текст: Проблемы и перспективы изучения", 2010)
- Roman janrı və milli bədii düşüncə. Beynəlxalq elmi konfrans. AMEA, Bakı ("Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri" toplusu, 2010)
- "Sifarişli mövzu" bədii həllini niyə tapa bilmədi? Beynəlxalq elmi konfrans. AMEA, Bakı ("Müasir şərqşünaslığın aktual problemləri" toplusu, 2011).