Yapon Dilinde Hormet Bildiren Sekilciler - Wikipedia
Yapon dilində hörmət bildirən şəkilçilər (yap. 日本語の敬称 nihonqo no keysö) — yaponların danışıq zamanı insanın adı, soyadı, peşəsi, təxəllüsü və s. əlavə etdiyi şəkilçilər. Sayğı şəkilçiləri Yaponların ünsiyyətində mühüm rol oynayır. Onlar həmsöhbətlərin arasındaki sosial statusu, biri-birinə olan münasibəti, yaxınlığı bildirir. Hər hansı bir şəkilçini istafadə etməklə insana olan hörməti göstərmək və ya onu təhqir etmək olar.
Şəkilçisiz müraciət Böyuklərin yeniyetmələrə, dostların öz aralarında şəkilçisiz müraciəti normaldır. İnsan bu şəkilçilərdən istifadə etmirsə bu, açıq aşkar kobudluğdur. Şəkilçisiz, amma soyadnan müraciət etmə familyar, amma bir qədər «uzaq» münasibətlərin əlamətidir (məktəblilərin və tələbələrin biri-birinə müraciət etməyi nümünə kimi gətirmək olar).
Ən çox istifadə olunan şəkilçilər
redaktə-san
redaktəSan (san?)-san (さん) — daha çox kiçiklərin yaşca böyük olanlara və biri-birini tanimayanların arasında istifadə olunan neytral sayğı şəkilçisi. Həmçinin, cavan oğlanların sevdikləri qadınlara olan müraciətdir. Lakin qadınlar bu şəkilçini uşaqlardan başqa yaxın olan hər kəsə qarşı istifadə edirlər[1], bu halda «-san» «Siz» mənasını daşımır.
-kun
redaktəKun (kun?)-san (君, sən) — «-san»la müqayisədə daha mülayim, «dost», «yoldaş» mənasında olan şəkilçi. Eyni sosial statuslu insanların, dostların, həmkarların, sinif yoldaşlarıın, böyüklərin kiçiklərə və başçıların onlara tabe olunanlar arasında müraciəti vurğulamaq önəmli olmadığı halda istifadə olunur.
-çan
redaktəÇan (çan?)-çan (ちゃん) — yaxın və qeyri-rəsmi münasibətləri bildirir. Əsasən balaca uşaqlar, yaxın rəfiqələr, böyuklərin balaca uşaqlara və cavan oğlanların sevgililərinə qarşı istifadə olunur. Həmçinin, nənə və baba sözlərinə əlavə olunduqda «nənəcan» və «babacan» mənasını verirlər.
-sama
redaktəSama (sama?)-sama (様) — maksimal dərəcədə hörmət və sayğı bildirən, «hökmdarım» mənasını bildirən şəkilçi. Məktub yazdığda həmsöhbətin ranqından asılı olmayaraq həmişə istifadə olunur. Danışıqda nadir hallarda istifadə olunur və yalnız rahiblərin Tanrıya, sadiq nökərin hökmdarına, ən aşağı sosial təbəqədən olanların ən yüksəkdəkilərə və rəsmi məktublarda işlənilir.
Müasir dövrdə hərdən sarkazm kimi stifadə olunur.
-sempay və -kohay
redaktəSempay (sempay?)-sempay (先輩, hərfi «daha tez başlayan həmkar») — kiçiyin böyüyə mwraciəti. Daha çox təhsil müəssisələrində kiçik kurslular tərəfindən yüksək kurslulara qarşı istifadə olunur. Adətən «sempay» «kohaya» onun soyadına şəkilçi əlavə etmədən müraciət edir.
Kohay (kohay?)-kohay (後輩, ko:hay?, hərfi «daha gec başlayan həmkar») — «sempay»ın əksi.
-sensey
redaktəSensey (sensey?)- sensey (先生|先生, hərfi «daha erkən varlıq») — müəllimlərə, həkimlərə, alimlərə, yazıçılara, siyasətçilərə və sair məşhur və hörmətli şəxslərə qarşı istifadə olunur. Daha çox insanın sosial statusunu vurğulayır.
Həmçinin bax
redaktə- Otaku — rəsmi istifadədən çixmış şəkilçi.
- Yapon dili
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-09-17.
Keçidlər
redaktə- "Yapon dilində xitab" (rus). 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2010.