Yaddasin Deyismezliyi - Wikipedia
Yaddaşın dəyişməzliyi (kat. La persistència de la memòria) 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri.
Yaddaşın dəyişməzliyi | ||
---|---|---|
kat. La persistència de la memòria | ||
| ||
Rəssam | Salvador Dali | |
Tarixi | 1931 | |
Üslubu | peyzaj[3], natürmort[3] | |
Texnikası | Kətan, yağlı boya, 24x33 sm | |
Ölçüləri | 24,1 sm[1], 0,24 m[2] × 33 sm[1], 0,33 m[2] | |
Materialı | yağlı boya[d][4][2] | |
Saxlanıldığı yer | Nyu-York Müasir İncəsənət Muzeyi | |
İnventar nömrəsi | 162.1934[1], 162.1934.0[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki National Museum of Art'da sərgilənməkdədir.
Haqqında
redaktəSürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır.
Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır.
Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür.
Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.