Yana Alekseyeva - Wikipedia
Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu.[1]
Yana Alekseyeva | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Yana İvanovna Alekseyeva | |||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
|||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||
Boyu | 170 (5 ft 7 in) | |||||||||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||||||||
Medallar
|
Karyerası
redaktəYana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu.[2][3] 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu.[4][5]
Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu.[6][7] 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu.[8]
2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış elədi.[9]
Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı.
Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.[10] Yana Alekseyeva 1/32 final mərhələsində Macarıstan nümayəndəsi Vivien Ksombora (3:0), 1/16 final mərhələsində Almaniya təmsilçisi Taşena Bugara (3:0), 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Yuliya Tsiplahovaya (3:0), 1/4 final mərhələsində Avstriya təmsilçisi Şeley Vatsa (3:0), 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Estelle Mosseliya (2:1) qalib gəldi və final görüşünə vəsiqə qazandı.[10] Final görüşündə isə o, İrlandiya təmsilçisi Keti Teylora məğlub oldu (0:3) və Dünya Çempionatının gümüş medalına sahib oldu.[10]
2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə aparan Yana Alekseyeva, turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Mira Pothoneni 3:0, 1/4 final mərhələsində isə Rusiya təmsilçisi Zinaida Dobrıninanı 3:0 hesabı ilə məğlub eləsə də, 1/2 final mərhələsində İrlandiya nümayəndəsi Keti Teylora məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.[11]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Yana İvanovna Alekseyeva "Tərəqqi" medalı ilə təltif edildi.[12]
Daha sonra Yana Alekseyeva 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[13] Yana Alekseyeva 1/16 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Çantelle Kameronu (3:0), 1/8 final mərhələsində Türkiyə təmsilçisi Gülsüm Tatarı (3:0), 1/4 final mərhələsində İsveç nümayəndəsi Aqnes Alexussonu (3:0), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Keti Teyloru (3:0), final görüşündə isə İtaliya nümayəndəsi İrma Testanı (2:1) məğlub elədi və olimpiya lisenziyasına sahib oldu.[13]
Yana Alekseyeva 2016-cı ilin mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı.[14] Yana Alekseyeva 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Mavzuna Çoriyevanı (3:0), 1/8 final mərhələsində isə Yeni Zelandiya təmsilçisi Alexis Pritçardı (2:0) məğlub eləsə də, 1/4 final mərhələsində Fransa təmsilçisi Estele Mosselliyə məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.[14]
Daha sonra Yana Alekseyeva 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı.[15] Turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Yin Yunhuaya məğlub olan (0:3) Yana Alekseyeva olimpiadanı beşinci pillədə başa vurdu.[15][16]
Yana Alekseyeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[17] Yana Alekseyeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Türkiyə nümayəndəsi Esra Yıldız ilə üz-üzə gəldi və rəqibinə 1:2 hesabı ilə məğlub oldu.[17]
Yana Alekseyevanın bacısı Anna Əlimərdanova da idmançıdır və 2015-ci ildə Birinci Avropa Oyunlarında bürünc medala sahib olub.
Nəticələri
redaktəAvropa Çempionatı | Norveç | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Polşa | |||
Dünya Çempionatı | Hindistan | |||
Avropa Çempionatı | Danimarka | |||
Dünya Çempionatı | Çin | |||
Avropa Çempionatı | Ukrayna | |||
Dünya Çempionatı | Çin | |||
Dünya Çempionatı | Cənubi Koreya | |||
Avropa Oyunları | Azərbaycan | |||
Avropa Olimpiya Təsnifat Turniri | Türkiyə | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
Olimpiya Oyunları | Braziliya | |||
Avropa Çempionatı | Bolqarıstan |
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Yana ALEKSEYEVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2005 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2006 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2007 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2009 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2005 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2006 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2008 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2012 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2018-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2014 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2015 European Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Olympic Qualifier Tournament — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2016 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Olympedia.org. "2016 Summer Olympics / Boxing / Lightweight (57 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2016 Summer Olympic Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.